Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə17/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   13   14   15   16   17   18   19   20   ...   145

________Milli Kitabxana________

53

binalar,  tikililər, əşyalar,  tarix  və mədəniyyət  baxımından



unikal ərazilər  və obyektlər  mədəniyyət  sərvətləridir”  (77,  18

aprel  1998-ci  il,  №  86).  Bu  Qanuna əsasən  Azərbaycan

Respublikasının  mədəniyyət  sahəsində dövlət  siyasətinin əsas

prinsipləri bunlardır: sosial və maddi vəziyyətindən, milli, irqi,

dini  və cinsi  mənsubiyyətindən  asılı  olmayaraq  hər  kəsin

mədəniyyət  sərvətlərinin  yaradılmasında,  istifadəsində və

yayılmasında  hüquq  bərabərliyi; hər  kəsin  istedadının, əqli

imkanlarının  üzə çıxarılmasının  və yaradıcılıq  azadlığının

təmin edilməsi; milli mədəniyyətin bəşər mədəniyyətinin tərkib

hissəsi kimi inkişaf etdirilməsi. Bu Qanuna əsasən Azərbaycan

Respublikasının  mədəniyyət  sahəsində

dövlət  siyasətinin

vəzifələri  bunlardır:  mədəni  həyat  tərzinin  formalaşdırılması;

milli və dünya mədəniyyəti sərvətlərinə qovuşmağa yönəldilən

təhsil  sisteminin  inkişaf  etdirilməsi;  mədəniyyət  sahəsində

inhisara  yol  verilməməsi;  dövlət  mədəniyyət  sisteminin

müxtəlif  mənbəələrdən    maliyyələşdirilməsinin  uzlaşdırılması;

yaradıcılıq  fəaliyyətinin  bütün  sahələr  üzrə yüksəlişi  üçün

şərait  yaranmasına  kömək  etmək  məqsədi  ilə

ictimai


müzakirələrin  müxtəlif  formalarından,  ekspertiza  müsabiqələr-

dən  istifadə etməklə mədəniyyətin  inkişaf  istiqamətlərinin

hazırlanması;  mədəniyyət  sərvətlərinin  qorunması  və artırıl-

ması;  Azərbaycan  Respublikasının  mədəniyyət  potensialının

inkişafına, 

mühafizəsinə

ondan 


hərtərəfli 

istifadə


olunmasına,  mədəniyyət  sahəsində geniş  miqyaslı  beynəlxalq

əməkdaşlığa  şərait  yaradılması;  dövlət  mədəniyyət  sisteminin

elmi  və mütərəqqi  metodlarla  idarəçiliyinin  təmin  edilməsi;

tarix  və mədəniyyət  abidələrinin  qeydiyyata  alınması,  qorun-

ması  və

bərpası  üçün  müvafiq  tədbirlərin  görülməsi;

mədəniyyətin  inkişafına  dair  milli  proqramların  hazırlanması

və həyata  keçirilməsi,  beynəlxalq  proqramların  hazırlanma-

sında  iştirak  edilməsi;  görkəmli  mədəniyyət  xadimlərinin

xatirəsinin əbədiləşdirilməsi  üçün  tədbirlər  görülməsi;  mədə-

niyyətin  inkişafı  fondlarının  yaradılmasının  təmin  edilməsi;



________Milli Kitabxana________

54

Azərbaycan  Respublikasında  milli  mədəniyyətin  tərəqqisi  və



müvafiq dünya mədəniyyəti ilə inteqrasiyasını, milli ənənələrin

dirçəldilməsi  və

inkişafını,

əhalinin  mənəvi  təlabatının

ödənilməsini  təmin  edən  mədəniyyət əsərlərinin  yaradılması

üçün  həvəsləndirici  tədbirlərin  görülməsi;  mədəniyyət  və

incəsənətin nailiyyətlərindən istifadə edilməsində vətəndaşların

Konstitusiya  hüquqlarının, əhalinin  zəngin  milli  və dünya

mədəniyyəti  sahələrindən  faydalanmasının  təmin  edilməsi;

mədəniyyət  təsisatlarının  normal  fəaliyyətinin,  onlarn  maliy-

yələşdirilməsinin  və maddi-texniki  bazasının  möhkəmləndiril-

məsinin  təmin  edilməsi;  mədəniyyətin  ixtisaslı  kadrlara  olan

ehtiyacının təmin edilməsi.

Mədəniyyət  haqqında  Qanun  özündə Avropa  Şurasının

humanist  prinsiplərini  də əks  etdirir  (barada  Avropa konven-

siyasının əsas  müddəaları  nəzərə alınıb).  Qanun  dövlətin  və

bütövlükdə cəmiyyətin  maraqlarının  müdafiə edilməsi  baxı-

mından  mədəniyyət  sahəsində konkret  hüquqi  münasibətlər

qrupunu  tənzimləyən  normaları əks  etdirir.  Qanunda  vətəndaş

cəmiyyətinin  tələblərinə cavab  verən  müddəaların  nəzərdə

tutulması  müsbət əhəmiyyətə malikdir.  Bunlara  mədəniyyətlə

və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqları

və azadlığının  müdafiəsi,  mədəniyyət  təşkilatlarının  yaradıl-

ması  və onların  inkişafına  kömək,  mədəni  fəaliyyətə dövlətin

müdaxiləsinin  məhdudlaşdırılması,  mədəniyyət  sahəsində

inhisarçılığın  qadağan  edilməsi  aiddir.  IX  fəsil,  51  maddədən

ibarət olan Qanunda ölkənin sosial-mədəni inkişafı üçün  yaxşı

əsaslar qoyulmuşdur.

Azərbaycanda  mədəniyyət strategiyalarının  inkişafına  dair

hesabat  və məruzələrindən  öyrənirik  ki,  Azərbaycanda  mədə-

niyyət  siyasətinin  ümumi  strateji  məqsədləri  çox  yığcam

şəkildə ifadə olunmuşdur: keçmişin mühafizə edilməsi, indinin

dəstəklənməsi və inkişaf etdirilməsi; gələcəyin təmin edilməsi.

Bu məqsədlərin həyata keçirilməsi üçün Azərbaycan Respubli-

kası Mədəniyyət və Turizm Nazirliyi çox vacib bir işə – ölkədə



________Milli Kitabxana________

55

mədəniyyət  siyasətinin  ümumi  mənzərəsini  cızmağa  cəhd



göstərmişdir. Bu, mədəniyyət sahəsində islahatların dərk olun-

ması və həyata keçirilməsi yolunda ilk mühüm addımdır (139).

Beynəlxalq  ekspertlərin  fikrincə isə,  bütövlükdə mədəniy-

yət sektoru ilə bağlı hökumətin üzərində düşünməli olduğu bir

sıra  məsələlər  mövcuddur  və Mədəniyyət  və Turizm  Nazirliyi

onların  həllində strateji  lider  rolunu  oynamalıdır:  islahatlar  və

mədəniyyət  sahəsində qanunvericiliyin  həyata  keçirilməsi;

informasiyalar,  treninqlər  və misallar  (müsbət  təcrübə və im-

kanları  göstərən)  vasitəsilə köhnə münasibətlərin  dəyişdiril-

məsi;  müxtəlif  sektorların  və xadimlərin  niyyət  və arzularına

diqqətlə yanaşılması; milli əhəmiyyətə malik layihə və müəssi-

sələrin  zəruri  dərəcədə maliyyələşdirilməsi  və dəstəklənməsi;

yaradıcılığın və iştirakın təşkil edilməsi; gənclər üçün siyasətin

təmin edilməsi; mədəni çoxçeşidliliyin təşviq olunması. “Bütün

bu  vəzifələr  2001-ci  ilin  sonlarında  işlənib  hazırlanan  5  illik

strateji  planda – “Azərbaycan  mədəniyyətinin  inkişafına  dair

dövlət  proqramında”  da  nəzərdə tutulmuşdur  və bu  proqram

nazirliyinin, əslində Milli  Məruzəyə islahatlar  prosesinin

birinci mərhələsi kimi baxdığını bir daha nümayiş etdirir. Digər

Avropa  ölkələrində uğurla  sınaqdan  çıxan  və nisbətən  yaxın

dövrlərin  məhsulu  olan  mədəniyyəti  müdafiə

təşəbbüsü

inkişafın digər sahələri üçün mədəniyyət və incəsənətin ehtiyac

və üstünlüklərinə diqqətin  artırılmasını  və mədəniyyətin

inkişafı  naminə,  onun  digər  planlara  daxil  edilməsi  yolu  ilə

müxtəlif  hökumət  orqanları  arasında,  habelə işgüzar  dairələrlə

sıx əməkdaşlıq  yaradılmasını  nəzərdə tutur.  Bu,  dövlət

siyasətinin hər bir aspektini  yaxşılaşdıran, eyni zamanda digər

maraqlı  amillərə dəstək  gətirən ən  yaxşı  inteqrasiya  fəaliyyəti

strategiyalarına  aparıb  çıxarır.  Artıq  Azərbaycanda  inteq-

rə edilmiş layihələrə aid bir neçə bu cür uğurlu təcrübə nümu-

nəsi  vardır,  lakin  onlar  hələ strategiya  olmaqdan  çox  uzaqdır.

Mədəniyyət  sahəsində treninq  təlimçiləri  üçün  strategiya  da

qısa  və orta  müddətli  inkişafın əsas  məsələlərindən  biridir.




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə