Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   20   21   22   23   24   25   26   27   ...   83

 
XATİRƏLƏR VƏ MÜƏLLİF 
 
ŞƏXSİYYƏTİ 
 

əllif  şəxsiyyəti xatirə, gündəlik və  səyahətnamələrdə 
ön
əmli mövqeyə malikdir. Müəllif hadisələrə real qəhrəmanın 
gözü il
ə deyil, bilavasitə özü baxır, müşahidə aparır, çox vaxt 
hadis
ələrin iştirakçısı olur, müəyyən məsələlərlə bağlı hiss və 
h
əyəcanlarını,  fikir  və  düşüncələrini  bildirir.  Şübhəsiz,  şüur 
q
əbul olunan məlumatın hamısını işləyə bilməz. Onun bir his-
s
əsi şüurda qalır, müəyyən vaxt keçdikdən sonra insan həmin 
olayları  dərk edir və  onları  öz  həqiqi  halında  görür.  Belə  ki, 
müasirl
ərin görmədikləri zaman keçdikcə  açılır,  əvvəlki mə-
lumatların təhlili qarşılıqlı əlaqələrin assosiasiyasını yaradır. 
H
ər bir yazıçını, şairi bir sənətkar kimi onun əsərlərindən 
ta
nımaq olar. Lakin bir insan kimi, bir şəxsiyyət kimi haqqında 
ya
zılan xatirələrdən öyrənmək mümkündür. Bu cəhətdən xati-
r
ələrin xüsusi önəmi  vardır.  Xatirələrdə  uydurma olmayanda 
v
ə  onlarda həqiqət ifadə  olunanda  əvəzsiz mənbəyə  çevrilir. 
Eyni zamanda «s
ənətkarı (və ya böyük adamı) yetişdirən mad-
di v
ə  mənəvi çevrə  içində  araşdıran, özünü və  əsərlərini  bir 
toplu n
əticələrə bağlayan bioqrafiya əsərləri tarixin, ədəbiyyat 
tarixinin v
ə  tənqidin önəmli  yardımçılarıdır.  Bundan  başqa 
görk
əmli simaların həyatlarının hamı tərəfindən oxunması di-
g
ər ibrətlərlə doludur» [272, s.528]. 
Artıq XX yüzilliyin əvvəllərində xatirələrə maraq artır, cə-
miyy
ətdə,  ədəbiyyatda mövqeyi olan bir çox insanlar ya öz 
ömür  yolları  və  ya  tanınmış,  görkəmli  şəxsiyyətlər  haqqında 
xatir
ələr  yazırlar.  Bu qəbildən Mirzə  Ələkbər Sabir (1868-
1911) haqqında yazılan xatirələri xüsusi qeyd etmək lazımdır. 

yük şair haqqında C.Məmmədquluzadə, Ə.Nəzmi, H.Nəzər-
li, S.Mümtaz, H.M
əmmədquluzadə,  S.Hüseyn,  Ə.Müznib, 
S.M.Q
ənizadə,
 
C.C
əbrayılbəyli,
 
H.İ.Qasımov, A.Səhhət, Ə.Ra-
zi, Q.Qantemir, Ə.Şərif, M.Ə.Sidqi, M.Mərdanov və başqaları 
xatir
ələr yazmışlar. S.Hüseynin xatirəsi onun hekayələri kimi 
 
73 


 
son d
ərəcə  maraqlıdır.  Burada  Sabirin  babasından,  atasından 
v
ə  özünün həyatından  söhbət gedir. S.M.Qənizadənin də 
M.Ə.Sabir [141, s.259] haqqında, eləcə də aktyor H.Ərəblinski 
[141, s.253] 
haqqında xatirələri vardır. Bu əsərlərdə sözügedən 
şəxslərin xarakteri və fəaliyyətlərinin bəzi məqamları işıqlan-
dırılır. Qənizadə və Sabir məktəbdə bir yerdə oxuyurdular. Sa-
bir az danışardı, yoldaşlarından ayrı gəzərdi. Xırda vərəqlərdə 
n
ə isə yazar və yazdıqlarını heç kəsə göstərməzdi. Yazdıqları 
is
ə kiçik şeirlər idi. 
H.N
əzərli Şamaxıda təsis edilmiş «Ümid» adlı üsuli-cədid 
m
əktəbində  oxuyarkən  M.Ə.Sabir  ona  dərs  demişdi.  Xatirə 

əllifi bu böyük şəxsiyyətin həm zahiri görünüşünü, həm də 
daxili al
əmini  işıqlandırmağa  çalışmışdır:  «Sabir  bir  az  arıq, 
uzunsif
ətli, dərin, oynaq və  parlaqgözlü, ortaboylu, qaraxətli 
müs
əlman  kişisi  idi.  Əvvəllər  ayağına  topdaban  başmaq,  əy-
nin
ə  qara mahuddan büzməli  Şirvan  çuxası,  altından  bir  az 
uzun ikidöşlü arxalıq geyərdi. Başına isə qışda dəridən, yayda 
mahuddan 
əmiri papaq qoyardı. O, sinfə girərkən çox qaşqa-
baqlı  görünürdü.  Əvvəllər  onun  qaşqabağı  nə  mənim, nə  də 
yol
daşlarımın xoşuna gələrdi. Biz köhnə üsul məktəbində fa-
laqqa v
ə çubuq görmüşdük. Bir qüsur etdikdə bu cəza adətlə-
rini bir qanun olaraq q
əbul edirdik. Sabirdə isə falaqqa və çu-
buqlardan azad olduq, f
əqət sevinmədik. Səbəb? Çünki Sabir 
bizi t
əsirli sözlərlə danlayırdı...O, bir şeydən mütəəssir olduq-
da gözl
əri alov saçır və geniş alnında göy damarlar zahir olur-
du» [214, s.23].  
Ə.Müznib xatirələrində «Hophop» imzası ilə əlaqədar bun-
ları  bildirir:  «Hophop»  imzası  məni  çox  maraqlandırırdı.  Nə 
münasib
ətlə  böylə  bir  imzanı  qəbul etməsini bilmək istəyir-
dim. Bir gün Sabir haqqında Mirzə Cəlil ilə etdiyim söhbət əs-
nasında  Hophopun  qəribə  bir  imza  olduğunu  heyrətlə  söylə-
dim, Mirz
ə Cəlil isə: 
 
«Hophop» imzasını Sabir özü qəbul etməmiş, o imzanı 
biz ona vermişik. Sabir idarəmizə gətirdiyi mənzuməyə imza 
 
74 


 
qoy
mazdı. Birinci nəzmini gətirib verdikdə heç özünü görmə-
dik, ikinci n
əzmini idarəyə  verib getdikdə  arxasınca  baxdıq, 
gördük çox yeyin v
ə hoppana-hoppana gedir, o münasibətlə də 
biz  ona  «Hophop»  imzasını  verdik  və  özünü də  sonralar 
«Molla N
əsrəddin»ə  «Qızdırmalı»  imzası  ilə  nəzmlər yazan 
H
əbib Zeynalovun  mağazasında  tanıdıq»  [214,  s.62]. 
Ə.Müznib xatirələrində M.Ə.Sabirin  «Təzə həyat», «Bəhlul», 
«Z
ənbur», «Həqiqət», «Səda» və  s. qəzet, məcmuələrdəki 
f
əaliyyətindən, burada nəşr  etdirdiyi  şeirlərdən, həmçinin 
«Hophopnam
ə»nin ilk nəşrindən söhbət açır.  
Aktyor H.Abasov bir müdd
ət  Balaxanıda  «Nəşri-maarif» 
c
əmiyyətinin məktəbində M.Ə.Sabirlə birlikdə müəllimlik et-
mişdir. Həyatında baş verən hadisələrin çoxu yadında qalmasa 
da, Sabiri, onunla birlikd
ə  müəllimlik  etdiyi günlərini,  yarım 
əsrdən  artıq  vaxt  keçməsinə  baxmayaraq,  yaxşı  xatırladığını 
bildirir v
ə onu cəsarətli bir şəxs kimi xarakterizə edir: «Böyük 
şair  olan  Sabir  cəsarətli  bir  şəxs idi. O  zaman kənddə  Sabir 
haq
qında ağzını büzənlər, onu sevməyənlər də var idi. Aydın-
dır ki, onlar Sabirin satira hədəfləri olan mürtəcelər idi. Sabirin 
k
ənd camaatı  arasında  böyük  hörməti  olduğuna  görə  mürtə-
cel
ər zahirdə çəkinir, gizli hədə-qorxulara əl atırdılar. Belə bir 
əhvalat  yadıma  gəlir. 1910-cu il oktyabrın axırlarında mürtə-
cel
ər Sabirə imzasız bir məktub yazmışdılar. Onlar Sabiri hə-
d
ələyirdilər  ki,  ayın  axırına  kimi  öz  xoşu  ilə  kənddən  çıxıb 
getsin, 
əks təqdirdə ailəsi başsız qalacaqdır.  
Düzü ki, o zaman biz mü
əllimlər bu məktubdan sonra təş-
vişə  düşdük.  Sabir  isə  məktubu  soyuqqanlılıqla  qarşıladı  və 
köhn
ə qayda ilə öz işlərini davam etdirdi. O zaman biz Sabirlə 
ikimiz bir otaqda yaşayırdıq. Ay başa çatanda bir gün axşam o 
m
ənə belə dedi: 
 H ac
ağa,  ay  qurtardı,  ancaq  həriflərdən bir xəbər  çıx-
madı» [214, s.130].  
H.Abasov xatir
ələrində  Sabirin  bir  şeiri  ilə  əlaqədar bun-
ları bildirir: Bakı varlılarından Hacı Hacağanın bir gözünə ağ 
 
75 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə