Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə27/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   23   24   25   26   27   28   29   30   ...   145

________Milli Kitabxana________

83

və xarici  tələblərə cavab  verən  qanunlar  yaratmaq  olmuşdur.



Bütün  bu  qanunların  hamısında  xüsusi  olaraq  qeyd  edilir  ki,

əgər  mədəniyyət  sahəsini  tənzimləyən  milli normativ  hüquqi

aktlarla  Azərbaycan  Respublikasının  qoşulduğu  beynəlxalq

müqavilələr  arasında  ziddiyyət  olarsa,  o  halda  həmin

dövlətlərarası  müqavilələrin  müddəaları  tətbiq  olunur.  Bu

vəziyyət  məhz  beynəlxalq  hüquqi  normaların  bizim  cəmiyyət

(dövlət) üçün prioritet təşkil etdiyini bir daha təsdiqləyir.

Mədəniyyət sahəsində qəbul edilən qanunvericilik aktlarına

“Mədəniyyət haqqında  Qanun” (1998) kimi bütövlükdə mədə-

niyyət  sahəsini  tənzimləyən  qanunlar  və “Kinematoqrafiya

haqqında”,  “Şəhərsalma  haqqında”,  “Muzeylər  haqqında”,

“Nəşriyyat  işi  haqqında”  və s.  kimi  mədəniyyət  fəaliyyətinin

konkret növlərilə bağlı olan qanunlar daxildir.

Mədəniyyət  haqqında  qanunda,  hər  şeydən əvvəl,  dövlət

siyasətinin  prinsipləri,  məqsədləri  və vəzifələri  ifadə olunmuş,

həmin  sahədə mərkəzi  (dövlət)  və yerli  (bələdiyyələr)  icra

hakimiyyəti orqanlarının səlahiyyətləri müəyyən edilmişdir.

Bu  qanunla  hər  bir  şəxsin  yaradıcılıq  hüquqları  və

azadlıqları,  beynəlxalq əlaqələrin  və əməkdaşlığın  inkişafı,

habelə mədəniyyət sahəsində dövlətin antiinhisar siyasəti, milli

özünəməxsusluğun,  o  cümlədən  həm  Azərbaycan  xalqının,

həm  də tarixən  Azərbaycan  Respublikasında  yaşayan  etnik

qrupların  mədəni  irsinin  qorunub  saxlanması  və inkişaf

etdirilməsi,  mədəniyyət  fəaliyyətilə məşğul  olan  ictimai

birliklərin  və təşkilatların  yaradılması  imkanları  təmin  olunur.

Dövlətin  bu  sahəyə müdaxiləsi  zorakılığın,  irqi,  milli  və dini

dözülməzliyin,  pornoqrafiya  və narkomaniyanın  təbliğinin

qadağan edilməsilə məhdudlaşır. Bu cür qadağaların real şəkil-

də fəaliyyət  göstərə bilməsi  məhkəmə proseduru  vasitəsilə

təmin  edilir.  Mədəniyyət  fəaliyyətinə digər  müdaxilə formala-

rına qanunla icazə verilmir. Bir sözlə, mədəniyyət fəaliyyəti və

onun  inkişafı  ilə bağlı  bir  çox  məsələlər  həmin  qanun

çərçivəsində ümumi şəkildə həll edilmişdir.



________Milli Kitabxana________

84

Azərbaycanın 



mədəniyyət 

siyasətinin 

prioritet

problemlərindən  birinə – mədəni  irsin  qorunub  saxlanılmasına

gəldikdə isə,  bu  məsələ artıq  hüquqi  planda  “Tarix  və

mədəniyyət  abidələrinin  mühafizəsi  haqqında”,  “Milli  Arxiv

Fondu  haqqında”,  “Kitabxana  işi  haqqında”  qanunların  qəbul

edilməsi sayəsində həll edilib. Tarix və mədəniyyət abidələrini

mühafizə etmək  həm  konstitusiyada,  həm  də “Mədəniyyət

haqqında Qanun”da hər bir vətəndaşın əsas vəzifəsi elan edilsə

də,  ölkədə bu  cür  abidələrin  aşkar  edilməsi,  öyrənilməsi,

qorunması  və istifadəsilə bağlı  münasibətləri  tənzimləyən

xüsusi  bir  qanuna  kəskin  ehtiyac  duyulurdu.  Buna  görə də,

“Tarix  və mədəniyyət  abidələrinin  mühafizəsi  haqqında”

qanun,  abidələrin  mühafizəsinin  dövlət  və bələdiyyə təminatı

ilə bağlı məsələləri, onların istifadəsi, öyrənilməsi, konservasi-

yası,  təmiri,  bərpası,  yenidən  qurulması,  regenerasiyası  və

təhlükəsizliyi  qaydalarını ətraflı  şərh  edir.  Qanunda  abidələri

qorumaq məqsədilə aparılan abadlıq və möhkəmləndirici tikinti

işləri ilə bağlı problemlər hərtərəfli həll edilmişdir. Onda, tarix

və mədəniyyət abidələrinə ümumdünya, ölkə və yerli (regional)

səviyyədə mədəni  dəyər  statusu  verilməklə onların  tam

siyahısının tərtib və təsdiq edilməsi, dövlət uçotuna alınması və

pasportlaşdırılması, 

daşınmaz 

abidələrin 

xəritəsinin

hazırlanması,  onlar  üzərində mülkiyyət  formalarının  müəyyən

edilməsi nəzərdə tutulmuşdur. Qanunda abidələrin bədii-estetik

simasının  dəyişdirilməsinə və onların  tamamilə və ya  qismən

dağılmasına  səbəb  olan  təmir,  tikinti,  təsərrüfat  və digər  növ

işlərin aparılmasının qadağan edilməsi də müsbət haldır.

Milli  Arxiv  Fondunun  formalaşmasına  və fəaliyyətinə

qoyulan yeni tələblər, dövlət və qeyri-dövlət arxiv fondunun və

onlarda  saxlanılan  sənədlərin  mülkiyyət  formalarının və

hüquqlarının  dəqiq  müəyyən  edilməsinin  vacibliyi,  habelə bu

qədər  böyük  mənəvi  sərvətin  günün  tələblərinə müvafiq

normativ-hüquqi əsaslarının  olmaması  bu  sahədə xüsusi

qanunun  hazırlanması  və qəbul  edilməsi  zəruriyyətini  doğur-



________Milli Kitabxana________

85

muşdur.  “Milli  Arxiv  Fondu haqqında”  Qanun  arxivlərin  fəa-



liyyəti, Milli Arxiv Fondunun formalaşdırılması, mühafizəsi və

istifadəsi  ilə bağlı  bütün  münasibətləri  tənzimləyir,  arxiv

işçilərinin sosial müdafiəsini xeyli gücləndirir.

Kitabxana işinin təşkilinin təkmilləşdirilməsi, onun səmərə-

liliyinin  gücləndirilməsi,  məhsuldarlığının  artırılması,  eləcə də

kitabxana  informasiyası  sahəsində oxucuların  hüquqlarının

təmin  edilməsi  məqsədilə ölkədə “Kitabxana  işi  haqqında”

qanun  qəbul  edilmişdir.  Qanun  cəmiyyətin  intellektual  və

mənəvi potensialının  inkişafıına, ən  müasir  tələblərə cavab

verən  bilik  səviyyəsinin  yüksəldilməsinə fəal  yardım  göstərir,

çünki o, kitabxanaların öz funksiyalarını, o cümlədən informa-

siya  funksiyalarını  həyata  keçirmələri  üçün,  kitabxana  işini

keyfiyyətcə yeniləmək  və yaxşılaşdırmaq  üçün  möhkəm

hüquqi əsas  yaradır.  Qanunda  başlıca  diqqət  həmin  sahədəki

prinsiplərin  qismən  dəyişdirilməsinə deyil,  yeni  iqtisadi  və

siyasi sistem şəraitində onların köklü surətdə yenidən nəzərdən

keçirilməsinə və yenidən  formalaşdırılmasına  yönəldilmişdir.

Bu  qanun  kitabxana  işi  sahəsində dövlət  siyasətinin əsas

prinsiplərini, kitabxana sisteminin ümumi əsaslarını, kitabxana

fondlarının  formalaşdırılması  və mühafizəsi  üçün  zəruri  olan

tələbləri, 

kitabxanaların 

maliyyə

mənbələrini, 



onların

yaradılması  və fəaliyyəti  qaydalarını,  vətəndaşların  kitabxana-

lardan  istifadə zamanı  hüquq  və vəzifələrini,  kitabxana  işi

sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir.

Tarix və mədəniyyət abidələrinin mühafizəsi ilə bağlı bütün

problemlərin  hüquqi  cəhətdən  tənzimlənməsi  beynəlxalq

konvensiyalara,  o  cümlədən  “Silahlı  münaqişələr  zamanı  mə-

dəni  dəyərlərin  qorunması  haqqında”  (Haaqa,  1954),  “Ümum-

dünya  mədəni  irsinin  mühafizəsi  haqqında”  (Paris,  1970),

“Mədəni  dəyərlərin  qeyri-qanuni  aparılmasının,  məsinin,

onların  mülkiyyət  hüququnun  başqasına  verilməsinin  qadağan

edilməsinə və qarşısının  alınmasına  yönəldilən  tədbirlər

haqqında”  (Paris,  1970),  “Oğurlanmış  və

qeyri-qanuni




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə