14
müşayiət edilən ərəb-xəzər qarşıdurması başlanır. Belə ki, şimaldan hücum edən xəzərlər dəfələrlə ölkənin
içərilərinə doğru irəliləmiş, Naxçıvandan yan keçməyən yürüşlər təşkil etmişdilər (112). Həm ərəb, həm də yerli
mənbələr xəzər ordusunun Dərbənd keçidindən başlayan hücumlarının hətta əl-Cəzirə və Mosuladək yetişməsi,
bu hücumlar zamanı Arazı keçən xəzərlərin bir çox şəhər və kəndləri (Beyləqan, Atəşi Baquan, Ərdəbil, Təbriz
və s.) ələ keçirərək dağıtması, ərəblərlə onlar arasında Azərbaycan ərazisində baş verən qanlı döyüşlərdən xəbər
verirlər (113).
Azərbaycanın şimalında - Albaniyada yerli dövlətçilik sistemi ləğv edildikdən sonra Xilafətin
regiondakı təmsilçisi
[37 - 38]
olan vali ölkənin şəriksiz idarəedicisinə çevrilir. Bərdədə iqamətgah qurmuş bu
vali ərəblərin cəza tədbirlərindən yaxa qurtara bilmiş yerli əyanların hakimiyyətlərini məhdudlaşdırmaqda
davam edir, onları ağır vergilərə məruz qoyur, ölkənin ayrı-ayrı yerlərində, о cümlədən, Naxçıvan torpaqlarında
Ərəbistandan gəlmə tayfa və qəbilələrin yerləşdirilməsi üçün şərait yaratmağa çalışırdı.
VIII əsrin ortalarında Xilafətin mərkəzində baş verən hakimiyyət dəyişikliyi - Əməvilər sülaləsi
nümayəndələrinin Abbasilərdən olan xəlifələrlə əvəz olunması da ərəblərin Cənubi Qafqazda apardıqları
siyasəti dəyişmədi. Moisey Kalankatuklunun dili ilə desək, "ölkəmizin şirəsini sovurub aparan" (114) Abbasi
valilərinin xəlifənin adından həyata keçirdikləri vergi siyasəti əhalinin kəskin narazılığına, Xilafət əleyhinə
yönəldilən və ancaq xəlifə Harun ər-Rəşidin dövründə (786-809) nisbi yatırılması mümkün olan üsyan və
çıxışlara gətirib çıxartdı (115). Əl-Bəlazurinin əsərində xəlifə Haran ər-Rəşidin adından bölgəni idarə edən
Xuzeymə ibn Xazim ət-Təmiminin (786-787) Naxçıvanın və Dəbilin ondan əvvəl ölçülməyən torpaqlaгını
müəyyənləşdirən tədbirləri həyata keçirməsi haqqında məlumat vardır (116).
Qeyd etməliyik ki, bu dövrdə Abbasilərin hakimiyyətə gəlmələrindən 30 ildən artıq bir müddət keçsə də
dövlət vergi sistemi hələ də tənzimlənməmişdi. Xəlifə əl-Mehdinin (775-785) dövründə torpağın sahəsinə görə
alman vergi (misahə) məhsula görə alman vergi ilə (muqasəmə) əvəz olunsa da tətbiq olunan yeni vergilər
təbəələrin vəziyyətini olduqca ağırlaşdırmışdı. Əl-Yəqubi, Harun ər-Rəşidin (786-809) təyin etdiyi valilər
içərisində ən qüdrətlisi saydığı həmin valinin-Xuzeymənin, ölkədə özünün
[38 - 39]
birinci valiliyi dövründə bir
il iki ay müddətində qalması və qanun-qayda yaratması haqqında məlumat versə də (117) yerli müəllif Gevond
bu qanun-qaydanın yerli hakim və feodalların sıxışdırılması və hətta qətlə yetirilməsi hesabına əldə edildiyini
xüsusi vurğulayır (118). Xuzeymənin ikinci valiliyi dövrü 803-806-cı illərə təsadüf edir. Xilafətə qarşı
mübarizənin daha da dərinləşdiyi bu illərdə xəlifə valiləri, yerli qaynağın yazdığı kimi, doğrudan da, hər bir
çıxışı amansızlıqla yatırırdılar. Gevondun, hələ Xuzeymənin birinci valiliyi dövründə, Vaspurakanda feodal
mülk sahiblərindən olan Arsruni qardaşlarına qarşı həyata keçirdiyi cəza tədbirləri haqqında olan məlumatı bu
dövrdə ərəb üsul-idarəsinin öz mülklərində yaşamaqda davam edən və yalnız öz nahiyəsini qoruyan (119) yerli
feodallara olan münasibətini ifadə edir. Əl-Yəqubi də Xuzeymənin, xüsusilə, ikinci dəfə vali təyin edildiyi
dövrdə, daha qəddar tədbirlərə əl atması, "batrikləri və məliklərin oğlanlarını tutaraq boyunlarını vurdurması,
onlarla çox pis rəftar etməsi haqqında" xəbər verir.
Harun ər-Rəşid dövründə Azərbaycan (Atrpatakan), Ermənistan, Gürcüstan və Albaniyada biri digərini
əvəz edən və mənbədəki ifadəyə görə "Allah qorxusu bilməyən" (120) xəlifə valilərinin Cənubi Qafqaz
ərazisində, eləcə də, Naxçıvanda törətdikləri dəhşətli zorakılıq, ikiqat vergi boyunduruğu haqqında olan
məlumat başqa mənbələrlə də (Moisey Kalankatuklu, əl-Yəqubi, Əbu Yusif və b.) təsdiq edilir (121). Xalqın
qəzəb kasasının dolduğu bu ağır illərdə ərəblərin hələ Əməvilər dövründə başlayan ərəb qəbilələrinin Cənubi
Qafqazda yerləşdirmə siyasətində yeni mərhələ açılır: Abbasilərin arxalandıqları cənub ərəb tayfalarının axını
ilə güclənən bu köçürmə zamanı Arran [39 - 40] və Azərbaycanın bir çox şəhər və kəndlərində xəlıfə Harun ər-
Rəşidin şimal və cənub qəbilələri arasında yaranmış münaqişəni aradan götürmək məqsədilə yürütdüyü siyasət
nəticəsində Şeybani və Suləmi nəsillərinə mənsub şimal ərəbləri də məskən salırlar. Mənbələrin məlumatına
görə, Xuzeymə ibn Xazimin birinci dəfə vali təyin edildiyi dövrdən sonra Harun ər-Rəşidin adından şimal
vilayətlərində vali olan Yusif ibn Rəşid əs-Suləmi buraya yenidən şimal ərəb qəbilələrindən olan nizariləri,
ondan sonra məşhur Məzyədilər-Şeybanilər nəslindən "Azərbaycan, Ərminiyə, Arran və Bab əl-Əbvabda ilk
vali olan" (122) Yəzid ibn Məzyəd əş-Şeybani isə rəbiə qəbiləsinə mənsub olanları yerləşdirdi. Əl-Yəqubinin
verdiyi məlumata görə bu valiliyi dövründə (787-788) Yəzid ölkəni elə zabitə ilə idarə edirdi ki, heç kəs
qımıldana da bilmirdi. O, Azərbaycan və Arrana (Ərminiyəyə) ikinci dəfə vali təyin edildiyi dövrdə (799-801)
isə artıq "ölkədə qayda yarandı və nizarilər (yəni şimal tayfaları, - N.V.) yəmənlilərlə (cənub tayfaları ilə - N. V.)
bərabərləşdirildi". Mənbədəki məlumatdan görünür ki, ölkədəki iğtişaşların bir qədər sakitləşməsinə yeni valinin
yerli "məlik və batriklərin oğlanlarına" ümüdverən məktublar göndərməsi də səbəb olmuşdu (123).
Lakin həyata keçirilən tədbirlər ərəblərə qarşı yönəldilmiş çıxışların qarşısını ala bilmədi. Mənbələrdəki
(əl-Yəqubi, əl-Kufı) məlumatın müqayisəli təhlili bu çıxışların da verginin ağırlığı nəticəsində baş verdiyinə
dəlalət edir. Hələ 794-cü ildə ona verilən "əş-şəri" (hərfən: şər, şərəşur adam) ləqəbindən "xaricilər" təriqətinə
mənsubluğu ("şurat" - xaricilər təriqətinə mənsub olanların erkən ləqəblərindən biridir) (124) anlaşılan məşhur