23
(7). O, həmçinin, şimal bölgəsinin valisi təyin etdiyi Məhəmməd ibn Əbu-s-Sacdan da onun nəzarəti altında
olan yerlərdəki hakimlərin zor gücünə olsa da tabeliklərinin təminatını tələb edir.
893-cü ildə, Məhəmməd xəlifənin tapşırığı ilə Xilafətin rəqibi Bizansla ittifaqa girmək istəyən, bir qədər
əvvəl (892) xəlifənin özü tərəfindən Ərminiyə məliki təsdiq edilən I Smbata (890-913) qarşı göndərilir (8). Bu
yürüş zamanı böyük bir qoşunla ərəb əmirinin iqamətgahı olan Naxçıvanı keçərək Dəbilə (Dvinə) hərəkət edən
Məhəmməd ermənilərin katolikosu Georqun da əsir alınması və ağır vergilərin qoyulması ilə nəticələnən
hücumdan sonra yenidən özünün Bərdədəki sarayına qayıdır. Yalnız о zamanlar (887-ci ildə) alban
dövlətçiliyini bərpa edə bilmiş Qriqor Hamamın vasitəçiliyi və böyük miqdarda azadlıq pulu (fıdyə) ödəməsi
nəticəsində Məhəmməd katolikosu azad edir (9). Ərəb canişininin bölgədəki sonrakı fəaliyyəti də Xilafətin
buradakı mövqeyinin möhkəmlənməsinə, xüsusilə yerli feodalların ərəblərin tabeliyindən çıxmaq cəhdlərinin
aradan götürülməsinə doğru yönəldilmişdi (10).
285/898-ci ildə xəlifə əl-Mütədid bu zaman artıq qüvvətlənərək ərəb üsul-idarəsinə tabe olmaq
istəməyən Məhəmməd ibn Əbu-s-Sacın faktiki olaraq hakimlik etdiyi
[60 - 61]
Azərbaycan və Ərminiyə
vilayətlərinə vali təyin olunmasını bir daha təsdiq edir. Məhəmmədin, 901-ci ildə, Bərdədə, bütün Azərbaycanı
bürüyən vəba xəstəliyindən vəfatından sonra, qardaşı Yusif ibn Əbu-s-Sac xəlifənin Azərbaycandakı canişini
vəzifəsini tutur (11). Artıq 296/908-909-cu ildə yenidən getdikcə güclənən Xilafətin yeni başçısı əl-Müqtədir
(908-932) Sacilərin qarşısını almağın qeyri-mümkünlüyünü nəzərə alaraq, onlara qarşı yönəldilmiş siyasəti
dəyişir və Yusifı Xilafətin Azərbaycan və Ərminiyədəki valisi təyin edir. Yusif ibn Əbu-s-Sac "hər il xəzinəyə
120 min dinar göndərməyə zəmanət verir" (12). Xilafətin Cənubi Qafqazdakı mövqeyini möhkəmlətməklə
yanaşı, sözsüz ki, özünün buradakı hakimiyyətini qüvvətləndirmək və yerli hakimləri tabe etmək məqsədilə
Yusif onun canişin təyin olunmasına etiraz edən erməni hökmdarı I Smbata qarşı çıxır. Böyük qoşunla Bərdə-
Tiflis-Taşırdən keçərək, Smbatın Şırakdakı iqamətgahına hücum edən Yusif ermənilərin müqavimətinə
baxmayaraq Dəbilə yaxınlaşa bilir və burada onlarla qısa müddətli barışıq bağlayaraq, Naxçıvan yolu ilə
Marağaya qayıdır (13).
Sonrakı hadisələr Naxçıvanın bu dövrdə də ərəblərin hərbi düşərgəsi rolunu oynadığını təsdiq edir. Belə
ki, bir il sonra, Smbata qarşı hazırlanan yeni hücum ərəfəsində, Yusifın ordusu onunla ittifaqa girən Vaspurakan
vilayətinin hakimi erməni Qaqik Arsruninin qoşunu ilə məhz Naxçıvanda birləşmişdi. Mənbələrdə (Asogik və
b.) İveriya hökmdarı Ater-Nersehin, eləcə də I Smbatın öz qardaşı Şapuhun oğlu Aşotun da qoşunları ilə
Sacilərə qoşulması haqqında məlumat vardır (14).
[61 - 62]
Bir neçə il müddətində davam edən bu qanlı mübarızə Cənubi Qafqazın, demək olar, bütün qərb və
cənub-qərb bölgələrini əhatə edirdi. Yusifin düşərgə saldığı Araz sahilindən göndərilən qasidlər Sacilərin
işğalına məruz qalmış ətraf yerlərin hakimlərindən tabeliyi qəbul etmək və vergi ödəmək tələblərini çatdırırdılar.
Yusifə qarşı müqavimətə cəhd göstərən Sünik hakimi məğlub edilərək, ondan aman istəməli olur (15). İbn
Havqəl Yusifə tabe olub vergi verənlər sırasında Sünikə aid qalaların birinin sahibinin (sahibi Vayzur) də adnı
çəkir (16).
Nəhayət, Sacilərin hücumlarının qarşısını ala bilməyən I Smbat təslim olduğunu bildirir. Asogik
"əyanların arvadlarının xəzinə ilə birlikdə sığındığı Yeröncək" (Əlincə) qalasının ələ keçirilməsi və I Smbatın
915-ci ildə Dvində dar ağacından asılması ilə Yusifin qəti olaraq bu erməni knyazını tabe etməsi, öz müttəfiqi
olan və artıq Xilafət xəzinəsinə deyil Sacilərə vergi ödəyən Baqratilərin son nümayəndəsi II Aşotun başına
Yusif tərəfmdən tac qoyulması haqqında məlumat verir (17).
Tədqiqatlara əsasən məhz bu illərdə (918) Yusif artıq çoxdan bəri Xilafətin şimal bögəsində, о
cümlədən tarixi Azərbaycan ərazisində, baş verən hadisələrdə iştirak edən Əbu Duləfilər xanədanı
nümayəndəsini Qoğtənin (Ordubad və Culfa), eləcə də Naxçıvanın əmiri təyin edir(18). Hadisələrin sonrakı
inkişafından - Yusifin və onun varislərinin (898-941), eləcə də onlardan sonra hakimiyyəti ələ almış Salari
sülaləsi nümayəndələrinin (941-981) bölgədəki çox mürəkkəb fəaliyyətlərindən asılı olmayaraq Naxçıvan əmiri
Əbu Duləfilər nəslindən olmuşdur. Belə ki, X əsrin 80-ci illərində, yəni Yusifin təyinatından 64 il sonra,
Naxçıvan ərazisində baş verən hadisələrdə biz Əbu Duləfin
[62 - 63]
yenidən meydana çıxdığının şahidi oluruq.
Mənbələrin məlumatından görünür ki, Azərbaycan, Arran və Ərminiyənin (Ermənistanın) "vahid hökmdar"
tərəfindən idarə olunduğu Sacilər və Salarilər dövründə (19) onların tabeliyində olan yerlərin böyük
malikanələrə sahib zəngin xırda "hökmdarları" (məlikləri) hər il Azərbaycan hökmdarlarına ("muluk
Azərbaycan") müəyyən məbləğdə vergi ödəyirdi (20). 344 (955-956)-cü ildə Azərbaycanda olmuş İbn Havqəl
öz əsərində Azərbaycan hökmdarı (məliki) adlandırılan Sacilər və Salarilər sülalələri nümayəndələrinə vergi
verən, yəni onlardan vassal asılılıqda olan Şirvanşahın, Curzan (Gürcüstan) hökmdarının, erməni Baqratilərin və
Arsrunilərin (əd-Dirani, əd-Dayrani) adları ilə yanaşı "Alban padşahlığını bərpa" etmiş Şəki, eləcə də Sünik
(Vayzur) və Xaçın hakimlərinin, Əhər və Varzaqanın sahibləri olan, çox keçmədən müstəqil dövlət yarada
bilmiş Rəvvadi əmirlərinin də adlarını sadalayır (21). Ərəb müəllifi həmin feodalların Salarilər dövrü süzereni