Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   25   26   27   28   29   30   31   32   ...   83

 
ba
xımdan diqqət çəkir. XIX – XX əsr Azərbaycan ədəbiyyat 
v
ə mədəniyyət xadimlərinin şəxsi fondlarındakı gündəlik, tər-
cümeyi-hal v
ə xatirələr həm bu dönəmin ictimai-siyasi, tarixi 
durumunu canlandırmaq, həm də tanınmış şəxsiyyətlərin ömür 
yolunu izl
əmək baxımından önəmlidir. Digər tərəfdən memuar 
m
ənbələrini nəşr edərkən memuaristin şəxsi arxivini (təbii ki, 
əgər varsa) öyrənmək daha məqsədəuyğundur. Onun gündəlik-
l
ərindən, qeyd dəftərçələrindən, yazışmalarından müəlliflə əla-
q
ədar dəyərli məlumatlar əldə etmək mümkündür. Əlyazmalar 
İnstitutunun arxivlərində Əbdürrəhim bəy Haqverdiyevin, Zül-
füqar  Hacıbəyovun, Nəriman Nərimanovun,  Gülsüm  xanım 
N
ərimanovanın, Azər Buzovnalının, Süleyman Sani Axundo-
vun, S
əməd  Vurğunun,  Əli  Nəzminin və  başqalarının  tərcü-
meyi-
halı vardır. Sözügedən müəliflərin həyat və fəaliyyətləri-
nin  öyr
ənilməsində  bu nümunələrin  əhəmiyyəti  danılmazdır. 
Bel
ə ki, tərcümeyi-hal və xatirələri təyinetmə vəhdəti şəxsiy-
y
ətin müasirləri və nəsil üçün tarixi varlıqda özünün iştirakını 
t
əcəssüm etdirmək, orada özünü və  öz yerini dərk etməkdən 
ibar
ətdir. Şəxsi fondların müəlliflərin həyat və fəaliyyətlərinin 
öyr
ənilməsində  əhəmiyyətini  Əbdürrəhim bəy Haqverdiyevin 
(1870-
1933) timsalında göstərmək maraqlı olardı.  
1927-ci ild
ə  Tiflisdə  Ə.Haqverdiyevin  ədəbi fəaliyyətinin 
35 illik yubileyin
ə  hazırlıq  işləri gedirdi.  Əziz  Şərif də  onun 
haqqında məqalələr yazıb «Yeni fikir» qəzetində dərc etdirirdi. 
Ədibin  həyat  yolunu  düzgün  işıqlandırmaq  üçün  redaksiya 
onun özünd
ən material istəmişdi, o da öz müxtəsər tərcümeyi-
ha
lını  yazıb  göndərmişdi  [83,  s.217]. Həmin tərcümeyi-halı 
Əziz Şərif olduğu kimi xatirələrinə daxil etmiş və bildirmişdir 
ki, y
azıçının  həyatına  aid  əldə  olan bütün məlumat bu sənəd 
əsasında yoxlanılmalı və düzəldilməlidir. Eyni zamanda onun 
öz t
ərcümeyi-halına aid yazdığı və arxivində saxlanılan o biri 
əlyazmaları da bu əlyazması ilə tutuşdurulmalı, dəqiqləşdiril-
m
əli və  təkmilləşdirilməlidir [83,  s.220]. Məhz həmin tərcü-
meyi-hal 
əsasında Ə.Şərif Ə.Haqverdiyevin həyat və fəaliyyə-
 
88 


 
tinin 
əsas məqamlarını işıqlandırmışdır, gündəliyindəki sətirlər 
v
ə ədibin ona göndərdiyi məktublar bu işdə ona yardımçı ol-
muşdur. 
Əziz  Şərifin tövsiyəsi ilə  Ə.Haqverdiyevin  Əlyazmalar 
İnstitutundakı şəxsi arxivi bir daha nəzərdən keçirildi və mü-
əyyənləşdirildi  ki,  arxivdə  yazıçının  üç  variantda,  əlyazması 
şəklində  tərcümeyi-halı  vardır.  19  aprel  1933-cü ildə  qələmə 
alınmış  tərcümeyi-halın  iki  variantı  dolğun  və  əhatəlidir. 
Üçüncü variant is
ə  həcm  etibarı  ilə  kiçikdir.  İlk  iki  sənədin 
1933-cü ild
ə, yəni həyatının son ilində qələmə alınmasını nə-
z
ərə alaraq, bu tərcümeyi-halın daha geniş olması tamamilə tə-
biidir. 
İlk  öncə  qeyd edilməlidir ki, Haqverdiyevin arxivindəki 
t
ərcümeyi-halda uşaqlıq illəri haqqında məlumat daha əhatəli-
dir. Ədib yazır: «...Üç yaşında ikən atamı qeyb edib yetim qal-
mışam  və  məni  əmim  Əbdülkərim bəy öz  təhti-tərbiyəsinə 
almış. Atamın vəfatından üç sənə sonra anam köhnə çinovnik 
H
əsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı 
olduğundan üç sənə mənim anamı evinə qəbul etməyib, mənə 
d
ə onunla görüşməyi qadağan etdi. Əmimin arvadı bir yandan 
v
ə  qardaşı  oğlu  bir  yandan  əmimdən bixəbər mənə  olmazın 
işkəncələr verirdilər.  Əmimə  şikayət etməkdən qorxurdum. 
Çün
ki şikayətdən sonra ikiqat əzaba mübtəla olacaq idim. Axır 
bir gün davam etm
əyib ayaqyalın, başıaçıq birbaş anamın ya-
nına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, 
h
əqiqətdə  öz  oğlundan  ayırmayıb,  mənim tərbiyəmlə  məşğul 
oldu v
ə mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sə-
n
ədə Tiflisdə realnı məktəbi bitirib ali təhsil üçün Peterburqa 
getdim» [107].  
Atalığını  xoş  xatirələrlə  yada  salan  Ə.Haqverdiyev  tər-
cümeyi-
halının ikinci variantında ondan daha ətraflı bəhs edir 
v
ə  onunla keçirdiyi günləri həyatının  yaddaqalan  anları  kimi 
xa
tırlayır. O yazır: «Atalığım Həsənəli bəy Sadıqov birinci Ni-
ko
lay vaxtının çinovniklərindən idi. Bu adam çox polis idarə-
 
89 


 
l
ərində  xidmət  etmiş  və  qədim  vaxtın  vəzifələrindən murov 
v
əzifəsi daşımış, dünyagörmüş, Bakı, Gəncə, Şirvan, Şəki dai-
r
ələrində ömür keçirmiş bir kişi idi. Çox vədə səfərə çıxar, qış 
zamanında isə buxarının kənarında əyləşib keçmiş günlərindən 
söhb
ət edirdi. Onun çox söhbətləri qədim zamanın məşhur qa-
çaq
ları Qaçaq Əbdürrəhimdən, Qaçaq Aslandan, Qaraçuxu oğ-
lundan v
ə sairlərindən olardı. Bu söhbətlərə mən və onun əv-
v
əlinci arvadından olan iki oğlanları böyük bir maraqla qulaq 
asar
dıq. Bu hekayətlər mənim gələcək  ədəbi  işlərimə  böyük 
t
əsir bağışladı. 1906-cı sənədə yazdığım «Ayın şahidliyi» he-
kay
ətim Sadıqov nəql edən hekayətlərdən biri idi. Söz yox ki, 
sad
ə  söylənmiş  bir  əhvalat  ədəbi surətə  salınmışdı. Onun öz 
oğluna isə  hekayətləri  əks-təsir  bağışladı.  Üçüncü,  dördüncü 
sinifd
ə ikən başladı tüfəng, xəncər ilə oynayıb igidlik məşqinə 
düşməyə  və  bir azdan sonra məktəbi  boşlayıb  gedib  kənddə 
yaşadı.  Axırda  həvəskar surətində  qaçaqçılıq,  yolkəsməkliklə 
m
əşğul  oldu  və  bu  yolda  şöhrət  qazandı.  Belə  idi ki, hər bir 
mühüm cinay
ətdə onun adı çəkilirdi və o da buna fəxr edirdi. 
Bu 
oğlanın haqqında böyük bir hekayət yazmaq mümkündür. 
Ancaq 
əhvalatın  mövzuya  dəxli  olmadığından  buna kifayət 
edib ancaq bunu dem
əliyəm ki, oğlan ən axırda şəhərin kəna-
rında seyrdə içki məclisində özünün əziz dostunu güllə ilə öl-
dürüb axırda Sibirə göndərildi» [107]. 
Ə.Haqverdiyevin  uşaqlıq  illərindən nümunə  gətirdiyimiz 
s
ətirlər Əziz Şərifin Ə.Haqverdiyev haqqında yazdığı xatirələ-
rin
ə daxil etdiyi tərcümeyi-halda özünə  yer almamışdır. Eyni 
fikirl
əri müəllim Yusif bəy Məlik Haqnəzərov haqqındakı mə-
lu
matlara da şamil etmək olar. Ə.Haqverdiyevin şəxsi arxivin-
d
əki tərcümeyi-halda Yusif bəydən daha ətraflı  söhbət  açılır. 

əllif  yazır:  «...Yusif  bəy Məlik Haqnəzərov ilə  tanış  ol-
mam. Şuşa şəhər məktəbinə girdikdən qabaq mən Yusif bəyin 
yanında bir neçə ay hazırlaşdım. Yusif bəy müəllim idi. O vaxt 

əllimlər yay fəslində  Şuşada  teatr  verirdilər. Mən birinci 
d
əfə teatr sözünü Yusif bəyin dilindən eşitdimsə, amma istər-
 
90 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə