N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə30/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   26   27   28   29   30   31   32   33   ...   80

Təcrübə göstərir ki, nəzəri olaraq hamının qəbul etdiyi məsələlərin
praktiki reallaşmasında problemlər yaranır. Siyasətçi nəzəri hazırlığa
baxmayaraq, xarici siyasət kursunu formalaşdırmaqda idealizmə yu-
varlanır. Real şərtləri lazımi qədər nəzərə ala bilmir. A.Mütəllibov
1991-1992-ci illərdə reallığı nəzərə ala bilmədiyindən, yanlış xarici
siyasət kursu yeritdi. Ona görə də, siyasi olimpdən birdəfəlik aşağı
yuvarlandı. Ə.Elçibəy isə sələfinin səhvini başqa ifrat geosiyasi isti-
qamətdə təkrarladı. Onun da siyasi aqibəti məlumdur. Ona görə də,
dövlət rəhbəri xarici siyasət kursunu formalaşdıranda, reallıq hissini
itirməməli, əsassız bəyanatlarla başqalarını qıcıqlandırmamalı, praktiki
səmərə verə biləcək mövqe seçməlidir.
Bütün bunlar xarici siyasətin əsas istiqamətlərinin və prioritetlərinin
müəyyənləşdirilməsinin nə dərəcədə mürəkkəb bir məsələ olduğunu
əyani sübut edir. U.Çörçill demişkən, “yanğınla yanğınsöndürənin
komandası arasında bərabərlik işarəsi” qoyanda, dövlətin xarici si-
yasətinin özü “yanır”. Gerçək xarici siyasət dövlətin iqtisadi, de-
moqrafik, hərbi, elmi-texniki və mədəni potensialına əsaslanır. Bu
amillərin nəzərə alınması dövlətin bu və ya digər istiqamətlərdə
xarici siyasətinin imkanlarını müəyyənləşdirməkdə köməklik edir.
O cümlədən, xarici siyasətdə məqsədlərin aydınlaşdırılması və onlara
nail olma prioritetlərinin müəyyənləşdirilməsində həmin amillər
ciddi rol oynayır. Bu prioritetlər, bir qayda olaraq, çoxpilləli olur. Bu
zamanda və bu məkanda nəyin prioritet olmasının dəqiq müəyyən-
ləşdirilməsi xarici siyasətin prinsipial məsələlərindəndir.
Xarici siyasətin əsas istiqamətləri və prioritetlərinin müəyyənləş-
dirilməsində bir sıra amillər qrupunu da diqqətdə saxlamaq gərəkdir.
Xarici siyasətin həyata keçirilməsi formaları bu qrupa aiddir. Həmin
formalar aşağıdakılardır:
– dövlətlər arasında diplomatik münasibətlərin qurulması;
– regional və dünya miqyaslı beynəlxalq təşkilatlarda dövlətin
nümayəndəliklərinin açılması və ya dövlətlərin iştirakı;
– dövlətə dost olan xarici siyasi partiya və başqa ictimai təşkilatlarla
əməkdaşlıq;
– dövlətlərarası diplomatik münasibətlərin olmadığı ölkələrin nü-
98


mayəndələri, siyasi partiyaları və hərəkatları ilə müntəzəm təmasların
qurulması.
Bu formalardan görünür ki, xarici siyasət müxtəlif sahələri əhatə
edən və çoxpilləli struktura malik olan sistemli fəaliyyətdir. Dövlət
orqanları ilə əlaqələrdən tutmuş, beynəlxalq təşkilat, siyasi partiyalar,
ictimai hərəkatlar, qeyri-hökumət təşkilatlarınadək bütün qurumlarla
iş aparılması tələb olunur. Belə çıxır ki, xarici siyasətin həyata keçi-
rilməsi formalarının səmərəliliyi dayanıqlı əlaqələr kanallarının
olması ilə bilavasitə bağlıdır. Bu, xarici siyasi fəaliyyətin metod və
vasitələrini uzlaşdırmağa imkan verir. Müxtəlif metod və vasitələrin
bir-biri ilə uzlaşdırılması xarici siyasi fəaliyyətin səmərəliliyində
çox mühüm rol oynayır. Həmin metod və vasitələr aşağıdakılardır:
– müxtəlif səviyyələrdə nümayəndə heyətləri və informasiya mü-
badiləsi;
– geniş çeşidli məsələlər üzrə ikitərəfli və çoxtərəfli müqavilə və
sazişlərin bağlanması;
– dövlətin daxili və xarici siyasi fəaliyyət imkanlarının inkişafına
yardım, başqalarının isə analoji imkanlarının məhdudlaşdırılması;
– nüvə müharibəsinin qarşısının alınması;
– lokal münaqişələrin aradan qaldırılması və onların lokallaşması
üzrə önləyici tədbirlərin görülməsi;
– texnogen fəlakətlərin və onların nəticələrinin aradan qaldırılması
sahəsində əməkdaşlıq;
– aclıq və xəstəliklərlə mübarizə, ətraf mühitin qorunması və s.
Xarici siyasi fəaliyyətdə adətən bu metod və vasitələrin kombina-
siyasından istifadə etmək lazım gəlir. Metod və vasitələrdən səmərəli
istifadə edilmədiyi təqdirdə, hətta ən güclü siyasi kurs belə, gözlənilən
nəticəni vermir. Ona görə də, müasir dövlətlər daim xarici siyasətin
formaları ilə onları reallaşdırmağın metod və vasitələri arasında uy-
ğunluğun təmin edilməsi məsələsinə ciddi diqqət yetirirlər. Məsələn,
XXI əsrin başlanğıcından xarici siyasətdə humanitar amilə diqqət
artıb. Yerli cəmiyyətlərdə narazılığın olmaması üçün böyük döv-
lətlər siyasətdə humanitar məqamları önə çəkməyə çalışırlar.
Dolayısı ilə insan amilinə diqqət artır. Bu da təbii ki, xarici siyasətin
99


reallaşdırılması formalarının, eləcə də metod və vasitələrinin daha
da inkişaf etdirilməsini tələb edir.
Nəhayət, xarici siyasəti həyata keçirmək məqsədilə xüsusi dövlət
strukturları vardır. Dünyanın əksər dövlətlərində bunlara aşağıdakılar
aiddir:
– xarici siyasəti həyata keçirmək və ona nəzarət etmək üçün ixti-
saslaşmış orqanlar – xarici işlər nazirlikləri və xarici siyasət məsələləri
üzrə parlament komitələri;
– səfirliklər və nümayəndəliklər (burada hərbi və iqtisadi məsələlər,
mədəni əməkdaşlıq üzrə mütəxəssislər çalışır);
– xaricdə nisbi müstəqil proqramlar üzrə səfirlik və nümayəndə-
liklərin nəzarəti altında çalışan elmi və mədəni mərkəzlər;
– rəsmi və yarımrəsmi missiyalar və b.
Deyilənləri indi bir baxış bucağı altına gətirək. Gördüyümüz
kimi, xarici siyasət nəhəng və çoxtərkibli mürəkkəb sistemdir. Burada
xarici siyasətin nəzəri kursu, onu həyata keçirən xüsusi qurumlar,
siyasəti reallaşdırma formaları, metod və vasitələri vahid orqanizmdə
birləşməlidir. Yəni xarici siyasət canlı orqanizm kimi özünü qorumaqla
yanaşı, özünü inkişaf etdirməyi də bacarmalıdır. Əks halda, dəyişən
şərtlər altında əzilə bilər.
Əgər xarici siyasətin əsas istiqamətlərinin və prioritet 
lərinin
müəyyənləşdirilməsinə göstərilən xüsusiyyətlər prizmasından nəzər
salsaq, onda aydın olar ki, bu iş nəzəri fəaliyyətlə praktiki fəaliyyətin
sintezindən ibarətdir. Təcrübə bu məqamın çox önəmli olduğunu
göstərir. Xarici siyasətin əsas istiqamətləri reallığa uyğun olmadıqda,
onun fəsadlarını aradan qaldırmaq çox çətin olur. Eynilə, konkret
məkan və zamana uyğun prioritetlər və onların pillələrini müəyyən-
ləşdirmədikdə, siyasi fiasko qaçılmaz olur. Burada xarici siyasətin
əsas istiqamətləri ilə prioritetləri arasında fərqi görmək lazımdır.
Əslində, bunlar bir-biri ilə sıx bağlı olan məfhumlardır. Prioritetlər
əsas istiqamətlərin bazasında müəyyənləşdirilir. Daha doğrusu, prio-
ritetlərin çeşidini əsas istiqamətlər formalaşdırır. Xüsusi hallarda
onlar üst-üstə də düşə bilər. Xarici siyasətin əsas istiqamətləri priori-
tetlərin iyerarxiyasını da müəyyən edir. Hansı prioritetin hansı
məqamda aktuallaşması əsas istiqamətlərin məzmunundan asılıdır.
100


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə