Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə18/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   14   15   16   17   18   19   20   21   ...   145

________Milli Kitabxana________

56

Nazirlikdə,  yerli  hakimiyyət  orqanlarında  və mədəniyyət



müəssisələri  səviyyəsində lazımi  sayda  mədəniyyət  meneceri

və inzibatçısı  olmadan  heç  bir  islahat  həyata  keçirilə bilməz.

Bunun  ardınca  isə sektoral  islahat  proqramları,  məsələn,  mu-

zeylər,  kitabxanalar,  teatrlar  üçün  proqramlar  həyata  keçiril-

məlidir” (139).

Belə qənaətdəyik ki, müasir dövrdə Azərbaycan dövlətinin

mədəniyyət  siyasətini,  getdikcə daha  cox  qloballaşan  və həm

də siyasiləşən  dünyanın  siyasi  hadisələrindən  təcrid  edilmiş

şəkildə təhlil  və şərh  etmək  doğru  olmaz.  Və bu  məsələdə

hökmən  siyasi  amillərin  mahiyyətinə və təsiretmə gücünə

diqqət  yetirmək  lazımdır.  Bunun  üçün  də ilk  növbədə siyasi

anlayışların,  o  cümlədən  “siyasət”  məfhumunun  etimoloji  ma-

hiyyətinə açıqlıq  gətirməyə ehtiyac  vardır.  Belə ki,  bu

məfhumla  bağlı  fəlsəfi  lüğətlərdə əsasən  belə qeyd  edilir  ki,

siyasət – siniflər,  millətlər  və digər  sosial  qruplar  arasındakı

münasibətlərlə bağlı, əsas  məqsədi  dövlət  hakimiyyətinin ələ

keçirilməsindən, əldə saxlanılmasından  və istifadə olunmasın-

dan  ibarət  fəaliyyətdir.  Siniflər  arasındakı  münasibətlər  və

deməli,  onların  köklü  mənafelərini  ifadə edən  siyasət  həmin

siniflərin  iqtisadi  vəziyyətindən  irəli  gəlir.  Siyasi  ideyalar  və

onlara uyğun təsisatlar iqtisadi bazis üzərində üstqurumu təşkil

edir.  Lakin  bu  heç  də o  demək  deyildir  ki,  siyasət  guya

iqtisadiyyatın  passiv  nəticəsidir.  Siyasətin  dəyişdirici  qüvvəyə

çevrilməsi  üçün  o,  cəmiyyətin  maddi  həyatının  inkişafı

tələbatını  düzgün əks  etdirməlidir.  Mürtəce  qrupların  siyasəti

cəmiyyətin  irəliyə doğru  inkişafını  ləngidir,  çünki  bu  siyasət

cəmiyyətin  obyektiv  tələbatının  ziddinə aparılır.  İctimai

həyatın  müxtəlif  sahələrinə uyğun  olaraq  siyasət  iqtisadi,

sosial, milli, aqrar siyasəti və sairəyə bölünür (39, s.371).

1985-91-ci  illərdə keçmiş  SSRİ  tarixinə “yenidənqurma  və

aşkarlıq” bir dövrü kimi daxil olmuşdur. Bu dövr Sov. İKP-nin baş

katibi  və SSRİ-nin  birinci  prezidenti  M.S.Qarboçovun  adı  ilə

bağlıdır.  Həmin  dövrdə SSRİ  məkanında  mühüm  hadisələr  baş



________Milli Kitabxana________

57

vermişdir. Sovet İttifaqı və sosialist düşərgəsi dağılmış, kommunist



partiyaların 

monopolyalarına 

son 

qoyulmuş, 



iqtisadiyyat

liberallaşdırılmış, senzura yumşaldılmış, söz azadlığının əlamətləri

üzə çıxmışdır.  Eyni  zamanda  xalqın  maddi  vəziyyəti  pisləşmiş,

planlı  iqtisadiyyat dağılmışdır. Keçmiş sovetlər birliyində birləşən

dövlətlər  müstəqillik əldə etdi,  o  cümlədən  Rusiya  Federasiyası

yaradıldı.  Ayrı-ayrı  ölkələrdə eyni  zamanda  Rusiya  Federasiya-

sında  1993-cü  ildən  ümumxalq  referendum  keçirildi,  Rusiyada

B.N.Yeltsin hakimiyyətə gəldi. Onun dövründə Rusiya Federasiya-

sında  mədəni  situasiyaya  köklü  sürətdə dəyişməyə doğru  getdi.

Xaricdə və sürgündə olan  məşhur  mədəniyyət  xadimləri  geriyə

qayıtdı.  O  cümlədən,  musiqiçilər  M.L.Rostropoviç,  müğənni

Q.Vişnevskaya,  yazıçılar  A.Soljenitsin  və T.Voynoviç,  rəssam

E.Neizvestnı  və başqaları  geriyə qayıtdı.  Lakin  bu  dövrdə

Rusiyadan minlərlə alimlər və mütəxəsssislər o cümlədən, texnika

elmləri  sayəsində tanınmış  mütəxəssislər  vətəni  tərk  etdilər.

Azərbaycandan  da  Avropaya,  Amerikaya,  xüsusilə Türkiyəyə

müəllim  işləmək  üçün  alimlər,  musiqiçilər  və digər  sahələrdəki

mütəxəssislər getmişdir. 1991–94-cü illərdə Rusiyada elmə ayrılan

maliyyə vəsaitinin 80%-ə qədəri ixtisara düşdü. 70-90 min  nəfərə

qədər  31-45  yaşlı  alim  hər  il  xaricə işləməyə getməyə başladı.

Xüsusilə,  gənc  kadırların  artımı  aşağı  düşmüşdü.  Təkcə 1994-cü

ildə ABŞ-a 444 min patent və lisenziyalar satılmışdır. Rusiyada isə

yalnız  4  min  potent  və lisenziyalar  satılmışdır.  Rusiyanın  elmi

potensialı 3 dəfə azalmışdır. Əgər 1980-cı ildə elmlə məşğul olan 3

milyon mütəxəssis çalışırdısa, 1996-ci ildə elmlə məşğul olanlar 1

milyondan az idi (137, s.10).

Eləcə də ötən əsrin  son  onilliyində Azərbaycanda  elmə sərf

olunan  maliyyə xərcləri  özünü  minimal  şəkildə göstərirdi.  Elmi

konfranslarda,  seminarlarda  və s.  tədbirlərdə iştirak  etmək  üçün

xaricdən  dəvət  almış  tanınmış  alimlərin  heç  biri  maliyyə

ucbatından  gedə bilmirdi.  O  zaman  məlum  olurdu  ki,  “beyinlərin

axını”  inkişaf  etmiş  ölkələrdə mümkündür.  Məntiqə görə hansı

ölkədən  alimlər  axını  varsa,  deməli  həmin  ölkə yüksək  elmi  və



________Milli Kitabxana________

58

mənəvi  potensiala  malikdir. Əgər  Avropa  və Amerikada  keçmiş



SSRİ  məkanından  gələn  alimlərə,  mütəxəssislərə ən  yaxşı

laboratoriyalarda  iş  verilirsə bu  onu  sübut  edir  ki,  keçmiş  dövrdə

sovet  elmi  qabaqcıl  mövqelərə malik  olmuşdur.  Rusiyanın  və

keçmiş  SSRİ  məkanındakı  ölkələrin  iqtisadi  böhran  səviyyəsinə

düşməsinə baxmayaraq  onlar  dünyaya  müxtəlif  elm  və texnika

sahələrində yüzlərlə unikal  kəşflər  verə bilər.  XX əsrin  90-cı

illərində mədəniyyətin maliyyələşməsinin azalması saysız-hesabsız

xüsusi  nəşriyyatların  yaranmasına  mane  olmadı.  Keçmiş  SSRİ

məkanında  o  cümlədən  Azərbaycanda  şəxsi  mətbəələr  və

nəşriyyatlar  yarandı.  Vaxtilə qadağan  edilmiş,  xüsusilə Freydin,

Zimmelin, Berdyayevin və s. alimlərin əsərləri çap olundu. Onlarla

ədəbi  jurnallar,  nəşr olunurdu.  Yeni ədəbiyyat müstəqil sahə kimi

yüzlərlə əsərinin  çapını  gücləndirdi.  Dindarların  sayının  artması

çoxsaylı  məscidlərin  tikilməsinə,  müqəddəs  yerlərin  təmir

edilməsinə şərait  yaratdı.  Dini  kitablarla  yanaşı  dini  jurnallar  da

nəşr  olunmağa  başlandı.  Ali  məktəblərin  nəzdində ilahiyyat

fakultələri  yaradıldı.  Çoxsaylı  ilahiyyatçılar müxtəlif  sahələrdə

çalışmağa başladı. Sovet dövründə hətta ağla gəlməyəcək tədbirlər

həyata keçirildi. Əlbəttə 90-cı illərin sonunda qüsurlar olsa da, XX

əsrin sonunda XXI əsrin əvvəllərində mədəniyyət sahəsində sözün

həqiqi mənasında irəliləyiş özünü göstərməyə başladı (50, s.127).



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə