16
ərazidə, Dəbildə və s.) apardığı döyüşlər və nəhayət, əl-Məmunun ölümünədək Dəbildə qalması haqqında
məlumat verir (136).
Mənbələrdəki məlumat bundan sonrakı illərdə də ərəb qoşun dəstələrinin dəfələrlə Naxçıvan ərazisindən
keçərək, ölkənin müxtəlif yerlərinə bu və ya digər çıxışları yatırmaq məqsədilə etdikləri yürüşlərə həsr olunub.
Naxçıvanda isə bu zaman, görünür, uzağa qaçmayaraq, Xalidin ordusu getdikdən sonra yenidən şəhərə qayıtmış
və öz hakirniyyətini yenidən möhkəmlədə bilmiş Yəzid ibn Hisn əmirlik etməkdə davam edirdi. Belə ki, xəlifə
əl-Mütəsimin (833-842) xürrəmilərin məğlubiyyətindən sonra da bölgədə davam edən qarışıqlığa son qoymaq
məqsədilə Cənubi Qafqaza təyin etdiyi son vali Həmduyə ibn Əli ibn əl-Fadl 849-cu ildə Naxçıvanda olarkən
onu məhz Yəzid ibn Hisn qarşılamış və ondan aman istəmişdi (137).
IX yüzilin ortalarında ərəb üsul-idarəsinə, onun vergi sisteminə qarşı ölkədə günü-gündən artan hərəkatı
yatırmaq məqsədilə xəlifə əl-Mütəvəkkil Qafqaza sərkərdə Böyük Buğanı (Buğa əl-kəbir) göndərir.
Münəccimbaşı yuxarıda adı çəkilən Həmduyə ibn Əlini Böyük Buğanın müavini kimi təqdim edir (138). Bu
sərkərdənin Azərbaycan və Arranda olduğu vaxt Naxçıvanda ərəb əmirlərinin iqamətgahı vardı. Yerli müəllif
eyni zamanda vergi toplamaqla məşğul olan ərəb qoşunu başçısı İbrahimin regionu bürümüş çıxışları dəf etmək
cəhdlərini də qeyd edir (139).
[44 - 45]
Bütün bunlar göstərir ki, Xilafətin Azərbaycandakı hökmranlığı, xüsusilə, Xürrəmilər hərəkatından
sonrakı dövrdə, bilavasitə bu hərəkatın təsirilə edilən çıxışlar nəticəsində bir qədər zəifləsə də IX yüzilin sonuna
- Sacilər sülaləsinin nümayəndələri hakimiyyəti ələ keçirənədək, hələ də güclü idi.
Beləliklə, yerli və ərəb mənbələrinin müqayisəli öyrənilməsi Naxçıvanın ərəb işğalından sonra inzibati
baxımdan III Ərəb Ərminiyəsinin tərkibində yeni təşkil edilən, ərəblərəqədərki erməni Vaspurakan vilayətinin
adını qəbul etsə də ərazi baxımından ondan fərqlənən əl-Busfurrucan vilayətinə qatıldığını, strateji əhəmiyyətli
bu şəhərdə ərəb qarnizonu və vergi məmurunun (amilinin), eləcə də, mənşəcə ərəb olan və ya ərəblərin məvlası
olan şəhər hakiminin yerləşdirildiyini, müasir erməni alimlərinin iddialarına rəğmən heç bir mənbədə
Naxçıvanın bilavasitə və ya dolayısı ilə Ermənistana aidiyyatını, erməni feodal nəsli Arsrunilərin mülkü
olduğunu təsdiq edən məlumatın olmadığını göstərir.
Qeydlər və istifadə olunmuş mənbə və ədəbiyyat:
1. Kitabul Futuh bu Abi Muhammad Ahmad ibn A’tham al-Kufı.
Heydərabad, 1968-1975 [bundan soma: əl-Kufı (Heydərabad nəşri)], с. I, s. 201;
Annates quos scripsit Abu Dyafar Mohammed ibn Dyarir at-Tabari cum alius
ed. M. de Goeye. Prima series, Lugduni Batavorum,
1879-1890 bundan soma: ət-Təbəri), c.I, s. 2615.
2. Себеоста (История Епископа Себеоса. Пер. Ст. Малхасяна. Ереван, 1939, s.87)
Atrpatakanın Xorox Ormizd (yəni Fərruxzad Hörmüzd) adlanan hakimi və onun
həmin adı daşıyan oğlu Rostom (Rüstəm) haqqında məlumat verilir.
[45 - 46]
Ət-Təbəri (I, 2660-2661) ərəblərin Azərbaycana hücumu dövründə (643-cü il)
Azərbaycan mərzbanı kimi İsfəndiyar ibn Fərruxzadın adını çəkir (bax həmçinin:
İbn əl-Əsir. Əl-Kamil fi-t-tarix. Ərəbcədən tərcümə Z. Bünyadovundur. Bakı, 1996, s. 9).
Moisey Kalankatuklu. Albaniya tarixi. Müqəddımə, tərcümə, qeyd və şərhlər
akademik Ziya Bünyadovundur (bundan sonra: Albaniya tarixi). Bakı, "Elm", 1993, s. 117-118.
4. Sebeos, s. 91-92.
5. Yenə orada, s. 92.
6. Albaniya tarixi, s. 119.
7.Yenə orada, s. 121.
8. Ət-Təbəri, с. I, s. 2615.
9. Yenə orada, с. I, s. 2804; həmçinin bax; Azərbaycan tarixi, 7 cilddə, с. II, Bakı, 1998, s. 159.
10.Bax: Azərbaycan tarixi, с. II, s. 159-162.
11. Yenə orada, s. 161.
12. Ət-Təbəri, с. I, s. 2804; əl-Bəlazuri. Kitab futuh əl-buldən. Luqduni Batavorum, 1866
(bundan soma: əl-Bəlazuri), s. 404; bax həmçinin: Azərbaycan tarixi, с. II, s.162.
13. Yenə orada. Bax həmçinin: Nailə Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. В., 1994, s. 129.
Qeyd edilməlidir ki, Cənubi Qafqazın işğalına aid hicri (h.) 22 və 24-cü illərə dair məlumatında ət-
Təbəri "Azərbaycan və Ərminiyəyə" hücumdan danışır. Əl-Babla (Dərbənd) bağlanılan və mətndə
yuxarıda adı çəkilən müqavilədə əhaliyə ediləcək güzəştin (cizyədən azad olunmanın) "Ərminiyə və əl-
Əbvabın həm yerli, həm də gəlmə (qərib) sakinlərinə, eləcə də о ətrafda yaşayan və onlarla birlikdə
17
müqaviləni qəbul edənlərə" şamil edildiyi qeyd olunur. Ət-Təbərinin mətnindən göründüyü kimi, burada
Ərminiyə-sözsüz ki, Cənubi Qafqazı (Ermənistan, Albaniya, Şərqi Gürcüstan və Dağıstanın bir
hissəsini), "əl-ərmən" isə bilvasitə
[46 - 47]
erməniləri nəzərdə tutur. Məhz həmin dövrdə, Dərbənd
ətrafmda ticarətlə məşğul olan gəlmə ermənilər var idi. Ət-Təbəri yazır "Həmin dağların (yəni Qafqazın,
N. V. ) yamaclarında olan ölkədə elə hündürlüklər var ki, ermənilər о yerlərdə az qalırlar. Çünki onlar о
ətraflarda yaşayanlardandır, özləri də gəlmədirlər (mətndə: qərib). Köçərilərin hücumları bu
hündürlüklərdəki oturaq əhalini dərbədər saldı, qabci-qafqazlılar (dağlılar) öz torpaqlarını atıb, dağlarda
gizləndilər. Buralarda yalnız sərhədi qoru-yan əsgərlər, bir də onlara kömək edənlər və ya onlarla ticarət
edənlər (yəni ermənilər, N. V. ) qaldılar".
14. Yenə orada. Mətndə belədir: "[Əl-Valid] 24-cü ildə Səlman ibn Rəbiə əl-Bəhilini 12 minlik
ordunun başında Ərminiyəyə göndərdi. Ərminiyə ərazisinə hücum edən [Səlman] qırır-çatır, talayırdı.
Soma bol qənimətlə əl-Validin yanına gəldi. Beləliklə, qələbə qazanıb, məqsədinə çatan əl-Valid
[Kufəyə] döndü..." Maraqlıdır ki, ət-Təbəri Cənubi Qafqazın işğalı haqqında məlumat verirkən hətta ilk
yürüşlər dövrü üçün də bu ərazinin VIII əsrdən başlayaraq (Albaniyanın süqutundan sonra) daşıdığı
inzibati Ərminiyə adını işlədir, Arran-Albaniya adını çəkmir. Hətta əl-Babın (Dərbəndin) işğalından
(643) soma Sasani mərzbanı Şəhribərazla ərəblərin bağladığı müqavilədə xəlifənin Şəhribərazın özünə,
"Ərminiyə əhalisinə və ermənilərə" (əl-ərmən) aman verməsi haqqında məlumat verilir. Bu müqavilənin
mətnini təqdim edən Dağıstan alimləri Ərminiyənin ərəblərin dövründə (VIII - IX əsrin I yarısı) Cənubi
Qafqazı (Ermənistan, Şərqi Gürcüstan (Kartli), Şirvan, Arran və Dərbənd) əhatə edən inzibati-ərazi
vahidi olduğunu qeyd edirlər (М. Г. Гаджиев, О. М. Давудов и А. Р. Шыхсаидов. "История
Дагестана с древнейших времен до конца XV в. Институт Истории, Археологии и Эпиграфики
Дагестанского Научного Центра РАН-Махачкала, ДНЦ РАН, 1996, с.200; bundan sonra: История
Дагестана). [47 - 48] K. N. Yüzbaşyan (К. Н. Юзбашян. Армянские государства эпохи Багратидов и
Византия IX-XI вв.. М., 1988, с. 40) Dərbəndin işğalını A. N. Ter-Gevondyanda olduğu kimi
(А. Н. Тер-Гевондян. Армения и Арабский халифат. Ереван, 1977, с. 43-44) səhv olaraq 654-655-ci
illər Həbib ibn Məsləmənin yürüşü ilə bağlayır (bax həmçinin: R. Məmmədov. Naxçıvan şəhərinin
tarixi oçerki. В., 1977, 94), ət-Təbəridə adı çəkilən Ərminiyə termininin ərəb inzibati termini deyil
bilavasitə Ermənistan olduğunu, burada Dərbəndə və Ermənistana aid iki müqavilənin birləşdirildiyini
gümanla iddia edir.
15. История халифов Вардапета Гевонда писателя VIII века. Пер. с армянского К. Патканяна.
СПб, 1862, с. 3 (bundan sonra: Gevond).
16. Yenə orada.
17. Sebeos, s. 100.
18. Həbib ibn Məsləmənin yürüşləri haqqında bax: əl-Bəlazuri, s. 236-241; əl-Kufı, s. 11
19. Əl-Bəlazuri, s. 234.
20. Bax: əl-Yəqubi. Tarix. Leyden, 1883, с. II, s. 157; ət-Təbəri, с. IV, s. 248; İbn əl-Əsir, с. III,
43.
21. Əl-Bəlazuri, s. 235.
22. Sebeos, s. 126.
23. Ət-Təbəri, с. IV, s. 248; Müq. et: A. N. Ter-Gevondyan, s. 28-30; Bax: Зия Буниятов.
Азербайджан в VII-IX вв. 3 cildlik "Seçilmiş əsərləri"ndə, с. I, s. 106 (bundan sonra: Z. Bünyadov);
История Дагестана, s. 201, 202.
24. Bax: Z. Bünyadov, s. 106; Rauf Məmmədov. Göstərilən əsəri, s. 34; История Дагестана, s.
201.
25. История Дагестана, s. 202.
26. A. N. Ter-Gevondyan, s. 30.
27. Əl-Bəlazuri, s. 236; Onu da deməliyik ki, Səlman ibn Rəbiə Həbibin yalnız I yürüşündə
iştirak edə bilmişdi. 654-55-ci ildə baş verən II yürüş isə A. N. Ter-Gevondyanın iddiasına baxmayaraq
Səlmansız keçmişdi. Belə ki, o,
[48 - 49]
hələ həmin yürüş başlamamış, 32 (652-653)-ci ildə Bələncərdə
öldürülmüşdü. Əl-Kufmin (s.ll) məlumatına görə Səlmanın ölüm xəbərini alan xəlifə Osman Həbib ibn
Məsləməyə Ərminiyəyə hücum etmək əmrini vermişdi. Əl-Kufinin bu məlumatı "Səlman ibn Rəbiənin
öldürülməsindən sonra Həbib ibn Məsləmənin Azərbaycana və Ərminiyəyə yürüşü haqqında
hekayət"ində verilmiş, sonuncunun Xilata və Siraca (Şirak) hücumları açıqlanmışdı.
28. Yenə orada.
29. Yenə orada, s. 237.
30. Yenə orada.