N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə33/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   29   30   31   32   33   34   35   36   ...   80

yeni dünya nizamından danışanlar beyinlərindən özlərinin müstəs-
nalılığına olan inamı çıxarmalıdırlar. Bütün faciələr buradan başlayır.
Onlar öncədən aksiom kimi qəbul edirlər ki, dövlət güclüdürsə, bey-
nəlxalq təhlükəsizlik sistemi bu gücü saxlamağa xidmət etməlidir.
Belə düşünənlər üçün təbii ki, bir neçə güclü dövlətin eyni zamanda
mövcud olması, üstəlik, digərlərinin də sürətlə inkişaf etməsi təhlükəli
və risklidir. Bu dövlətlər beynəlxalq təhlükəsizlik sisteminin bütün
meyarlarının məhz onların təhlükəsizliyinə xidmət etmədiyi dünyanı
qarışıq adlandıracaqlar.
Müasir italyan siyasi nəzəriyyəçisi Danilo Zolo bu prosesin fəlsəfi
və psixoloji mahiyyətini gözəl açmışdır (bax: 3.2.3). İtalyan siyasət-
şünası ətraf mühitin mürəkkəbliyini subyektin dünyaya idraki mü-
nasibətinin xarakteri ilə əlaqələndirir. Dünyanın mürəkkəbliyi beyində
subyektin özünü istiqamətləndirmək, ətrafda nizam yaratmaq, proq-
nozlaşdırmaq, planlamaq məqsədi ilə yaratdığı obrazları ətraf mühitə
necə proyeksiya etməsindən asılıdır. Yəni əgər subyekt (məsələn,
dövlət) bütün dünyanı əhatə edən nizam yaratmaq istəyirsə, is-
tər-istəməz çoxlu sayda amillərlə üz-üzə qalacaq. Üstəlik, bu
fəaliyyətini öz maraqlarının təmini üzərində qurduqda, situasiya
daha da mürəkkəbləşir. Çünki avtomatik olaraq, o, başqalarının
maraqlarına toxunmalı olacaq. Belə çıxır ki, müasir dünyanın
geosiyasi mənzərəsini mürəkkəbləşdirən əsasən böyük dövlətlərin
hakimlik iddiasıdır. Bu, dünyanın mütləq mənada çıxılmaz və-
ziyyətdə olması demək deyil. 
D.Zolonun yanaşmasından da bunu
aydın görmək mümkündür. Dünya dövlətləri bərabərhüquqlu
tərəfdaşlar kimi səmimiyyətlə siyasi dialoq təşkil etsələr, dünya
sadələşər. Hər hansı bir dövlət bu başdan özünü hakim kimi təsəvvür
edib, maraqlarını başqalarının qarşısına açıq və ya gizli, kobud və ya
diplomatik incəliklə qoymasa, pro seslər tamamilə başqa məzmun
kəsb edər. D.Zolo metodoloji müstəvidə mürəkkəbliyin sadələşdirilməsi
məsələsini qoymuşdur. Bəşəriyyətin həmin mövqeyə praktikada necə
və nə vaxt gələcəyi isə başqa problemdir. Lakin bəşəriyyətin başqa
yolu yoxdur – dialoq siyasəti bərqərar olmalıdır!
Dövlətlərin xarici siyasətinə strateji aspektdə dialoq prizmasından
yanaşılması perspektivlidir, lakin bu günün reallıqları bir qədər fərqli
107


yanaşma tələb edir. Müasir tarixi şəraitin tələblərini nəzərə alaraq,
xarici siyasət kursunu formalaşdırmaq lazım gəlir. Bu baxımdan
beynəlxalq təhlükəsizlik məsələsi ilə konkret bir dövlətin siyasi təh-
lükəsizlik problemi arasındakı əlaqənin praktiki gerçəkləşməsində
suverenliyin təmin olunması meyarları da nəzərə alınmalıdır.
Siyasi suverenliyin tarixi Vestfal müqaviləsindən başlayır (XVII
əsr). Bu termin fransızca souveraineté-dən yaranıb və “ali hakimiyyət”,
“hakimlik” mənasını verir. Dövlətin suverenliyi hər hansı xarici
qüvvədən asılı olmayan azad hökmranlıq kimi qəbul edilib. Vestfal
sistemi beynəlxalq hüquqda başqa suveren dövlətlərin daxili işlərinə
qarışmamaq prinsipini təsdiq edib. Bu prinsip XVI əsr fransız filosofu
Jan Bodenin “dövlət suverenliyi” anlayışına əsasən formalaşdırılıb.
J.Bodenin bu məsələdə əsas ideyası aşağıdakından ibarət idi: “Su -
verenlik rəiyyət və vətəndaşlar üzərində dövlətin mütləq və daimi
hakimiyyətidir”. Müvafiq olaraq, Vestfal sazişində bir-birinin daxili
işlərinə qarışmamaq dövlətlərarası münasibətlərdə əsas qayda kimi
qəbul edildi.
Bu günün geosiyasi reallıqları prizmasından yanaşdıqda, Vestfal
sisteminin böhran keçirdiyini demək olar. Bu, qəbul edilmiş bir sıra
beynəlxalq sənədlərdən aydın görünür. 2000-ci ildə BMT-nin himayəsi
altında “Dövlət suverenliyi və müdaxilə məsələləri üzrə beynəlxalq
komissiya” yaradıldı. Komissiya tərtib etdiyi məruzədə göstərir ki,
suverenlik dövlətlərə yalnız öz daxili işlərinə nəzarət etmək ixtiyarı
vermir: o sərhədləri daxilində yaşayan insanların təhlükəsiz 
liyini
təmin etmək məsuliyyətini də dövlətin üzərinə qoyur (bax: 3.2.4).
Məruzədə həmçinin qeyd olunur ki, dövlət insanları müdafiə etmək
iqtidarında olmadıqda, məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə
düşür (3.2.4). Bu məqamlar beynəlxalq hüququn yeni normasında –
“müdafiə etmək öhdəliyi”ndə öz əksini tapmışdır.
Bununla da Vestfal sazişi ilə tənzimlənən və 300 ildir ki, beynəlxalq
münasibətlər sistemində yer almış olan suverenlik prinsipi yeni
məzmun kəsb etməyə başlayır. İnsan haqlarının qorunması məsələsinin
yuxarıda şərh etdiyimiz məzmunda beynəlxalq hüququn elementinə
çevrilməsi dünyada mütləq mənada toxunulmaz dövlətin qalmadığını
108


göstərir.  Bəzi müəlliflər mütləq toxunulmazlığa yalnız ABŞ,
Rusiya, Hindistan və İranın iddialı olduğunu qeyd edirlər (3.2.5).
Lakin burada birmənalı fikir söyləmək çətindir. Çünki prinsipcə
istənilən dövlət mütləq suverenliyə can atır, lakin biz ciddi beynəlxalq
prinsiplərə söykənən münasibətlərin tənzimlənməsindən danışırıqsa,
ayrı-ayrı dövlətlərdə kimin nə düşündüyü elə də vacib olmur.
Təcrübə göstərir ki, bəyanat vermək asan bir şeydir, onun yerinə
yetirilməsi prosesində isə beynəlxalq meyarlar sisteminə istinad
etmək zəruridir. Bu baxımdan deyə bilərik ki, Vestfal sistemi köklü
dəyişikliyə uğrayır. Dövlətin suverenliyinin təmini məsələsi artıq
yalnız onun daxili işi deyil.
Belə şəraitdə dövlətin siyasi təhlükəsizliyi məsələsi çoxlu sayda
amillərin nəzərə alınmasını tələb edir. Bu mənada siyasi təhlükəsizliklə
beynəlxalq təhlükəsizliyin uyğunlaşdırılmasında xarici siyasətin
çevik bir mexanizm kimi hədsiz əhəmiyyətə malik olması göz önün-
dədir. Müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlər üçün bu
məsələ ikiqat vacibdir. Bütün bu şərtləri nəzərə alaraq, Azərbaycan
xarici siyasətin əsas istiqamətlərini üç səviyyədə sistemləşdirmişdir.
Birinci səviyyə Azərbaycanla coğrafi baxımdan qonşu olan böyük
dövlətləri əhatə edir. Burada konkret olaraq Rusiya, Türkiyə və İran
nəzərdə tutulur. İkinci səviyyə region dövlətləri Gürcüstan, Ermənistan
və Mərkəz Asiya dövlətləri ilə olan münasibətlərdən ibarətdir. Üçüncü
səviyyə isə Avropa, ABŞ və Uzaq Şərqin böyük dövlətləri istiqamətində
aparılan siyasətdən ibarətdir. Bunların fonunda dünyanın bütün
dövlətləri ilə siyasi əlaqələr qurmaq xətti də yeridilir. Beynəlxalq
təşkilatlarla (buraya məhəlli və qlobal miqyaslı təşkilatlar daxildir)
əməkdaşlıq istiqaməti hər üç səviyyəni əhatə edir.
Bütün bu istiqamətləri birləşdirən əsas prinsip dəyişkən beynəlxalq
münasibətlər şəraitində Azərbaycanın milli suverenliyini maksimum
təmin etməkdir. Bu məqsədin reallaşmasında neft strategiyası və
mədəniyyətlərarası münasi bətlərin inkişaf etdirilməsi prinsipi əsas
yer tutur. Keçən müddət göstərdi ki, Azərbaycan neft strategiyasını
ölkənin milli suverenliyinin təmin edilməsi üçün uğurla tətbiq edə
bilib. Həmin strategiyanı Ulu öndər Heydər Əliyev hazırladı. Dünyanın
109


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə