Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə26/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   22   23   24   25   26   27   28   29   ...   145

________Milli Kitabxana________

80

yalar  olmadan  da  burada  həm  yuxarıdan  və həm  də aşağıdan



dəyişikliklər baş vermişdir.

Hər bir milli respublikanın suverenliyi və tam müstəqilliyi

iqtisadi-sosial  sahələrlə yanaşı,  onun  milli  mədəniyyətinin  də

hər vasitə ilə inkişaf etdirilməsini, bu mədəniyyətin özünəməx-

susluğunun  qorunub  saxlanmasını,  xalq ənənələrinin,  mərasim

və adətlərinin,  mənəvi  dəyərlərinin  dirçəldilməsini  və eyni

zamanda xarici ölkələrlə mədəni əməkdaşlığı genişləndirməklə

bədii və qarşılıqlı yaradıcılıq əlaqələrinin bir daha möhkəmlən-

dirilməsini tələb edir.

Mədəniyyətin  qanunvericilik  təminatı  problemindən  bəhs

edərkən  isə vurğulanmalıdır  ki,  müstəqil  Azərbaycan  Respub-

likası ümumbəşəri dəyərləri prioritet qəbul edərək, demokratik,

dünyəvi və hüquqi dövlət qurmaq yolunu seçmişdir. Həmin yol

həm  ölkənin  dünya  birliyinə sivil  inteqrasiyasının,  həm  də

həyat  fəaliyyətinin  bütün  sahələrinin  normal  işləməsinin

başlıca  şərti  olan  qanunun  aliliyinin  təsdiqi  və ona  riayət

olunması  prinsipini  nəzərdə tutur.  Cəmiyyətimiz  bütövlükdə

mədəni  həyatın  və ayrı-ayrılıqda  onun  hər  bir  mərhələsinin –

mədəni dəyərlərin  yaradılması, qorunub saxlanması,  yayılması

və mənimsənilməsi  (qəbul  edilməsi)  prosseslərinin  tənzimlən-

məsində komanda – sərəncamçılıq  metodlarının  yolverilməz-

liyi  barədə razılığa  nail  olmuşdur.  O,  mədəniyyətin  müxtəlif

növ – maddi,  maliyyə,  kadr  və informasiya  resurslarından

istifadə etməklə və yalnız diqqətlə düşünülmüş, yaxşı hazırlan-

mış  və müasir  tələblərə cavab  verən  qanunvericilik  vasitəsilə

idarə olunmasını  qəbul  etmişdir.  Bu  səbəbdən,  mədəniyyət

siyasətinin  həyata  keçirilməsinin ən əsas  vasitələrindən  biri

olan  hüquqi cəhətdən mükəmməl qanunların hazırlanması,  qə-

bul edilməsi və tətbiq olunması müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycanda  qanunlar  necə yaranır?  Hər  şeydən əvvəl

qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  Konstitu-

siyasının  “Qanunvericilik  təşəbbüsü  hüququ”  haqqında  96-cı

maddəsinə,  həmçinin  Azərbaycan  Respublikası  Milli  Məcli-



________Milli Kitabxana________

81

sinin 



daxili 

Nizamnaməsinin 

“Milli 

Məclisin 



daimi

komissiyalarında  qanun  və qərar  layihələrinin  hazırlanması  və

baxılması Qaydaları”nın 15-ci maddəsinə uyğun olaraq, qanun

layihələri  və digər  məsələləri  Milli  Məclisin  müzakirəsinə

çıxarmaq  hüququ  Milli  Məclisin  deputatlarına,  ölkə Prezi-

dentinə, Ali Məhkəməyə və Naxçıvan Muxtar Respublikasının

Ali  Məclisinə məxsusdur.  Özü  də ölkə Prezidentinin,  Ali

Məhkəmənin və NMR Ali Məclisinin qanunvericilik təşəbbüsü

qaydasında Milli Məclisin müzakirəsinə təqdim etdikləri qanun

layihələri  olduğu  kimi  müzakirəyə çıxarılır  və səsə qoyulur.

Belə qanun  layihələrinə dəyişikliklər  qanunvericilik  təşəbbüsü

hüququndan  istifadə edən  orqanın  (NMR  Ali  Məclisi)  razılığı

ilə edilir.  Fiziki  və hüquqi  şəxslərə,  o  cümlədən  Azərbaycan

Respublikasının  Mədəniyyət  və Turizm  Nazirliyinə gəldikdə

isə onların hamısının  bu  və ya  digər  qanunun  hazırlanması  və

qəbul  edilməsinin,  yaxud  hazırda  qüvvədə olan  qanunlara

əlavələr edilməsinin zəruriliyini əsaslandırmaq məqsədilə Milli

Məclisin  müvafiq  daimi  komissiyasına  (cəmi  11  belə komis-

siya  mövcuddur)  müraciət  etmək  hüququ  vardır.  Onlar  həm-

çinin  qanun  layihəsinin  ilkin,  qaralama  variantını  təqdim  edə

bilərlər. Dəlillər inandırıcı olduğu halda müvafiq komissiyanın,

mədəniyyətlə bağlı  isə mədəniyyət  məsələləri  üzrə daimi

komissiyanın  üzvü  olan  deputatlar  öz  iclaslarında  konkret

qanun  layihəsinin  hazırlanması  barədə qərar  qəbul  edirlər.

Sonra  komissiya  qanun  layihəsi  üzərində bilavasitə işləmək

üçün  xüsusi  işçi  qrupu  yaradır  və ölkənin  həmin  sahədə ən

yaxşı mütəxəssislərini o qrupa dəvət edir. Əgər qanun bir neçə

daimi  komissiya  tərəfindən  hazırlanırsa,  o  zaman  ümumi  işçi

qrupu  da  yaradıla  bilər.  Sonrakı  mərhələ digər  ölkələrin

müvafiq  qanunlarını  axtarıb  tapmaqdan,  hazırlanan  qanunun

ölkə daxilində nizamlamalı  olduğu  sahədə işlərin  vəziyyətini,

mövcud  problemləri  və nöqsanları  diqqətlə öyrənməkdən

ibarətdir.  Hər  bir  qanun  hazırlanarkən,  həmçinin  hökmən

müvafiq beynəlxalq konvensiyalar nəzərə alınır. Nümunə üçün




________Milli Kitabxana________

82

deyək  ki,  təkcə Azərbaycan  Respublikasının  birinci  çağırış



(1995-2000)  Milli  Məclisinin  mədəniyyət  sahəsilə bağlı

qanunvericilik  fəaliyyəti  xeyli  intensiv  olmuşdur.  Bu  müddət

ərzində mədəniyyət sahəsində 15 əsas qanun qəbul edilmişdir.

Müstəqillik  elan  edildikdən  sonra  mədəniyyət  sahəsində

bütövlükdə 19  qanun  qəbul  olunmuşdur:  Latın  qrafikalı  Azər-

baycan əlifbasının bərpa edilməsi haqqında (25 dekabr 1991-ci

il); Kütləvi informasiya vasitələri haqqında (21 iyul 1992-ci il);

Azərbaycan  Respublikasının  Müəlliflik  Hüquqları  Agentliyi

haqqında  (10  sentyabr  1993-cü  il);  “AZƏRKİNOVİDEO”

istehsalat  Birliyi  haqqında  (13 dekabr  1993-cü  il);  Müəlliflik

hüququ  və əlaqəli  hüquqlar  haqqında  (5  iyun  1996-cı  il);

Reklam haqqında (3 oktyabr 1997-ci il); Mədəniyyət haqqında

Qanun  (6  fevral  1998-ci  il);  Tarix  və mədəniyyət  abidələrinin

qorunması  haqqında  (10  aprel  1998-ci  il);  Qrantlar  haqqında

(17 aprel 1998); İnformasiya azadlığı haqqında (19 iyun 1998-

ci il); Kinematoqrafiya haqqında (3 iyul 1998-ci il); Memarlıq

fəaliyyəti haqqında (3 iyul 1998-ci il); Kitabxana işi haqqında

(20  dekabr  1998-ci  il);  Turizm  haqqında  (4  iyun  1999-cu  il);

Şəhərsalmanın əsasları  haqqında  (11  iyun  1999-cu  il);  Milli

Arxiv  Fondu  haqqında  (22  iyun  1999-cu  il);    Kütləvi

informasiya vasitələri haqqında (8 fevral 2000-ci il); Muzeylər

haqqında (24 mart 2000-ci il); Nəşriyyat işi haqqında (30 may

2000-ci il).

Milli  Məclisin,  mədəniyyət  sahəsinin  qanunvericilik

özülünü  təmin  edən  mədəniyyət  məsələləri  üzrə daimi

komissiyası və sosial qanunvericilik şöbəsi müzakirəyə verilən

hər  bir  qanunu  hazırlayarkən,  bu  qanunların  dünyanın  inkişaf

etmiş ölkələrinin standartları və praktikalarına uyğun olmasına,

onlarda Avropa Şurasının mədəniyyət prioritetlərinin, eləcə də

Azərbaycanın  reallıqları  və spesifik  özəlliklərinin  hökmən əks

edilməsinə çalışmışlar.  Bundan  da əsas  məqsəd  səmərəli  və

təsirli,  zamanın  ruhuna  uyğun, mədəniyyət  fəaliyyətinin  bütün

subyektlərinin hüquq və maraqlarını təmin edən, müasir daxili



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə