Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə22/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   18   19   20   21   22   23   24   25   ...   145

________Milli Kitabxana________

68

respublikadır. Azərbaycan Respublikasının 1995-ci il noyabrın



12-də ümumxalq  referendumunda  qəbul  edilən  hazırkı  Kons-

titusiyası qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin

bölünməsini,  prezident,  parlament və bələdiyyə seçkilərinin

keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının siyasi

modeli  “prezident  respublikası”na  uyğundur.  Siyasi  qərarlar

qüvvədə olan qanunvericilik çərçivəsində Azərbaycan Respub-

likasının prezidenti səviyyəsində qəbul edilir, sonra isə Nazirlər

Kabineti  və nazirliklər  vasitəsilə həyata  keçirilir. Milli  Məclis

majoritar sistemlə 5 il müddətinə seçilən 125 millət vəkilindən

ibarətdir.  Məhkəmə səlahiyyətləri  Konstitusiya,  ali  və iqtisadi

məhkəmələrə,  habelə aşağı  səviyyəli  ümumi və ixtisaslaşmış

məhkəmə instansiyalarına  verilmişdir.  2002-ci  il  avqustun  24-

də keçirilən  ümumxalq  referendumuna əsasən  ölkənin  bundan

sonra  da  demokratik  yolla  irəliləməsi  üçün  konstitusiyaya

əlavələr  və düzəlişlər  edilmişdir.  Azərbaycanda  vətəndaş  cə-

miyyəti  quruculuğu  prossesi  öz  inkişafının  birinci  mərhələsini

yaşayır. Ədliyyə Nazirliyində 1500-ə yaxın  qeyri-hökumət

təşkilatı qeydiyyatdan keçmişdir, çox sayda QHT qeydiyyatsız

fəaliyyət  göstərir.  Lakin,  onlardan  yalnız  çox  az  bir  qismi

həqiqətən  fəal  hesab  olunur.  QHT-lərin əksəriyyəti  lazımi

maliyyə mənbələri,  təşkilati  vərdiş,  tədqiqat  potensialı  və

iştirakçıların sayı baxımından ciddi korluq çəkir.

Azərbaycan  Respublikası  30-dan  artıq  beynəlxalq  və

regional təşkilatın üzvüdür: ATƏT (yanvar, 1992), BMT (mart,

1992),  YUNESKO  (iyun,  1992),  İƏT  (İqtisadi Əməkdaşlıq

Təşkilatı, 1992), Avropa Bərpa və İnkişaf Bankı (1992), Dünya

Bankı  (1992),  İslam  Konfransı  Təşkilatı  (1992),  Qara  Dəniz

İqtisadi Əməkdaşlıq Təşkilatı (1992), TÜRKSOY (iyul, 1993),

MDB  (sentyabr,  1993),  YUNİSEF  (1993),  Ümumdünya

Səhiyyə Təşkilatı  (oktyabr,  1992),  İNTERPOL  (1993),  Bey-

nəlxalq Olimpiya Komitəsi (1993), Beynəlxalq Qırmızı Xaç və

Qırmızı Aypara Federasiyası (1993), GÖUAM (1997), Avropa

Şurası  (yanvar,  2001)  və s.  Bundan əlavə,  Azərbaycan



________Milli Kitabxana________

69

Respublikası  1996-ci  ildə Avropa  Birliyi  ilə tərəfdaşlıq  və



əməkdaşlıq sahəsində müqavilə imzalamışdır və 1994-cü ildən

etibarən  NATO-nun  “sülh  naminə tərəfdaşlıq”  proqramında

iştirak edir.

Azərbaycanın xarici siyasəti milli dövlət müstəqilliyinin və

onun ərazi  bütövlüyünün  qorunmasına  və gücləndirilməsinə,

bərabərhüquqlu  və qarşılıqlı  faydalı  münasibətlərin  inkişafına,

dünyanın  bütün  ölkələri  ilə dostluq əlaqələrinin  qurulmasına

yönəldilmişdir.  Azərbaycanın  coğrafi  vəziyyəti,  sosial-siyasi

səyləri,  tarixi-mədəni

ənənələrindən  doğan  transregional

xüsusiyyətləri müstəqil Azərbaycan Respublikasının gələcəkdə

daha  da  inkişaf  edəcəyinə və möhkəmlənəcəyinə hər  cür əsas

verir.  Bu  da,  heç  şübhəsiz,  onun  daxili  və xarici  mədəniyyət

siyasətinin inkişafına böyük təkan verəcəkdir (139).

Müasir  Azərbaycanın  mədəniyyət  siyasəti,  hər  şeydən

əvvəl, öz tarixinin son on yeddi ilini müstəqillik bayrağı altında

yaşayan  bir  ölkənin  siyasətidir.  Siyasi  rejimin  dövlət

quruculuğu, 

iqtisadiyyat 

sosial 



sahələrdə

köklü


dəyişikliklərə səbəb  olan  transformasiyası  mədəni  prossesin

məzmununa və dinamikasına bilavasitə təsir göstərmişdir. Eyni

zamanda,  həyat  gerçəkliyinin  spesifik  inikas  forması  olan  və

düşüncənin, psixologiyanın, sosial şüurun dərin qatlarına nüfuz

edən  mədəniyyətdə baş  verən  dəyişikliklər  digər  sahələrdəki

kimi  heç  də sürətli  və aşkar  şəkildə olmamışdır.  Son  illərdə

ölkənin  mədəni  həyatında  baş  verən  prosseslər  üçün  “sovet”

keçmişindən  “postsovet”  indisinə

nisbətən  hamar  keçid

xarakterikdir. 

Şərti 

olaraq 


bu 

prossesi 

mədəniyyətdə

“məxməri”  inqilab  adlandırmaq  olar,  çünki  baş  verənlərin

tempi,  metodları  və xarakteri  “dəyişiklik  naminə dəyişikliyə”

deyil,  yeni  reallığın  tədricən  mənimsənilməsinə yönəlmişdir.

Qeyd  etmək  lazımdır  ki,  siyasi,  iqtisadi,  hüquq-mühafizə və

təhsil  sahələrindən  fərqli  olaraq  mədəniyyət  rəsmən  islahatlar

sahəsi  elan  edilməmişdi  və bunun  da  nəticəsi  olaraq  dövlət

tərəfindən 

verilən

əlavə


güzəştlərdən 

beynəlxalq




________Milli Kitabxana________

70

təşkilatların  maliyyə yardımından  məhrum  qalmışdı.  Ancaq



burada 

həm 


aşağı, 

həm 


yuxarı 


səviyyədə

dəyişiklər deklarativ bəyanatlar olmadan baş vermişdir (139).

Bəs  bu  dəyişiklərin  məğzi  nədən  ibarətdir?  Onların  həyata

keçirilməsi  mexanizmləri  hansılardır?  Bu  dəyişikliklərin

gerçəkləşməsinə cəmiyyətin hansı təbəqələri cəlb olunmuşdur?

Azərbaycanın müasir mərhələdə mədəniyyət siyasətini araşdır-

maq  istəyən  hər  kəs  istər-istəməz  bütün  bu,  eləcə də digər

suallara  cavab  tapmaq  məcburiyyətindədir.  Çox  güman  ki,

əvvəlki  illərin  süst  düşüncəsindən  tədricən  azad  olan

cəmiyyətin öz şüurunda baş verən dəyişiklikləri son on ilin ən

başlıca  nailiyyəti  adlandırmaq  olar.  Azərbaycanda  yeni  mədə-

niyyət siyasəti yuxarıların təşəbbüsü ilə deyil, real həyatda baş

verən prosseslərin inikası kimi formalaşmışdır. Müasir dövrün

çox  sürətlə dəyişən  sosial  mədəni konteksti,  qloballaşma

prosseslərinin  güclənməsi,  mədəniyyət  sahəsində prioritetlərin

yenidən  bölüşdürülməsi,  kütləvi  mədəniyyətin  və mədəniyyət

industriyasının  ümumi  mədəni  həyat  panoramına  müdaxiləsi,

bədii  irsin  qorunub  saxlanması  və yeni  nəsillərə ötürülməsi

sahəsində kommunikativ  partlayış  və nəhayət  mədəniyyətin

labüd  inkişaf  amili  olduğunun  aydın  dərk  edilməsi,

mədəniyyətin, eləcə də mədəniyyət siyasətinin prinsipal şəkildə

yeni  dərki  üçün  zəmin  yaratdı.  Bununla  yanaşı,  nəzərə almaq

lazımdır  ki,  real  mədəniyyət  siyasəti  özünə ağ  kağız  üzərində

hansısa  ideal  bir  layihə yarada  bilməz.  Bu  layihədə keçid

dövrünün  bütün  çətinlikləri  və ziddiyyətləri, əvvəlki  və indiki

zamanın bütün reallıqları nəzərə alınmalıdır (139).

Mədəniyyəti  idarə etmək  mümkündürmü?  Mədəniyyətlə

dövlətin birgə mövcud olduğu uzun əsrlər boyu bu sual nəinki

öz  aktuallığını  itirməmiş,  inkişaf  etməkdə olan  vətəndaş

cəmiyyəti şəraitində həm də yeni məna kəsb etmişdir. Bu  gün

mədəniyyətin  komanda-inzibatçılıq  metodundan  imtina  edil-

məklə idarə olunması,  bu  sahənin  hüquqi  və maliyyə təmina-

tının  həyata  keçirilməsi,  onun  strateji  inkişaf  xəttinin  işlənib



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə