Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə12/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   8   9   10   11   12   13   14   15   ...   145

________Milli Kitabxana________

37

Fransız  sosioloqu  Emil  Dürkheym  duyğunu  (kültürü),



düşüncəni  (mədəniyyəti)  toplum  yaradır  fikrini  irəli  sürür  və

toplumda  kollektiv  şüuran  rolunu  qeyd  edir,  iş  bölümünü

(əmək bölgüsünü) solsial həmrəyliyin əsası sayırdı. Bununla da

O,  tarixi  materializmin  iqtisadi  modelini  arxa  plana  keçirirdi.

“Milli  iqtisadiyyatımız  ancaq  iqtisadi  gerçəkliyimizi  tədqiq

etdikdən sonra iqtisadi hadisələrmdən normal və xəstə olanları

ayırd  edə biləcək  və ancaq  o  zaman  iqtisadi  xəstəliklərimizin

müalicəsi üçün arayış və ya resept verə biləcəkdi (41, s. 70)”.

E.Dürkheym daha bir yazısında qeyd edirdi ki, milli iqtisad

elmi hər yerdə milli ülkudən öncə deyil, sonra doğur.

Millətimizin  mənəvi-əxlaqi  dəyərləri  ilə bağlı,  bütövlükdə

mənəvi  mədəniyyəti  dastanlarımız,  nağıl  və folklorumuz,

miflər, əfsanələr,  dini  inanaclar,  eləcə də əxlaq  hüquq  texnika

və iqtisadiyyatla  bağlı  qaydaların,  elm  və fəlsəfə ilə bağlı

görüşlərin hər biri kollktiv təsəvvürlərdir. Dini inamın – etiqa-

dın  və nəzəriyyənin  ziddi  sayılan  ayinlər  və praktiki  fəaliyyət

də öncə ağılda təsəvvür olunub sonra həyata keçilirdikləri üçün

əslində hər biri kollektiv (ortaq) təsəvvürlərdir. İçtimi kollektiv

təsəvvürlər çoşqün böhranlar əsasında çox şiddətli həyacanlara

bölünərək  son  dərəcə böyük  qüdrət  və gücə malik  olurlar.

İçtimai  təsəvvürlərin  bu  durumuna  ülkü    məfkurə adı  verilir.

İçtimai  təsəvvürlər  gerçək  (əsl)  ülkü  halını  aldıqdan  sonra

həqiqi inqilabların səbəbi olurlar (41, s. 67).

Məsələn,  XVIII əsrdən  XX əsrə qədər  xalqımızın  dövlət-

çilik ənənələrinin əvvəlcə xanlıqlar, sonra isə imperiyalar tərə-

findən bölüşdürülməsi azərbaycançılıq məfkurəsini yaratdı.

XIX əsr Azərbaycan marifçiliyi bu məfkürənin təsiri altın-

da  fəaliyətə başladı.  Bu  haqda  professor  N.Şəmsizadə yazır:

“Azərbaycan maarifçiliyi Abbasqulu Ağa Bakıxanov simasında

maarifçi  mütləqiyyət  simasında  meydana  atılır  və Axundov

nümunəsində respublikaçı  baxışlara qədər tarixi bir inkişaf yo-

lu  keçir”.  H.  Zərdabi,  H.  Z.  Tağıyev, Ə.  Hüseynzadə, Ə.Ağa-

yev, Ə.Topçubaşov,  M.Ə.Rəsulzadə,  C.Məmmədquluzadə,



________Milli Kitabxana________

38

Ü.Hacıbəyov,  M.Ə.Sabir  və H.Cavid  kimi  şəxsiyyətlərin  və



onların  başçılıq  etdiyi ədəbi-tarixi  cərəyanların  fəaliyyəti

sahəsində XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda

milli ideologiya formalaşdı və tarixdə ilk dəfə 1918-ci ildə mil-

li  dövlətin,  Azərbaycan  Demokratik  Cumhuriyyəti  yaranması

ilə nəticələndi.  Özündə türkçülük,  islamçılıq  və qərb  dəyərlə-

rini birləşdirən həmn ideologiya azərbaycançılıq idi (98, s. 38).

İnsan  üçün  mənəviyyat – mənəvi  quruluş  maddiyyatdan,

maddi  quruluşdan  öncə gəlir.  Normal  bir  insan  hansı  millətin

tərbiyəsini  alıbsa  ancaq  onun  ülküsü – idealı  uğrunda  çalışa

bilər.  Çünki  ülkü – məfkurə (ideya)  yuksək  həyəcan  qaynağı

olduğuna görə onun uğrunda mübarizə aparılır.

Məfkürəçilik  içtimai-siyasi    tələbatlar,  tarixi  təbəddülatlar

dövründə xüsusilə qabarıq şəkil alır ki, Azərbaycanda da 1988-

ci ildən başlayaraq məfkurəçiliyə çiddi tələbat yaranıb.

Xalqımızın  çoxəsrlik  cəmiyyət  təcrübələri,  dini  və əxlaqi

ənənələrindən  nəşət  edən  bu  məfkurəçiliyin  birinci  probleti,

çıxış  nöqtəsi – “özünə dönmək”  (“Bölgə xaqan  kitabəsi”  673-

732-ci illər) kökə qayıdış, başqa sözlə istiqlalçılıqdır. Və yaxud

Nəriman  Nərimanovun  təbirincə desək  “Ümumideala  çatmaq

üçün,  yəni  insaniyyətə xidmət  edmək  üçün  millətə lazımdır

özünü  tanısın.  Bir  milət  özünü  tanımz  isə,  özü  ilə qeyrisinin

fərqini düşünməyə qadir olmaz isə xüsusi məsləki dalınca yeriş

edə bilməz. Bu  yoldda  yeriş etməz isə ümumi müqəddəs məs-

lək  nə olmağın  da  düşünməz.  Tariximizin  bu  günkü  mər-

hələsində işğalçılığın  başlıca  şərti  ittihadçılıq – birlikçilikdir

(98, s. 71)”.

Ümummili  lider  mərhum  Heydər Əliyev  mənəvi  dəyərlə-

rimiz haqqında deyirdi. “Bizim mili-mənəvi dəyərlərimiz əsrlər

boyu  xalqımızın  həyatında.  Yaşayışında  formalaşıbdır.  Milli-

mənəvi dəyərləri olmayan millət, həqiqi xalq ola blməz”. Daha

sonra  isə o  deyirdi:  “Azərbaycan  xalqı  cürbəcür  hökmdarların

əlində olubdur, tarix boyu nə qədər əziyyətlər çəkibdir. Ancaq




________Milli Kitabxana________

39

dilini  də,  öz  mənəvi əxlaqi  mentalitetini  də saxlayıbdır.  Bu



xalqımızın nə qədər dərin kökləri olduğunu göstərir” (151).

Milli  mənəvi  dəyərlərmiz əsrlərdən  bəri  formalaşmış,

xalqın  yaşayışına,  maəişətinə daxil  olunmuşdur.  Azərbaycan

xalqının  mənəvi dərələrini  fərqləndirən,onun  xarakterini  qaba-

rıqlaşdıran əlamətlərindn ibarətdir. Azərbaycan xalqına məxsus

ən başlıca milli-mənəvi keyfiyyətlər bunlardır:

– mərdlik, köməksizə humanistlik;

– sözünəbütövlülük, əliaçıqlılıq, səxavətlilik;

– ailəyə sədaqətlilik və bağlılıq;

– dostluğa möhkəmlik;

– vətənə, torpağa bağlılıq;

– düzlüyə aparan inam və etiqadın müqəddəsliyi;

– abır, həya, ismət və onun qorunması (151).

Bütün  bu  keyfiyyətlər  Azərbaycan  xalqının  milli-mənəvi

dəfərlərinə məxsusdur.  Müasir  şəraitdə Azərbaycan  dövlətinin

əsas vəzifəsi bu dəyərlərin qorunub saxlanması, inkişaf etdiril-

məsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Bunun üçün

də dövlətin  mədəniyyət  siyasəti  mənəvi  dəyərlərin  inkişafına

önəm verməli, bu sahədəki boşluqları aradan qaldırmalıdır.

Mədəniyyətə dair nəzəri konsepsiyaların müхtəlifliyi və bu

sahədə nəzəri  fikir  birliyinin  olmaması  səbəblərindən  biri

mürəkkəb  və çoхcəhətli  fenomenin  elmi  tədqiqinin  obyektiv

çətinliyidir.  “Mədəniyyətin  hər  hansı  traktovkası  tədqiqat

məsələlərinin  spesifikasından  və mədəniyyətin  müхtəlif  fənlər

çərçivəsində nəzərdən keçirilməsinə münasibətdən, bu fənlərdə

təşəkkül tapmış kateqorial aparatdan asılıdır” (101, s.79).

Humanitar  elmlərin  heç  bir  anlayışı  “mədəniyyət”  qədər

müхtəlif  mühakimələrə,  mülahizələrə meydan  açmamış  və bu

qədər  tərifin  yaranmasına  səbəb  olmamışdır. Хüsusilə də

konkret  elmlər  çərçivəsində mədəniyyət  haqqında  bir-birindən

fərqli, çoх müхtəlif təsəvvürlər mövcuddur. Və deyək ki, hətta

bu  gün  mədəniyyətə verilən  heç  bir  müfəssəl  tərif  belə onun

məzmununu 

tam 


aça 

bilmir.


Kulturologiya, 

fəlsəfə,



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə