Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   24   25   26   27   28   29   30   31   ...   83

 
hazırlanması ehtimalını yaradır. Ümumiyyətlə, xatirənin məz-
munu onun böyük h
əcmli əsərin bir hissəsi olduğunu göstərir. 
Müznib özü etiraf etmişdi ki, onun xatirə dəftəri olmuşdur. Bu 
bar
ədə o yazır: «Bilxassə böyük türk millətinin kəmali-iftixar 
il
ə mənə həddindən pək böyük olsa da bəxş etdikləri ali bir lə-
q
əbindən, yəni  «Müznib  şairimizdir» dediklərindən  dolayı 
daha xoşbəxt olduğuma əminəm və özümdən sonra gələn ailə 
əfradına  birər xatirə  dəftəri  buraxmağı  dəxi yersiz ədd etmi-
r
əm» [176, s.2].  
Ə.Müznibin xatirələri yalnız müəllifin həyat və fəaliyyətini 
deyil, XX yüzilliyin 
əvvəllərində  xalqın  ağır  şəraitini,  bu  şə-
raitd
ə azərbaycanlıların öz təmiz və nəcib zəhmətinin bəhrəsi 
il
ə  yaşamalarını, Azərbaycan mədrəsələrində  tədris üsulunu, 
mol
laxanaların vəziyyətini, həmçinin ictimai və tarixi hadisə-
l
ərini  əks etdirir. Xatirələrlə  yanaşı  Müznib  dövrün  tanınmış 
şəxsiyyətləri haqqında dəyərli məqalələr yazmışdır. Haşım bəy 
V
əzirov,  Əli  bəy Hüseynzadə,  Əliağa  Vahid,  Hüseyn  Ərəb-
linski, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir haqqında ya-
zılan məqalələrdə onların həyat və fəaliyyətləri, tərcümeyi-halı 
haqqında  dəyərli məlumatlar verilir, xatirələr qələmə  alınır. 
Müznib 
M.Ə.Sabiri «Kaspi» mətbəəsi ilə necə tanış etməyi ba-
r
ədə bunları yazır: «Bir gün «Kaspi» mətbəəsini (o vaxt Sabir 
bağçasının yerində idi) görməyi arzu etdi. Axşam saat səkkiz-
d
ən sonra onu məzkur mətbəəyə  apardım. Mətbəədəki tipoq-
rafiya, litoqrafiya, k
əsən, tikən  makinaları  və  mətbəənin hər 
bir l
əvazimatını  ona  göstərdim.  Hamıdan  çox  «Kaspi»ni  təb 
ed
ən rotatsiyonu ilə  litoqrafiya  makinalarına  heyrət etdi. Ro-
tatsiyonun 
kağızı lenta kimi aparıb, çap eləyib, kəsib bükməsi-
n
ə, eyni zamanda da neçə  nüsxə  çap elədiyini  saymasına,  li-
toq
rafiyanın isə düz daşda birinci rəngdən sonra ikinci rəngin 
ist
ənilən yerə  verilməsinə  və  rəngdən  başqa  yerə  əsla toxun-
mamasına  çox  təəccüb eylədi. «Dəmirin də  canı  olarmış»,  - 
dey
ə  əllərini bir-birinə  qovuşdurdu.  Mətbəədən  çıxdıq»  [10, 
s.261].  
 
85 


 
Haşım bəy Vəzirovun erməni-azərbaycanlı iğtişaşında gös-
t
ərdiyi xidmətləri qiymətləndirən  Ə.Müznib  bu  xüsusda  yaz-
mışdı: Haşım bəy «Şuşa bələdiyyə idarəsində qlasnı olub və-
t
əndaşlarının  mənafeyini  həmişə  müdafiə  edirdi. Müsəlman-
erm
əni iğtişaşında göstərdiyi xidmətləri daha böyükdür. Qara-
bağda vaqe olan iğtişaş əsnasında müsəlmanları daima höku-
m
ət yanında və əfkari-ümumiyyə nəzərində müdafiə etmiş və 
dilsiz cahil mill
əti əğyarın töhmət və təcavüzündən dili və qə-
l
əmi ilə müdafiə və mühafizə erməkdən bir an geri durmamış-
dır. O vaxtlarda Qarabağdakı müsəlman və erməni münasibə-
tini islahı bir yola qoymaq üçün Qafqaz hökuməti-aliyəsi tərə-
find
ən təyin  olunan  general  Tağayaşvilinin  hüzurunda  böyük 
bir izdiham iç
ərisində  müsəlmanları  müdafiə  etmək yolunda 
m
ənidar və  kəskin bir nitq söyləmiş,  o  nitqi  sayəsində  qara-
bağlıların  hökumət nəzərində  asayiş  sevici  bir  camaat  olduq-
ları bilinmişdir» [10, s.217]. 
Müznibin  «Qarabağ  səyahəti»  əsəri 1920-ci  ilin  mayında 
hökum
ət nümayəndələri 
  D .
Bünyadzad
ə, H.Sultanov, Ç.İldı-
rım ilə birlikdə Qarabağa edilən səfərin təəssüratları əsasında 
q
ələmə  alınmışdır.  Əsərdə  əsasən  Şuşa  şəhərinin  quruluşun-
dan, 
əhalisindən, məhəllələrindən, su çeşmələrindən, məktəb-
l
ərindən və s. bəhs olunur ki, bu da şəhərin XX yüzilin əvvəl-
l
ərindəki durumunu anladır. Müəllif yazır:  «Şuşada sabiq xa-
nın qızı Gövhər ağa tərəfindən tikdirilmiş iki böyük came və 
n
əhrin  ətrafında  mədrəsələri, kənddən,  ərazidən,  bağdan,  zi-
ra
ətdən ibarət qayət zəngin  mövqufatı  vardır.  Bundan  əlavə, 
h
ər məhəllədə məhəllə əhli tərəfindən yapılmış «Hüseyniyyə» 
t
əsmiyyə  edilən birər məscidləri mövcuddur. Fəqət  bunların 
möv
qufatı yoxdur. Məhəllə əhalisi tərəfindən idarə olunur. 71 
ha
mamı  və  8  xan  karxanası  vardır»  [178,  s.169]. Müznibin 
«Qaryagind
ə»  adlı  yazısı  da  «Qarabağ  səyahəti»  əsəri  səpki-
sind
ədir.  «Ağdamın  vəchi-təsmiyəsi»  və  «Tərtər»  yazılarında 
is
ə  müəllif sözügedən  ərazilərin  adlarının  mənalarını  açıqla-
mışdır. 
 
86 


 
Ə.Müznibin qardaşı, ədəbiyyatşünas Əmin Abid isə «Yol-
daş yolunda» əsərində uşaqlıq xatirələrindən bəhs edir. «Unu-
dulmaz günl
ər» adlı yazıda Abid öz yaşantılarını xatirə şəklin-
d
ə söyləyir və qardaşı Müznibin bir beytini verir [175, s.6]. Bu 
nümun
ələr Müznibin Əlyazmalar İnstitutundakı şəxsi arxivin-
d
ə saxlanılır.  
XIX 
əsrin sonu   X X  əsrin əvvəllərində yaşayıb-yaratmış 
şairlərdən biri də Mirzə Əli Möcüzdür (1873-1934). «Cənubi 
Az
ərbaycan ədəbiyyatında maarifçi-satirik şeiri XX əsrdə yeni 
m
ərhələyə qaldırmış, onun məzmununu inqilabiləşdirmiş, de-
mokratikl
əşdirmiş, cümhuriyyət quruluşunu tam üstün tutmuş, 
M.Ə.Sabir satirasını yeni şəraitdə davam və inkişaf etdirmiş» 
[155,  s.99]  Möcüz 1933-cü ild
ə  Təbrizdə  olduğu  zaman  qısa 
t
ərcümeyi-halını yazaraq öz həyat yolunu təsvir etmişdir: «Tə-
x
əllüsüm  Möcüz,  adım  Əlidir.  Atam  Şəbüstərin tacirlərindən 
imiş. Mən on altı yaşında ikən o vəfat etmişdir. Həmin ildən 
İstanbula getdim, orada on altı il qaldıqdan sonra qayıtdım və 
v
ətənimin  ağlar  halını  görüb  növhəxanlığa  başladım.  Mənim 
bu növh
əxanlığım axudların xoşuna gəlmədi, mənə müharibə 
elan etdil
ər. 26 il bir-birimizlə  vuruşduq.  Xeyrat  verdilər   
m
əni çağırmadılar, toy oldu 
 m
ən iştirak etmədim. Bununla 
bel
ə axıradək vuruşdum, yəni yazdım, özü də ana dilində yaz-
dım. Yazılarımı saxlamamışam, yoldaşlara və dostlara vermi-
şəm, onlardan bəziləri  yığıb  saxlayıblar.  Fars  dilini  çox  da 
yax
şı  bilmirəm və  bu dildə  çox  az  yazmışam.  Həm də  mən 
bel
ə mülahizə etdim ki, azərbaycanlılar fars dilindən bir o qə-
d
ər də xoşlanmazlar. Bir də məqsədim o idi ki, kişilər və qa-
dınlar  oxuyub mətləbi  anlasınlar.  Şeirlərimin çoxu müzahi 
t
ərzdə yazılıbdır. Buna görə də sevilir, yoxsa bir o qədər də qa-
bil deyildir» [169, s.6].  
Memuar m
ənbələri şəxsi mənşəli olduğu üçün əsasən şəxsi 
fonlarda mühafiz
ə  edilir. Buna görə  də  onları  üzə  çıxarmaq 
üçün arxivl
ərə müraciət etmək lazımdır. AMEA M.Füzuli adı-
na  Əlyazmalar  İnstitutunda  mühafizə  edilən  şəxsi fondlar bu 
 
87 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə