N11-1-ci qrup Layout 1


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 7,04 Kb.

səhifə9/41
tarix24.12.2017
ölçüsü7,04 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

18
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
etmək fikrinə düşməsinlər. İmtahana kimi tədris proqramını mükəmməl şəkildə öyrənib
başa çatdırsınlar.
Pərvin Əzimzadə (II qrup, 629 bal) –Tələbə olmaq arzusu ilə yaşayan şagird bu arzunun
əlçatmaz olduğunu ağlına gətirməməlidir. Bilməlidir ki, hər şey onun özündən asılıdır.
Bunun üçün imtahanlara ciddi hazırlaşmaq, TQDK‑nın vəsaitlərindən istifadə etmək
lazımdır. 
Zahid Oruczadə (II qrup, 626 bal) – İmtahanlara salınan test tapşırıqları məktəb
proqramına, eləcə də TQDK‑ nın qəbul proqramına tam uyğun olduğu üçün dərslik və
əlavə vəsaitlərdəki materialları mükəmməl şəkildə öyrənmək lazımdır. 
Ceyhun Yardımlı (II qrup, 621 bal) – Qəbul proqramının bütün mövzularını yaxşı
mənimsəsinlər və “Abituriyent” jurnalındakı tövsiyələrə əməl etsinlər.
Qəndab Hüseynova (II qrup, 619 bal) – Gələcək abituriyentlər nəzəri biliklərə
yiyələnməli, tədris proqramını dərindən mənimsəməli, öyrəndiklərini mühakimə yolu ilə
əlaqələndirməyi bacarmalıdırlar. İmtahan zamanı isə çox diqqətli olmalıdırlar.
Bəhruz Səlimzadə (II qrup, 619 bal) – Gələcək abituriyentlər qəbul imtahanlarına planlı
şəkildə hazırlaşmalı, keçilmiş mövzuları mütəmadi olaraq təkrarlamalıdırlar. Sınaq
imtahanlarında mümkün qədər çox iştirak etməlidirlər. Bu, qəbul imtahanında həyəcan və
gərginlikdən xilas olmaq üçün çox vacibdir.
Eşqin İbrahimov (II qrup, 614 bal) – İmtahan müddəti olan 3 saat gələcək uğurlarınızın
başlanğıcı ola, əldə etdiyiniz nəticə valideynlərinizi, müəllimlərinizi, eləcə də sizi tanıyan
hər kəsi məmnun edə bilər. Siz bunları motivasiya kimi qəbul edib imtahanlara səylə
hazırlaşmalı, sınaq imtahanlarında mümkün qədər çox iştirak etməli, özünüzü 3 saatlıq
bilik yarışına mükəmməl hazırlamalısınız. Tələbə olacağınıza sizdə dərin inam olmalıdır.
İlk addımı da elə bu inamla atmalısınız.
Əli Qocayev (II qrup, 614 bal) – Qəbul imtahanına hazırlaşan abituriyentin, ilk növbədə
dərs oxumaq üçün iş otağı, sakit və rahat şəraiti olmalıdır. İstirahət və yuxu da
unudulmamalıdır. Abituriyent hər bir mövzunu mükəmməl qavramalı, öyrəndiklərini
təkrarlamaqla daha da möhkəmləndirməlidir. İmtahanda səbir və iradə nümayiş
etdirməlidir. 
Qorqud İsrəfilzadə (II qrup, 614 bal) –Yüksək nəticələr əldə etmək abituriyentdən ciddi
qətiyyət və böyük zəhmət tələb edir. 
Simuzər Abdullah (III qrup, 683 bal) – Abituriyentlərə yalnız məktəb proqramları ilə
kifayətlənməməli, eyni zamanda TQDK‑nın abituriyentlər üçün hazırladığı vəsaitlərdən və
test toplularından da istifadə etməlidirlər.
Fatimə Zərbiyeva (III qrup, 670 bal) – Tədris proqramlarındakı mövzuları maksimum
mənimsəməlidirlər ki, imtahanda yüksək nəticə əldə edə bilsinlər. Hədəfə çatmağın yolu
əzmkarlıq və çalışqanlıqdan başlayır. Yalnız səylə oxumaqla, tapşırıqları vaxtlı‑vaxtında
yerinə yetirməklə və sınaq imtahanlarında iştirak etməklə qarşıya qoyulan məqsədə çatmaq
olar.
Reyhan Ramazanova (III qrup, 668 bal) – Məktəbdə gündəlik dərsləri yaxşı öyrənmək,
verilən hər bir tapşırığı keyfiyyətlə yerinə yetirmək lazımdır. Bu, sizi günbəgün uğura
yaxınlaşdıracaq. Son 2 ildə isə seçəcəyiniz ixtisas qrupuna aid fənlər üzrə hazırlaşmalı,
tətbiq yönümlü test tapşırıqlarına xüsusi fikir verməlisiniz. Əlbəttə, istirahətə də vaxt
ayırmaq lazımdır.


19
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Sevil Süleymanova (III qrup, 665 bal) – Öz üzərlərində çox çalışsınlar. Hökm deyil ki,
hazırlıq kurslarına və ya repetitor yanına getsinlər. Sadəcə olaraq, aşağı siniflərdən dərslərə
ciddi hazırlaşmaq, müəllimlərin tapşırıqlarını vaxtlı‑vaxtında yerinə yetirmək lazımdır.
Rəfail Yusifov (III qrup, 649 bal) – Əvvəlcə, məktəb proqramını öyrənməlisiniz, eyni
zamanda TQDK‑nın qəbul proqramı üzrə hazırlaşmalısınız. TQDK‑nın nəşr etdiyi
vəsaitlərdən yararlanmalısınız. Çünki elə mövzular var ki, bu vəsaitlərdə daha əhatəli və
dəqiq işlənmişdir. Bir məsləhətim də budur ki, imtahana psixoloji cəhətdən də hazır
olmalısınız.
İfadə Tarverdiyeva (III qrup, 629 bal) –Gələcək abituriyentlərə məsləhətim budur ki,
yüksək bal toplamaq istəyirlərsə, sadəcə, lazımsız məşğuliyyət və əyləncələrə “yox” deyib,
ancaq dərs oxumaqla məşğul olsunlar.
Ayşən Məmmədova (III qrup, 617 bal) Hər bir abituriyent gərək, ilk növbədə
qarşısında nə qədər məsuliyyətli bir vəzifə olduğunu dərk etsin.Çünki ali məktəbə daxil
olmaq təkcə abituriyentə yox, eyni zamanda onun valideynlərinə və müəllimlərinə,
həmçinin təhsil aldığı məktəbə də şərəf gətirir. Bu həm də gələcək uğurların təməlidir.
Gülüstan Musayeva (IV qrup, 667 bal) – Qəbul imtahanına hazırlaşan abituriyent
vaxtını dərs oxumağa, gündə nə isə yeni bir şey öyrənməyə sərf etməlidir. Onda özünə
dərin inam olmalıdır. İmtahan məsuliyyət tələb edir, amma imtahandan qorxmaq lazım
deyil. Əgər mövzuları yaxşı öyrənsən, özünə inamın olsa, şübhəsiz, yüksək nəticə
göstərəcəksən.
Rəvan Bağırlı (IV qrup, 665 bal) –İmtahanlara çox ciddi hazırlaşsınlar. TQDK‑nın bütün
vəsaitlərindən səmərəli istifadə etsinlər. Bütün sınaq imtahanlarında iştirak etsinlər və
sınaqlardakı tapşırıqları əvvəlki illərin sınaq, eləcə də qəbul imtahanlarına aid test
tapşırıqları ilə müqayisə etsinlər.
Ləman Haqverdiyeva (IV qrup, 665 bal) – Tövsiyəm budur ki, proqram materiallarını
ardıcıl və sistemli şəkildə mənimsəsinlər. Hər mövzu üzrə test tapşırıqları həll etsinlər.
Mahmud Əzizli (IV qrup, 656 bal) – Abituriyent öyrənməyə səy göstərərsə, mövzuların
çoxluğundan, çətinliyindən qorxmayacaq. Hər hansı çətin anlaşılan mövzu ilə üzləşəndə isə
müəllimlərinə müraciət etsinlər. Bir də məsləhət görürəm ki, TQDK‑nın vəsaitlərindən
həmişə istifadə etsinlər, “Abituriyent” jurnalında dərc olunan məsləhət və tövsiyələrə əməl
etsinlər. 
Emilya Cəbizadə (IV qrup, 646 bal) – Səbirli olmağı, əzm və həvəslə çalışmağı, heç vaxt
ümidsizliyə qapılmamağı məsləhət görürəm. Hər kəs özünün real bilik səviyyəsinə uyğun
ixtisas seçməlidir. Kim nəyə iddialıdırsa, ona uyğun da çalışmalı, öz arzusunu
reallaşdırmaq üçün yetərli bilik nümayiş etdirməlidir.
Xalidə Səmədli (IV qrup, 643 bal) – Hər bir abituriyent öz qabiliyyətinə və potensialına
uyğun ixtisas qrupu seçməlidir. Vaxtdan səmərəli istifadə etməli, çox zəhmətkeş və
məsuliyyətli olmalıdır. Ən vacib məsələlərdən biri də imtahana psixoloji çəhətdən hazır
olmaqdır. Məsələn: mən sonuncu sınaq imtahanında 677 bal topladığım halda, imtahanda
keçirdiyim həyəcan üzündən 643 bal topladım. Odur ki, imtahana tam sərbəst, yüksək
əhvali‑ruhiyyədə və inamla getmək lazımdır.
Qənirə Əhmədova (IV qrup, 642 bal) – Yüksək nəticə əldə etməyin formulu belədir:
məqsəd aydınlığı, çalışqanlıq və inam...Qarşınıza məqsəd qoyun: mən tələbə olacağam!
Kim qarşısına belə məqsəd qoyursa və bu məqsəd üçün hər bir zəhmətə qatlaşırsa, o, öz
məqsədinə çatacaqdır. Mən öz təcrübəmlə bunu təsdiq etdim.




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə