Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   29   30   31   32   33   34   35   36   ...   83

 
f
əaliyyəti canlandırılmışdır. Bülbül, Şövkət Məmmədova, Ru-
hulla  Axundov,  Əhməd Triniç və  başqaları  haqqında  məlu-
matlar  verilmişdir.  Əhməd  Triniç  haqqında  M.Maqomayev 
bun
ları  bildirir:  Triniç  Bakıya  ilk  dəfə  1918-ci ildə  türklərin 
g
əlişindən  əvvəl gəlmişdi.  O,  mənşəcə  albandır.  Sonralar, 
1920-ci ild
ən sonra Triniç müxtəlif idarələrdə  rəhbər 
v
əzifələrdə  işləmişdir.  O,  ya  qəzet redaktoru, ya 
konservatoriyanın  direktoru,  ya  türk  teatrının  direktoru 
olmuşdur.  Lakin  heç  bir  vəzifədə  bir ildən  artıq  qərar 
tutmamışdır [284, s.31]. 
Müslim  Maqomayevin «N
ərgiz»  operasının  yaranma  və 
in
kişaf  tarixini  əks etdirən gündəliyində  tərcümeyi-halı  haq-
qında məlumat yetərincə deyil. Bəstəkarın Əlyazmalar İnstitu-
tunda mühafiz
ə  olunan sənədləri  arasında  ayrıca  tərcümeyi-
halı [283] vardır. Rus dilində yazılmış tərcümeyi-hal pərakən-
d
ə haldadır. Bununla belə burada bəstəkarın həyat və fəaliyyə-
tinin 
əsas məqamları lazımi qədər işıqlandırılmışdır.  
Memuar nümun
ələri müxtəlif quruluşda, müxtəlif üslubda 
meydana çıxsa da, bəziləri elmi və bədii cəhətdən sənətkarlıqla 
yazılmasa da xatirə müəllifinin dövrünün müəyyən cəhətlərini 
s
əciyyələndirməkdə, keçmişi çağdaş oxuculara tanıtmaqda bu 
janrın önəmi böyükdür. Bir sıra felyetonların, yumorlu-satirik 
hekay
ələrin müəllifi olan böyük pedaqoji təcrübəyə malik dil-
şünas müəllim Əlməmməd Mustafayevin xatirələri XIX əsrin 
sonundan XX 
əsrin 60-cı illərinə qədərki dövrün mədəni həya-
tını, xalqımızın adət-ənənələrini, tanınmış şəxsiyyətlərin həyat 
v
ə  fəaliyyətlərinin bəzi məqamlarını  işıqlandırmaq,  eləcə  də 
memuaristin h
əyatını  öyrənmək  baxımından  maraq  doğurur. 
Əsərdə  dövrün müəllimləri,  aktyorları,  yazıçı  və  şairləri ilə 
əlaqədar məlumatlar, xatirələr oxucuların nəzərinə çatdırılmış-
dır. Ə.Mustafayevin M.Hadi, H.Zərdabi, C.Məmmədquluzadə, 
M.Ə.Sabir,  A.Səhhət, N.Nərimanov,  A.Şaiq,  S.S.Axundov, 
Ə.Vahid,  C.Cabbarlı  kimi  tanınmış  şair  və  yazıçılar,  S.Ru-
hulla, Z.Hacıbəyov kimi incəsənət xadimləri haqqında maraqlı 
 
100 


 
xatir
ələri vardır. Cəfər Cabbarlı haqqında yazdıqları həm gələ-
c
ək  dramaturqun  çalışqanlığını, həm də  Ə.Mustafayevin  bir 

əllim  kimi  qayğıkeşliyini  aydınlaşdırır.  «Süleyman  bəyin 
m
əktəbində mənim şagirdlərimdən birisi də Cəfər Cabbarlıdır. 
O, dörd il m
ənim təlim-tərbiyəmi  götürüb  birinci  buraxılışda 
birinci yeri tutanlardan olur»  [170,  s.71].  Daha sonra mü
əllif 
C
əfər Cabbarlının üçüncü sinifdə oxuyarkən xəstələnməyindən 
yazır: «Mən hər gün onu həkimə göndərmək istəyirəm, ancaq 
o getmir. Burada başqa səbəb yoxdur, bu uşaq dərsdən qalmaq 
ist
əmir. Mən də ondan əl çəkə bilmirəm, çünki o mənim sin-
fimd
ə birinci şagirddir. Bir gün dərsdən sonra Süleyman bəyə 
blank yazdırıram və Cəfəri qabağıma qatıb ikinci xəstəxanaya 
aparıram. Burada ona dərman yazırlar. Axırda Cəfər sağalır və 
əvvəlki şəklinə düşdükdə mən də rahat yatıram» [170, s.71]. 
Ə.Mustafayevin xatirələrinin Azərbaycanda məktəb və 
ma
arif  işinin  öyrənilməsində  önəmli  rolu  vardır.  Xatirələrdə 
Ba
kıda  azərbaycanlılar  üçün  fəaliyyət göstərən rus-Azərbay-
can m
əktəbləri, onların əsas baniləri olan Həsən bəy Zərdabi, 
H
əbib bəy Mahmudbəyov, Sultanməcid Qənizadə, təcrübəli 
pedaqoqlardan B
ədəl bəy Bədəlbəyov, Baba bəy Səfərəlibə-
yov,  Əlisgəndər Cəfərov, eləcə  də  Mahmud bəy Mahmudbə-
yovun «Əlifba», Davisin «Rus dili», Moskva müəllimləri tərə-
find
ən  yazılmış  «Razvitiye  reçi  uçaşixsya»  dərslikləri,  müəl-
liml
ər üçün fəaliyyət göstərən «Dəbistan» məcmuəsi və məc-
mu
ə qapandıqdan sonra yaranan «Məktəb» məcmuəsi haqqın-
da m
əlumatlar  verilmişdir.  Xatirələrin sonunda  «Müəllimlərə 
sözüm var», «T
ələbələrə sözüm var» və «Müəllimin məsləhə-
ti» hiss
ələri məqalə səciyyəlidir. Ümumiyyətlə, iyirmi üç kiçik 
hiss
ədən ibarət olan xatirələrini memuarist 1966-cı  ildə  ta-
mam
lamışdır.  Xatirələrin  yazılma  tarixinə  gəldikdə  isə  qeyd 
etm
ək lazımdır ki, bizcə onlar müxtəlif illərdə qələmə alınmış-
dır. Bunu əsərdəki təkrar fikirlər təsdiqləyir. Xatirələrdə keç-
mişdə  baş  verən olaylar indiki zamanda nəql olunur. Bu 
n
əqletmə hadisə baş verən vaxt və ya gündəlik şəklində qələ-
 
101 


 
m
ə alınsa idi, məqsədə daha müvafiq olardı. Bir haldaki həmin 
vaxt deyil, ill
ər keçdikdən  sonra  yazıya köçürülüb, müəllif 
uşaqlıq və gənclik dövründən keçmiş zamanda danışmalı idi. 
Bununla bel
ə. Əlməmməd Mustafayevin xatirələri dövrün tari-
xi, ictimai-siyasi v
ə  ədəbi-mədəni mühitini öyrənməkdə  ma-
raq
lı qaynaqlardan sayıla bilər.  
İnsanlar  öz  xatirələrini,  əsasən,  yaşlı  vaxtlarında  qələmə 
alırlar. Bunun da bir neçə səbəbi olur. Bəziləri öz arzusu ilə bu 
işə  girişir,  keçdiyi  ömür  yolunu  xatırlayır,  sanki  bu  illəri 
yenid
ən yaşayaraq xüsusi zövq alırlar. Digər qisim yazıçılar öz 
xatir
ələtini və  ya  başqası  haqqında  xatirələrini  sifarişlə 
yazırlar.  Nəhayət,  bir  çoxlarını  xatirə  yazmağa  kimsə  təhrik 
edir: b
əziləri bununla asanlıqla razılaşır, bəziləri isə müəyyən 
müdd
ət keçdikdən sonra yazmağı qərara alır. Qısa yaradıcılıq 
yolunda şeir, hekayə, məqalələrlə  yanaşı ölməz dram əsərləri 
il
ə Azərbaycan ədəbiyyatında əzəmətli mövqe tutan böyük sə-
n
ətkar Cəfər  Cabbarlı  (1899-1934) iri həcmli memuar əsəri 
yaz
mamışdır. Yəqin ki, bu onun dünyasını erkən dəyişməsi ilə 
əlaqədar olmuşdur. Bununla belə, ədib bəzi çıxış və məqalələ-
rind
ə  az-çox  özü  haqqında,  gördüyü  işlər  haqqında  məlumat 
ver
mişdir.  Müəyyən  əsər  haqqında  fikri,  yaradıcılıq  hesabatı 
onun özü t
ərəfindən söylənilmişdir. Yazıçı «1905-ci ildə» ta-
maşası haqqında çıxışında əsəri nə məqsədlə qələmə aldığını, 
hansı  təəssüratın  onu  bu  işə  sövq etdiyini  göstərir:  «1905-ci 
ild
ə»  əsərini yazarkən mən  öz  qarşımda  1905-ci ildə  Bakıda 
olan bütün inqilabi hadis
ələri əhatə etmək vəzifəsini qoymamı-
şam. Bu tema öz bədii həllini gözləməkdədir. Bu məsələ ətra-
fında hələ tam bir əsər yazılmamışdır. 1930-cu ildə Zaqafqazi-
yanı gəzərkən aldığım təəssürat məni bu pyesi yazmağa sövq 
et
mişdir» [43, s.290]. Beləliklə, Cəfər Cabbarlı hər iki xalqın 
tarixini d
ərindən öyrənməyə başlayır və bunları bir-biri üzəri-
n
ə  salışdıran  rus  çarizminin müstəmləkə  siyasətini göstərən 
pyes üz
ərində işləmək qərarına  gəlir. Bu milli vuruşma üçün 
1905-ci ili bir fon seç
ərək  «1905-ci ildə» əsərini yazır. Qeyd 
 
102 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə