N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
babilin-en-varli-adami

mütəfəkkir  şəxs  olduğum  halda,  burada,  toz-torpaq  basmış  Babil 
xarabalıqlarının  içindən  çıxan  hansısa  qədim  bir  şəxs,  borcları 
qaytarmaqla yanaşı, eyni vaxtda pul kisəsinin də cingiltili qəpiklərlə 
dolması  üsulunu  təklif  edir.  Mən  isə  bu  barədə  əvvəllər  heç  nə 
eşitməmişəm.
 
Maraqlıdır, bu üsul qədim Babildə olduğu qədər günümüzdə də 
bir o qədər effektli olacaqmı? Mən və həyat yoldaşım şəxsi işlərimizin 
yoluna düşməsi ehtiyacı ilə bu planı tətbiq etməyə hazırlaşırıq.
 
Sizə  qiymətli  başlanğıclarınızda  uğurlar  arzulayıram  və  hər 
zaman kömək etməyə hazıram.
 
Səmimiyyətlə Sizin, 
Alfred Şruzberi, 
Arxeoloji şöbə 
129 


 
Lövhəcik Na 1 
İndi, dolan ay vaxtı, mən Dabasir, çoxsaylı borclarımı qaytarmaq 
və  öz  doğma  şəhərim  Babildə  hörmətə  layiq,  imkanlı  adam  olmaq 
məqsədilə  bu  yaxınlarda  Suriyadakı  əsirlikdən  qayıdaraq, 
lövhəciklərdə  öz  işlərimin  gedişa-  tını  yazıram  ki,  bu  yazı 
hərəkətlərimə rəhbərlik edib, ali məqsədlərimə çatmaqda mənə kömək 
etsin. 
Mən səxavətli dostum Matonun müdrik məsləhətinə əsasən, məni 
borclarımdan  qurtarıb,  varlı  həyata  gətirəcək  və  vicdanlı  insanların 
hörmətini  qazandıracaq  dəqiq  plana  uyğun  hərəkət  etməyə 
hazırlaşıram. 
Plan özündə, ümid edib can atdığım üç amili ehtiva edir. 
Birincisi,  plan,  mənim  gələcək  rifahımın  təməlini  qurur.  Bunun 
üçün  mən  bütün  qazancımın  onda  bir  hissəsini  kənara  qoyub 
yığacağam. Maton müdrikdir, o deyir: 
"Pul kisəsindəki qızıl və gümüşü xərcləmək əvəzinə, onu saxlayan 
insan, ailəsinin rifahını yüksəldib, hökmdarına sədaqətlə qulluq etmiş 
sayılar. 
130 


 
Pul  kisəsində  cəmi  bir  neçə  mis  qəpiyi  olan  adam  isə,  həm 
ailəsinə, həm də hökmdarına qarşı etinasız olar. 
Pul  kisəsində  heç  nəyi  olmayan  kəs,  öz  daşürəkliliyi  ilə  həm 
ailəsinə ziyan verər, həm də hökmdarına xəyanət etmiş olar". 
Odur  ki,  nəyəsə  nail  olmaq  istəyən  adamın  pul  kisəsində  - 
cingildəyən  qəpiklər,  ürəyində  isə  -  ailəsinə  sevgi,  hökmdarına 
sədaqət hissləri olmalıdır. 
İkincisi,  plan  mənə  işarə  edir  ki,  atası  evindən  yanıma  qayıdan 
sədaqətli yoldaşıma dəstək olub, onu geyimlə təmin edim. Matonun 
dediyinə  görə,  sadiq  xanımına  göstərdiyi  layiqli  qayğı,  kişinin 
daxilində özünəhörmət hissini yaradır və yeni başlanğıclarına səbəb 
olub, ona güc verir. 
Odur ki, bütün qazancımın onda yeddisini evi saxlamağa, geyim 
və ərzaq almağa, həmçinin az bir hissəsini də həyatımızda əyləncə və 
sevincin  olmasına  xərcləyəcəyəm.  Lakin  mən  diqqət  edəcəyəm  ki, 
bütün  bu  lazımi  xərclər,  qazancımın  onda  yeddi  hissəsini  aşmasın. 
Planın bütün müvəffəqiyyəti bundan ibarətdir. Mən ayrılmış vəsaitlə 
dolanıb, əvəzini ödəyə bilməyəcəyim şeyləri heç vaxt almamalıyam. 
131 


 
Lövhəcik Na 2 
Üçüncüsü, plana görə mən qazancımdan borc da ödəməliyəm. 
Odur ki, hər dəfə ay dolanda, qazancımın onda iki hissəsini mənə 
etibar  edən  və  mənim  borclu  olduğum  adamlar  arasında  vicdanla 
bölməliyəm.  Bu  üsulla  müəyyən  vaxtdan  sonra  bütün  borclarım 
ödəniləcək. 
Bu  səbəbdən  mən  burada  borclu  olduğum  bütün  adamların 
adlarını və düzgün borc məbləğlərini qeyd edirəm. 
Faru, toxucu - 2 gümüş və 6 mis qəpik 
Sincar, xarrat -1 gümüş qəpik 
Axmar, dostum - 3 gümüş və 1 mis qəpik 
Zankar, dostum - 4 gümüş və 7 mis qəpik 
Askamir, dostum -1 gümüş və 3 mis qəpik 
Xarinsir, zərgər - 6 gümüş və 2 mis qəpik 
Diyarbəkir, atamın dostu - 4 gümüş və 1 mis qəpik 
Alkaxad, ev sahibi -14 gümüş qəpik 
Maton, sələmçi - 9 gümüş qəpik 
Birəcik, kəndli -1 gümüş və 7 mis qəpik 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə