Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə31/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   27   28   29   30   31   32   33   34   ...   145

________Milli Kitabxana________

95

Respublikasının  Gömrük  Məcəlləsinə sərhəddə piratçılığa  və



saxtakarlığa  qarşı  ehtiyat  tədbirlərini  sərtləşdirən  bəzi

dəyişikliklər edilməsi nəzərdə tutulur.

Azərbaycanda  müəlliflik  hüququ  sisteminin  inkişaf  etdiril-

məsi  planına əhalinin  və hüquq  sahiblərinin  məlumatlandırıl-

ması məqsədilə yaxın vaxtlarda “İntellektual mülkiyyət” jurna-

lının nəşri, broşürlərin, bukletlərin və xüsusi nəşrlərin hazırlan-

ması  daxildir.  Bununla əlaqədar,  rəqəmli  mikromətbəə və

xüsusi  təşkilati  texnika əldə edilməsi  məsələlərində ÜİMT-in

agentliyə göstərdiyi yardım hər cür tərifə və təşəkkürə layiqdir.

Müasir  müəlliflik  hüququnun  rolu  haqqında  danışarkən

vurğulamaq  lazımdır  ki,  hər  bir  ölkə özünün  təkrarolunmaz

simasına  görə öz  xalqına  borclu  olduğu  kimi,  müəlliflik

hüququ da özünün bu günkü vəziyyətinə görə mövcud əsərlərə

borcludur. Volterin kitablar haqqında söylədiyi qiymətli sözlər

tamamilə haqlı  olaraq  bütün əsərlərə şamil  edilə bilər:  “Onlar

bizim  ocaqlarımızdakı  od  kimidirlər:  biz  onları  kimdənsə

götürür,  ocağımızı  qalayır,

sonra  başqalarına  ötürürük.

Nəticədə onlar hamının malı olur”.

Millətin ən  başlıca  sərvəti  olan  intellekt  öz  mənbəyi  kimi

həmişə yaradıcılığa əsaslanmışdır.  Yaradıcılıq  məhsulları –

elmi,  bədii  və incəsənət əsərləri  bütün  tarix  boyunca  bəşər

mədəniyyətini hərəkətə gətirən  lokomativ  rolunu  oynamışdır,

onların qorunub saxlanılması isə mədəni təkrar istehsala səbəb

olmuşdur.  Yaradıcı  şəxslərin  hüquqlarını  qoruyan  və müdafiə

edən  qanunvericilik  aktları  da  milli  irsin,  mədəniyyət ənənə-

lərinin və ölkənin özünəməxsusluğunun mühafizə olunmasının

zəruri  şərti  kimi  meydana  çıxmışdır.  Güclü  və müstəqil

mədəniyyət  industriyasının  yaradılması  belə

qanunların

mövcudluğundan asılıdır.

XX əsrin sonlarında bilik və mədəniyyətin funksiyalarında

baş  verən  prinsipal  dəyişikliklər  və rəqəmli  XXI əsrin

imkanları  intellektual  fəaliyyət  nəticələrindən  istifadənin

miqyasının kəskin surətdə genişlənməsinə gətirib çıxardı. İnsan



________Milli Kitabxana________

96

ağlının  yaradıcılıq  məhsulları  iqtisadi  dövriyyənin ən  mühüm



növlərindən birinə çevrildi.

Müasir  dünyada heç  bir  sərhəd  yaradıcılıq əsərlərinin

yayılması  üçün  maneə törədə bilmir:  bu  səbəbdən  müəllif

hüququ  elə bir  sahəyə çevrilmişdir  ki,  onun  mərkəzi  nöqtəsi

dünyanın  hər  yerindədir,  çevrəsi  isə ümumiyyətlə yoxdur.

Bütün  bunlar  mədəni  nemətlərin  beynəlxalq  ticarətinin  inkişa-

fında  son  dərəcə vacibdir  və belə qarşılıqlı  fəaliyyətin  təh-

lükəsizliyini nəzərdə tutur.

Bununla  da,  cəmiyyətin  qorunub  saxlanılması  və inkişafı

üçün  mədəniyyətin  qorunması  və

stimullaşdırılmasının

vacibliyinin  dövlət  tərəfindən  dərk  edilməsinin  hüquqi  ifadəsi

olan  müasir  müəlliflik  hüququ  intellektual  fəaliyyətin  təkcə

mədəni-intellektual  deyil,  həm  də

iqtisadi  nəticələrinin

reallığını  diqqətə alır. Əgər  yaradıcılığın  dəstəklənməsi  və

stimullaşdırılması  şəxsiyyət  azadlığı  və insan  hüquqlarından

doğursa, onda bu hüquq və azadlıqların, yaradıcılığın obyektiv

ifadə olunmuş  nəticələrinin  mühafizəsi  və qorunub  saxlanıl-

ması  ilə inteqrasiyası  onların  iqtisadi  dövriyyədə fəal  iştirak

edən  bazar  məhsulları  olduğunu  qəbul  etmək  deməkdir.

Müəlliflik hüququnun  ikili  təbiəti  illər  ötdükcə özünü  daha

aydın  büruzə verir,  şəxsi  və əmlak  hüquqlarının  sıxı  surətdə

bir-birinə qarışması,  bizim  fikrimizcə,  yaradıcının  şəxsiyyətilə

sıx  bağlı  olan  müstəqil  müəlliflik  hüququ  institutunun

yaranmasına səbəb olmuşdur.

Bununla  yanaşı,  müəlliflik  hüququ  haqqında  qanunverici-

liyin  üç əsrlik  tarixi,  müəlliflə cəmiyyətin  maraqları  arasında

ağıllı  balans – sərbəst  ideya  və biliklər  axınında  cəmiyyətin

tələbatları ilə öz yaradıcı əməyinin ədalətli şəkildə mükafatlan-

dırılmasını  arzulayan  müəllif  marağı  arasında  kompromis

axtarışından  ibarət  olmuşdur.  Müəlliflik  hüququ  sahəsində

toplanmış beynəlxalq təcrübədən istifadə olunması, milli ənənə

və xüsusiyyətlərin  və nəhayət  bütün  tərəflərin  maraqlarının

nəzərə alınması  mühüm  rol oynayır:  son  nəticədə bu  sahədə



________Milli Kitabxana________

97

çıxarılan  hər  bir  qərar  kiminsə mənafeyinə toxunur,  çünki



kiminsə hüququ  eyni  zamanda  kiminsə vəzifəsidir.  Bütün  bu

səbəblər Azərbaycanın  müasir müəlliflik hüququnun,  yuxarıda

sadalanan  kompromislərin  və mövcud ənənələrin  məcmusu

kimi formalaşmasına gətirib çıxarmışdır.

Bütövlükdə intellektual  mülkiyyətin,  ayrıca  götürüldükdə

isə müəlliflik  hüququnun  bu  günkü  vəziyyətini  xarakterizə

edərkən,  Azərbaycan  xalqının  çoxəsrlik  müəlliflik  hüququ

ənənələrini  diqqətə almamaq  olmaz.  Azərbaycan  müəlliflik

hüququnun  kökləri  lap  qədim  dövrlərə,  ibtidai-təbii  anonim

anlayışının müəlliflik şəxsiyyətilə əvəz edildiyi  dövrlərə gedib

çıxır.  1300  illiyini  bu  yaxınlarda  qeyd  etdiyimiz “Kitabi-Dədə

Qorqud”  buna  parlaq  nümunə ola  bilər,  hərçənd  bəzi

məlumatlara görə Qorqudun təsvir etdiyi hadisələr eramızın ilk

əsrlərinə aid edilir. Məhz həmin əsrlərdə sadəcə folklor nümu-

nələrini yazıya alan deyil, öz müəlliflərinin adlarını da qoruyub

saxlayan əsərlər meydana çıxmağa başlayır. Orta əsr Azərbay-

canında  azərbaycanlı  müəlliflər – aşıqlar,  öz  müəllifliklərini

əbədiləşdirməyin orjinal  formasını tapdılar və bu, bütün Şərqə

yayıldı.  Yaradıcının əsl  adı  və poetik  ləqəbi  hökmən  şerin –

nəğmənin  son  beytinə,  “tapşırma”ya  salınırdı.  Müasir  müəllif-

lik  hüququ terminologiyası  ilə ifadə etmiş  olsaq,  bu  müəllifin

şəxsi  hüquqlarının  qorunmasının  aktiv  forması  idi.  Tapşır-

madan  mənimsəmələr  və ya  onun  dəyişdirilməsi  adi  mülki

hüquqla – adətlə təqib  edilirdi  və plagiatçılıq  edən  şəxslər

ictimai  nifrətə məruz  qalırdılar.  Azərbaycanda  müəllifin  şəxsi

hüquqlarının mühafizə olunması ənənələri və kağız istehsalının

gur  inkişafı  sayəsində Nəsrəddin  Tusi,  Təbrizi,  Mərzban,

Həbibulla  Gəncəvi,  Marağayi,  Naxçivani,  Xaqani,  Beyləqani,

Məhsəti  Gəncəvi,  Nizami və digər  Azərbaycan  alimləri  və

şairlərinin əlyazmaları  orta əsrlərdən  günümüzə qədər  gəlib

çatmışdır.

Bugünkü  müəllif  hüququ ənənəsində müəllifin əmlak

hüququ  adlandırılanlar  o  vaxtlar  mesenatçılıq  xarakteri  daşı-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə