N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
babilin-en-varli-adami

Illlllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
 
BİZ MÜNASİB MÜDAFİƏ OLMADAN
 
KEÇİNƏ BİLMƏRİK
 
llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
 
113 


 
Babilli d
ə
v
ə
 taciri 
A
 
clıq hissi nə qədər güclü olarsa, baş da bir o qədər 
məntiqli işləyir, yemək qoxuları isə daha aydın 
olur. 
Azurun oğlu Tarkad belə düşünürdü. Özgəsinin bağın- 
dan dərdiyi iki dənə ənciri nəzərə almasaq, artıq iki gün idi 
ki, onun dilinə zərrə qədər bir şey dəymirdi. O, ikisindən 
artıq dərə bilmədi, belə ki, acıqlı ev yiyəsi qaçaraq çıxıb, 
küçə ilə onun dalınca yüyürdü. Bazar meydanından keçənə 
qədər qadının qulaqbatıran qışqırığı hələ də onun qulaqla- 
rını cingildədirdi. Məhz bu səs onun titrəyən barmaqlarını 
saxlayırdı ki, satıcı qızların səbətlərindən onu tamahlandı- 
ran təravətli meyvələri qamarlayıb götürməsin. 
Babilin bazar meydanına nə qədər çox ərzaq gətirildiyini 
və onların necə də gözəl ətir saçdığını o, əvvəllər heç 
düşünməmişdi. Meydanı keçdikdən sonra, o bir karvansa- 
raya yaxınlaşıb onun girişində var-gəl etməyə başladı. O, 
tanışlardan birinə rast gəlməyə ümid edirdi ki, onlardan 
heç olmasa, bircə mis qəpik borc alsın. Yalnız bu, qaraqa- 
baq qapıçının üzündə gülüş doğura bilər və yeməkxanada 
114 


 
onu doyunca yeməklə təmin edər. Pulsuz, o, burada istənilməyən 
qonaq idi və bunu yaxşı bilirdi. 
O, fikrə getmişdi ki, gözlənilmədən o an  heç görmək istəmədiyi 
hündürboylu, arıq dəvə taciri Dabasirlə üz-üzə gəldi. O, çoxdan idi ki, 
Dabasirə vədəsi keçmiş borcunu ödəyəcəyinə dair söz vermişdi. 
- Gör a, bu ki Tarkaddır, - o sevincək qışqırdı. - Mən də gedə-gedə 
elə  səni  düşünürdüm  ki,  görəsən,  iki  ay  əvvəl  sənə  borc  verdiyim 
gümüş  qəpiyi  mənə  haçan  qaytaracaqsan.  Yaxşı  ki,  biz  görüşdük. 
Mənə elə pul lazım idi. İndi nə deyəcəksən? 
Tarkad  o  ki  var,  qızardı.  Onun  ac  qarnına  söhbətdi  Dabasirlə 
mübahisə etmə gücü yox idi. 
-  Bağışla,  hə  olar,  -  o  kəkələyərək  mızıldandı,  -  lakin  mənim  bu 
gün hesablaşmağa nə mis, nə də gümüş pulum var. 
-  Elədirsə,  onda  haradansa  tap,  -  Dabasir  əl  çəkmirdi.  Sənə  dar 
günündə əl tutmuş, atanın köhnə dostunun borcunu qaytarmaq üçün 
iki  mis,  bir  gümüş  sikkə  tapmaq,  axı  sənin  üçün  elə  də  çətin 
olmamalıdır. 
-
 
Bacarmıram. Uğursuzluq məni qarabaqara izləyir. 
-
 
Uğursuzluq!  Sən  Tanrını  öz  səhvlərindən  dolayı  gü-
nahlandırma.  Bədbəxtlik,  borcu  necə  qaytarmaq  haqqmda 
düşünənləri  deyil,  borca  necə  pul  götürməyi  düşünənləri  daha  çox 
izləyir.  Gedək mənimlə, mən yemək yeyənə qədər, sən də yanımda 
oturarsan. Mən acam və bir əhvalat danışmaq istəyirəm. 
115 


 
Dabasirin  kobud  açıqsözlülüyü  Tarkada  toxunsa  da,  bu,  heç 
olmasa, yeməkxananın kandarından içəri keçmək təklifi idi. 
Dabasir  onu  uzaq  küncə  yönləndirdi  və  onlar  kiçik  xalçaların 
üzərində  oturdular.  Məkanın  sahibi  Kauskor  təbəssümlə  onlara 
yaxınlaşdıqda, Dabasir ona öz həmişəki tərzi ilə müraciət edi: 
-  Hə,  piyli  səhra  kərtənkələsi,  mənə  yaxşıca  qızardılmış,  dadlı 
qoyun budu gətir, həm də yanında çoxluca çörək və tərəvəz də olsun, 
çünki mən yaman acmışam. Hə, dostumu da unutma. Ona bir sürahi 
su gətir, soyuq olsun. Bu gün yaman istidir. 
Tarkadın  ürəyi  bərk  döyündü.  Yəni,  Dabasir  qoyun  budunu 
mədəsinə ötürərkən, o su içərək, oturub baxmalı olacaq? Lakin o, heç 
nə söyləmədi. Sadəcə olaraq, onun ağlına heç nə gəlmirdi. 
Dabasir isə, sanki susmaq nədir bilmirdi. O, xüsusi təbəssümlə ona 
tanış olan müştərilərə əl sallayaraq salamlaşdı və davam etdi: 
-  Urfadan  qayıdan  səyahətçilərdən  bir  varlı  adam  haqqında 
eşitmişəm.  O,  daşdan  özü  üçün  elə  nazik  lövhəcik  kəsdirməyi  əmr 
edib ki, ondan baxıb digər tərəfi görmək olsun. O öz evini yağışdan 
qorumaq  üçün  onu  pəncərəyə  taxdırıb.  Lövhəcik  sarı  rəngdədir  və 
ondan baxan səyahətçilər əmin edirlər ki, bu rəngdə əks olunan bütün 
dünya çox qeyri-adi görsənir. Tarkad, buna nə deyirsən? Ola bilərmi 
ki, bütün dünya başqa rəngə bürünsün? 
116 


 
-  Hər  şey  ola  bilər,  -  deyə  ötəri  cavab  verdi,  onu  Daba-  sirin 
qabağına qoyulmuş yağlı qoyun budu daha çox maraqlandırırdı. 
-  Mən  isə  buna  çox  əminəm,  çünki  özüm  dünyanı  başqa  rəngdə 
görürdüm.  Sənə  danışacağım  əhvalat  da,  məhz  elə  bu  haqdadır  ki, 
dünyanı yenidən adi rəngi ilə görməyi necə bacardım. 
-  Dabasir  əhvalat  danışmağa  hazırlaşır,  -  qonşuluqda  əyləşənlər 
pıçıldaşaraq,  öz  xalçalarını  yaxına  sürüşdürməyə  başladılar.  Digər 
müştərilər də çeynəməyi dayandırıb, yarımdairəvi şəkildə toplaşdılar. 
Hamının  əlində  yarıye-  yilmiş  sümüklər  vardı.  Bir  tək  Tarkad 
yeməksiz oturmuşdu. Dabasir onunla nə qoyununu, nə də boşqabdan 
yerə düşən bir parça çörəyini paylaşmaq niyyətində idi. 
- Sizə danışmaq istədiyim hadisə, - ağzındakı tikəni çeynədikdən 
sonra  Dabasir  sözə  başladı,  -  mənim  gənclik  illərimə  aiddir.  Bu 
əhvalat,  mənim  necə  dəvə  taciri  olmağım  haqqındadır.  Sizlərdən 
kimsə bilir ki, mən Suriyada qul olmuşam? 
Otaqda təəccübdən doğan nida səsləri ucaldı, bu da Dabasirə xoş 
təsir bağışladı. 
- Mən hələ çox gənc ikən, - Dabasir yenə qoyun budundan iri tikə 
dişləyib  davam  etdi,  -  mən  atamın  yanında  yəhər  düzəldilməsini 
öyrənirdim.  Mən  onunla  birlikdə  emalatxanada  çalışırdım  və 
yoldaşımla  özümü öz  zəhmətimlə  saxlayırdım.  Cavan  və  təcrübəsiz 
olduğundan  mən o qədər də çox qazanmırdım, lakin bu, sadə həyat 
tərzi sürməyə kifayət edirdi. Mən çox şeyə sahib olmaq 
117 


 
istəyirdim,  lakin  buna  imkanım  yox  idi.  Sonra  mən  gördüm  ki, 
ödəməyə 
pulum 
olmayan 
zamanlarda, 
dükançılar 
mənə 
məmnuniyyətlə nisyə verirlər. 
Gəncliyimdən  və  təcrübəsizliyimdən  mən  anlamırdım  ki, 
qazancından artıq xərcləyən adam, elə bir külək əsdirir ki, sonra ondan 
mümkün ola biləcək hər növ bəla və müsibətlər tufanı yaranır. Mən 
öz  istəklərimə  boyun  əyməyə  başlayıb,  vəsaitimi  nəzərə  almadan 
bahalı geyimlər geyinib, yoldaşıma zinət əşyaları alırdım. 
Mən borclarımı bacardığım kimi ödəyirdim və bir müddət hər şey 
yaxşı  getdi.  Lakin  sonra  gördüm  ki,  həm  yaşamağa,  həm  də  eyni 
zamanda borclarımı ödəməyə qazancım kifayət etmir. Borclandığım 
adamlar  məni  izləyib,  bahalı  alış-verişimin  əvəzini  ödəməyi  tələb 
etməyə başladılar. Həyatım tamamilə dözülməz oldu. Mən dostlarım-
dan  pul  götürməyə  başladım,  lakin  onların  borcunu  artıq  verə 
bilmirdim. İşlər getdikcə pisləşirdi. Yoldaşım atasının evinə qayıtdı. 
Mən  isə  cavan  adamın  yaşayışı  üçün  daha  çox  imkanların  olduğu 
başqa şəhərin axtarışmda Babili tərk etməyi qərara aldım. 
İki il ərzində mən heç də asan olmayan karvan bələdçisi həyatını 
yaşadım.  Orada  mən  silahsız  karvanların  axtarışında  bütün  səhranı 
dolaşan quldur dəstəsinə qoşuldum. Bu cür hərəkətlər atamın oğluna 
yaraşmasa  da,  mən  dünyanı  rəngarəng  daşlardan  baxırmış  kimi 
görürdüm və nə dərəcədə alçaldığımın fərqində deyildim. 
Karvana bizim birinci basqınımız uğurlu oldu. Biz, qızıl, xəz və 
digər qiymətli əşyalardan ibarət çoxlu qənimət 
118 


 
əldə etdik. Bu qənimətləri Qinirə aparıb, hamısını kefə xərclədik. 
İkinci  cəhdimiz  elə  də  uğurlu  almmadı.  Karvana  basqın  edər-
etməz  yerli  tayfa  bizə  hücum  çəkdi.  Tacirlər  öz  mühafizələri  üçün 
onların başçısına pul ödəyirdi. Bizim iki başçımızdan biri öldürüldü, 
qalanlannı isə Dəməşqə apardılar. Orada əynimizdəki bütün paltarları 
çıxartdırıb, bizi qul kimi satdılar. 
Məni  iki  gümüş  sikkəyə  Suriya  səhra  qəbiləsinin  başçısı  aldı. 
Saçlarım qısa kəsilmiş, əynimdə isə yalnız beldən aşağı sarğı vardı və 
mən zahirən digər pullardan heç nə ilə fərqlənmirdim. Qayğısız gənc 
olduğumdan,  mənə  elə  gəlirdi  ki,  bütün  bunlar  əyləncəli 
sərgüzəştlərdir.  Amma  bir  gün  sahibim  məni  öz  dörd  arvadının 
qarşısına  çıxardıb  dedi  ki,  onlar  məni  hərəmağası  vəzifəsinə  götürə 
bilərlər. 
Yalnız o an mən öz vəziyyətimin necə çıxılmaz olduğunu anladım. 
Bu  səhra  qəbiləsi vəhşi və  davakar  idi.  Silahsız  və  qaçmağa  azacıq 
imkanı olmadan mən tamamilə onların ixtiyarında idim. 
Mən  bərk  ürküb  dayanmışdım,  bu  dörd  qadın  isə  sanki  məni 
görməzdən gəlirdi. Mən heç bilmirdim də, onlar tərəfindən hər hansı 
bir  mərhəmətə  ümid  edə  bilərəmmi?  Birinci  xanımı  Sira,  yaşca 
digərlərindən böyük idi. O mənə baxarkən, üzü heç nə ifadə etmirdi. 
Mənə  elə  gəldi  ki,  ondan  mərhəmət  gözləməyin  heç  bir  mənası 
yoxdur. O biri arvadı təkəbbürlü gözəl idi. O mənə elə etinasızlıqla 
baxırdı  ki,  sanki  mən  palçıq  içindəki  qurdam.  İki  ən  cavanı  isə 
dayanmadan istehza ilə gülürdülər. 
119 


 
Orada durub öz hökmümü gözləyincə, sanki bütün bir ömür keçdi. 
Elə təəssürat yaranırdı ki, qadınlardan hər biri qərar haqqım digərinə 
verməyə meyilli idi. Nəhayət, Sira soyuq səs tonu ilə söylədi: 
-  Hərəmağalarımız  kifayət  qədərdir,  dəvə  çarvadarları  isə  azdır, 
olanlar da heç bir işə yaramır. Mən elə bugün öz xəstə anamı ziyarət 
etməliyəm, amma dəvəmi etibar edə biləcəyim bircə qulum da yoxdur. 
Bu quldan soruş, gör, o, dəvələrlə davranmağı bacarırmı? 
- Dəvələr haqqında nə bilirsən? - sahibim məndən soruşdu. Mən 
onları  diz  üstə  oturmağa  məcbur  edə  bilərəm,  onlara  yük  yükləyə 
bilərəm,  onları  yormadan  böyük  məsafələrə  apara  bilərəm.  Ehtiyac 
oiduqda, xəstəliklərini də sağalda bilərəm. 
-  Bu  qul  dildən  pərgardır,  -  sahibi  buyurdu.  -  Əgər  istəyirsənsə, 
Sira, onu özünə çarvadar götür. 
Beləliklə,  mən,  Siranın  sərəncamına  keçdim  və  elə  həmin  gün 
onun  dəvəsini  uzun  bir  səyahətə,  xəstə  anasının  yanına  apardım. 
Fürsətdən istifadə edib, müqəddəratıma müdaxilə etdiyinə görə, mən 
ona  öz  minnətdarlığımı  bildirdim.  Söylədim  ki,  mən  doğuşdan  qul 
deyiləm, azad adamın, Babildə çox hörmətli sənətkarın oğluyam. Mən 
ona həm də öz hekayəmi danışdım, lakin onun cavabı məndə çaşqınlıq 
yaratdı: 
Əgər zəifliklərin səni bu vəziyyətə gətirib çıxardıbsa, sən özünə 
necə azad adamın oğlu deyə bilirsən? Əgər insanın içində kölə ruhu 
yaşayırsa,  o  doğulmağından  asılı  olmayaraq,  elə  kölə  də  olacaq. 
Eynilə, su kimi, o da axıb 
120 


 
çuxurunu tapır. Əgər sən azad ruhlu insan olmuş olsaydın, bəxtinin 
dönüklüyünə baxmayaraq, hörmət və ehtiramı öz şəhərində də 
qazanardın. 
Bir ildən çox mən qul olub, qullarla yaşadım, lakin onlardan biri 
olmadım. Bir gün Sira məndən soruşdu: 
- Başqa qullar öz asudə vaxtlarında bir-biri ilə ünsiyyətdə ikən, nə 
üçün sən öz çadırında oturursan? 
-  Mən  elə  hey  sənin  mənə  söylədiklərin  haqqında  düşünürəm,  - 
deyə cavab verdim. - Mənim içimdə kölə ruhu yoxdur. Mən onların 
əhatəsində ola bilmədiyim üçün, tək otururam. 
- Mən də tək oturmalı oluram.  - o söylədi. - Mənim cehizim çox 
olduğu üçün sahibin mənimlə evləndi. Lakin o məni sevmirdi. Axı hər 
bir qadın sevilmək istəyir. Ona görə də mən övladsız qaldım, mənim 
nə  oğlum,  nə  qızım  var.  Odur  ki,  həmişə  tək  qalmağa  məhkumam. 
Əgər  mən  kişi  olsaydım,  köləlikdənsə,  ölümü  seçərdim.  Lakin 
qəbiləmizin adətləri qadınları köləyə çevirir. 
-  Bəs  bu  dəfə  sən  mənim  haqqımda  nə  düşünürsən?  —  mən 
soruşdum. - Daxilimdə necə adamın ruhu var - azad, yoxsa kölə? 
-  Sən  Babildəki  borclarını  ödəmək  istəyirsənmi?  -  o  da  öz 
növbəsində soruşdu. 
- Bəli, mənim elə bir istəyim var, amma elə bir ehtimal görmürəm. 
-  Bu  qədər  ilin  keçməsinə  rəğmən,  əgər  sən  təşəbbüs  belə 
etməmisənsə, bu o deməkdir ki, daxilində hələ də kölə 
121 


 
ruhu  yaşayır.  Kişi  özünə  hörmət  qoymalıdır,  məgər  borcunu 
qaytarmayan adama hörmət etmək olar? 
- Axı mən nə edə bilərəm? Mən Suriyadayam və mən qulam. 
- Onda elə Suriyada da qul olaraq qal, aciz. 
- Mən aciz deyiləm, - hiddətlə etiraz etdim. 
- Onda bunu sübut et. 
- Necə? 
-  Məgər  sənin  hökmdarın  hər  fürsətdə,  hər  üsulla  düşmənlərlə 
mübarizə  etmir?  Sənin  düşmənin  -  sənin  borclarındır.  Onlar  səni 
Babildən qovdular. Onlar sənə görə çox güclüdür. Əgər sən kişi kimi 
onlarla  savaşsaydm,  onlara  qalib  gəlib,  həmyerlilərin  arasında 
hörmətli adam ola bilərdin. 
Sonradan  mən  bu  haqsız  ittihamlar  barəsində  çox  düşündüm və 
daxilimdə kölə ruhu olmadığını sübut edərək, xəyalən öz müdafiəmə 
xeyli  söz  söylədim.  Fəqət  bunları  Siranın  üzünə  deməyə  imkanım 
olmurdu. Üstündən üç gün keçmiş, onun qulluqçusu məni sahibəsinin 
hüzuruna çağırdı. 
- Mənim anam yenə xəstələnib, - o dedi. - Ərimin sürüsündən iki 
ən yaxşı dəvəni yəhərlə. Uzaq yol üçün su tuluqlarını və azuqə dolu 
yəhər çantalarını bağla. Qulluqçu sənə ərzağı verəcək. 
Qulluqçunun  bu  qədər  çox  azuqə  hazırlamasına  təəccüblənərək, 
dəvələri yəhərlədim, çünki sahibəmin anası 
122 


 
o qədər də uzaqda yaşamırdı. Qulluqçu qadın arxadakı dəvənin 
üstündə gedirdi, mən isə sahibəmin dəvəsinin yüyənindən tutub 
aparırdım. Biz mənzil başına çatanda, artıq qaş qaralmışdı. Sira 
qulluqçunu göndərib məndən soruşdu: 
-  Dabasir,  sənin  daxilində  azad  adamın,  yoxsa  kölənin  ruhu 
yaşayır? 
- Azad adamın, deyə cavab verdim. 
-  Sənin  bunu  sübut  etmə  imkanın  var.  Sahibin  çoxlu  şərab  içib, 
onun  qulları  isə  tənbəldirlər.  Bu  dəvələri  də  götür,  qaç.  O  çantada, 
xarici görünüşünü dəyişə bilməyin üçün sahibinin geyimlərindən də 
var.  Mən  deyəcəyəm  ki,  xəstə  anamı  ziyarət  edərkən,  sən  dəvələri 
oğurlayıb qaçmısan. 
-  Sənin  daxilində  şahzadə  ruhu  var,  -  mən  ona  söylədim.  -  Mən 
arzulayıram ki, sən xoşbəxt olasan. 
- Uzaq ölkədə tanımadığı yad adamların arasında evindən qaçmış 
qadını hansı xoşbəxtlik gözləyə bilər? - o cavab verdi. - Öz yolunla 
get, qoy səhra tanrıları səni qorusunlar, çünki yol uzundur, səhrada isə 
nə su, nə də yemək var. 
Məni razı salmaq uzun çəkmədi. Mən ona ürəkdən təşəkkür edib, 
gecənin  qaranlığında  gözdən  itdim.  Bu  ölkə  mənə  tanış  deyildi, 
Babilin  hansı  istiqamətdə  yerləşməsi  haqqında  qeyri-müəyyən 
təsəvvürüm vardı. Buna baxmayaraq, səhranın qumsallı təpələrindən 
cəsarətlə  keçirdim.  Bir  dəvəni  minib,  digərini  isə  xalta  qayışından 
tutub aparırdım. Mən sahibinin malını oğurlayıb qaçmağa ça 
123 


 
lışan köləni gözləyən aqibəti düşünərək, yalnız bu fikirlə hərəkət edib 
bütün gecəni və növbəti günü yol getmişəm. 
Axşama  yaxm  mən,  yaşayışı  olmayan  hansısa  dağlıq  əraziyə 
çatdım.  İti  daşlar  dəvələrin  ayaqlarını  yaralamışdı  və  onlar 
irəliləməkdə çətinlik çəkirdilər. Mən nə bir insana, nə də bir heyvana 
rast  gəldim.  Yaşayış  üçün  yararsız  olan  belə  yerdə,  buna 
təəccüblənmək də çətin deyildi. 
Az  adam  olardı  ki,  belə  bir  səyahətdə  sağ  qala.  Günü-  gündən 
irəliləmək  çətinləşirdi.  Ərzaq  da,  su  da  bitmişdi.  Günəş  amansızca 
yandırırdı. Doqquzuncu günün sonunda mən dəvədən sürüşüb düşdüm 
və  anladım  ki,  yenidən  onun  üstünə  qalxmağa  gücüm  olmayacaq. 
Mən, bu kimsəsiz səhrada gəbərib gedəcəyəm. 
Mən yerə sərilib yatdım. Məni oyadan, doğan günəşin ilk şüalan 
oldu. 
Mən bir qədər qalxıb, ətrafa boylandım. Səhər havasında soyuqluq 
hiss  olunurdu.  Dəvələr  yaxınlıqda  hərəkətsiz  uzanmışdı.  Ətrafa 
qumlar  yayılmış,  daşlar  onlann  arasından  da  tək-tük  tikanlı  bitkilər 
görünürdü. Heç bir su izi, nə insan, nə də dəvə üçün yeyəcək bir şey 
yox idi. 
Olmaya, mən əcəlimi belə kimsəsiz yerdə qarşılayacağam? Ağlım 
heç olmayan kimi aydın çalışsa da, bədənim mənim üçün nə isə ifadə 
etməkdən çıxmışdı. Çatlayıb qanayan dodaqlar, qurumuş və şişmiş dil, 
boş mədə - bütün bunlar artıq heç bir məna kəsb etmirdi. 
Mən uzaqlara baxıb yenidən özümə sual verdim: daxilimdə hansı 
ruh yaşayır - kölə yoxsa, azad adam? Və birdən aydın anladım ki, əgər 
içimdə kölə yaşayırsa, onda 
124 


 
mən təslim olub, bu səhrada uzanıb ölməliyəm. Qaçaq qula layiq 
ölüm. 
Yox  əgər  içimdə  azad  adam  yaşayırsa,  mən  Babilə  yol 
tapmalıyam. Mənə etibar edən insanlarla ödəşib, məni sevən arvadımı 
görüb, valideynlərimi sakitləşdirməliyəm. 
«Sənin  düşmənlərin  -  sənin  borclarındır.  Onlar  səni  Babildən 
qovdular». Sira belə demişdi. Bu da həqiqət idi. Nə üçün mən kişi kimi 
mübarizə  aparmadım?  Niyə  yoldaşıma  icazə  verdim  ki,  ata  evinə 
qayıtsın? 
Qəflətən  bu  dəmdə,  çox  qəribə  bir  şey  baş  verdi.  Bütün  dünya 
başqa rəng aldı, sanki mən bu vaxta qədər ona rəngli daşdan baxırdım 
və indi onu mənim gözlərimin önündən çəkdilər. Mən həyatın bütün 
dəyərlərini gördüm. 
Səhrada ölmək? Yox, a! Mən nə etməli olduğumu anladım. İlk iş 
- Babilə qayıdıb, borclu olduğum hər kəslə görüşməliyəm. Mən onlara 
deməliyəm  ki,  uzunillik  sərgərdan  həyat  və  bədbəxtliklərdən  sonra, 
borclarımı  qaytarmaq  üçün  qayıtmışam.  Sonra  isə  arvadım  üçün  ev 
tikib,  valideynlərimin  fəxr  edə  biləcəyi  hörmətli  şəhər  sakini 
olmalıyam. 
Borclarım düşmənlərim idi,  borclandığım  insanlar  isə  dostlarım, 
çünki onlar mənə inanırdılar. 
Mən  asta-asta  ayağa  qalxdım.  Nə  aclığa,  nə  də  susuzluğa  fikir 
verdim.  Onlar  mənə  Babilə  çatmağa  mane  ola  bilməzdi.  Mənim 
daxilimdə azad insanın ruhu yaşayırdı və o, düşmənləri ilə savaşıb, öz 
dostlarını geri qaytarmaq üçün qayıdırdı. 
125 


 
Mənim  xırıltılı  səsimdə  yeni  sədalar  eşidəndə,  dəvələrimin 
dumanlanmış  gözləri  yeni  parıltı  ilə  işıqlandı.  Onlar  bir  neçə  cəhd 
etdikdən  sonra,  böyük  çətinliklə  ayağa  qalxıb  şimala  doğru,  daxili 
səsimin də mənə işarə etdiyi kimi, Babilin yerləşdiyini düşündüyüm 
yerə hərəkət etdilər. 
Biz  su  tapdıq.  Biz,  otun  və  meyvə  ağaclarının  bitdiyi  daha 
məhsuldar əraziyə gəldik. Biz Babilə yol tapdıq, çünki azad adamın 
ruhu, həyatı, həll olunması lazım gələn bir sıra mürəkkəb məsələlər 
kimi görür və onları yoluna qoyur, kölə ruhu isə yalnız inildəyir: «Axı 
qulamsa, nə edə bilərəm? 
Bəs sən necə hesab edirsən, Tarkad? Ac qamma düşünmək daha 
rahat  olur?  Sən  də  özünə  hörmət  etmənin  yolunu  axtarıb  tapmaq 
istəmirsən?  Borclarını  vicdanla  ödəyib,  yenidən  Babilin  hörmətli 
adamlarından olmaq istəmirsənmi? 
Gəncin gözləri doldu: 
-  Sən  mənə  yeni  həyatı  göstərdin.  İndi  mən  hiss  edirəm  ki, 
daxilimdə azad adamın ruhu yaşayır. 
- Dabasir, bəs sən qayıtdıqdan sonra nə etdin? - dinləyicilərdən biri 
maraqlandı. 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə