Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   27   28   29   30   31   32   33   34   ...   83

 
Mir Möhsün N
əvvabın həqiqi rolunu qeyd etmişdir. Xatirələr-
d
ə Şuşanın adət-ənənələrindən (nişan, paltarbiçmə, toy), Nov-
ruz bayramının keçirilməsindən, kənd toylarından, Məhərrəm 
ayında  baş  verən olaylardan, mərsiyəxanlardan, seyidlərdən 
söhb
ət  açılır və  bunlar  haqqında  müfəssəl məlumat  verilir. 
Bağdadbəyovun xatirələri xalqımızın tarixi keçmişini, ən əsası 
Az
ərbaycanın  ayrılmaz  hissəsi  olan  Qarabağın  zəngin adət-
ənənələrini, Azərbaycan musiqi tarixini və etnoqrafiyasını öy-
r
ənmək  baxımından  əvəzsiz mənbədir.  Yalnız  Azərbaycanda 
deyil, h
əmçinin Orta Asiyada teatr sənətinin inkişafında böyük 
xidm
ətləri olan Cəlil bəy Bağdadbəyov və bu dövrdə səhnəyə 
g
ələn yeni aktyor nəslinin  ayrı-ayrı  nümayəndələrinin tərcü-
meyi-hal v
ə xatirələri Azərbaycan mədəniyyətinin inkişaf tari-
xini öyr
ənməkdə  önəmlidir. Hüseynqulu Sarabskinin (1879-
1945),  Əhməd Qəmərlinin  (1850-1952),  Mirmahmud  Kazı-
movskinin (1882-
1940), Mirzağa Əliyevin (1883-1954), Sidqi 
Ru
hullanın (1886-1959), Hacağa Abasovun (1888-1975), Əh-
m
əd Anatollunun (1894-?), Səməd Mövləvinin (1900-1962) 
t
ərcümeyi-hal və xatirələri teatr sənətinin ümumi mənzərəsini 
t
əsəvvür etməyə imkan verir, aktyorların səhnədə atdıqları ilk 
ad
dımları,  qarşıya  çıxan  çətinlikləri  aradan  qaldırmaq  yolun-
dakı fəaliyyətlərini əks etdirirdi. 
H
ər bir sənətkarın həyat və yaradıcılığını öyrənməkdə, de-
yildiyi kimi, t
ərcümeyi-halların  böyük  önəmi  vardır,  «çünki 
t
ərcümeyi-halı  öyrənilməmiş  bir  şair  və  ədibin  yaradıcılığını 
da düzgün anlamaq, t
əhlil etmək və qiymətləndirmək xeyli çə-
tin olur» [47, s.9]. Z
əngin elmi irsə malik türkoloq alim Bəkir 
Çobanzad
ə  (1893-1938)  «Yardımçı  elmlər»ə  daxil etdiyi tər-
cümeyi-
halların ədəbiyyat tarixçisi üçün önəmini vurğulayaraq 
yazmışdır: «Ədəbiyyat tarixçisinə tədqiq etdiyi müəllifin necə 
bir adam olduğunu bilmək də lazımdır. Müəllifin həyatını öy-
r
ənmək sayəsində, onun mühiti və  ədəbi zövq və  idealı  haq-
qında da fikir edilmək mümkündür. Bununla bərabər... bioqra-
fid
ən – tərcümeyi-haldan özümüzə lazım olan materialı seçib 
 
94 


 
faydalanmasını bilmək də şərtdir» [60, c.3, s.247]. Alim «Xə-
tainin dili v
ə  ədəbi  yaradıcılığı  haqqında»  əsərində  Xətainin 
t
ərcümeyi-halı ilə məşğul olan bəzi tarixçilərin Səfəvilər nəsli-
nin yeddinci imam Musa Kazim
ə  çatdığını  göstərməklərini 
«Şah İsmayılın özü tərəfindən və yaxud tərəfdarları vasitəsilə 
t
ərtib edilib siyasi və  dini məqsədlərlə  xalq  arasına  yayılmış 
olan 
əfsanələrdən  başqa  bir  şey»  [60, c.1,  s.263]  olmadığını 
bildirir v
ə «bütün tarixçilər tərəfindən Səfəvi xanədanının Ağ-
qoyunlu sülal
əsi ilə, xüsusən Uzun Həsən ailəsi ilə  olan  əla-
q
əsi» [60, c.1, s.264] fikrini təsdiqləyir, bu məlumatın həqiqətə 
daha uyğun olmasını qeyd edir.  
Az
ərbaycan yazıçıları haqqında əhatəli ədəbi irs qoyub ge-
d
ən ədəbiyyat tənqidçisi Firidun bəy Köçərlinin özünün həyat 
v
ə fəaliyyətindən bəhs edən əsəri olmasa da yüz otuzdan artıq 
Az
ərbaycan yazıçısının ömür və yaradıcılıq yolunu əks etdirən 
əsəri tərcümeyi-hal  materialları  ilə  zəngindir. F.Köçərli  «hər 
hansı  bir  yazıçının  tərcümeyi-halına  dair  məlumat toplamaq 
üçün ilk növb
ədə  onun  öz  kitablarına,  divanlarına  müraciət 
edirdi. Lakin 
əksər hallarda o, istədiyinə  nail ola bilmirdi... 
Odur ki, t
ərcümeyi-halların tərtibi üçün başqa məxəzlərə mü-
raci
ət etmək  lazım  gəlir.  Alim təzkirələrdə, mətbu və  qeyri-
m
ətbu elmi kitablarda, mətbuat orqanlarında klassik ədəbiyya-
tın ayrı-ayrı nümayəndələri haqqında verilən bioqrafik və bib-
lioqrafik m
əlumatlardan ilk məxəz kimi istifadə  edir»  [126, 
s.13]. 
Əsərdə  Ə.Gəncəvi, N.Gəncəvi,  X.Şirvani,  M.P.Vaqif, 
M.V.Vidadi,  A.Bakıxanov,  Aşıq  Pəri, Q.Zakir, X.Natəvan, 
F.K
əminə, H.Fəqir, M.B.Xalxali və başqaları haqqında bioqra-
fik m
əlumatlar verilmişdir. M.F.Axundov haqqında onun özü-
nün yazdığı tərcümeyi-halı, A.Bakıxanovun həyat və fəaliyyəti 
is
ə  onun «Gülüstani-İrəm»  əsərində  verilmiş  tərcümeyi-halı 
əsasında  izah  edilmişdir.  Ədəbiyyat tənqidçimiz «Gülüstani-
İrəm»in  sonunda  Bakıxanovun  özü  haqqında  yazdığı  parçanı 
bütövlükd
ə «Azərbaycan ədəbiyyatı»na daxil etmişdir.  
Az
ərbaycan ədəbiyyatının tanınmış simalarının tərcümeyi-
 
95 


 
halını tərtib edən F.Köçərli qeyd etdiyimiz kimi öz bioqrafiya-
sını  qələmə  almamışdır.  Bu  işi  onun tələbəsi  olmuş  Fərhad 
Ağazadə  (Şərqli) çox məharətlə  yerinə  yetirmişdir.  Belə  ki, 
t
ərcümeyi-hal elə geniş və əhatəli yazılmışdır ki, sanki Köçər-
linin öz q
ələmindən çıxmışdır. Əsər 1930-cu ilin aprelində ya-
zılmışdır.  Bioqrafiyanı  yazarkən  F.Ağazadə  ilkin «arxiv ma-
teriallarından istifadə etmiş, daha zəngin epistolyar irsdən fay-
dalanmışdır. Biz bu gün Firidun bəyin şəxsiyyəti və ilkin ar-
xivi haqqında daha geniş təsəvvür əldə etdiyimiz üçün Fərhad 
Ağazadəyə  minnətdar  olmalıyıq.  Belə  ki,  dövrünün  tanınmış 
ziyalısı  və  alimi  olan  bu  şəxs arxivin ilkin  variantını  araşdı-
rark
ən ağlagəlməz bir uzaqgörənlik nümayiş etdirmiş və Firi-
dun b
əyin  bütün  arxiv  materiallarının  siyahısını  çıxarmışdır» 
[6, s.6]. 
F
ərhad Ağazadə Firidun bəy Köçərlinin təhsil illərini, pe-
daqoji v
ə  tərcüməçilik fəaliyyətini hərtərəfli  işıqlandırmışdır. 
35 il mü
əllimlik edən Firidun bəyin nəzərində müəllimlik  ən 
müq
əddəs  bir  iş  idi.  Öz  peşəsini ürəkdən sevdiyi, həmçinin 

əllimlərə, məktəblərə  dəyər verdiyi üçün müəllimlərin və 
şagirdlərin də Firidun bəyə böyük hörməti var idi. Bunu daha 
ay
dın  şəkildə  göstərmək  üşün  F.Ağazadə  Firidun bəyə  gələn 
m
əktublardan nümunələr göstərir. Əsərdə Firidun bəyin şəxsi 
keyfiyy
ətlərindən də  söhbət açılır.  «Firidun bəy  çoxlarının 
t
ədbirçisi, məsləhətçisi, yolgöstəricisi  olduğundan,  hər kəsin 
ür
əyində bir dərdi olsaydı, qabaqca Firidun bəyə yazardı» [90, 
s.
32]. Ona yazılmış məktublar bunu bir daha sübut edir. 
Firidun b
əyin ömür-gün yoldaşı Badisəba xanıma yazdığı 
m
əktublar onun mənəvi aləmini daha aydın nəzərə çatdırır. Bu 
m
əktublar onun həyat  yoldaşına olan məhəbbət və  diqqətini
el
əcə  də  Badisəba  xanımın  ətrafında  olan  insanları  da  nəzər-
diqq
ətində saxladığını göstərir.  
F.Köç
ərli  xalqın  qayğısını  çəkən  bir  insan  olmuşdur.  Bu 
bar
ədə tərcümeyi-hal müəllifi yazır: «Firidun bəy camaat qay-
ğısına ürəkdən yanan bir sadiq inteligent idi. Bunun bu səda-
 
96 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə