Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   30   31   32   33   34   35   36   37   ...   83

 
edilm
əlidir ki, Cəfər  Cabbarlının  «Mən «Almaz» ssenarisini 
n
ə  üçün  yazdım»,  «Əfqanıstan»  pyesi üzərində  işləyirəm», 
«Böyük v
əzifələr  uğrunda»  və  digər bu kimi məqalələrində 

əllif «mən»i açıq-aşkar sezilir. Yazıçı «Almaz» ssenarisini 
t
ərtib etməyə onu vadar edən mülahizələri və qızların qəzalara 
getm
əmələrinin səbəblərini açıqlayır. Bəzi qızlar isə «xalq və 
dövl
ət qarşısında öz borcunu necə olursa-olsun ödəmək istəyə-
r
ək, ata evindən  qaçıb  gedir  və  öz böyüklərini  göz  yaşı  ilə 
inan
dırmağa  müvəffəq  olmadıqda  qohumları  ilə  əlaqəni büs-
bütün k
əsirlər. Bütün belə halların baş verməsi ailənin xasiy-
y
ətindən asılıdır. Bəzi qızlar rayona gəlib müəllimlik edərkən 
öz v
əzifələrini  yalnız  şagirdlərin dəftərlərini düzəltməkdən 
ibar
ət bilir və heç bir ictimai iş aparmırlar... 
...İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onla-
rın mübarizə iradəsini və cürətini artıraq. Hamı Almazı sevə-
c
ək və onunla ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti, möh-
k
əmliyi  ağır  dəqiqələrdə  belə  qızlar  üçün  təskinlik və  ilham 
m
ənbəyi olacaqdır» [44, s.414]. 
«Əfqanıstan» pyesi üzərində işləyirəm» məqaləsində Cəfər 
Cabba
rlı  iyirminci  illərdə  Azərbaycan  teatrının  durumundan 
b
əhs edərək yazır: «Az tanış olan obrazlar, az tanış olan vəziy-
y
ət  işçi  auditoriyası  tərəfindən çətinliklə  qəbul edilir və  çox 
za
man ona çatmırdı, nəticədə teatr tamaşaçılar qarşısında mü-
v
əffəqiyyət qazanmırdı. Tamaşalara az adam gəlirdi. Pyesi tez 
repertuardan çıxarmaq və yenisi ilə əvəz etmək lazım gəlirdi. 
Quruluşların çoxluğu tamaşaların bədii dəyərini aşağı salır və 
ta
maşaçı teatrdan üz döndərirdi. Bu, bir siqnal oldu. Teatr başa 
düşdü ki, düz-doğru yol ilə getmir və öz istiqamətini dəyişdi» 
[44, s.416]. Bel
ə bir şəraitdə Cəfər Cabbarlı «Əfqanıstan» adlı 
yeni pyes üz
ərində işləyir. Dramaturqun yazdığına görə pyesin 
adı şərtidir və onun məqsədi Avropa imperialistlərinin Şərqdə 
gizli hiyl
ələrinin üstünü  açmaqdır.  Cabbarlı  teatr  üçün  ədəbi 
işlə yanaşı əməli fəaliyyətə də qoşulur. Çünki hər bir drama-
turq rejissor olmalı və teatrın qanunlarını təcrübi öyrənməlidir. 
 
103 


 
Ona gör
ə  də  dramaturq  teatrın  əsas  problemini  yalnız  teatrla 
sıx əlaqədə həll edə bilər. 
C
əfər Cabbarlı 1930-cu ilin may ayında Azərbaycan Dram 
Teatrı heyətinin tərkibində Ümumittifaq olimpiadasında iştirak 
etm
ək üçün Leninqrada (indiki Sankt-Peterburqa)  getmişdir. 
Bu  görüşdən  aldığı  təəssüratı  özünün  «Leninqrad 
xatir
ələri»ndə qələmə almışdır. Həmin xatirələrdə yazıçı səfər 
zamanı  gördüklərini və  müşahidə  etdiklərini  yazıya 
köçürmüşdür.  Azərbaycan  aktyorlarının  təntənə  ilə 
qarşılanmasını müəllif belə təsvir edir:  «Böyük Dövlət Dram 
Teatrında  idik.  Türk  (Azərbaycan    N.S.)  teatrının 
əməkdaşları  üçün  yanaşı  üç  loja  ayrılmışdı.  Səhnədə  oyun 
getdiyi yerd
ə birdən ... xalq aktyoru Monomaxov tamaşaçılara 
müraci
ətlə: 
 
Yoldaşlar, bu gün Azərbaycan Türk Teatrının aktyorları 
biz
ə qonaq gəlmişlər. Türk səhnəsinə alqış!  dedi.  
Salondan  alqış  qopdu.  Teatrın  hər tərəfindən projektorlar 
oturduğumuz lojalara tərəf çevrildi. Dopdolu salon bir ağızdan 
«ura» 
qışqırır,  türk  aktyorlarını  alqışlayırdılar.  Bu  alqış  çox 
sürdü v
ə sonra türk milli teatrı şərəfinə gurultulu bir nümayiş 
şəklini aldı... 
Böyük Oper
a Teatrında da, Dövlət Komediya Teatrında da 
v
ə  başqa  teatrlarda  da  bu  mənzərə  eynilə  təkrar edildi. Hər 
yerd
ə oyunun ortasında aktyorlar sözlərini saxlayır və tamaşa-
çılarla bir yerdə  türk  aktyorlarını  alqışlayırdılar»  [44,  s.389]. 
«Leninqrad xatir
ələri» Cəfər Cabbarlının qələmə aldığı yeganə 
xatir
ədir. Onun haqqında isə kifayət qədər irili-xırdalı xatirələr 
yazılmışdır.  Ədibin  həyat  yoldaşı  Sona  xanımın  xatirələrində 
öz q
ısa ömür yolunda daima çarpışmalarda olan, bir dəqiqə də 
dinclik, istirah
ət bilməyən, öz  ailəsini böyük məhəbbətlə  se-
v
ən, özünü tamamilə  sənətə,  yaradıcılığa  həsr edən bir insan 
t
əsvir olunur. Görkəmli teatr xadimlərinin, söz, qələm sahiblə-
rinin C
əfər Cabbarlı haqqında yazdıqları xatirələrdə də onunla 
bağlı hər gün, hər saat, hər an şirin duyğularla yad edilmişdir. 
 
104 


 
Böyük dramaturqun 
əsərlərində  qadın  rollarının  mahir  ifaçısı 
M
ərziyə  Davudova bir aktyor kimi püxtələşməsində  «Oqtay 
Eloğlu»,  «Aydın»,  «Sevil»,  «Od  gəlini», «Almaz»,  «1905-ci 
ild
ə» və başqa əsərlərdə oynadığı rolların ona böyük təsiri ol-
du
ğunu  vurğulamışdır.  «Sevil»  əsərinin rol bölgüsü ilə  bağlı 
xatir
ə müəllifi bunları yada salır: «Yaxşı yadımdadır. Bir dəfə 
Cabbarlı, Azərbaycan SSR xalq artisti Abbas Mirzə Şərifzadə 
v
ə mən bir yerdə idik. C.Cabbarlı bizim üçün yeni yazmış ol-
du
ğu «Sevil» əsərini oxuyurdu. Cəfər oxuduqca mənim qəlbim 
Sevil obrazını yaratmaq eşqi ilə döyünürdü. 
C
əfər Cabbarlının bir adəti var idi. O, yazdığı hər yeni əsə-
rini artistl
ər  üçün  oxuyar,  onların  fikrini  öyrənər,  hansı  rolu 
hansı artist üçün yazdığını söylərdi. Bu dəfə mən Cəfərdən so-
ruşdum: 
 C
əfər  qardaş,  (biz  həmişə  ona belə  müraciət edirdik) 
m
ən hansı rolu oynayacağam? 
M
ən elə bilirdim ki, Cəfər Cabbarlı indi mənə deyəcəkdir: 
 Sevili. Amma 
əksinə oldu. C.Cabbarlı özünəməxsus təvazö-
karlıqla dedi:  
 M
ərziyə xanım, mən Gülüş obrazını yazarkən sizi nəzər-
d
ə tutmuşam. Bu rolu siz yaxşı oynayarsınız. 
M
ən inciyən kimi oldum. İndi olduğu kimi o vaxt da hər 
bir artist 
əsərdə baş rolu oynamaq istəyirdi. Cəfər Cabbarlıya 
yalv
armağa başladım: 
 C
əfər qardaş,  dedim,  çox xahiş edirəm, əgər müm-
küns
ə, icazə verin Sevili oynayım. 
C
əfər gülə-gülə dedi: 
 Yox, M
ərziyə xanım, siz yaxşı bilirsiniz ki, mən rol böl-
güsünd
ə çox qəddaram. 
M
ən dedim ki, hazırlaşaram, heç olmazsa, bir dəfə oynaya-
ram, 
əgər xoşunuz gəlməzsə... 
C
əfər Cabbarlı ayağa qalxdı, əllərimi sıxdı: 
  Neyl
əyim, mən  Gülüşü  də  sevirəm, Sevili də, sizi də. 
Qoy siz dey
ən olsun, Sevili oynayın.  
 
105 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə