Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   21   22   23   24   25   26   27   28   ...   83

 
l
əkə düşmüşdü. O, Bayılda yaşayan göz həkiminin yanına ge-
dir. H
əkim onun gözünü iki aya qədər  sağaltmağı  söz  verir. 
Bunun üçün 150 manat z
əhmət  haqqı  istəyir.  Hacı  bu  sözü 
eşitdikdə hirslənib deyir:  
 Siz d
əli olubsunuz, nədir? Bir göz üçün də 150 manat 
verm
ək olar? Mən razıyam 150 manat siz mənə verin, o biri 
gözüm
ə də ağ ləkə salın.  
H.Abasov bu 
əhvalatı Sabirə danışır. O isə gülümsəyərək 
deyir:  
      H acaŞ
a, Ş
air evi yŞ

lm Ş
Ş
 özünd
ən uydurmayıb: 
Nuri-
çeşmanımmısan, ey pul, 
                                      
ya canımmısan? 
Qism
ətim, namusum, irzim, qeyrətim,  
                                      
qanımmısan? 
Hörm
ətim, fəxrim, cəlalım, şövkətim, 
                                      
şanımmısan? 
Müsh
əfim, Məkkəm, Mədinəm, qibləm, 
                                      
ərkanımmısan? 
M
əzhəbim, dinimmi, ayinimmi, 
                                      i
manımmısan? 
Ədəbiyyatşünas  A.Bayramoğlu  M.Ə.Sabirin  elmi  tərcü-
meyi-
halını tərtib edərkən A.Səhhət, S.M.Qənizadə, S.Hüseyn 
t
ərəfindən yazılan məqalə və xatirələrdən, şairin avtobioqrafik 
əsərlərindən, Qafqaz həyatına  və  Şamaxının  ümumi  vəziyyə-
tin
ə  dair  mövcüd  yazılardan  yararlanmışdı.  Bunlarla  yanaşı 
araşdırıcı 1903-1911-ci illərdə nəşr olunan dövri mətbuatdan, 
A.Şaiq,  C.Cəbrayılbəyli, M.Mərdanov və  digər  ədəbiyyat və 
m
ədəniyyət xadimlərinin xatirələrindən istifadə edərək böyük 
şairin  həyat və  yaradıcılıq  yolunu  elmi  əsaslarla izləmişdir. 
M.Ə.Sabirin  ömür  yolunun  işıqlandırılmasında  avtobioqrafik 
s
əciyyəli şeirlərinin də müəyyən əhəmiyyəti olmuşdur. Sabir-
şünaslığın  və  Səhhətşünaslığın  bəzi  qaranlıq  və  mübahisəli 
m
əsələlərini  işıqlandırmaqda  tədqiqatçı-ədəbiyyatşünas  Sal-
man Mümtazın bu şəxslər haqqında xatirələri daha çox diqqət 
 
76 


 
ç
əkir. Sabir və Səhhətlə dostluq əlaqələrində olan Mümtaz bu 
şəxslər  haqqında  yazdığı  xatirələrində  Sabirin qeyri-mətbu 
şeirlərinin aqibəti haqqında bunları bildirir: «Tiflisdə Səhhətlə 
etdiyimiz söhb
ətlərdən biri, həm də ən ümdəsi Sabirin Səhhətə 
vermiş olduğu qeyri-mətbu şeirlərinin divana salınmaq məsə-
l
əsi idi. Sabir vəfatına  bir  gün  qalmış  Səhhətə  ağzı  bağlı  bir 
paket içind
ə bir neçə şeir verərək, lakin vəfatından yalnız on il 
sonra  açılıb  nəşr  edilməsini  tapşırmışdı  və  ona qəliz andlar 
ver
ərək vəsiyyətinə əməl edəcəyinə söz almışdı. Mən nə qədər 
s
əy etdimsə Səhhət sözündən dönmədi, «bu mənim tərəfimdən 
Sabir
ə  qarşı  xəyanət olar»   dedi. 1913-cü ildən sonra daha 
S
əhhət ilə görüşə bilmədim. O şeirlər Səhhətdə qaldı. Səhhətin 
qeyri-m
ətbu əsərləri «Səyavuş», «Volqa səyahətnaməsi», «Əli 
v
ə Aişə» romanı, «Demon» tərcüməsi və s. ibarətdir. Güman 
edir
əm ki, bu əsərlər Səhhətin  Şamaxıdakı  evində  və  yainki 
Qalabazardakı qohumlarında qalmışdı. Xülasə, Səhhətin əsər-
l
əri harada isə  Sabirin  qeyri-mətbu  şeiri  də  orada  olmalıdır. 
Bunları axtarmaq və axtarmaq lazımdır» [173, s.441]. 
Araşdırıcılar M.Ə.Sabirin həyatından bəhs edərkən əsasən 
A.S
əhhətin  böyük  şairə  həsr etdiyi  «Tərcümeyi-hal» kitabın-
dan [221
] yararlanmışlar. Ə.Mirəhmədovun «Sabir» monoqra-
fiyası da [167] bu qəbildəndir.  
Əksər hallarda tərcümeyi-hallar da xatirələr kimi sifarişlə 
yazılır.  Məsələn,  XİX  əsrin  sonları 
  X X  
əsrin  əvvəllərində 
Az
ərbaycan  ədəbiyyatında  və  ictimai-siyasi fikir tarixində 
ön
əmli yer tutan Mirzə Əbdürrəhim Talıbov (1834-1911) tər-
cümeyi-
halını  Firidun  bəy Köçərlinin  sifarişi ilə  yazmış  və 
«m
əktubunda  bildirmişdir  ki,  Firidun  bəy  onun  yazdığını  ar-
tırıb-əskiltmədən öz məcmuəsində  dərc etdirsin. Firidun bəy 
m
əqaləsində Talıbovun yazdığı məktubu olduğu kimi vermiş, 
yalnız ədibin harada və nə vaxt anadan olduğunu, hazırda ha-
rada v
ə nə işlə məşğul olması, habelə yazdığı əsərlərin adlarını 
göst
ərmişdir»  [160,  s.52]. «Səda» qəzetinin  redaktoru  Haşım 
b
əy Vəzirov M.Ə.Talıbov haqqında qəzetin 1911-ci il 6 mart 
 
77 


 
tarixli  sayında  dərc etdirdiyi məqaləsində  ədəbin tərcümeyi-
ha
lını  şərh etmişdir.  Hələ  qəzetin 28 fevral 1911-ci il tarixli 
48-
ci sayında nəşr olunmuş məqalədə «Vəzirov ədibə yüksək 
qiym
ət vermişdir. O, Talıbov haqqında bəzi xatirələr nəql edir, 
iki il 
əvvəl onun evində  gördüyü misilsiz qonaqpərvərlikdən 
da
nışır» [160, s.23]. 
Daha önc
ə qeyd etdiyimiz kimi, orta əsr müəllifləri xatirə-
l
ər, tərcümeyi-hallar, həyat və yaradıcılıqlarını tam əks etdirən 
əsərlər  yazmamışlar.  Onların  həyat və  fəaliyyətləri  haqqında 
müasirl
ərinin  əsərlərinə, müxtəlif qaynaqlara, təzkirələrə  isti-
nad
ən,  ən  əsası  da  müəlliflərin bilavasitə  öz  əsərlərinin elmi 
şəkildə tədqiqi əsasında fikir söylənilmişdir. Bu ənənə sonralar 
da davam v
ə  inkişaf  etdirilmişdir.  Belə  ki, tərcümeyi-halına 
dair bir sıra faktların əsərlərinə əsasən açılmasına mollanəsrəd-
dinç
i şair Bayraməli Abbaszadənin də (1869-1926) yaradıcılı-
ğında müşahidə etmək olar. Belə ki, tədqiqatçı Asif Rüstəmli 
B.Abbaszad
əyə həsr etdiyi monoqrafiyasında şairin ömür yo-
lunu 
əsasən  əsərlərinə  istinad edərək  canlandırır.  A.Rüstəmli 
haqlı olaraq yazır: «Çox zaman onun düçar olduğu məhrumiy-
y
ətlər şeir və məqalələrinin mövzusuna çevrilir, həyat həqiqət-
l
ərini realist qələmlə  təsvir edirdi. Həyatının  son  illərinin bir 
anını qələmə almış şairin güzəranını olduğu kimi təsəvvür et-
m
ək üçün onun «Rövzə» adlı xatirəsi fikrimizcə kifayət qədər 
maraqlı  material  verir»  [209,  s.26].  «Hambal»  imzası  ilə 
«Molla N
əsrəddin» jurnalının 1925-ci il, 17 yanvar (№ 3) sa-
yında dərc olunmuş xatirədə sovet dövründə sadə zəhmət ada-
mının acınacaqlı durumu bütün çılpaqlığı ilə əks olunmuşdur. 
B.Abbaszad
ənin hazırcavab şair olması, bədahətən satirik şeir-
l
ər deməsi, Bakının o zamanki ədəbi-ictimai həyatı ilə qayna-
yıb-qarışması  Süleyman  Rüstəmin xatirələrinə  əsasən təsdiq-
l
ənir. Araşdırıcı bu mənbədən də istifadə etməklə şairin tərcü-
meyi-
halının daha dolğun təsvir olunmasına müvəffəq olmuş-
dur.  
AMEA M.Füzu
li adına Əlyazmalar İnstitutunun saxlancın-
 
78 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə