Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə30/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   26   27   28   29   30   31   32   33   ...   145

________Milli Kitabxana________

92

əmək,  prossesual  və hətta  cinayət  hüququnun  müddəalarını



əhatə edir.  Bu  deyilənlər  müəllif  hüququnun  kompleks,  tama-

milə müstəqil hüquqi institut olması haqda, onun, tənzim edilən

münasibətlərə yalnız  müxtəlif  hüquq  sahələrini  təşkil  edən

normalarla  vəhdətdə səmərəli  hüquqi  təsir  göstərməsi  haqda

fikir yürütməyə imkan verir. Bu halda əsərlərə və əlaqəli hüquq

obyektlərinə aid  edilən  hüquqların  özü ənənəvi  olaraq  mülki

hüquq strukturuna daxil edilir.

Azərbaycan  intellektual  mülkiyyət  sahəsində beynəlxalq

əməkdaşlıqda fəal iştirak edir. Azərbaycan Respublikası 1996-

cı ildən ÜİMT-in üzvüdür, 1997-ci ildən Müəlliflik Hüququna

dair Ümumdünya Konvensiyasında öz iştirakını davam etdirir.

Azərbaycan  1998-ci  ildən Ədəbiyyat  və İncəsənət Əsərlərinin

Qorunmasına  dair  Bern  Konvensiyasının  üzvü,  2001-ci  ildən

Fonoqramlara  dair  Cenevrə Konvensiyasının  iştirakçısıdır.

Bunlarla  yanaşı,  Azərbaycanın əlaqəli  hüquqlar  üzrə Roma

Konvensiyasında,  ÜİMT-in  müəlliflik  hüququ  və fonoqramlar

və ifalar  üzrə İnternet-müqavilələrində iştirakı  barədə təkliflər

səlahiyyətli  orqanların  müzakirəsinə verilmişdir.  Respublika

MDB  çərçivəsində müəlliflik  hüququ  ilə bağlı  sazişlərdə fəal

iştirak  edir,  habelə bəzi  dövlətlərlə ikitərəfli  hökumət  müqa-

vilələri bağlamışdır.

Dövlət  siyasətinin  təmin  olunması  sahəsində müəlliflik

hüququ  və əlaqəli  hüquqlar  institutunun  inkişaf  Konsepsiyası

həyata  keçirilir,  qanunvericiliyə və hüquqların  idarə olun-

masına  dair  beynəlxalq  təcrübə

ümumiləşdirilir.  Bu  iş

beynəlxalq  ekspertlərlə sıx əməkdaşlıq  şəraitində görülür.

Müəlliflərin  və istifadəçilərin  uçot  şəbəkəsi  yaradılmışdır,

istənilən maddi daşıyıcıya yazılmış əsərlərin qeydiyyatı, dövlət

reyestrində qeydə alınmış əsərlərin  elektron  arxivləşdirilməsi

və onların ekspertizasının təşkili təmin edilir. Agentlik müəllif

hüquqları  sahəsində fəaliyyət  göstərən  ictimai  təşkilatların,

habelə kollektiv  idarəçiliklə məşğul  olan  mütəxəssislərin  işini

əlaqələndirir  və onlara  metodiki  və hüquqi  yardım  göstərir,




________Milli Kitabxana________

93

keçirdiyi bir sıra seminarlar, təlimati yığıncaqlar, televiziya və



digər  kütləvi  informasiya  vasitələrində etdiyi  onlarla  çıxış,

həmçinin  bu  sahədə hazırladığı  elmi,  metodiki  və praktiki

materiallar da daxil edilməklə hüquq sahiblərinin məlumatlan-

dırılması yönündə iş aparır.

Avropa ölkələrinin müəlliflik hüququ qanunvericilikləri ilə

milli qanunvericiliyin müqayisəli təhlilinin, habelə ÜİMT-in və

TRİPS-in  İnternet  müqavilələrinin  məzmunundan  irəli  gələn

tələblərin  həyata  keçirilməsi,  milli  qanunvericiliyin  təkmilləş-

dirilməsinə dair  təkliflər  hazırlamağa,  həmçinin  hamılıqla

qəbul  olunmuş  beynəlxalq  praktikaya  uyğun  bir  sıra  təşkilati

tədbirlər  həyata  keçirməyə imkan  verdi.  Müəlliflərin əmlak

hüquqlarının  kollektiv  idarə olunması  çərçivəsində müəlliflərə

və hüquq  sahiblərinə düşən  qonararların  toplanması,  bölüş-

dürülməsi və onlara çatdırılması təşkil edilir, nəzərdə tutulmuş

istifadəçilərin  dairəsi  daha  çox  kommersiya  strukturlarının

əhatə edilməsi hesabına genişləndirilir.

Beynəlxalq əməkdaşlıq  və kooperasiya  məsələlərində

ÜİMT  Azərbaycan  Respublikasının  dövlət  orqanları  ilə fəal

əməkdaşlıq  edir.  Məsələn,  1998-ci  ildə Müəllif  Hüquqları

Agentliyi  ÜİMT-lə birlikdə Azərbaycanda  ÜİMT-in  yeni

müqavi-lələri  (internet  müqavilələri)  ilə bağlı  məsələlər  üzrə,

habelə TRİPS sazişi üzrə milli seminarlar keçirmişdir. 2000-ci

ilin  mayında  agentliklə ÜİMT  Cənubi  Qafqazda  piratçılığa

qarşı mübarizə məsələlərinə həsr olunmuş ilk regional seminar-

simpozium  keçirmişdir;  həmin  seminar-simpoziumda  Gürcüs-

tanın  və Mərkəzi  Asiya  respublikalarının  müəlliflik  hüququ

təşkilatlarının,  həmçinin  bu  ölkələrin  hüquq-mühafizə və

gömrük  strukturlarının  nümayəndələri  iştirak  etmişlər.  Yeni

minilliyin  ilk  ilində “Gələcəyi  bu  gün  yaradaq”  devizi  altında

ÜİMT tərəfindən elan edilən 26 aprel – Beynəlxalq İntellektual

Mülkiyyət Gününün, habelə üç il dalbadal 23 aprel – Kitab və

Müəllif  Hüququ  Gününün  bayram  edilməsi  ölkədə böyük

rezonans doğurmuşdur.



________Milli Kitabxana________

94

Azərbaycanda intellektual mülkiyyət, xüsusilə də müəlliflik



hüququnun  inkişaf  perspektivlərini  aşağıdakı  istiqamətlər

prizmasından  nəzərdən  keçirmək  daha  məqsədəuyğundur:

müasir  tendensiyalar  və

Azərbaycanın  yeni  beynəlxalq

sazişlərdə

dövlətlərarası  kooperasiyalarda  iştirakının



genişləndirilməsi  nəzərə

alınmaqla  milli  qanunvericiliyin

təkmilləşdirilməsi;  bu  sahədə dövlət  siyasətinin  və müəllif

hüquqlarının  idarə olunmasını  həyata  keçirən  milli  orqanın

bundan  sonra  da  modernləşdirilməsi  və onun  səlahiyyətlərinin

inkişaf  etdirilməsi;  pozulmuş  hüquqların  təmin  edilməsində

hüququn tətbiqi praktikasının gücləndirilməsi.

Hər  şeydən əvvəl  qeyd  etmək  lazımdır  ki,  bütün  dünyada

olduğu kimi Azərbaycanda da rəqəmli texnologiya  və İnternet

adi  praktikaya  çevrilməyə başlamışdır.  Bununla əlaqədar

olaraq,  agentlikdə hüquqların  rəqəmli  şəbəkələrdə idarə

olunması  perspektivləri  üzrə

iş  aparılmışdır.  Rəqəmli

şəbəkələrdə müəlliflərin  hüquqlarının  qorunması  ilə əlaqədar

Azərbaycanın  müəlliflik  hüququ  qanunvericiliyinə “fonoq-

ram”,  “hamının  nəzərinə çatdırmaq  hüququ”  və “yayım

hüququ”  anlayışları  ilə bağlı  dəqiqləşdirmələr  və agentliyin

hazırladığı digər  müvafiq  təkliflər əlavə edilir.  ÜİMT-in  yeni

beynəlxalq  müqavilələrində – “Müəlliflik  hüququ  haqqında

Müqavilə”  və “İfalar  və fonoqramlar  haqqında  Müqavilə”də

Azərbaycan  Respublikasının  iştirakı  məsələsinə səlahiyyətli

orqanlarda baxılması ilə əlaqədar hazırlıq işləri aparılır.

Mühüm  vəzifələrdən  biri  milli  qanunvericiliyin,  yerinə

yetirilmiş olan müqayisəli təhlil əsasında Avropa direktivlərinə

uyğunlaşdırılmasıdır.

Azərbaycanda, əlaqəli  hüquqların  qorunmasına  dair  Roma

Konvensiyasına  üzv  olmaq  istiqamətində

hazırlıq  işləri

aparılmışdır,  çünki  milli  qanunvericilik  bu  beynəlxalq  sazişin

tələblərinə uyğun  gəlir.  Azərbaycanın  Ümumdünya  Gömrük

təşkilatına  üzv  olmağa  hazırlaşması  və TRİPS  müqaviləsi

tələblərinin  yerinə

yetirilməsi  ilə

əlaqədar  Azərbaycan




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə