Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   12   13   14   15   16   17   18   19   ...   83

 
y
ən dövrünü işıqlandırır. Əsərdə müəllifin Varşavada keçirdiyi 
günl
ər, iştirak etdiyi ziyafət məclisləri, oranın adət və ənənə-
l
əri təsvr  olunmuşdur.  Əsər vətənpərvərlik ruhunda qələmə 
alınmışdır. Belə ki, müəllifin nəzərində öz kəndi Əmsar böyük 
şəhərlərdən çox-çox üstündür və  şeirin  sonunda  bu  xüsusilə 
vurğulanır.  Varşavada  olarkən  A.Bakıxanov  bir  çox  mötəbər 
m
əclislərdə  olmuş,  tanınmış  şəxslərlə  görüşmüşdür.  Bunlar 
ara
sında  müəllif  İvan  Fyodoroviç Paskeviçin  adını  xüsusilə 
qeyd edir. M
əlumdur ki, geniral-feldmarşal Paskeviç Polşada 
çar canişini olmuşdur. O, hər gecə təmtəraqlı məclislər təşkil 
ed
ər və  Bakıxanov  da  bir  çox  nüfuzlu  adamlarla  yanaşı  bu 
m
əclislərin qonağı olardı. Şairin həyatının bu dövrü «Xəyalın 
uçuşu»nda öz əksini tapmışdır. Bakıxanovun «Firəng məclisi» 
[38, s.
194], «Ərzi-əhval» [38, s.182] şeirləri də «Xəyalın uçu-
şu» əsəri kimi avtobioqrafik səciyyə daşıyır. 
Abbasqulu ağa Bakıxanov bir çox əsərlərinin yazılma sə-
b
əbini həmin  əsərin  özündə  vermişdir.  Məsələn, «Qanuni-
Qudsi» 
əsərinin yazılma səbəbini belə  izah edir: «Səyahətim 
zamanı müxtəlif xalqlarla görüşdüm, məlumatım artdı və fars 
dilinin s
ərf-nəhvini yazmağa özümdə istedad gördüm. İstədim 
ki, v
ətənə və gənclərə bir xidmət olaraq bir nüsxə tərtib edəm. 
Rus v
ə  ərəb sərf-nəhvlərinə  uyğun  olaraq  fars  dilinin  sərf-
n
əhvini yazdım» [137, s.83]. 
Özün
ə tənqidi yanaşan, təvazökar bir şəxs olan Bakıxano-
vun «T
əhzibi-əxlaq»  («Əxlaqın  təmizlənməsi»)  əsərinin mü-
q
əddiməsində bu keyfiyyətləri daha aydın nəzərə çarpır. Müəl-
lif  yazır:  «Gənclik  çağlarında  öz  ağlıma  tamamilə  inanırdım, 
nöq
sanlı  olduğumu  heç  zaman  ürəyimə  gətirmirdim. Rəyimə 

vafiq olmayan bir işi və ya istəyimin əksinə nəticələnən bir 
m
əsələni özgəsindən bilərək, zəmanə adamlarını təqsirləndirir-
dim. H
ərçənd  ki,  onlar  da  günahsız  deyildilər.  Lakin  onların 

nahı  mənim  düşündüyüm  qədər deyildi. Getdikcə  təhqiqa-
tım  və  təcrübəm  artdı,  öz  ağlımın  dərəcəsinə  şübhə  etməyə 
başladım. Dərk etmədiyim nöqsanlarım yavaş-yavaş meydana 
 
49 


 
çıxdı» [38, s.23]. Müəllif etiraf edir ki, vaxtilə zehni və zəkası 
xudbinlliyin
ə  qalib gəlsəydi,  bu  gün  peşmançılığını  çəkdiyi 
işləri etməzdi. O, təcrübəyə deyil, təsadüflərə qapıldığını, özü-
n
ə  həqiqəti deyil, xəyalı  rəhbər  tutduğunu,  bir  çox  lüzumsuz 
şeyləri əldə edərək lazımlılarından xəbərsiz olduğunu, bununla 
bel
ə,  dünyanın  qabaqcıl  adamlarının,  alimlərinin  əsərlərini 
oxumaqla çox faydalar 
əldə etdiyini bildirir. 
A.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı 
«Gülüstani-
İrəm» əsərinin sonunda vermişdir. Müəllif 1794-cü 
il iyun ayının 10-da anadan olmasını, 7 yaşında oxumağa qo-
yul
masını, Qubada 10 il ərəb dili və digər fənləri öyrənməsini
general Yermolovun d
əvəti ilə  dövlət vəzifələrində  işə  təyin 
edilm
əsini, Tiflisdə  rus dilini öyrənməklə  müxtəlif elmlərlə 
tanış olmasını nəzərə çatdırmışdır. Bakıxanov yazır ki, «vəzifə 
işləri ilə əlaqədar olaraq və bu il dövlət böyüklərinin hüzurun-
da olmaq münasib
ətilə  Şirvan,  Ermənistan,  Dağıstan,  Çərkə-
zistan v
ə Gürcüstan vilayətlərinin bir çox yerlərini dolandım. 
Anadolu v
ə Azərbaycan şəhərlərinə də gedib böyük şəxslər və 
əhalinin müxtəlif təbəqələrinə  mənsub  adamlarla  görüşdüm. 
İran və Rum (Osmanlı) dövlətlərilə olan müharibə və barışıq 
işlərində rus əsgərlərinin fərmanfərması (baş komandanı) bö-
yük 
əmir Paskeviçin  yaxın adamlarından biri oldum. 1248-ci 
(=1833) ild
ə səyahət qəsdi ilə səfərə çıxıb iki il Don ölkəsini, 
Maloros
siyanı,  Velikorusiyanı,  Liflyandiyanı,  Litvanı  və  Le-
his
tanı  gəzdim. Avropa ölkələrinin təcrübəli dövlət  adamları, 
m
əşhur  alimləri və  bilici sənətkarları  ilə  görüşdüm.  Bir  çox 
q
əribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə 
h
ər bir işdən bilik və təcrübəmi artırdım» [37, s.221]. Həyat və 
f
əaliyyətindəki əsas məqamları göstərdikdən sonra Bakıxanov 
öz 
əsərləri haqqında  qısa  məlumat  vermişdir.  Əsərin nəticə 
hiss
əsində  «Şirvan  və  ona  qonşu  olan  vilayətlərdən  yetişmiş 
şəxslərin tərcümeyi-halları  haqqında»  yazılar  verilmişdir.  Bu 
şəxslər arasında Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əbül Əla 
G
əncəvi,  Xaqani  Şirvani,  Fələki  Şirvani,  Mücirəddin Beylə-
 
50 


 
qani,  İzzəddin  Şirvani  və  başqaları  vardır.  Müəllif  ədəbiy-
yatımızın görkəmli söz ustadlarının yaradıcılığından bəhs edir, 
diqq
əti  ömür  yollarının  maraqlı  anlarına  yönəldir, onlar haq-
qında qısa məlumat, əsərlərindən nümunələr verir. 
«Gülüstani-
İrəm»i yazarkən  Bakıxanov  müxtəlif mənbə-
l
ərdən, eləcə də tarix kitablarından, təzkirələrdən, xalq arasın-
da yayılmış rəvayət və əfsanələrdən istifadə etmişdir. Hadisə-
l
ər 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan  «Gülüstan 
müqavil
əsi» ilə başa çatdırılır. Müəllifin bu dövr haqqında ver-
diyi m
əlumat daha mükəmməl və zəngindir. Çünki Bakıxanov 
bu dövrd
ə baş verən bir çox olayların şahidi olmuşdur. Tədqi-
qatçı  Ə.Əhmədov  Bakıxanovun  dövrü,  həyatı  və  fəaliyyətin-
d
ən bəhs edən monoqrafiyasında  [277]  yazıçının  «Gülüstani-
İrəm» əsərindəki qısa tərcümeyi-halına əsaslanmışdır. Şair İb-
rahim  Göyçaylı  isə  A.Bakıxanov  haqqında  yazdığı  «Ömrün 
pa
yız  göynəyi»  adlı  poemasında  Bakıxanovun  uşaqlıq  və 
g
ənclik illərini,  Qafqaz  canişinliyində  işə  dəvət  olunmasını, 
orada t
ərcüməçilik fəaliyyətini, digər elmi əsərlərlə  yanaşı 
«Gülüstani-
İrəm»  tarixi  traktatının  yazılması  dövrünü,  Quba 
üs
yanı zamanı görüşlərini, Kəbəyə ziyarətini və orada dünya-
sını dəyişməsini ətraflı qələmə almışdır. 
Yazdığı əsərləri ilə Azərbaycan ədəbi və ictimai fikir tari-
xind
ə  dönüş  yaratmış  Mirzə  Fətəli Axundovun (1812-1878) 
əsərləri həyat və  fəaliyyətini,  dövrünü  işıqlandıran  məlumat-
larla z
əngindir. Ədibin yaradıcılığını tədqiq edən araşdırıcılar 
əsasən onun 1874-cü ildə  farsca  yazdığı  «Bioqrafiyayi, yəni 
s
ərgüzəşti-kolonel Mirzə  Fətəli Axundzadə»  adlı  tərcümeyi-
halından  yararlanmışlar.  Axundovun  bir  şəxsiyyət, bir insan
bir ail
ə başçısı, bir ədib kimi keçdiyi ömür və yaradıcılıq yo-
lunu izl
əmək baxımından əhatəli, dolğun sənəd olan bu tərcü-
meyi-
halın əhəmiyyəti əvəzsizdir. Həyatının yaddaqalan anla-
rına  toxunan  Axundov  yeni  əlifba  haqqındakı  fikirlərini  şərh 
edir, b
əzi əsərlərinin yazılma səbəbini izah edir. Müəllif dost-
ları haqqında məlumat verməyi də lazım bilmişdir: «Kəmalüd-
 
51 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə