N11-1-ci qrup Layout 1


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 7,04 Kb.

səhifə6/41
tarix24.12.2017
ölçüsü7,04 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   41

12
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
‑ Gələcək abituriyentlər yüksək nəticə əldə etmək üçün ən başlıcası nə etməlidirlər?
‑ İlk növbədə aşağı siniflərdən yaxşı oxumalıdırlar. Bəzi uşaqlar elə düşünürlər ki, son 2 ildə
hazırlaşmaqla yüksək nəticə əldə edə bilərlər. Bu, düzgün deyil. Aşağı siniflərdə zəif oxumusansa,
yalnız son siniflərdə ciddi çalışmaqla yüksək nəticə əldə etmək çətindir. Bundan əlavə, imtahana
hazırlıq dövründə dərslərə məsuliyyətlə yanaşmaq, tapşırıqlara vaxtlı‑vaxtında əməl etmək, ən
başlıcası isə imtahana sistemli, məqsədyönlü və hərtərəfli şəkildə hazırlaşmaq lazımdır.
Xeyransa ilə söhbət zamanı məlum oldu ki, o, boş vaxtlarında kitab oxumağı və musiqiyə qulaq
asmağı çox sevir. Daha çox dünya ədəbiyyatı kitablarına müraciət edir, əcnəbi musiqi və
müğənnilərə üstünlük verir. Uşaq vaxtlarından rəqs etməyə, rəsm çəkməyə marağı olsa da, müəyyən
çətinliklər üzündən həmin istəklərini həyata keçirə bilməyib. 
Anasının Xeyransa haqqında dediklərindən....
Xeyransanın əvvəldən yüksək bal toplayacağına inanırdım. Onu da deyim ki, o, hələ uşaqlıqdan
başqalarından fərqlənirdi. Zehni, qavrayışı, yaddaşı möhkəm idi. Hiss edirdim ki, istedadlıdır.
Bunların onun yüksək nəticə əldə etməsində mühüm rolu olub. Həddindən artıq məntiqli uşaqdır.
Onu da deyim ki, aşağı siniflərdən dərslərini həmişə yaxşı oxuduğu üçün qəbula hazırlıqda çətinliyi
olmayıb. Hazırlığa gedəndə sanki oxuduqlarını təkrar edirdi. Hər zaman məsuliyyəlti olduğu üçün
istədiyi nəticəni əldə edirdi. 
Xeyransanın anası qəbula hazırlaşan abituriyentlərin valideynlərinə bəzi tövsiyələr də verdi.
Bildirdi ki, hazırlıq müddətində uşaqlara hər zaman dəstək olsunlar. Heç bir halda onları məktəb
dərslərindən ayırmasınlar. Vaxtlı‑vaxtında məktəbə göndərsinlər. Bəzən tanışlarım mənə deyirdilər
ki, hava soyuqdur niyə uşaqları məktəbə göndərirsən? Mən isə belə məsləhətlərə məhəl
qoymurdum. Məncə, uşaq məktəbdə verilən bütün dərslərə həmişə hazır olmalıdır. Xeyransa
qarşısına məqsəd qoymuşdu ki, 700 bal toplayacaq. Mən də hər zaman ona dəstək olur və onu 700
bal toplayacağına ruhlandırırdım. Heç bir halda uşağı qorxutmaq lazım deyil, əksinə, ona kömək
etmək və dəstək olmaq lazımdır.
Xeyransa söhbətin sonunda bundan sonra da əla qiymətlərlə oxumağa davam edəcəyini söylədi.
Vurğuladı ki, bu gün topladığı 700 bal gələcəkdə daha yüksək nəticələr üçün bünövrədir. O, hüquq
sahəsi üzrə yaxşı bir mütəxəssis olacağını bildirdi. Gələcək abituriyentlərə də uğurlar arzuladı,
tövsiyələrini verdi: “Qarşılarına böyük məqsədlər qoysunlar və buna nail olmaq üçün var gücləri ilə
çalışsınlar. Unutmasınlar ki, çəkilən zəhmət mütləq bəhrəsini verir.” 
Kamran Həmidov 1995‑ci ildə Siyəzən şəhərində anadan olub. 2001‑ci ildə
Siyəzən şəhərində 1 saylı tam orta məktəbdə təhsilə başlayıb. Beşinci sinifdən isə
təhsilini Bakı şəhərində yerləşən Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində
davam etdirib. Qəbul imtahanında 700 bal toplayaraq rekord nəticə əldə edib.
Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə qəbul olan Kamran
sonradan Türkiyə ali məktəblərinə keçirilən müsabiqədən uğurla keçərək qardaş
ölkənin Karadeniz Texniki Universitetində ali təhsil almaq hüququ qazanıb. 
‑ Qəbul imtahanına hazırlaşarkən əsas məqsədin nə idi və məqsədinə çatmaq
üçün hansı maneələri dəf etməli olmusan?
‑ Öncə onu qeyd edim ki, beşinci sinifdən təhsilimi davam etdirmək üçün Bakıya gələndən sonra
açığını deyim, yataqxanada, daha sonra kirayədə qaldım. 6 il müddətində 7‑8 ev dəyişdim. Təbii ki,
belə şəraitdə oxumaq mənim üçün asan deyildi. Lakin mən qarşıma məqsəd qoymuşdum ki, ümumi
təhsilimi uğurla başa vurub universitetə daxil olacağam. Arzuma çatmaq üçün var gücümlə çalışıb,
çox əziyyətlərə qatlaşmalı oldum. Ardıcıl, məqsədyönlü çalışmalarım öz bəhrəsini verdi və
imtahanda rekord nəticə əldə etdim.
‑ İmtahana gedərkən inanırdınmı ki, yüksək bal toplaya biləcəksən?


13
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
‑ Sınaq imtahanlarında 666‑670 bal, sonuncuda isə 695 bal toplamışdım. Qəbulda da yüksək bal
yığacağıma əmin idim. Lakin, açığını deyim, 700 bal toplayacağımı gözləmirdim. İmtahandan iki
saat sonra cavablarımı sual kitabçası əsasında yoxlatdıqdan sonra 700 bal topladığımı bildim.
Ailəmiz, yaxınlarım, müəllimlərim məni 700 ballıq nəticə münasibətilə təbrik edirdilər. Sevincdən
sanki uçmağa qanadım yox idi. 
‑ Abituriyentin imtahanda yüksək nəticə əldə etməsinin əsas amillərini sən nədə görürsən?
‑ Birincisi, insanın dərs oxumağa daxili tələbatı olmalıdır. Məlumdur ki, hər insanda oxumağa,
öyrənməyə maraq olmur. Bu, insanın ya genində olmalıdır, ya da tərbiyəsindən irəli gəlməlidir.
İkincisi, insan qarşısına konkret məqsəd qoymalıdır: hara gedir, nəyə nail olmaq istəyir?! Məqsədini
dəqiq müəyyənləşdirməlidir. Məqsədinə çatmaq üçün hətta bilmədiyi, sevmədiyi fənni də
öyrənməlidir. Üçüncüsü isə, insanın möhkəm iradəsi olmalıdır. Bu iradə məqsədə çatmaq üçün
qarşılaşdığı bütün maneələri keçməkdə ona mənəvi güc verməlidir. 
‑ Səndən öncə yaxınlarından belə yüksək nəticə göstərənlər olub?
‑ Valideynlərimin hər ikisi ali təhsillidir və hər biri iki universitet bitirib. Həm atam, həm də anam
tərəfdən tibb sənəti ilə məşğul olan qohumlarım çoxdur. Məndə də kiçik yaşlarımdan həkimliyə
böyük maraq yaranıb. Valideynlərim də mənim həkim olmağımı istəyirlər. 
Qəbul imtahanında maksimum bal topladığıma görə, ilk öncə, valideynlərimə təşəkkür edirəm.
Onlar mənim əziyyətimi çox çəkiblər. Müəllimlərimə də səmimi minnətdarlığımı bildirirəm. Onların
mənim üzərimdə təkcə təlim baxımından yox, həm də tərbiyə cəhətdən zəhmətləri var.
‑ Sənin fikrincə, nə üçün çox zaman lisey məzunlarının qəbul imtahanlarındakı nəticələri digər
məktəblərin məzunlarının nəticələrindən yüksək olur?
‑ Əslində, Azərbaycanın digər məktəbləri ilə bizim lisey arasında elə bir fərq yoxdur. Eyni
dərsliklərlə dərs keçirik, eyni proqram tədris olunur. Lakin bir şey var ki, bizim liseyin müəllimləri
vəzifə və məsuliyyətlərini daha dərindən dərk edirlər. 40 dəqiqəlik dərs müddətində şagirdlər
mütləq nəsə öyrənməlidirlər. Əgər şagird nəsə öyrənə bilmirsə, artıq müəllim buna görə məsuliyyət
daşıyır.
‑ Hazırlıq prosesində və ya imtahanda hansısa çətinliklərlə üzləşdinmi?
‑ Hazırlıq prosesində qarşıma çıxan ən ciddi problemlərdən biri dərsliklərlə bağlı idi. Belə ki,
köhnə və yeni dərsliklərdə məlumatın verilməsində fərqlilik var. Bu da şagirdlərdə çaşqınlıq
yaratmaya bilməz. Digər bir məsələ: imtahan zamanı açıq tipli sualların həlli çox vaxt aparırdı. Bir
açıq tipli sualın cavablandırılmasına sərf olunan vaxt təqribən beş‑altı qapalı sualın həlli üçün sərf
olunan vaxta bərabər idi. Odur ki, imtahanda hər fəndən 5 açıq tipli sualın salınması normaldır,
amma onların sayı bundan çox olsa, bu, abituriyentlər üçün çətinlik yaradar. Açıq tipli suallar
imtahanda şəxsən mənim üçün problem yaratmadı. İki saata testlərin hamısını, o cümlədən açıq tipli
test tapşırıqlarını cavablandırdım.
‑ Türkiyədə təhsil almağa üstünlük vermisən, bu nə ilə bağlıdır?
‑ Türkiyədə oxumağa ona görə qərar vermişəm ki, məncə, orada təhsilin səviyyəsi daha
yüksəkdir. Ali təhsil almaq şansı qazandığım Karadeniz Texniki Universitetində 6 il bakalavr, 2 il isə
rezidentura səviyyəsində təhsil alacağam. Təhsilimi tam başa vurduqdan sonra isə Azərbaycana
qayıdacağam. Ölkəmə tibb sahəsi üzrə yaxşı bir mütəxəssis kimi dönmək istəyirəm. 
‑ Öz təcrübənə əsaslanıb gələcək abituriyentlərə nə kimi məsləhətlər verərdin?
‑ Hər bir abituriyent, ilk növbədə qarşısına konkret məqsəd qoymalıdır. Şəxsən mən qarşıma
məqsəd qoymuşdum ki, “Müalicə işi” ixtisasına qəbul olacağam, buna da rekord nəticə ilə nail




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə