Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   26   27   28   29   30   31   32   33   ...   83

 
dim  teatra  gedim.  Balaca  olduğumdan  dolayı  atalığım  məni 
bu
raxmayırdı.  Atalığım  özü  də  teatr nə  olduğunu  bilməzdi. 
Ancaq 1884-cü ild
ə birinci dəfə teatra gedib həman Yusif bəyi 
s
əhnədə görüb teatrın nə olduğunu anladım və sonra Mirzə Fə-
t
əlinin komediyalarını alıb həvəs ilə oxumağa başladım. Hətta 
on  altı  yaşında  ikən  bir  komediya  da  yazdım:  «Hacı  Daşdə-
mir» v
ə yazıb da aparıb Yusif bəyə verdim. Yusif bəy komedi-
ya
nı çox diqqətlə oxuyub qırmızı karandaşla lazımi yerləri dü-
z
əltmişdi və  sonra  isə  komediyanın  bir  şeyə  yaramadığını 
m
ənə bir oylə pedaqoji dil ilə söylədi ki, mən əsla ondan inci-
m
ədim. Bundan sonra teatr nə olduğunu və teatra dair əsərləri 
nec
ə yazmaq üsulunu mükəmməl surətdə mənə göstərdi. O idi 
ki, h
əman gündən teatr yolunda işləməyi özümə bir müqəddəs 
m
əqsəd sandım» [107].  
Ə.Haqverdiyevin Peterburq şəhərində olarkən teatrla bağlı 
fikirl
əri  şəxsi  fondda  saxlanılan  tərcümeyi-hal nüsxəsində 
daha mük
əmməldir. Əsərləri haqqında məlumata gəldikdə isə 
qeyd olunmalıdır ki, Əziz Şərifin təqdim etdiyi nüsxədə, 1927-
ci ild
ə yazıldığına görə, təbii ki, Ə.Haqverdiyevin 1927-ci ilə 
q
ədər yazdığı əsərləri özünə yer almışdır. Şəxsi arxivdəki nüs-
x
ə 1933-cü il qələminin məhsulu olduğu üçün burada əsərləri 
haqqında məlumat daha genişdir. Eyni fikirləri yazıçının icti-
mai v
ə digər sahələrdə fəaliyyəti haqqında da söyləmək olar. 
Şəxsi arxivindəki kiçik həcmli tərcümeyi-halda isə Ə.Haqver-
diyevin birinci Dövl
ət Duması (Dumaya Gəncə quberniyası tə-
r
əfindən nümayəndə göndərilmişdi) dağıldıqdan sonra «Nadej-
da» sığorta nəqliyyat cəmiyyətinin müfəttişi kimi Qafqaza qa-
yıdıb Gəncədə yaşaması, 1908-ci ildə cəmiyyətin iflasa uğra-
ma
sı və onu Hacı Zeynalabdin gəmiçiliyinə müfəttiş vəzifəsi-
n
ə təklif etmələri göstərilmişdir. Bu vəzifələr ona Qafqazın və 
İranın bir çox yerlərini səyahət edib qiymətli məlumatlar əldə 
etm
əsinə şərait yaratmışdır. Ədibin həyatının bu məqamları nə 
Əziz Şərifin xatirələrindəki tərcümeyi-halda, nə də Abbas Za-
ma
novun  Ə.Haqverdiyev  haqqında  məqaləsində  [106] veril-
 
91 


 
mişdir. Bütün bunlar bir daha sübut edir ki, tanınmış şəxsiy-
y
ətlərin həyat və fəaliyyətlərini öyrənərkən onların şəxsi arxiv-
l
ərini araşdırmaq xeyli vacib və önəmlidir. Ədalət naminə de-
m
əliyik ki, Əziz Şərifin təqdim etdiyi tərcümeyi-halda da elə 
m
əqamlar vardır ki, bunlar şəxsi arxivdəki sənədlərdə öz əksi-
ni tapmamışdır. 
Əlyazmalar  İnstitutunda  Süleyman Sani Axundovun 
(1875-
1939) şəxsi arxiv fondunda beş variantda tərcümeyi-hal 
s
ənədləri saxlanılır. Bunlardan ikisi [279, 280] rus dilində, iki-
si [17, 18]  Az
ərbaycan dilində ərəb əlifbası ilə, biri [19] latın 
əlifbası  ilə  yazılmış  avtoqraf  nüsxələrdir.  Tərcümeyi-hal ilk 
d
əfə «İnqilab və mədəniyyət» məcmuəsinin 1939-cu il dördün-
cü sayında dərc olunmuşdur. Yazıçı 1938-ci ildə «Uşaqlıq hə-
yatından xatirələr»ini [16, s.427] qələmə almışdır. Onun uşaq-
lıq illəri Ağdamın bir hissəsi olan Seyidli kəndində keçmişdir. 
Daima t
əbiətin  qoynunda  olardı.  Təbiət  vurğunu  Süleyman 
Sani 
əsərlərində  təbiəti məftunluqla təsvir etmişdir.  Gördüyü 
olaylar hekay
ələrində  öz bədii  əksini  tapmışdır.  S.S.Axundo-
vun t
ərcümeyi-hal və xatirələrinə söykənərək tədqiqatçı Nadir 
V
əlixanov onun elmi bioqrafiyasını [250] tərtib etmişdir. Bu-
rada 
ədibin həyatı, mühiti, ömür yolu, şəxsiyyəti, dünyagörü-
şü,  müasirləri ilə  əlaqələri zəngin sənədlər, faktlar, xatirələr 
əsasında  işıqlandırılmışdır.  Yazıçının  həyat və  yaradıcılığını 
t
ədqiq edən Məsud Əlioğlu da əsasən onun «Uşaqlıq həyatın-
dan xatir
ələr»indən  yararlanmış, Axundovun uşaqlıq dövrünü 
öz yazdıqları əsasında qələmə almışdır.  
H
ər bir yazıçının, şairin tərcümeyi-halının bəzi məqamları 
m
əktublarda da əks olunur. Nəriman Nərimanov 1925-ci ilin 
28 yanvarında Moskvadan oğlu Nəcəfə yazdığı məktubda hə-
yat v
ə  yaradıcılıq bioqrafiyasından bəhs etmişdir. O, yazmış-
dır:  «Mənim həyatım,  ömrüm  qayğılarla  dolu  olub.  Qardaşı-
mın  və  bacılarımın  ailələri  20  yaşımdan  mənim boynumda 
olub.
 
Bu 30 ild
ə 11 adam böyüdüb boya-başa çatdırmışam.
 
On-
lardan 8 qız uşağını ərə vermişəm, yerdə qalan üçünü cüzi mə-
 
92 


 
vacibiml
ə  böyütmüşəm.  Bütün  bu  işləri sahmana salandan 
sonra yenid
ən oxumağa başladım, 30 yaşımda universitetə da-
xil oldum.
 
Universiteti qurtardıqdan sonra var qüvvəmi
 
Salman 
qardaşımın balalarının tərbiyəsinə sərf etdim. Bütün bunlardan 
yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə 
ver
əndən  sonra  azad  olmuşam.  Bu  məktubu isə  aradan bir il 
keç
əndən sonra, məhz 1925-ci ildə  yazıram.  Bütün  bunları 
s
ənə ona görə yazıram ki, məni bəşəriyyət üçün az iş görmə-
yim üstünd
ə qınamayasan. Bu mənada ümidvaram ki, sən gör-
düyüm işləri davam etdirib başa çatdıracaqsan» [188, s.135].  
M
əktubda Nərimanov  oğluna  məsləhətlər verərək vəzifə-
m
ənsəb arxasınca qaçmamağa, şəxsiyyət və idarələrdən müm-
kün q
ədər az asılı olan peşə və ya sənət seçməyi tövsiyə edir. 
Özünün d
ə tibb sahəsini seçməsini kənar şəxslərdən az asılı ol-
maq v
ə daha çox ruhi məmnunluq alması üçün etdiyini bildi-
rir. M
əktubda həmçinin Nərimanovun dünyaya, həyata baxışı, 
mühit, insanlar, hakimiyy
ət  haqqında  fikirləri öz əksini tap-
mışdır.  
XX 
əsrin  «birinci  yarısında  yaşayıb  yaratmış  mədəniyyət 
xadiml
əri arasında memuar ədəbiyyatının və xatirələrin geniş 
şöhrət tapması Azərbaycan mədəniyyəti tarixinin bugünkü təd-
qiqatçısına qiymətli informasiya verir, bu tarixin bəzi ağ səhi-
f
ələrinin yazılmasına köməklik göstərir. ...XIX əsrin sonların-
dan 
əlyazma mədəniyyətinin süqutu ilə hələ nəşr işinə kifayət 
q
ədər geniş və müfəssəl faktların yol tapmaması, bir sıra mə-
s
ələlərin dövrün inqilabi ab-havası fonunda arxa plana keçərək 
n
əzərdən yayınması müşahidə olunurdu. Dövrün kütləvi infor-
masiya vasit
ələrinin «hər şeyi» əhatə etməyə gücü çatmırdı və 
bel
ə bir vəziyyətdə Azərbaycan mədəniyyət xadimlərinin şəxsi 
t
əşəbbüsü, xatirə  yazmaq cəhdləri olduqca gərəkli idi»  [7, 
s.21]. Bel
ə xatirələrdən biri də Cəlil bəy Bağdadbəyova aiddir. 
Şuşa şəhərində dünyaya göz açan Cəlil bəy xatirələrində [36] 
Şuşanın  məşhur  və  həvəskar xanəndələri,  aşıqları  haqqında 
m
əlumat vermiş, eləcə də Azərbaycan musiqisinin inkişafında 
 
93 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə