Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə33/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   29   30   31   32   33   34   35   36   ...   145

________Milli Kitabxana________

101


Türkiyə Cümhuriyyətinin  beşillik  inkişaf  planına  dair

xüsusi  komissiyanın  hesabatında  deyilir:  “Ölkəmizin  son

illərdə keçirmiş  olduğu  təsrübələrə istinadən  komissiyamız  bu

xüsusi  perspektivi  YUNESKO  mütəxəssislərinin  birgə qəbul

etmiş olduqları bir tərif içərisində görməkdədirlər: Mədəniyyət,

bir  insan  cəmiyyətinin  öz  tarixi  təkamülü  xüsusunda  sahib

olduğu  şüur  deməkdir;  o  mənada  ki,  bu  insan  cəmiyyəti  bu

tarixi təkamül şüuruna məxsus varlığını davam etdirmə əzmini

göstərir və inkişafını təmin edir” (109, s.8) Bu tərif bir ölkədə

sosial  və iqtisadi  inkişafa  lazım  olan  mədəniyyət  və tarixi

yaddaşın  təzələnməsi  və inkişaf  prosesini  öz  mədəniyyət  və

tarixi  ilə bütünləşdirərək  gerçəkləşdirmənin

əhəmiyyətini

müəyyənləşdirməkdədir.

Demokratik  qayda  ilə idarə olunan  ölkələrdə,  dövlətin

vəzifəsi  insanların  özü-özlüyündə meydana  gələn  və müxtəlif

təsirlərlə yüksələn  yaşayış  tərzlərini,  inanc  və dəyərlərini

ortadan qaldırmaq etmək və bunların yerinə iqtidarda olanların

düşüncələrinə uyğun formaları yerinə qoymaq, bu məqsədlə bir

siyasət  təyin  edərək  icrasını  plana  bağlamaq  olmaz.  Bunun

mümkün  olmayan  iki  tərəfi  düşünülə

bilir.  Birincisi,

demokratik cəmiyyətdə insan haqq və azadlıqları müqəddəsdir

və ancaq  zərurət  varsa  məhdudlaşdırılması  mümkündür.

Mədəni  haqlar  da  insanların  himayə etməsi  zəruri  olan  həqiqi

azadlıqlarından  qaynaqlanır.  İkincisi  olaraq,  siyasi  rejim  belə

bir 

siyasət 


planlaşdırmanın 

gerçəkləşdirilib 

tətbiq


edilməsinə

imkan  verməz.  Demokratiyada  iqtidar  və

təşkilatlanmış  müxalifət  vardır.  Sürəkliliyi  lazım  bilinən  bir

mədəniyyət siyasətinin belə bir rejimdə tətbiq edilməsi şansının

az olduğu düşünülə bilir.

Nəhayət,  deyilir  ki,  azadlığın  müqəddəsliyi  təməlinə

söykənən  bir  sistemdə öz-özlüyündən,  ünsürlərinin  bir-biri

üzərindəki  təsir və təzyiqləri,  bunların  hər  hansı  sintezi  ilə

formalaşan  mədəniyyət  ünsürlərinə müdaxilə,  demokratiyanın

məntiq və fəlsəfəsi ilə tutarlı deyildir (109,  s.9).




________Milli Kitabxana________

102


Ancaq  “mədəniyyət  sahəsində heç  bir  zaman  mütləq  bir

liberalizm  hökm  sürməmişdir.  Məsələn,  təhsildə

daima

müəyyən  qədər  düzənləmə



olmuşdur.  Liberal  dövlət,

cəmiyyətin  davamı  üçün  lazımlı  gördüyü  davranış  modellərini

təyin  etmişdir.  O  halda  yaradıcı  müdaxilə azad  demokratik

cəmiyyət  quruluşu  içərisində,  planlaşdırılmış  bir  müəssisələr

çərçivəsi daxilinə soxula bilir” (109, s.9).

YUNESKO  mütəxəssislərinin  fikrincə,  birgə qəbul  edilən

və yuxarıdakı  açıqlanmaya  söykənmək  şərtilə mövzuya  bir  az

daha  aydınlıq  gətirmək,  beləcə mümkün  olmaqdadır.  Belə

olunca  hər  cəmiyyət  sözügedən  “tarixi  inkişafı  xüsusundakı

şüur”u sağlam tutmaq, bunu hər yöndən gələn hücumlara qarşı

qorumaq  məcburiyyətindədir.  Demokratik  cəmiyyətin  bu

məcburiyyətdən  kənarda  qala  bildiyini  qəbul  etmək  isə əsla

mümkün  deyildir. Əslində liberal  və eyni  zamanda  plansız,

yəni  rəhbərsiz,  lidersiz  bir  demokratik  cəmiyyət  bir  çox

təhlükələrlə qarşı-qarşıyadır. Bu təhlükələrdən ən başda gələni

də,  heç  şübhəsiz  cəmiyyətin  bir  mədəniyyət  hücumuna  və

bunun  nəticəsində mədəniyyət  aşınmasına  məruz  qalmasıdır.

Ziyalıların  mədəniyyət  həyatına  ilham  verə bilmədiyi,  onu

yönləndirə bilmədiyi cəmiyyətlər yabançı mədəniyyət istilasına

açıq hala gəlməkdədir (109, s.10).

Liberal 

cəmiyyətdə

mədəniyyətin 

demokratikləşməsi

qaçılmaz  bir  nəticədir.  Ancaq  demokratikləşmə,  böyük  kütlə

cəmiyyətlarində bölgəçiliyə doğru olan meyli gücləndirməkdə,

belə bir  hal  isə,  mədəniyyətün əsas  mahiyyətini  meydana

gətirən  ortaq  tarixi  inkişaf  şüuruna  zərər  verməkdədir.  Bütün

bu  hallar  liberal  kütlə cəmiyyətlərində çox  böyük  zərərlər

meydana  gətirə biləcək  mədəniyyət  böhranlarını  ortaya çıxara

bilməkdədir.

Bu  etibarla  mədəniyyətin  planlaşdırılması  cəmiyyətin  həm

varlığını  davam  etdirə bilməsi  və həm  də demokratik

xarakterlərini  qoruyaraq  diktatorluq  bəlasından  məsun  qala

bilməsi üçün zorunludur.



________Milli Kitabxana________

103


Bu  halda  dövlətin  mədəniyyət  sahəsindəki  fəaliyyətlərinin

qayəsi  cəmiyyətin  maddi  rifahı  ilə mənəvi  mirası  arasında

paralel  bir  inkişafı  təmin  etmək,  elmi  inkişaf  və irəliləməyi  o

cəmiyyətin  insanları  üçün  bir  daxili  zənginlik  qaynağı  halına

gətirərək,  keçmişin  uzantısı  olan  indiki  zamanın  tarixi

davamlılığını təmin etməkdədir (109, s.11).

İnkişaf planlarının məqsədi, sosial münasibətlərdə müəyyən

bir  tənzimləməni  təmin  etmək  surətilə,  cəmiyyətin  bütününü

içinə alan  tarazlı  bir  inkişafdır.  Cəmiyyətin  bütününü əhatə

edən,  yəni  iqtisadi,  sosial  və mədəniyyət  yönlərindən  inkişaf

səyləri iqtisadi olduğu qədər bəşəri mülahizələrlə istiqamətlən-

dirilməkdədir.  Texniki  tərəqqi  və

bərabərində

gətirdiyi

yeniliklər  səbəbilə,  iqtisadi  inkişaf,  bu  kimi  inkişafların  qəbul

edilmə şəklinə, həm istehsalçı, həm də istehlakçı olaraq fərdin

bu sürətli və davamlı dəyişməyə göstərdiyi uyğunluğa bağlıdır.

Dəyişikliklə ayaqlaşmaq və bunu qəbul etmək gücü, mədəniy-

yət standartlarını yüksəltmək və kollektiv həyatı tənzimləyəcək

dəyərləri mühafizə etmək və ya  yaratmaq surətilə təmin edilir.

Dəyər  sistemləri  də, əks  etdirdikləri  mədəniyyətlər  kimi,

mənəvi ünsürlərdəki pozulma səbəbilə çökər. Modern dünyada

bu  pozulmaya  səbəb  olan  amillərin ən  mühümlərindən  biri

“dəyər yükü” daşımadığı zənn edilən, ancaq gerçəkdə dəyər ilə

yüklü  olan  yeni  texnologiyanın  yayılmasıdır.  Yenə önəmli  bir

başqa  amil  də çağdaş  informasiya  kommunikasiyalarının

həddindən  artıq  inkişafı  səbəbindən  kainatın  ruhi-psixoloji

həcminin kiçilməsidir (109, s.12).

Günümüzdəki  inkişaf əsasında  yaranmış  sonsuz  bəşəri  və

əxlaqi problemlərə məhdud və texniki həll variantları aranmaq-

dadır. Beləcə də, xüsusilə insan hərəkətinin təməlində vasitənin

qayədən, şəklin mahiyyətdən ayrı olmayacağı unudulmaqdadır.

Mədəniyyətün inkişaf etdirilməsi ilə əlaqəli fəaliyyətlər, bu

gün hələ təlim-tərbiyə ilə əlaqəsini  davam  etdirməklə bərabər,

xüsusi  bir  xarakter  və qəti  məqsədlər  daşımaqdadır.  Bu

durumun  üç  dəyişik  amillər  qrupunun  təsiri  ilə ortaya  çıxdığı




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə