Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   16   17   18   19   20   21   22   23   ...   83

 
N
əvvab haqqında yazılarda eyni fikirlərin təkrarına təsadüf 
edilir. Y
əqin ki, müəllif bunları müxtəlif vaxtlarda yazıya kö-
çürmüşdür. 
«C
əlil Məmmədquluzadə və Həmidə xanım barədə təəssü-
ra
tım» xatirə qeydlərində isə müəllif bir qədər irəli gedərək iş-
tirakçısı olduğu olayları qələmə almışdır. Mirzə Cəlilin uşaq-
larına bir neçə il öz evlərində dərs verən Xosrov Şaiq böyük 
yazıçı  ilə  görüşlərini təfsilatı  ilə  təsvir etməyə  çalışmışdır. 
«Şuşada  eşitdiklərim, gördüklərim»  başlığı  altında  toplanan 
qeydl
ər də məzmununa görə diqqət çəkir. Bunların əksəriyyə-
tinin sonunda yazılma tarixi göstərilmişdir. Xatirələr müəllifin 
eşitdiyi,  şahidi  və  iştirakçısı  olduğu  hadisələr  əsasında  yazıl-
mışdır. 
Memuar 
ədəbiyyatına  aid  olan  tərcümeyi-hallar, demək 
olar ki, h
əmişə müəllifin özü tərəfindən qələmə alınır. Bununla 
bel
ə, bir şəxsin başqa şəxs haqqında tərcümeyi-hal nümunələri 
d
ə vardır. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nüma-
y
əndəsi Həsən bəy Zərdabinin (1842-1907) Əlyazmalar İnsti-
tu
tunda  saxlanılan  şəxsi arxivində  belə  nümunələr mühafizə 
olunur. Bunlar  Z
ərdabinin həyat  yoldaşı  Hənifə  xanımın 
(1856-1929) v
ə  jurnalist Fərhad  Ağazadənin (1880-1931) 
onun  haqqında  yazdığı  tərcümeyi-hallardır.  Hənifə  xanımın 
q
ələmə  aldığı  «Həsən bəy Məlik Zərdabinin tərcümeyi-halı» 
[281] rus dilind
ə  əlyazmasıdır.  Sənədin üzərində  düzəlişlər 
apa
rılmışdır  və  bir qədər çətin oxunur. Tərcümeyi-halda Hə-
nif
ə  xanımın  Həsən bəylə  bağlı  xatirələri də  verilmişdir. 
F.
Ağazadənin  yazdığı  «Həsən bəy Məlik Zərdabinin bioqra-
fiyası» [11] yaşıl cildli dəftərin bir üzünə, Azərbaycan dilində, 
ərəb əlifbası ilə səliqəli xətlə qələmə alınmışdır. Görünür, üzü 
köçürülmüş son nüsxədir. «Əkinçi» qəzetinin əlli illiyi müna-
sib
ətilə, 1925-ci ildə yazılmış bu bioqrafiyada Hənifə xanımın 
xatir
ələrindən də istifadə edilmişdir. 
1872-ci ild
ə  «Qafqaz» qəzetində Tiflisdə Müqəddəs Nina 
m
əktəbini bitirən  qızların  siyahısı  dərc  olunmuşdu.  Bunların 
 
61 


 
arasında Hənifə xanım Abayevanın da adı var idi. Həsən bəy 
bu xanımla tanış olmaq məqsədilə Tiflisə gəlir. Həyata baxışı 
v
ə dünyagörüşünə görə Hənifə xanımın ona çox yaxın olduğu-
nu görüb bu ziyalı qadınla görüşür. Onlar birlikdə Bakıya gə-
lib evl
ənirlər. Həsən bəyin  qızı  Qəribsoltan Məlikova  atası 
haq
qında  xatirələrdə  qeyd edir ki,  mənim  yaddaşımda  vali-
deynl
ərim arasında münasibət hörmət, bir-birinə dərin sədaqət 
v
ə  məhəbbət,  qarşılıqlı  inam  kimi  qalmışdır.  Onlar birlikdə 
möhk
əm ailə qurmuşlar. Həsən bəy Hənifə xanımın simasında 
özünün sadiq köm
əkçisini, həmfikirini görürdü. [285, s.56]. 
H
əsən bəy Zərdabini kiçik bir çərçivədə işləmək təmin elə-
mirdi. O ist
əyirdi ki, səsini bütün xalq eşitsin. Hələ tələbəlik il-
l
ərində  ana dilində  qəzetin olmasını  arzulayan Zərdabi qəzet 
n
əşr etməyi qərara alır. Qəzetin çıxması üçün verilən icazə bir 
neç
ə il çəkir. Nəhayət, «Əkinçi» adlanan qəzetin birinci nöm-
r
əsi 1875-ci il iyul ayının 22-də nəşr olunur. Bununla da milli 
m
ətbuatın  əsası  qoyulur.  Qəzet  Rysiyanın  bütün  müsəlman 
dün
yasını lərzəyə gətirdi. «Əkinçi»nin dili son dərəcə anlaşıqlı 
idi. Q
əzetin  birinci  sayında  Həsən bəy  qanacaqlı  və  bilikli 
şəxslərdən xahiş edir ki, xalqın köhnə qaydalarla  yaşamasına 
mane olub onun g
ələcək tərəqqisinə  səy etsinlər. Zərdabi 
«Əkinçi»yə çox vaxt və əmək sərf etdiyini qəzetin üçüncü sa-
yında  qeyd  etmişdir:  «Bizim zəhmətimiz həddən  çıxıb.  Biz 
m
ətləbi özümüz yazıb ağardıb çapxanaya verməklə zəhmətdən 
xilas olsaydıq çox xoşbəxt olardıq. Amma iş böylə düşübdür 
ki, biz g
ərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya 
on adam inşa edir. Onu çap eləmədən hürufunu düzən, qələtlə-
rini düz
əldən başqa kəslər olur, amma bu işlərin hamısını gə-
r
ək tək mən özüm görüm. Hətta bizim müsəlman şəhərində bir 
savadlı olan müsəlman yoxdur ki, baxıb qəzetəyə onun qələtini 
düz
əltsin ya hürufunu düzsün. Hərgah bu zəhmətlərdən  artıq 
z
əhmət olmasaydı yenə bir tövr yola gedərdik. Amma dərd bu-
dur: bizim el
ə zəhmətimiz vardır ki, qeyri qəzetçilərin ondan 
heç x
əbərləri yoxdur» [11, s.24].  
 
62 


 
H
ənifə xanım xatırlayır ki, Rusiyada, əsasən Bakıda qəzet 
işinin tədqiqi ilə əlaqədar bir fransız müxbiri Bakıya gəlir. O, 
yegan
ə  türk qəzeti ilə  maraqlanıb  Həsən bəy Zərdabi ilə  gö-
rüşür. İki il ərzində qəzetin 300 abunəçisi olduğunu (o cümlə-
d
ən, qəzeti yoxlayan idarələr də daxil olmaqla) bilən müxbir 
heyr
ətə  gəlmiş, Həsən bəyə təəccüblə baxıb səmimiyyətlə öz 
fikrini  bildirmişdir:  «Siz qəhrəmansınız.  Bizdə  Fransada elə 
bir ada
m  tapılmaz  ki,  belə  kasıb  qəzet  üçün  işləmək istəsin. 
Sizin enerjiniz
ə təəccüb edirəm. Görünür, öz xalqınızı çox se-
virsiniz» [281, s.15]. H
əqiqətən də xalq üçün, millət üçün mət-
buatın əhəmiyyəti əvəzsizdir. Sonralar Ömər Faiq Nemanzadə 
«
İrşad» qəzetinin 1908-ci il, 3, 4 iyun sayında millət üçün mət-
buatın əhəmiyyətini yüksək qiymətləndirərək yazmışdı: «Mil-
l
ətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da an-
caq m
ətbuatladır.  Hansı  məmləkətdə  çoxlu nəfli,  davamlı  və 
nüfuzlu m
ətbuat varsa, ən mütərəqqi və mədəni məmləkət də 
ora
sıdır. Mətbuatı olmayan millətin mövcudiyyəti 
 istiqbalŞ
 
q
ətiyyən yoxdur» [182, s.157]. 
İsmayıl bəy Qaspirinski isə «Əkinçi» qəzetinin nəşr olun-
ma
sının 30 illiyi münasibətilə yazdığı  «Yaşa, Həsən bəy, ya-
şa!»  adlı  məqalədə  Həsən bəy Zərdabini bütün ümumrusiya 
müs
əlmanları mətbuatının atası kimi dəyərləndirirdi. 
H
əsən bəy Zərdabinin  şəxsi arxivində  dövrün  sayılıb-se-
çil
ən nümayəndələrinin 
 
Əsg
ər Adıgözəlovun, Mirzə  Fətəli 
Axundovun, N
əcəf bəy Vəzirovun, Həsən Əlqədarinin və baş-
qa
larının  ona  ünvanlandıqları  məktubları  [109] da əsasən 
«Əkinçi» qəzetinin nəşri  və  yayılması  ilə  bağlı  təəssüratları, 
t
əbrikləri, fikir və mülahizələri ehtiva edir. Əsasən rus dilində 
yazılmış məktublar Moskvadan, Sankt-Peterqburqdan, Stavro-
poldan,  Tiflisd
ən, Qubadan, Şamaxıdan, Yelizavetpoldan (in-
diki G
əncə) və  digər bölgələrdən göndərilmişdir.  Məktublar 
H
əsən bəyin çevrəsində olan şəxslərin həyata, dünyaya, insan-
lara olan bax
ışını  aydınlaşdırmaqla  yanaşı  dövrün ümumi 
m
ənzərəsinin canlandırılmasında böyük önəmə malikdir. 
 
63 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə