y
ən dövrünü işıqlandırır. Əsərdə müəllifin Varşavada keçirdiyi
günl
ər, iştirak etdiyi ziyafət məclisləri, oranın adət və ənənə-
l
əri təsvr olunmuşdur. Əsər vətənpərvərlik ruhunda qələmə
alınmışdır. Belə ki, müəllifin nəzərində öz kəndi Əmsar böyük
şəhərlərdən çox-çox üstündür və şeirin sonunda bu xüsusilə
vurğulanır. Varşavada olarkən A.Bakıxanov bir çox mötəbər
m
əclislərdə olmuş, tanınmış şəxslərlə görüşmüşdür. Bunlar
ara
sında müəllif İvan Fyodoroviç Paskeviçin adını xüsusilə
qeyd edir. M
əlumdur ki, geniral-feldmarşal Paskeviç Polşada
çar canişini olmuşdur. O, hər gecə təmtəraqlı məclislər təşkil
ed
ər və Bakıxanov da bir çox nüfuzlu adamlarla yanaşı bu
m
əclislərin qonağı olardı. Şairin həyatının bu dövrü «Xəyalın
uçuşu»nda öz əksini tapmışdır. Bakıxanovun «Firəng məclisi»
[38, s.
194], «Ərzi-əhval» [38, s.182] şeirləri də «Xəyalın uçu-
şu» əsəri kimi avtobioqrafik səciyyə daşıyır.
Abbasqulu ağa Bakıxanov bir çox əsərlərinin yazılma sə-
b
əbini həmin əsərin özündə vermişdir. Məsələn, «Qanuni-
Qudsi»
əsərinin yazılma səbəbini belə izah edir: «Səyahətim
zamanı müxtəlif xalqlarla görüşdüm, məlumatım artdı və fars
dilinin s
ərf-nəhvini yazmağa özümdə istedad gördüm. İstədim
ki, v
ətənə və gənclərə bir xidmət olaraq bir nüsxə tərtib edəm.
Rus v
ə ərəb sərf-nəhvlərinə uyğun olaraq fars dilinin sərf-
n
əhvini yazdım» [137, s.83].
Özün
ə tənqidi yanaşan, təvazökar bir şəxs olan Bakıxano-
vun «T
əhzibi-əxlaq» («Əxlaqın təmizlənməsi») əsərinin mü-
q
əddiməsində bu keyfiyyətləri daha aydın nəzərə çarpır. Müəl-
lif yazır: «Gənclik çağlarında öz ağlıma tamamilə inanırdım,
nöq
sanlı olduğumu heç zaman ürəyimə gətirmirdim. Rəyimə
mü
vafiq olmayan bir işi və ya istəyimin əksinə nəticələnən bir
m
əsələni özgəsindən bilərək, zəmanə adamlarını təqsirləndirir-
dim. H
ərçənd ki, onlar da günahsız deyildilər. Lakin onların
gü
nahı mənim düşündüyüm qədər deyildi. Getdikcə təhqiqa-
tım və təcrübəm artdı, öz ağlımın dərəcəsinə şübhə etməyə
başladım. Dərk etmədiyim nöqsanlarım yavaş-yavaş meydana
49
çıxdı» [38, s.23]. Müəllif etiraf edir ki, vaxtilə zehni və zəkası
xudbinlliyin
ə qalib gəlsəydi, bu gün peşmançılığını çəkdiyi
işləri etməzdi. O, təcrübəyə deyil, təsadüflərə qapıldığını, özü-
n
ə həqiqəti deyil, xəyalı rəhbər tutduğunu, bir çox lüzumsuz
şeyləri əldə edərək lazımlılarından xəbərsiz olduğunu, bununla
bel
ə, dünyanın qabaqcıl adamlarının, alimlərinin əsərlərini
oxumaqla çox faydalar
əldə etdiyini bildirir.
A.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı
«Gülüstani-
İrəm» əsərinin sonunda vermişdir. Müəllif 1794-cü
il iyun ayının 10-da anadan olmasını, 7 yaşında oxumağa qo-
yul
masını, Qubada 10 il ərəb dili və digər fənləri öyrənməsini,
general Yermolovun d
əvəti ilə dövlət vəzifələrində işə təyin
edilm
əsini, Tiflisdə rus dilini öyrənməklə müxtəlif elmlərlə
tanış olmasını nəzərə çatdırmışdır. Bakıxanov yazır ki, «vəzifə
işləri ilə əlaqədar olaraq və bu il dövlət böyüklərinin hüzurun-
da olmaq münasib
ətilə Şirvan, Ermənistan, Dağıstan, Çərkə-
zistan v
ə Gürcüstan vilayətlərinin bir çox yerlərini dolandım.
Anadolu v
ə Azərbaycan şəhərlərinə də gedib böyük şəxslər və
əhalinin müxtəlif təbəqələrinə mənsub adamlarla görüşdüm.
İran və Rum (Osmanlı) dövlətlərilə olan müharibə və barışıq
işlərində rus əsgərlərinin fərmanfərması (baş komandanı) bö-
yük
əmir Paskeviçin yaxın adamlarından biri oldum. 1248-ci
(=1833) ild
ə səyahət qəsdi ilə səfərə çıxıb iki il Don ölkəsini,
Maloros
siyanı, Velikorusiyanı, Liflyandiyanı, Litvanı və Le-
his
tanı gəzdim. Avropa ölkələrinin təcrübəli dövlət adamları,
m
əşhur alimləri və bilici sənətkarları ilə görüşdüm. Bir çox
q
əribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə
h
ər bir işdən bilik və təcrübəmi artırdım» [37, s.221]. Həyat və
f
əaliyyətindəki əsas məqamları göstərdikdən sonra Bakıxanov
öz
əsərləri haqqında qısa məlumat vermişdir. Əsərin nəticə
hiss
əsində «Şirvan və ona qonşu olan vilayətlərdən yetişmiş
şəxslərin tərcümeyi-halları haqqında» yazılar verilmişdir. Bu
şəxslər arasında Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əbül Əla
G
əncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beylə-
50
qani, İzzəddin Şirvani və başqaları vardır. Müəllif ədəbiy-
yatımızın görkəmli söz ustadlarının yaradıcılığından bəhs edir,
diqq
əti ömür yollarının maraqlı anlarına yönəldir, onlar haq-
qında qısa məlumat, əsərlərindən nümunələr verir.
«Gülüstani-
İrəm»i yazarkən Bakıxanov müxtəlif mənbə-
l
ərdən, eləcə də tarix kitablarından, təzkirələrdən, xalq arasın-
da yayılmış rəvayət və əfsanələrdən istifadə etmişdir. Hadisə-
l
ər 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan «Gülüstan
müqavil
əsi» ilə başa çatdırılır. Müəllifin bu dövr haqqında ver-
diyi m
əlumat daha mükəmməl və zəngindir. Çünki Bakıxanov
bu dövrd
ə baş verən bir çox olayların şahidi olmuşdur. Tədqi-
qatçı Ə.Əhmədov Bakıxanovun dövrü, həyatı və fəaliyyətin-
d
ən bəhs edən monoqrafiyasında [277] yazıçının «Gülüstani-
İrəm» əsərindəki qısa tərcümeyi-halına əsaslanmışdır. Şair İb-
rahim Göyçaylı isə A.Bakıxanov haqqında yazdığı «Ömrün
pa
yız göynəyi» adlı poemasında Bakıxanovun uşaqlıq və
g
ənclik illərini, Qafqaz canişinliyində işə dəvət olunmasını,
orada t
ərcüməçilik fəaliyyətini, digər elmi əsərlərlə yanaşı
«Gülüstani-
İrəm» tarixi traktatının yazılması dövrünü, Quba
üs
yanı zamanı görüşlərini, Kəbəyə ziyarətini və orada dünya-
sını dəyişməsini ətraflı qələmə almışdır.
Yazdığı əsərləri ilə Azərbaycan ədəbi və ictimai fikir tari-
xind
ə dönüş yaratmış Mirzə Fətəli Axundovun (1812-1878)
əsərləri həyat və fəaliyyətini, dövrünü işıqlandıran məlumat-
larla z
əngindir. Ədibin yaradıcılığını tədqiq edən araşdırıcılar
əsasən onun 1874-cü ildə farsca yazdığı «Bioqrafiyayi, yəni
s
ərgüzəşti-kolonel Mirzə Fətəli Axundzadə» adlı tərcümeyi-
halından yararlanmışlar. Axundovun bir şəxsiyyət, bir insan,
bir ail
ə başçısı, bir ədib kimi keçdiyi ömür və yaradıcılıq yo-
lunu izl
əmək baxımından əhatəli, dolğun sənəd olan bu tərcü-
meyi-
halın əhəmiyyəti əvəzsizdir. Həyatının yaddaqalan anla-
rına toxunan Axundov yeni əlifba haqqındakı fikirlərini şərh
edir, b
əzi əsərlərinin yazılma səbəbini izah edir. Müəllif dost-
ları haqqında məlumat verməyi də lazım bilmişdir: «Kəmalüd-
51
Dostları ilə paylaş: |