Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə20/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   16   17   18   19   20   21   22   23   ...   145

________Milli Kitabxana________

62

köklü dəyişikliklərə kömək etməyə, Azərbaycan xalqının yara-



dıcı  potensialını  və onun  insan,  cəmiyyət  və dövlətin  inkişafı

baxımından  istifadə edilməsi  imkanlarını  ölçülməz  dərəcədə

yüksəltməyə xidmət etməlidir (18, s.22-23).

Milli  psixologiya  milli  siyasətin  həm  obyekti,  həm  də

subyektidir.  Milli  siyasət:  milli  psixologiyada  formalaşır  və

milli  psixologiya  vasitəsilə idarəedici  qüvvəyə çevrilir.  Bunun

üçün  milli  siyasət  ilk  növbədə hər  bir  tarixi  dövrdə,  yaxud

konkret  mərhələdə

milli  psixologiyanı  nəzərə

almağa


məcburdur. Hər bir millətin psixologiyası isə ilk növbədə onun

tarixi düşüncə tərzini, adət-ənənələrini, bədii təfəkkürü, etik və

estetik  baxışlarını,  dünyaduyumunu  yüksək  bədii  formalarda,

kompleks şəkildə özündə əks etdirən milli mədəniyyətdə özünü

göstərir.

Milli  siyasətin  milli  mədəniyyətlə əsas  təmas  nöqtəsi

tarixilikdir.  Milli  mədəniyyət  istənilən  tarixi  dövrü,  onun  fakt

və proseslərini,  tarixi  şəxsiyyətləri,  təfəkkür  tərzini,  etik  və

etnoqrafik əlamətlərini, zövqünü bədii forma imkanları ilə mü-

asirlik müstəvisində təqdim edə, bununla da milli siyasət üçün

arsenala çevrilə bilər.

Mədəniyyətdə milliilik  və bəşəriliyin  dialektikası  ifadə

olunur. Ən qiymətli milli sərvət olan istedadla yaradılmış sənət

əsəri  yalnız  bir  millətə yox,  bütün  millətlərə məxsusdur.

Homer,  Firdovsi,  Nizami,  Şekspir,  Bethoven, Bax,  Ü.Hacıbə-

yov,  Mikelancelo  kimi  şəxsiyyətləri  hər  biri  öz  millətinin  və

bütün bəşəriyyətindir.

Milli  siyasət  milli  mədəniyyət  vasitəsilə dünya  siyasətinə

birləşə bilər.  Bu  o  deməkdir  ki,  milli  mədəniyyətə bədiilik

xasdır:  o  təkcə ideyaları  və dünyagörüşünü,  habelə milli

psixologiyanı  yox,  tarixi,  fəlsəfi,  dini əxlaqi  baxışları  özünədə

birləşdirir.  Bütün  bunlarsız  isə milli  siyasəti  təşkil  etmək,  onu

hərəkətə gətirmək qeyri-mümkündür.

Mədəniyyətdə başlıca  yeri  insan  tutur,  o əslində insanın

özünə yaratdığı  bədii  abidədir.  Milli  siyasət  də ilk  növbədə



________Milli Kitabxana________

63

insana,  onun  tarixdəki  rolu  və dünyəvi əlaqələrinin,  həmçinin



müxtəlif millətlərdən olan insanlar arasında real münasibətlərin

tənzimlənməsinə xidmət  edir.  Milli  siyasət  insanları  ictimai

qanunlar, milli mədəniyyət isə gözəllik qanunları ilə idarə edir.

İctimai qanunlar tarixən keçici, gözəllik qanunları isə əbədidir.

Milli  siyasət  cəmiyyətin  ictimai  birliyini,  milli  mədəniyyət  isə

əxlaqi  bütövlüyünü  qorumağa  xidmət  etməlidir.  Azərbaycan

mədəniyyəti  respublikanın  bütün  xalqları  və etnik  qruplarının

bədii sərvətidir. Ona görə də Azərbaycan milli siyasəti və milli

mədəniyyətinin  bir  nömrəli  problemi  azərbaycançılıqdır.  Bu

həm  də milli  siyasət  və mədəniyyətin  ortaq  məxrəci,  birləşmə

nöqtəsidir.  Azərbaycançılıq  həm  milli  siyasətin,  həm  də milli

mədəniyyətin  demokratizmini  təmin  edir.  “Bir  milli  mədəniy-

yətdə iki  mədəniyyət”  şüarı  mədəniyyətdə millətlərin  yox,

sinfilərin mənafeyini ifadə etdiyinə görə, milli mədəniyyətlərin

inkişafını ləngitdi, onu beynəlmiləl mədəniyyət haqqında saxta

ehkamının  məngənəsində saxladı.  Son  70  ildə Azərbaycanda

başqa  mənada  iki  mədəniyyət  mövcud  olub:  kommunist

ideologiyasına xidmət edən sovet mədəniyyəti və xəlqi və milli

ideallar ifadə edən sovet dövrü mədəniyyəti (98, s.77-78).

Mədəniyyətin  demokratikləşdirilməsi – şəxsiyyətin  özünü

realizə etməsi, mədəniyyət nemətlərindən azad istifadə etməsi,

imkanlarının 

genişləndirilməsini, 

habelə


mədəniyyətin

vətəndaş cəmiyyəti və hüquqi dövlətin siyasi dəyərlərinə cavab

verən  yeni dialektik diferensiasiya və inteqrasiya proseslərinin

tənzim  edilməsini  tələb  edir.  Müstəqil  ölkənin  demokratik

mədəniyyətini  liberalizm  dəyərləri  ilə,  Azərbaycan  xalqının

milli  dəyərlərinin  sintezi  yolu  ilə yaratmaq  zəruridir.  Həmin

prosesdə mühüm yeri yeni ümumsosial mədəni dəyərlər və nor-

maların,  demokratik  mədəniyyətin əsasını  təşkil  edən  ideallar,

etika,  təhsil  sistemi,  istehsalat,  ekoloji,  hüquqi  və məişət

normativlərinin,  incəsənət  və maddi  təcəssümlərin  formalaş-

dırılması  vacibdir. Ənənəvi  milli  və yenilikçi  dünya  mədəniy-



________Milli Kitabxana________

64

yətlərinin  fəal  qarşılıqlı  təsiri  Azərbaycan  cəmiyyətinin



mütərəqqi inkişafına hərtərəfli yardımçı olacaqdır.

Müasir  Azərbaycanın  mədəniyyət  siyasəti  mədəniyyətin

təşkili  və idarə edilməsində dərin  struktur  islahatları,  ölkənin

milli-mədəniyyət  quruculuğunda  sosial- mədəni  inkişafın

dünya  təcrübəsinin  məhsuldar  istifadə edilməsini  təmin  etmə-

lidir.  Ölkənin  mədəniyyət  siyasətinin əsas  vəzifəsi  perpektiv-

liliyi  elmi  cəhətdən

əsaslandırılmış  proqramlar əsasında

“mənəvi  istehsal”  sahəsinin  idarə edilməsinin  səmərəliliyini

artırmaqdır.  Bu  zaman  nəzərə almaq  lazımdır  ki,  vətəndaş  cə-

miyyətində təkcə dövlət  deyil,  habelə beynəlxalq  normalara

müvafiq  olaraq  cəmiyyətin  təşkil  və

idarə

edilməsi


məsələlərində milli  hökümətlərlə əməkdaş  kimi  çıxış  edən

qeyri-hökümət  təşkilatları  ilə təmsil  olunan  cəmiyyətlər  də

mədəniyyət siyasətinin subyektidir (18, s.23-24).

Azərbaycanda  mədəniyyət  siyasətinin  formalaşması  üçün

qiymətli  mənbə BMT,  YUNESKO,  Avropa  Şurası  və digər

beynəlxalq təşkilatların fəaliyyət təcrübələri, habelə Yaponiya,

ABŞ,  Rusiya  və digər  dünya  ölkələrinin  sosial-mədəni  inkişaf

təcrübələridir. Bu ölukələrdə təhsilə, elm və incəsənətə “mənə-

vi istehsalın” əsas komponentləri kimi, şəxsiyyət və cəmiyyətin

həyat  təhlükəsizliyinin,  onun  keyfiyyətinin  artılırmasının,

dövlətin  mənəvi  və maddi  rifahının  yüksəlməsinin  təmin

edilməsinə xidmət edən vasitə kimi baxılır.

Mədəniyyətə mənəvi, maddi, intellktual və hissi elementlər

kompleksi  kimi,  yeninin  yaranması  və köhnənin  dəyişməsinin

fasiləsiz  prosesi  kimi  geniş  baxış,  demək  olar  ki,  birinci  dəfə

mədəniyyət  sahəsində siyasət  üzrə ümumdünya  konfransında

(Mondiakult,  Mexiko-Siti,  1982)  qəbul  edilmiş  tərifdə öz

əksini  tapmışdır.  Konfrans,  mədəniyyət  və bəşəri  dəyərlərə

inkişafın əsas  amilləri  kimi  baxılmasının  getdikcə daha  çox

dərk  edilməsini  qeyd  etmişdir.  Bu  konfransın  qərarlarına

əssalanaraq 1986-cı ildə BMT Baş Assambleyası 1988 – 1997-

ci  illərdə BMT və YUNESKO-nun himayəsi altında mədəniy-




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə