Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə19/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   15   16   17   18   19   20   21   22   ...   145

________Milli Kitabxana________

59

Dövlətin mədəniyyət siyasətinin



prioritetləri və məqsədləri

(mənəvii dəyərlər kontekstındə)

Qeyd etmək lazımdır ki, mədəniyyət siyasəti anlayıvşı həm

Azərbaycanda,  həm  də,  ümumiyyətlə bütün  dünyada  nisbətən

yeni  anlayışdır.  Mədəniyyət  siyasətinin  bir  elm  kimi əsasını

qoyanlardan  biri  Fransanın

əfsanəvi  mədəniyyət  naziri,

istedadlı fransız yazıçısı Andre Malro olmuşdur. XX əsrin 60-

cı  illərinin  fransız  cəmiyyətində mədəniyyət  haqqında  yeni

anlayışın,  onun  inkişafının  strategiyasının,  cəmiyyətdə yeni

rolunun formalaşdırılması ona nəsib olmuşdur. Şübhəsiz ki, bu

ideyalar  cəmiyyətin  özünün  belə dəyişikliklərə həvəsini,

hazırlığını və istəyini əks etdirirdi (7, s.59).

İnsan inkişafının və dövlət quruculuğunun potensial imkan-

larının  həyata  keçirilməsi,  təşkilati,  maliyyə və dünyagörüşü

xarakterli  obyektiv  və subyektiv  çətinliklərlə bağlıdır.  Postso-

vet məkanının digər ölkələri kimi Azərbaycan Respublikasının

da  qarşısında  ideoloji  yenidənqurma  və mədəni  yeniliklər,

təhsil,  elm,  səhiyyə şəbəkələrinin,  ekoloji  strukturun  optimal-

laşdırılması, dövlətin texnoloji rəqabətə davamlılığının təminatı

və əhalinin  həyat  təsnifatı  sistemlərinin  effektivliyinin  artırıl-

ması  ilə əlaqədar  bir  sıra  mürəkkəb  məsələlərin  həlli  durur.

Ancaq  bu  gün  tək  təbii-milli  irsiyyət,  qan  və gen  yaddaşı  da

kifayət etmir. Texniki tərəqqi, tətbiqi kibernetika, fono və foto

cəbbəxanası  zəka  yaddaşı  kimi  obrazlı  yaddaşın  da  köməyinə

gəlir. Mədəniyyət, xüsusilə ədəbiyyat-folklor münasibətlərində

müasir dövrü daha belə cəbbəxanasız təsəvvürə gətirmək müm-

kün olmur (60, s.84-85).

Struktur  sosial,  regional  və fərdi  ölçüləri  də,  mədəni

inkişafın  qeyri-müntəzəmliyini  də çətinilklərə aid  etmək  olar.

Bu  özünü  həm  də tam  bir  sistem kimi  baxılan  mədəniyyətin

ayrı-ayrı sahələrinin bərabərsizliyində, əhalinin elitar və kütləvi

mədəniyyətinin  inkişafındakı  ciddi  daxili  dispropasiyalarda,




________Milli Kitabxana________

60

inkişaf  mədəniyyəti  kimi  mədəniyyət  nailiyyətlərindən  istifa-



dədə,  gender  bərabərhüquqluğunun  olmamasında,  ölkənin

müxtəlif  regionlarının  qeyri-bərabər  mədəni  inkişafında  da

özünü  göstərir.  Bu  isə,  mədəniyyətin  sosial  institutlarının

inkişafı prioritetlərinin seçimi məsələsini günün vacib problem-

ləri  sırasına  çıxarır.  Sadalanan  məsələlərin  müvəffəqiyyətli

həlli, mədəniyyət və mədəniyyət siyasəti sahəsində zamanın tə-

ləblərinə cavab  verən  yenilikçi  islahatların  keçirilməsinə yar-

dımçı  olan  model  və proqramların  tərtibini  və həyata  keçiril-

məsini  təkidlə tələb  edir.  Belə proqramların  yaradılması  üçün

ruhi mədəniyyətin yüksək missiyasının yeni görünüşü və onun

insanın,  sosial  sahənin  və dövlətin  inkişafında  yenilikçi

dəyişdirici  rolunun  imkanlarını  açan  problemlərin  kulturoloji

təhlili lazımdır.

Adətən,  cəmiyyətdə baş  verən  qlobal  sosial  və ideoloji

hadisələr  miqyasca  ona  tay,  bərabər ədəbi  təlatüm  və dalğada

əks-səda  tapır.  Bu  gün  bədii-ədəbi  ideoloji  həyatda  miqyas  və

əhatəcə məhz  belə bir  dalğadan  xəbər  verir.  Şübhə etmirik  ki,

bizim  Azərbaycan  ziyalıları  bu  yeni  mərhələni  həyatda  da,

sənətədə də yaradanların ön xəttində, ilk cərgəsində olacaqdır.

Məhz  həmin  mərhələyə,  tarixi  dönüş  və çıxış  nöqtəsi  kimi

nəzəri vəzifəmizi qısa şəkildə belə formula etmək olar. Müasir

cəmiyyət, hər şeydən əvvəl, özünü dərk etməlidir. Hər sahədə,

o  cümlədən ədəbi-bədii,  humanitar  fikirdə axtarış  vüsəti,

ideyalar  yarışı,  düşüncə və fikir  cəsarəti,  sərbəst  polemik

meydan bunun üçün ən yaxşı təminatdır.

Yeni təfəkkür, tam həqiqət, aşkarlıq, demokratiya – ideoloji

və mənəvi fəaliyyətin bütün sahələrində eyni dərəcədə vacib və

əhəmiyyətli  amillərdir.  Lakin  onların  həm  pozitiv,  həm  də

neqativ  təzahürü  özünü  humanitar  sahədə ikiqat  kəskinliklə

göstərir.  Yaxın  tarixi  keçmişin  bütün  sərt,  acı  təcrübəsi  ilə

aşkarlanan və nəzəri fikirdə də artıq etiraf olunan ibrətli əxlaqi

dərs,  fəlsəfi  qənaət,  bizcə odur  ki,  indi  heç  bir  şey  cəmiyyətə

məhz  yanlış  ideoloji  təlim,  saxta  nəzəriyyə,  süni  siyasi



________Milli Kitabxana________

61

konsepsiya qədər böyük zərər vurmur. O, şəxsiyyət və istedad



itkilərinə, mənəvi dəyərin, əxlaqi sərvətlərin tələfatına, fərdi və

ictimai  vicdanla  durğunluğa  gətirib  çıxarır.  Deməli,  bütün  bu

hallarda  məhz  humanist,  humanitar  meyarlar  və prinsiplər

əməli şəkildə özünü göstərir.

Milli  mədəniyyət  milli  siyasətin əsaslandığı,  istinad  etdiyi

başlıca istiqamətlərdən biridir. Çünki o, digər sahələrə nisbətən

milli psixologiyanı daha dolğun, dürüst və obyektiv əks etdirir.

Postsovet  cəmiyyətlərinin  xüsusiyyəti  ondan  ibarətdir  ki,

onların  mədəniyyəti  özündə müxtəlif  mədəniyyətlərin  çoxlu

tipini  cəmləşdirən  çoxkomponentli  sistemdir.  Bunlara  totalitar

sovet, avtoritar-feodal, sosialist, demokratik, oliqarxik, monar-

xik,  elita-aristokrativ, adi-kütləvi, ənənəvi xalq və etnik tipləri

aid  etmək  olar.  Bununla  yanaşı  hər  bir  müasir  cəmiyyətdə

vəhşilik  və barbarlıq  dövrü  mədəniyyətlərinin  fəsadlarına  rast

gəlinir.  Bu  şəraitdə dövlətin  mədəniyyət  siyasətinin  çox  da

asan  olmayan  vəzifələri  bu  mədəniyyətlərin  vahid  milli

mdəniyyət  çərçivəsində tənzim  edilməsi  və harmonikləş-

dirilməsi,  cəmiyyətdə demokratik  mədəniyyət  dəyərlərinin

tədricən bərqərar olmasına yönəldilməsidir. Əsas məsələlərdən

biri “yüksək” mədəniyyətə – elmi biliklərə, peşə bacarıqlarına,

mütəşəkkilliyə və mənəviyyata malik sosial-aktiv insan şəxsiy-

yətinin formalaşdırılması üçün zəruri şəraitin yaradılmasıdır.

Keçid  dövrü  Azərbaycanda  yeni  mədəniyyət  siyasətinin

həyata  keçirilməsini  tələb  edirdi  ki,  bu  da  sovet  tipli  avtoritar

mədəniyyətdən  demokratiyanın  siyasi  sistem  kimi  təşəkkül

tapması üçün etik-normativ əsas olan demokratik mədəniyyətə

keçidi  təmin  edirdi.  Mədəniyyətin  demokratiya  prinsip  və

dəyərlərinə əsaslanan  yeni  sosial  tipini  formalaşdıraraq  bu  cür

siyasət  insanın  daxilən  dəyişilməsi,  sosial  inkişaf,  dövlət

quruculuğu və beynəlxalq münasibətəlrin mühüm problemləri-

nin  həllini təmin edəcəkdi.  İntellektual inkişaf,  azadlıq və etik

tərbiyə prioritetlərinə yönəldilmiş  demokratik  mədəniyyət

siyasəti  Azərbaycan  mədəniyyətinin  sosial  dinamikasında



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə