Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   19   20   21   22   23   24   25   26   ...   83

 
l
ə məişəti-təhsil etməkdə idi. Fəqət Allah tərəfindən əta olun-
muş parlaq tapıntını nisyan torpağında dəfn etməyib gündüzlər 
qabardığı əlləri ilə gecələr şeirlər və qəsidələr yazmağa məşğul 
olardı»  [123].  «Heykəli-insana bir nəzər», «Nəsihətnamə», 
«T
ənviri-əfkar», «Hikmətli sözlər», «Nəhveyi-nəbat» kimi fəl-
s
əfi və  ictimai-siyasi  əsərlərin müəllifi olan Sidqi bu  əsərlə-
rind
ə maarifçilik ideyalarını davam və inkişaf etdirmişdir.  
Daha önc
ə  deyildiyi kimi, M.T.Sidqi  «Əxtər» məktəbini 
İsmayıl bəy Qaspirinski və onun «Tərcüman» qəzetinin təsiri 
altında açmışdı. Qaspirinski  yaradıcılığını hərtərəfli araşdıran 
A.K
əngərli haqlı olaraq yazır ki, «İsmayıl bəy Qaspirinskinin 
naşiri  olduğu  «Tərcüman»  qəzeti, öndəri  olduğu  üsuli-cədid 
h
ərəkatı, geniş, çoxşaxəli maarifçilik çalışmaları digər Rusiya 
müs
əlmanları kimi Azərbaycan türkləri ilə də sıx bağlı olmuş, 
onların
 
oyanmasına, özünüdərkinə xidmət etmişdir»
 
[122, s.49]. 
İsmayıl bəy Qaspirinskinin xidmətlərini Hacı Zeynalabdin 
Tağıyev də yüksək qiymətləndirmişdir. O, 1908-ci ildə İ.Qas-
pirinskiy
ə  ünvanladığı  məktubunda  qeyd  etmişdir  ki,  «sizin 
xidm
ətləriniz saymaqla qurtarmaz. Sizin xidmətləriniz sayılsa, 
g
ərək Rusiya müsəlmanlarının  dörddə  bir  əsrlik mədəniyyət 
tarixi yazılsın» [122, s.52]. Yəqin ki, bu sözlərin yazılmasında 
N
əriman Nərimanovun İsmayıl bəy Qaspirinski və Baxçasaray 
m
əktəbləri  haqqında  Odessadan  H.Z.Tağıyevə  göndərdiyi 
m
əktubunun da təsiri  olmuşdur  ki,  bu  barədə  daha öncə  mə-
lumat verilmişdir.  
Türk dünyasının görkəmli nümayəndəsi İsmayıl bəy Qas-
pirinski  haqqında  Əhməd  Ağaoğlu,  Əlimərdan bəy Topçuba-
şov, Firidun bəy Köçərli, Hacı  İbrahim Qasımov, Haşım bəy 
V
əzirov,  Şəfiqə  xanım  Əfəndizadə  və  digərlərinin  yazdıqları 
nekroloqlarda bu böyük maarifp
ərvərlə bağlı xatirələr çözələ-
nir,  h
əyat və  fəaliyyətinin önəmli məqamları  canlandırılır. 
«Kaspi» q
əzetinin 1914-cü il, 13 sentyabr, 204-cü  sayında 
d
ərc  etdiyi  nekroloqda  İ.Qaspirinskini  zəngin təbii istedada 
malik olan, sevgi dolu h
əssas ürəkli bir şəxsiyyət kimi dəyər-
 
70 


 
l
əndirən Əlimərdan bəy Topçubaşov yazır ki, «yarım əsr müd-
d
ətində  əlində  müsəlmanları  biliyə, tərəqqiyə, ictimai özünü-
d
ərkə yol göstərən çırağı möhkəm və səbrlə saxlayan bu ada-
mın adı təkcə Rusiyada deyil, xaricdə də müsəlmanlar arasında 
hamıdan artıq məşhur idi» [122, s.192]. 
Doğmuşam ben Avçıköydə, 1851-də, 
M
əkanımdır Baxçasaray, məzarım kim bilir nerdə?-  
misraları  ilə  Qaspirinski «mütəxəssislər  arasında  bu  gün  də 
mövcud olan fikir müxt
əlifliyinə, tərəddüdlərə» [122, s.7] son 
qoyur v
ə tərcümeyi-halına aydınlıq gətirir. Onun müxtəsər tər-
cümeyi-
halı isə «İqbal» qəzetinin 1914-cü il, 1 oktyabr tarixli 
752-
ci sayında dərc edilmişdir. Burada İ.Qaspirinskinin həyat 
v
ə fəaliyyətinin önəmli məqamları, bir millətpərvər kimi gös-
t
ərdiyi xidmətlər canlandırılmışdır. 
 XIX 
əsrdə  şair  və  yazıçılar  əsərlərində  nəinki avtobioq-
rafik m
əlumatlar verir, həmçinin özləri də tərcümeyi-hallar ya-
zır, həyat və fəaliyyətlərinin əsas məqamlarını nəzərə çatdırır-
lar. Bel
ə  müəlliflərdən biri də  Azərbaycan  dramaturgiyasının 
inki
şafında  xüsusi  xidmətləri olan Nəcəf bəy Vəzirovdur 
(1854-1926). Onun t
ərcümeyi-halı [253] ilk dəfə 1913-cü ildə 
n
əşr olunmuşdur. Kamran Məmmədov yazıçının yazdığı tərcü-
meyi-
halından  yararlanaraq  onun  elmi  tərcümeyi-halını  [156] 
t
ərtib etmişdir. Araşdırıcı digər memuar mənbələrindən də  
M.Əliyev,  M.Mərdanov,  H.Sarabski,  A.Şaiq  və  başqalarının 
xatir
ələrindən istifadə  etmişdir.  Feyzulla  Qasımzadə  N.Vəzi-
rovdan b
əhs edən  eyniadlı  tədqiqatında  [136] onun həyat və 
f
əaliyyəti  haqqında  məlumatı  dramaturqun  1913-cü ildə  nəşr 
olunmuş  «Tərcümeyi-hal»  kitabçasına  əsaslanaraq  vermişdir. 
Za
man Əsgərli də N.Vəzirovun həyatından, uşaqlıq dövründən 
b
əhs edərkən [80] sözügedən mənbəyə əsaslanmışdır.  
T
ədqiqatçı Alxan Bayramoğlu elmi tərcümeyi-halı xatirə-
l
ər və «Görkəmli adamların həyatı» seriyasından olan əsərlərlə 
müqayis
ə  edərək belə  qənaətə  gəlir  ki, «elmi tərcümeyi-hala 
ya
radıcılıq tərcümeyi-halı da demək olar. Yaradıcılıq tərcüme-
 
71 


 
yi-
halı monoqrafik xarakter daşımaqla, ənənəvi şəkildə olduğu 
kimi, s
ənətkarın həyat və yaradıcılıq yolunu ayrı-ayrılıqda öy-
r
ənməyi qarşısına məqsəd qoymur. Bu, eyni zamanda xatirə  
memuar v
ə ya «Görkəmli adamların həyatı» seriyasında oldu-
ğu kimi deyil. Xatirə  m em uar əsas etibarilə yazıçının gün-
d
əlikləri və  xatirələri  əsasında  yazılmaqla,  sənətkarın  həyat 
yolunu 
əks etdirir. «Görkəmli adamların həyatı» seriyasından 
olan t
ərcümeyi-halın əsasında sənədlilik və müəllif fantaziyası 
da  aparıcı  olur.  Odur  ki,  bu  cür  tərcümeyi-hallar  əsasən «ro-
man
laşdırılmış» şəkildə üzə çıxır. Bunlardan fərqli olaraq, el-
mi t
ərcümeyi-halın əsasını sənədlilik təşkil edir. Burada hər bir 
fakt v
ə ya hadisə başqaları ilə ciddi müqayisə yolu ilə təsdiq-
l
əndikdə  özünü  doğrulda  bilər... Burada bioqrafik sənəd və 
materiallarla s
əsləşən, onu tamamlayan, təsdiqləyən, hadisənin 
n
əticəsi kimi üzə çıxan əsərlər tədqiqata cəlb edilir» [39, s.13]. 
Elmi t
ərcümeyi-halın qarşısında duran əsas məsələ sənətkar və 
şəxsiyyətdir.  Bu  baxımdan  N.Vəzirovun elmi tərcümeyi-halı 
bioqrafik s
ənədlərin zənginliyi ilə diqqət çəkən, həyat həqiqə-
tinin dolğunluğu ilə seçilən nümunələrdən sayıla bilər. 
Z
əngin tərcümeyi-hal örnəklərinə malik orta əsrlər ədəbiy-
yatı və kamil xatirə nümunələrinin meydana gəldiyi XX yüzil 
ədəbiyyatının qovşağında olan XIX əsr ədəbiyyatında hər iki 
dövr
ə xas cəhətlər özünü göstərir. Məsələ burasındadır ki, XIX 
əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarının əsərlərində 
şəxsiyyət daha əhatəli ifadə olunmuş, avtobioqrafik məlumat-
ların  verilməsi  genişlənmiş  və  eyni zamanda mükəmməlləş-
mişdir.  Artıq  bu  dönəmdə  xatirələr  yazılmasına  da  cəhdlər 
edil
mişdir.  Bu  cəhdlərin  əksəriyyəti  uğurla  nəticələnmişdir. 
Bel
ə ki, bu dövrün xatirə nümunələri XX əsr memuar ədəbiy-
ya
tımızın təşəkkülündə müstəsna əhəmiyyətə malik olmuşdur.  
  
 
 
 
 
72 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə