Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə25/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   21   22   23   24   25   26   27   28   ...   145

________Milli Kitabxana________

77

Eyni  zamanda,  cəmiyyətin  məlumatlandırılmasına  yönəl-



dilən  və bununla da  onun  həm  daha  da  demokratikləşməsinə,

həm  də dünya  birliyinə inteqrasiya  edilməsinə rəvac  verən

kitabxana  və muzey  sistemlərinin  köklü  şəkildə modernləş-

dirilməsi və yenidən qurulması nəzərdə tutulurdu.

Proqramda  mədəniyyətin  idarə olunmasının  yeni  demok-

ratik  formalarının  yaradılmasına,  dövlətsizləşdirməyə və bəzi

mədəniyyət  obyektlərinin  tədricən  özəlləşdirilməsinə xeyli  yer

ayrılırdı.  Mədəniyyət  müəssisələri  və təsisatları  üçün  güzəştli

tariflər  müəyyən  etmək  vasitəsi  ilə mədəniyyət  sahəsinin

inkişafını  stimullaşdıran,  habelə bu  sektora  kənardan əlavə

vəsait  ayrılmaları  cəlb  edən  vergi  siyasətinin  işlənib  hazır-

lanması da xüsusi əhəmiyyət kəsb edirdi (139).

Bu  istiqamətdə nəzərdə tutulmuş ən  son  Proqramda –

mədəniyyət sahəsində dövlət inikşaf konsepsiyasında deyilir ki,

“2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət inkişaf

konsepsiyası”nın  ümumi  məqsəd  və vəzifələri  mədəniyyət  si-

yasətinin təminat mexanizmləri kimi çıxış edən və mədəniyyətin

bütün  sahələrini əhatə edən  mədəniyyətin  idarəolunma,  hüquqi,

maliyyə,  elmi-informasiya  təminatı,  insan  resurslarını  inkişafı,

maddi-texniki  ifrastrukturun  müasirləşdirilməsi  və beynəlxalq

əməkdaşlığın  möhkəmləndirilməsi  kimi  ümumi  məsələlərin

inkişaf  etdirilməsindən,  o  cümlədən  daxili  və xarici  dövlət

mədəniyyət  siyasətinin  göstərilən  sahələrinin  dünya  standartları

səviyyəsinə çatdırılması  üçün  tələb  olunan  islahatların  həyata

keçirilməsinin təmin edilməsindən ibarətdir (10, s.6).

Yuxarıda  deyilənlərə yekun  vuraraq,  belə bir  faktı  təsdiq

etmək olar ki, Azərbaycan Respublikasının mədəniyyət siyasə-

tinin  müasir  məqsədləri  keçmişi  qoruyub  saxlamaq,  indini

dəstəkləmək  və inkişaf  etdirmək,  gələcəyə inamla  baxmaqdır.

Cəmiyyətin  ardıcıl  surətdə demokratikləşməsi,  ölkənin  dünya

birliyinə inteqrasiyası, mədəniyyətin bəşər inkişafının ayrılmaz

faktoru  kimi  dərk  olunması  və qəbul  edilməsinin  getdikcə

güclənməsi nikbin proqnozlar üçün əsas verir.



________Milli Kitabxana________

78

Mədəniyyət siyasətinin planlaşdırılması,



mədəniyyətin qanunvericilik təminatı

və dövlətin bu sahədəki vəzifələri

Dünya  təcrübəsində dövlətin  mədəniyyət  siyasəti  və onun

planlaşdırılmasındakı  vəzifələrindən  danışarkən  ilk  növbədə

qeyd  edilməlidir  ki,  bir  ölkədə sosial  dəyişikliklər  kütləvi

hadisəyə çevrildiri zaman zəruri olan tədbir və təşkilatlanmanı

dövlət  təmin  etməlidir.  Bu  gün  yaşanmaqda  olan  sürətli

dəyişikliklər  prosesi  dövlətə yeni  bir  məsuliyyət  yükləmək-

dədir.  Dövlət,  içində mədəni-mənəvi  dəyərlərin  yer  alığı  bir

mədəniyyətin  optimal  ehtiyaclarını  təmin  etmək  üçün  bir

mədəniyyət  çərçivəsi  təsbit  etmək  məcburiyyətindədir.  Ancaq

planlaşdırma  doğrudan-doğruya  mədəniyyətlə deyil,  mədəniy-

yətin  yayılması  və paylaşılmasını  təmin  edən  vasitələr  ilə

bağlıdır. Dövlət iqtisadi və sosial inkişafın kəmiyyəti ilə oldu-

ğu  qədər  keyfiyyəti  ilə də maraqlanmaq  məcburiyyətindədir.

Bu  halda  problem,  dövlətin  mədəniyyət  sahəsindəki  məsuliy-

yətini təsbit etmək və bu sahədə görüləcək fəaliyyətləri iqtisadi

və sosial planlaşdırma fəaliyyətləri ilə uyğunlaşdırmalıdır (109,

s.6-7).


Planlaşdırmanın  mədəniyyət  sahəsinə daxil  olması,  bir

cəmiyyətdəki  kollektiv  dəyərlərin  dövlət  tərəfindən  təyin

edilməsi  və planlanlaşdırılmış  bir  mədəniyyətin  yaradılması

demək  deyildir.  Planlı  mədəniyyətdən  məqsəd,  rəsmi  bir

mədəniyyət,  hakim  bir  ideologiya  də deyildir.  Belə ki,  bu

mənada  dövlətin  vəzifəsi  daha  dar,  daha  müəyyən  bir  sahəyə

inhisar  edərək  mədəniyyətin  bütünü  deyil,  mədəni  fəaliyyət

olaraq yerinə yetiriləcəkdir. (109, s.7)

YUNESKO 

mədəniyyət 

siyasətini, 

bir 


cəmiyyətdə

müəyyən  bir  zamanda  mövcud  olan  fiziki  və

bəşəri

qaynaqlardan  optimal  ölçüdə



faydalanaraq  bəzi  mədəni

ehtiyaclarını  təmin  etmək  üzrə görülən  şüurlu  və məqsədli

işlərin  bütünü  olaraq  tərif  etməkdədir.  Siyasət  prosesi  şüurlu,



________Milli Kitabxana________

79

metodlu  və məqsədli  olub,  məqsədlərin  müəyyənləşdirilməsi



və ehtiyacların təyin edilməsini zəruri edir (109, s.7).

Azərbaycan  xalqı  özünün  çoxəsrlik  dövlətçilik ənənələrini

davam  etdirərək  “Azərbaycan  Respublikasının  Dövlət  müstə-

qilliyi  haqqında”  Konstitusiya  aktında əks  olunan  prinsipləri

əsas  götürərək,  indiki  və gələcək  nəsillər  qarşısında  öz  məsu-

liyyətini anlayaraq, suveren hüquqdan istifadə edərək aşağıdakı

niyyətlərini  bəyan  edir:  “Ümumbəşəri  dəyərlərə sadiq  olaraq

bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitin-

də yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək əsas

prinsipə çevrilməkdədir”.

Müasir  dövrdə yüksək  milli  mədəniyyət  yalnız  öz  xalqına

xidmət etməklə yekunlaşmır və həm də bəşəri xarakter daşıyır.

Qarşılıqlı  ünsiyyətdə həm  özü  zənginləşir,  həm  də başqa

millətlərin  mədəniyyətlərinin  mənəvi  dəyərlərinin  zəngin-

ləşməsinə rəvac  verir.  Yaşadığımız  müasir  dövr  mədəniy-

yətlərin  eyniləşdirilməsinə,  milli  köklər  və qaynaqlarından

ayrılmasına  qarşı  çıxaraq  onun  gələcəyini,  mədəniyyətlərin

əməkdaşlığında,  ünsiyyətində,  bədii  yaradıcılıq əlaqələrinin

möhkəmlənməsində və qarşılıqlı fəaliyyətinin mütərəqqi prose-

sində görür.

Bu gün Azərbaycan Respublikası dünyanın bir sıra ölkələri

ilə mədəni əlaqə saxlayır.  Bu  mədəni əlaqələr  millətlərarası

ünsiyyət  mədəniyyətinə,  xalqların  bir-birinə yaxınlaşmasına,

onların  arasında  inam  və etimadın  möhkəmlənməsinə kömək

edir (6, s.54).

Azərbaycanda müstəqil cəmiyyətin qurulması siyasi, sosial-

iqtisadi,  təhsil,  hüquq  və s.  bu  kimi  sahələrdə çoxlu  sayda

islahatlarla  müşayiət  olunmuşdur.  İslahatların  elan  olunması

maksimum əlverişli  şərait  rejimini,  dövlət  büdcəsindən əlavə

maliyyələşdirməni,  böyük  beynəlxalq  təşkilatlar  tərəfindən

əhəmiyyətli kömək göstərilməsini nəzərdə tuturdu. Mədəniyyət

rəsmi  surətdə islahat  sahəsi  elan  edilmədiyinə görə,  nəticədə

hər  hansı  bir  imtiyazdan  məhrum  olmuşdur. Lakin  deklarasi-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə