Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   28   29   30   31   32   33   34   35   ...   83

 
q
əti yalnız şagirdlərinə deyil, hətta başqa inteligentlərə də bö-
yük t
əsiri olmuşdu. Demək olar ki, Firidun bəyin təsiri ilə tər-
biy
ələnmiş  bir  çox  kimsələr  ortalığa  çıxdı.  Bunların  bəziləri 
h
ələ bizimlə bərabər yaşayırlar. Bunlardan elələri var ki, Firi-
dun b
əyin dəlaləti ilə  mahir  yazıçılar  olmuş  və  bəziləri də 
onun göst
ərdiyi cığırı tutub, onu özlərinə məslək qərar vermiş-
l
ər» [90, s.24]. Müəllif həmin şəxslərdən bir neçəsini nümunə 
d
ə göstərir. 
F
ərhad Ağazadə Firidun bəyin dəyərli bir qələm sahibi ol-
du
ğunu bildirərək yazır: «Onun qələminə yalnız türklər deyil, 
ruslar, gürcül
ər belə, böyük hörmətlər göstərirdilər, çünki rus-
cada onun çox d
əyərli məqalələri çap edilirdi. Odur ki, Qafqaz 
müh
ərrirləri arasında məşhur olduğu kimi, Moskva, Peterburq 
(indiki Leninqrad) şəhərlərində də məşhur idi» [90, s.27]. Mü-
əllif Firidun bəyin nəşr  olunmuş  məqalələri  siyahıya  alınsa, 
h
əmin  siyahının  15-20 səhifə  yer  tutacağını  bildirir.  Bir  çox 
m
əqalələrindən nümunələr  gətirən  F.Ağazadə  onların  mahiy-
y
ətini, məzmununu və harada nəşr olunduğunu nəzərə çatdırır. 
Firidun b
əy ana dilinə böyük önəm verirdi və bildirirdi ki
«bir mill
əti yaşadan dildir və o dili yaşatdıran şairlər, ədiblər-
dir» [90, s.34]
. Dostlarına yazdığı məktublarında o, ana dilinin 
ön
əmi barədə öz fikirlərini bildirirdi. Dilin zənginliyini sübut 
etm
ək üçün el ədəbiyyatı  toplamağın  zəruri  olduğunu  bilən 
Köç
ərli bu xüsusda xeyli işlər görmüş, «qalın bir kitab doldu-
rası qədər yalnız el ədəbiyyatı toplamışdır» [90, s.35]. O, ma-
terial toplamağa şagirdlərini də həvəsləndirirdi. Onlar da bu iş-
l
ə həvəslə məşğul olurdular.  
F.Ağazadənin sözügedən  əsərində  Firidun bəy Köçərlinin 
 bu görk
əmli şəxsiyyətin tərcümeyi-halı, həyatının ən önəmli 
m
əqamları təsvir olunmaqla yanaşı, dövrün, mühitin ab-hava-
sı, çevrəsində olan insanların fəaliyyəti də canlandırılmışdır. 
Xatir
ə müəllifləri təsvir olunan olayları öz mövqelərindən 
qiym
ətləndirir və  bəzən də  keçmişə  bu  günün  prizmasından 
ba
xırlar. Xatirələrdə hətta adi bir hadisə belə xatırlansa fayda-
 
97 


 
lıdır. O hadisə ki, hamı görə bilərdi, lakin nəzərdən yayınıbdır. 
Firidun b
əy Köçərli haqqında Abdulla Şaiqin, Mehdixan Vəki-
lovun, 
Əli Səbrinin qələmə  aldıqları  xatirələrdə  [90] də  adi 
olay
lar xatırlanır.  
M
əlumdur ki, gündəlik, tərcümeyi-hal və xatirələr kimi sə-
yah
ətnamələr də müəlliflərin özləri haqqında, gördükləri, şahi-
di olduqları hadisələr haqqında yazılarıdır. XX əsrin tanınmış 
r
əssamlarından  olan  Əzim  Əzimzadənin (1880-1943)  Əlyaz-
ma
lar İnstitutundakı şəxsi arxivində mühafizə olunan «Mənim 
s
əfərim» xatirəsi də səyahətlərdən alınan təəssürat əsasında qə-
l
əmə alınmışdır. Əsərin əlyazmasından məlum olur ki, müəllif 
xatir
ələrini ilk öncə «Mənim həyatım» adlandırmış, sonra isə 
bu 
yazını  karandaşla  pozub  «Mənim səfərim»  etmişdir. 
Ə.Əzimzadənin xatirələri  uşaqlıq  illərinin təsviri, hələ  uşaq 
yaşlarından rəsm çəkməyə həvəsli olduğunu bildirməklə baş-
layır. Lakin bu həvəs ona çox baha başa gəlir, mollaxanadan, 
iş yerindən qovulur. Xatirələrin əsas məğzini isə memuaristin 
K
ərbəla səfəri təşkil  edir.  1910-cu ildə  o, Kərbəla ziyarətinə 
ged
ən bibisinə  qoşulur  və  səfər  zamanı  keçdiyi  şəhərləri   
R
əşti,  Həmədanı,  Sədabadı,  Kirmanşahı;  Bisütun  dağını, 
Q
əsri-Şirini  təsvir edir, hər  bir  şəhərin  əhalisi, təbiəti, adət-
ənənələri, tarixi abidələri haqqında məlumat verir. Ə.Əzimza-
d
ə özünü zəvvardan daha çox səyahətçi kimi hiss edir. Bunun-
la 
əlaqədar xatirə müəllifi yazır: «Yaşayışımı zəvvarlıqdan çe-
virdim s
əyahətçi yaşayışına. Hər gün şəhərin bir yerinə gedib 
s
əyahət edirdim. Çox  vaxt bazarda və  meydanda  ərəblərin, 
mühacirl
ərin həyatlarını öyrənirdim» [82, s.63].  
Daha önc
ə  qeyd  edildiyi  kimi,  memuar  janrında  müxtəlif 
s
ənət sahibləri öz qələmlərini sınamışlar. Bu mənada görkəmli 
b
əstəkarımız Müslim Maqomayevin də (1885-1937) adını çək-
m
ək yerinə düşərdi. Onun Əlyazmalar İnstitutundakı şəxsi ar-
xivind
ə gündəlik, tərcümeyi-hal və xatirələri mühafizə olunur. 
Günd
əlik qeydlər  əsasında tərtib etdiyi xatirələri [284] iki iri 
h
əcmli ümumi dəftərə rus dilində qələmə alınmış avtoqrafdır. 
 
98 


 
B
əzi səhifə  və  cümlələrin üzərindən  qırmızı  karandaşla  xətt 
ç
əkilmişdir. Xatirələrdə «Nərgiz» operasının yaranma və inki-
şaf tarixi haqqında ətraflı məlumatlar verilmişdir. Opera yaz-
maq fikrini M
əmməd Səid Ordubadiyə  bildirən Maqomayev 
ondan libretto y
azmasını xahiş edir. Ordubadi bu təklifi qəbul 
edir v
ə «Çobanlar» adlı libretto yazır. Süjet Maqomayevə zəif 
t
əsir bağışladığı üçün libretto üzərində işi öz öhdəsinə götürür. 
Əsər üzərində işləyərək operanı «Nərgiz» adlandırmaq qərarı-
na g
əlir.  Artıq  1932-ci  ilin  25  noyabrında  librettonun  ilk  va-
rian
tı  hazır  idi.  Libretto ilə  bağlı  M.Maqomayev  ilə  M.S.Or-
dubadi arasında  yaranan soyuqluq operanın yazılmasının lən-
gim
əsinə səbəb olmuşdur. Bir müddətdən sonra soyuqluq ara-
dan götürülmüş və sonrakı işlər müştərək yerinə yetirilmişdir. 

əllif Leninqradda, Kislovodskidə  olarkən opera üzərində 
işləməyini, əsasən iş rejimini təsvir edir. 1934-cü ilin payızın-
da tamamlanmış opera uğurla dinlənilmişdir. Dövrün görkəmli 
adamları «Nərgiz» haqqında öz fikirlərini bildirmişlər ki, bun-
lar da xatir
ələrdə özünə yer almışdır. 
M.Maqomayevin günd
əliyi memuar nümunəsi olsa da bu-
rada onun n
əzəri görüşləri, opera ilə bağlı mütəxəssis rəyi öz 
əksini  tapmışdır.  Gündəliyin ikinci dəftərində  müəllif  «Nər-
giz» 
operasında  iştirak edən aktyorlar 
 A liy
ə  Terequlova 
(N
ərgiz),  Hüseynağa  Hacıbababəyov  (Əlyar)  və  başqaları 
haqqında öz fikirlərini qeyd etmişdir. Dəftərdə Maqomayevin 
s
əhhəti ilə bağlı səhifələr üstünlük təşkil edir. 
Tarın xüsusi tembrə malik olduğunu bildirən Maqomayev 
onun simfonik orkestrd
ə  əsas  yer  tutduğunu  və  operada xalq 
musiqisinin göz
əl nümunələrindən istifadə etdiyini nəzərə çat-
dırır. «Şah İsmayıl» operasında çoxsəsli xorun olduğunu qeyd 
ed
ən bəstəkar bu operada da xorun əsas yer tutduğunu bildirir. 
O, teatrl
aşdırılmış  dəbli  əyalət rəqslərini  operaya  daxil  etmiş 
v
ə bu rəqslərin Azərbaycan baletində yeni dəbin yaranmasında 
ön
əmli olacağını göstərmişdir. Gündəlikdə 1932-1936-cı illə-
rin 
ədəbi, ictimai mühiti, müəllifin çevrəsində olan insanların 
 
99 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə