Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   14   15   16   17   18   19   20   21   ...   83

 
d
ən, ata və oğulun şəxsiyyətlərinin, nəhayət, üçüncü tərəfdən, 
XIX 
əsrin  ikinci  yarısında  Azərbaycan  ziyalılarının  cərəyan 
ed
ən hadisələrə münasibətinin öyrənilməsi üçün maraqlı fakt-
lar verir»  [207,  s.32].  Ata il
ə oğul arasında təxminən 5 il da-
vam ed
ən  yazışmalar  M.F.Axundovun müstəqil və  məqsəd-
yönlü t
ərbiyə üsulunu izləməyə imkan verir ki, bu da görkəmli 
yazıçının görünməyən, az məlum olan tərəfini nəzərə çatdırır. 
Ümumiyy
ətlə, «məktublardan biz Axundovun hərtərəfli inki-
şaf etmiş ziyalı, yüksək zəkalı alim və mütəfəkkir, feodal qa-
lıqları ilə amansız mübarizə aparan maarifçi, alovlu vətənpər-
v
ər, gözəl və nəcib sifətlərə malik olan böyük insan, səmimi 
dost, qayğıkeş ata olduğunu öyrənirik» [135, s.29]. 
XIX yüzilliyin bir çox şairlərinin əsərlərində avtobioqrafik 
m
əzmun özünü açıq-aydın ğöstərir. Bu dövr Azərbaycan şei-
rinin  tanınmış  nümayəndələrindən olan Mirzə  İsmayıl  Qasir 
(1805-1900) «
Şərhi-hal»ında əslinə və haralı olmasına işarələr 
etmişdir: 
 S
əlim oğlu İsmayılam, Dövlətxanın nəsliyəm, 
 M
ənşəyimdir Gilanzəmin, ana yurdum da Şirvan [139]. 
Qasir müxt
əlif şəxslərə yazdığı mənzum məktublarında isə 
qarşı  tərəfə  olan münasibətini, özünün əhvalını,  arzusunu, 
maddi v
ə mənəvi ehtiyaclarını bildirmişdir.  
Lirik şeirin tanınmış nümayəndələrindən olan Bahar Şirva-
ninin (1835-1883) «N
ərgiz və Gül» məsnəvisi də avtobioqra-
fik  s
əciyyə  daşıyır.  Cənubi Azərbaycanın  Qaradağ  mahalının 
Əhər qəsəbəsindən olan Əndəlib Qaracadağinin «Qisseyi-Ley-
li v
ə Məcnun» poemasında isə qismən tərcümeyi-hal ünsürləri 
vardır. Poemada müəllifin məhəbbət macərası təsvir olunmuş-
dur. 
Yaradıcılığında  klassik poeziya ilə  şifahi  xalq  ədəbiyyatı 
v
əhdət təşkil edən Seyid Əbülqasım Nəbati (1812-1873) əsər-
l
ərində də tərcümeyi-hal əlamətləri duyulur. Onun uşaqlıq il-
l
əri Üştibində və Qaracadağda keçmişdir. Yeniyetmə dövründə 
is
ə atası ilə birlikdə Azərbaycanın bir çox yerlərini gəzmişdir. 
 
55 


 
M
əhz «şeirlərindəki bioqrafik işarələrdən bilinir ki, o, Qaraca-
dağdan  başqa  Qarabağda 
 
Əsg
əranda,  Qırçında,  Ağdamda, 
Hindarxda v
ə  Muğanda, Salyanda, Lənkəranda, habelə  Təb-
rizd
ə,  Xorasanda  olmuş,  bu  yerlərin  ədəbi-mədəni həyatı  ilə 
maraqlanmışdır» [81, s.5]. 
C
ənubi Azərbaycan şairi Mirzə Mehdi Şükuhi Əndəlib Qa-
ra
cadaği və Əbülqasım Nəbatidən sonra xalq şeiri tərzində ya-
zan 
ən qüdrətli şairdir. Klassik şeir ənənələrini XIX əsrdə da-
vam etdir
ən Şükuhi yoxsul həyatını özü haqqında yazdığı bir 
m
əsnəvidə belə bildirmişdir: 
 Xalq içind
ə mənim adım yox idi, 
 
Hamı görmüşdü bir zalım yox idi. 
 …Köhn
ə paltar alıb satardım mən, 
 Gec
ələr ac-susuz yatardım mən [119, s.33]. 
XIX 
əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişa-
fında müstəsna xidmətləri olan şair, xəttat, rəssam, musiqi nə-
z
əriyyəçisi Mir Möhsün Nəvvabın  (1833-1919) müasirlərinə 
şeir  şəklində  yazdığı  məktublarında  tərcümeyi-hal  əlamətləri 
se
zilir.  Xurşudbanu  Natəvana, Mirzə  Əbdül  Şahinə, Kəmi-
n
əyə,  xəstə  olduqları  zaman  Xan  Qaradağiyə,  Mirzə  Ələsgər 
Növr
əsə,  «Məclisi-üns»ün  iştirakçılarına,  «Məclisi-fəramu-
şan»ın üzvlərinə ünvanlanan şeirlər Nəvvabın «Divan»ına da-
xil  edilmişdir.  Bunlar  arasında  Xan  Qaradaği  ilə  bağlı  olan 
şeirlər üstünlük təşkil edir. Belə ki, burada Xan Qaradaği xəstə 
olduğu zaman yazılmış şeirlərdən əlavə Nəvvabın ona bir neçə 
cavab şeiri, məktub, qəzəl, təsəlli başlıqlı, eləcə də ölümü mü-
nasib
ətilə yazdığı əsərləri vardır. Şeirlərin birində şair Xan Qa-
radağiyə nəsihət verir: 
 Otuz d
əfə dad etmişəm sənə mən, 
 Zahidl
ərə uymagilən, ağa, sən. 
 
 Gec
ə-gündüz bunlar ilə düşmüşəm, 
 Görm
əmüşəm heç birində vəfa mən. 
 
 
56 


 
 Xidm
ətində oturasan yüz illər, 
 Gör
əcəksən, aya, dərdə dəva sən. 
 
 D
əva bilsə keçəl başına eylər, 
 C
ənabına bilmə zəhmət rəva sən. 
 
 Yüz il s
ənə vədə versə inanma, 
 Bitt
əqadir, saf bilgilən hava sən. 
 
 N
əvvabdan qəbul qıl nəsihət, 
 Ta gör
əsən dərdlərinə şəfa sən [190, s.65]. 
Az
ərbaycan  ədəbiyyatı  tarixində  mühüm xidmətləri olan 
Se
yid Əzim Şirvaninin (1835-1888) tərcümeyi-halına dair ilk 
m
ənbə yetərincə yeyil. Bu səbəbdən araşdırıcılar onun həyatını 
əsasən əsərlərindəki avtobioqrafik məlumatlar əsasında öyrən-
mişlər. Şairin avtobioqrafik məzmunlu «Nazimin ifadəsi» şeiri 
bu baxımdan maraq doğurur. Əsərdə Seyid Əzimin həyatında 
baş vermiş bəzi olaylar əks olunmuşdur. Şair elmləri öyrənmə-
yini bildir
ərək yazmışdır: 
 Oldum ol gün ki,çard
əh salə, 
 
Düşmədim fikri-dövlətü malə. 
 Eyl
ədim arifanə kəsbi-ülum
 ...Oxudum n
əhvü sərfü fiqhü üsul, 
 Hikm
ətü heyət eylədim məhsul [115, s.13]. 
Avtobioqrafik m
əzmunlu  «Şikayət»  şeirində  isə  Seyid 
Əzim Şirvani ailə həyatını təsvir edir, ailəsinin ehtiyac içində 
ya
şadığını göstərir, evini qəbrə bənzədir, ailəsini isə diri ikən 
ölü z
ənn edir. Ailəsinin maddi sıxıntısını şair Şamaxının varlı 
b
əylərindən olan, mütərəqqi fikirli Həsən  bəy Həbibbəyova 
m
əktub vasitəsilə bildirmiş və ondan yardım istəmişdir. Mək-
tubun bir yerind
ə Şirvani uşaqlarının vəziyyətini bu cür təsvir 
etmişdir: 
 Evimiz bir,iki,üç h
əftə çörəksiz qaldı, 
 
Gah bişirdik noxudu, gah yedik lobyanı, 
 
57 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə