Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə14/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   10   11   12   13   14   15   16   17   ...   145

________Milli Kitabxana________

43

mədəniyyətləri  zənginləşdirmək,  onu  bəşər  mədəniyyətinin



ayrılmaz tərkib hissəsinə çevirmək olar.

Mədəniyyət  siyasəti  mədəniyyətin  inkişafında  böyük  rol

oynayır,  çünki  mədəniyyət  siyasi  amillərdən,  dövlətin  mədəni

inkişafına  təkan  verən  və ya  tormozlayan  siyasi  sistemindən

asılıdır (18, s.28-29).

Türkiyə Cümhuriyyətinin  beşillik  inkişaf  planı  ilə bağlı

xüsusi ixtisas  komissiyasının  hesabatında  göstərilir  ki,  iqtisadi

və sosial  inkişaf  fəaliyyətləri  iqtisadi  olduğu  qədər  bəşəri

mülahizələrlə

yönləndirilmə



məcburiyyətindədir.  Bu

səbəbdəndir  ki,  mədəniyyət  məsələlərilə bağlı  fəaliyyətlər

təlim-tərbiyə ilə əlaqəsini  davam  etdirməklə bərabər  özəl  bir

xarakter və hədəflər mənzuməsi halını almışdır.

Millətlərarası bir  quruluş  olan  YUNESKO-da  ittifaqla

qəbul edilən tarifə görə mədəniyyət, bir insan cəmiyyətinin öz

tarixi  təkamülü  xüsusunda  sahib  olduğu  şüur  deməkdir.  Bu

insan cəmiyyəti bur tarixi təkamül şüuruna aid mövcudiyyətini

davam etdirmə əzmini göstərir və inkişafını təmin edir.

Ölkəmizin  çox  yaxın  keçmişdə qarşılaşdığı  böhranın

təməlində sosial  və mədəni  dəyərlər  etibarilə yaradılan  çox

ciddi  bir  qərarsız  və tutarsız  dəyərlərin  gənclərimizin  zehninə

nəqş  edilə bilmiş  olaması  durur.  Ancaq  bu  yollardır  ki,  ölkəni

bölmə cəhdləri  inkişaf  edə bilmiş,  öz  dövlətinə və insanına

qruplar  ortaya  çıxa  bilmişlər.  Və yenə bu  yolla  çalışma  və

istehsal qarətlərinə səd çəkilə bilmiş, iqtisadi və sosial sabitlik

bərabərcə pozulmuşdur (109, s.XXII).

Türkiyənin  beşillik  inkişaf  planı  ilə bağlı  xüsusi  ixtisas

komissiyasına  göndərdiyi  məktubunda  Turqut  Özal  yazırdı:

“Bu  gün  cəmiyyəti  gücləndirməyə yönəldilmiş  bütün  səylər,

müdaxilə edilə bilir  maddi  ünsürlərə olduğu  qədər  bəşəri

ünsürlərə də yönəlmək  məcburiyyətindədir.  İnkişaf  sadəcə

kapital deyil, insan ünsürünə də dayandırıldığı zaman bütünlük

ərzedən  və ulaşılabilir  bir  hədəf  halını  almaqdadır.  Xarici

dünyaya  açılan  ölkəmiz,  ölkə xaricində yaşayan  yüz  minlərcə



________Milli Kitabxana________

44

vətəndaşlarımızla  birlikdə dəyərləndirilirsə,  xarici  təsirlərə



ancaq  öz  mədəni  dəyərlərinə sahib  çıxaraq,  milli  xarakterilə

müqavimət  edəcək,  birlik  və bərabərliyini  qoruya  biləcəkdir.

Dövlət  iqtisadi  və sosial  inkişafın  kəmiyyəti  ilə olduğu  qədər

keyfiyyəti ilə də maraqlanmaq məcburiyyətindədir. Bu mənada

dövlətin  mədəniyyət  fəaliyyətlərini  tənzimləməsi,  cəmiyyətin

maddi rifahı ilə mənəvi mirası arasında ahəngli bir bütünləşmə-

ni təmin etmək və inkişaf yoluyla əldə edilən inkişafı nəticədə

insanlarımız  üçün  bir  daxili  zənginliyin  qaynağı  halına

gətirmək  hədəfinə yönəldilmiş  olmalıdır.  Bu  səbəblə iqtisadi

inkişaf  səylərimizi  geniş  bir  proqram  çərçivəsində davam

etdirirkən,  insan  ünsürünə və millətimizin  tarixindən  süzülüb

gələn  mənəvi  mirasına  da əyilmək  zorundayıq.  Milli  xarakter

və dəyərlərimiz inkişaf səylərinin həm başlıca dayanağı həm də

hədəfi olmaq məcburiyyətindədir (109, s.XXIII).

Dünya  və

Azərbaycan  elmi  fikrindən  gətirdiyimiz

nümunəlrdən  də göründüyü  kimi  mədəniyyət  anlayışı  həm

geniş,  həm  də çərçivələnmiş  mənalarda  tərif  edilməkdədir.

Eləcə də “Mədəniyyətin  siyasəti”,  “siyasi  mədəniyyət  və

“mədəniyyət  siyasəti  anlayışlarını  bir-birindən  fərqləndirmək

lazımdır.  Akademik  Fuad  Qasımzadənin  yazdığı  məqalədə bu

barədə deyilir:  “XX əsrin  italyan  filosofu  Norbert  Babbionun

(1909-cu  ildə anadan  olmuş, əsərləri əsasən əsrin  ortalarında

Turində nəşr olunmuşdur) yaradıcılığı baxımından bu vacibdir.

Liberalizm 

tərəfdarı 

olan 

Babbio 


siyasi 

mübarizəni

gücləndirməyi,  kəskinləşdirməyi  ziyalıların  vəzifəsi  sayırdı.

Ziyalıların  siyasi  fəaliyyətini  o,  “mədəniyyətin  siyasəti  hesab

edirdi  və onu  mədəni  siyasətə qarşı  qoyurdu.  Bu  partiyaların

mənafeyinə uyğun gəlir (61, s.74).

Digər  tədqiqatlarda  isə “siyasi  mədəniyyət”  anlayışının

elmə ilk dəfə Q.Almond və S.Veberin  gətirdikləri qeyd edilir.

Hər  iki  alimin  apardıqları  araşdırmaların  məqsədi  fərdin  və

cəmiyyətin  siyasi  sistemi  daxilində oynadığı  rolun,  eləcə də

Qərb  siyasi  həyat  tərzinin  mahiyyətini  təşkil  edən  demokrati-



________Milli Kitabxana________

45

yanın  mədəni  özüllərini  müəyyənləşdirmək  olub.  S.Veberin



sosioloji görüşlərinə əsaslanan Q.Almond belə hesab edirdi ki,

siyasi mədəniyyətin xarakteri siyasi quruluşla müəyyən olunur

və onun  strukturu  sistemdə fərdin  siyasi  fəaliyyət  formaları,

davranışları  və inamlarından  ibarətdir.  Q.Almondun  həmkarı

S.Veberin  irəli  sürdüyü  tezisə əsasən  siyasi  mədəniyyət  fərdin

siyasi sistemi bütövlükdə psixoloji planda dərk etməsidir.

Böyükağa  Qubatoğlunun  fikrinə əsasən  siyasi  mədəniyyət

şəxsiyyətin mühüm diqqəti cəlb edən keyfiyyətidir. O, ideya və

siyasi  şüurla  sıx  surətdə bağlıdır.  Bunlar  isə dünyagörüşün

mühüm  cəhətləri  və siyasi mədəniyyətin  nüvəsidir.  Buna  görə

də siyasi  şüurun,  siyasi  təfəkkürün  və daxili  mədəniyyətin

inkişafı  olmadan  siyasi  mədəniyyətin  varlığından  söhbət  ola

bilməz.  Siyasi  şüur  və siyasi  mədəniyətin  yüksəlməsi,  cəmiy-

yətdə buna  uyğun  demokratik  dəyərlərin  qəbulu  demokratik

rejimin yaradılması üçün sosial zəmin hazırlayır(65, s.66-68).



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə