Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə23/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   19   20   21   22   23   24   25   26   ...   145

________Milli Kitabxana________

71

hazırlanması  ilə bağlıdır.  Azərbaycanda  bu  funksiyalar  çox



səviyyəli  sistem  vasitəsilə həyata  keçirilir.  Həmin  sistemə

aşağıdakılar daxildir:

Milli  Məclisin – Azərbaycan  parlamentinin  mədəniyyət

məsələləri  üzrə daimi  komissiyası  və sosial  qanunvericilik

şöbəsi – mədəniyyətin qanunvericilik əsaslarını təmin edir;

Prezident  Aparatının  humanitar  siyasət  şöbəsi – mədəni

quruculuğun strategiya və taktikasını işləyib hazırlayır;

Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial

problemlər şöbəsi – dövlətin sosial proqramlarının həyata keçi-

rilməsini əlaqələndirir  və təmin  edir;  Mədəniyyət  və Turizm

Nazirliyi – mədəniyyət sahəsi üçün dövlət büdcəsini tərtib edir,

yuxarıda  sadalanan  bütün  funksiyaları  özündə cəmləşdirən

birləşdirici  mərkəz  rolunu  oynayır,  dövlətin  mədəniyyət

siyasətinə bilavasitə rəhbərlik  edir  və bu  siyasətin  konkret

realizasiyasını və əlaqələndirilməsini həyata keçirir.

Respublikanın 7 şəhərində və 61 rayonunda mədəniyyət və

turizm şöbəsi vardır. Bütün parametrlərinə görə belə bir struk-

tur mədəniyyət siyasətinin daha çox dördüncü modelinə (Fran-

sada  və keçmiş  Sovet  İttifaqında  yayılmışdır)  yaxındır.  O,

güclü  adminstrasiya,  dövlət  tərəfindən  güclü  maliyyələşmə,

mədəni həyat üzrə bütün tərəfdaşların, xüsusilə də regional  və

yerli  cəmiyyətlərin  müxtəlif  peşə təşkilatlarının  fəaliyyətinin

stimullaşdırılması və əlaqələndirilməsini tələb edir. Heç şübhə-

siz ki, bu model bir çox cəhətdən sovet keçmişindən miras qal-

mışdır. Bu da qanunauyğun haldır, çünki mədəniyyət siyasətini

yaradan  insanlar  bir  çox  cəhətdən  öz  ölkələrinin  tarixi

ənənələrinin,  onun  dövlət  qurluşunun,  cari  siyasi  və iqtisadi

situasiyaların,  milli  mentalitetin,  mədəniyyət  və incəsənət

elitasının öz daxilindəki qüvvələr nisbətinin “əsiridirlər”. Eyni

zamanda  mədəniyyət  siyasəti  yeni  elmdir.  O  sürətlə güc  top-

layır,  getdikcə daha  çox  dövləti  öz  aktiv  fəaliyyət  dairəsinə

cəlb  edir,  həmin  dövlətlər  arasında  informasiya  və intellektual

mübadiləni  stimullaşdırır.  Nəticədə,  bütün  bunlar  müxtəlif



________Milli Kitabxana________

72

ölkələri  mövqe  yaxınlaşmasına  sövq  edir  və onların  müsbət



təcrübələrinin dünya arenasına yayılmasına rəvac verir. Bu pro-

ssesin aktivləşməsində YUNESKO, son illər isə Avropa Şurası

kimi beynəlxalq təşkilatlar əhəmiyyətli rol oynayır (139).

Azərbaycanda  mədəniyyət  məsələləri  bilavasitə aşağıdakı

orqanların  ixtiyarındadır:  Mədəniyyət  və Turizm  Nazirliyi,

İdman,  Gənclər  və İdman  Nazirliyi,  Dövlət  Teleradio  Şirkəti,

Dövlət Arxivi. Bu cür müxtəlif idarələrə bölünmə, yaxşı inkişaf

etmiş üfüqi əlaqələr sisteminə malik, uzlaşdırılmış mədəniyyət

siyasətinin  işlənib  hazırlanmasının  zəruriliyi  kimi  köklü  bir

problem doğurur. Son illərin əlamətdar tendensiyalarından biri

əvvəllər  müstəqil  fəaliyyət  göstərən  Abidələrin  Mühafizəsi,

Bərpası  və İstifadəsi  üzrə dövlət  Komitəsinin  və “Azərkino-

video”  istehsalat  birliyinin  Mədəniyyət  və Turizm  Nazirliyi

strukturuna  daxil  edilməsi  olmuşdur.  Mətbuat  və İnformasıya

Nazirliyinin  yenidən  strukturlaşması  nəticəsində,  onun  funksi-

yalarının bir qismi Mədəniyyət və Turizm Nazirliyinə keçmiş-

dir.  Heç  şübhəsiz  ki,  həmin  addımlar  müsbət  qiymətləndiril-

məlidir,  çünki  onlar  dövlətin  vahid  mədəniyyət  siyasətinin

planlaşdırılması  və realizasiyasını  asanlaşdırır,  onun üçün

ümumi fəaliyyət sahəsi yaradır.

Beləliklə, bu gün mədəniyyət siyasətinin inkişafını iki əsas

tendensiya – mərkəzəqaçma və mərkəzdənqaçma tendensiyala-

rı müəyyən edir. Bir tərəfdən, mədəniyyət müəssisələrinin ida-

rə olunması funksiyaları tədricən şəhər, kənd səviyyəsində yerli

icra  orqanlarına  verilir,  digər  tərəfdən  isə abidələrin  mühafi-

zəsi, kitab nəşri, kinematoqrafiya kimi mühüm istiqamətlər bir

idarənin – Mədəniyyət  və Turizm  Nazirliyinin  çətiri  altında

birləşdirilir.

Üç  “D”  konsepsiyası:  desentralizasiya,  demonopolizasiya

və demokratikləşmə, mədəniyyətin  idarə olunması  sahəsində

desentralizasiya,  demonopolizasiya  və demokratikləşmə pro-

seslərini  sürətləndirməyi  nəzərdə tutan  Avropa  mənşəli  “Üç

“D”  konsepsiyası”nın  mütərəqqi  ruhuna  haqq  qazandırmaqla



________Milli Kitabxana________

73

yanaşı, qeyd edək ki, bu gün Azərbaycanda həmin prinsiplərin



həyata  keçirilməsi  böyük  ehtiyatlılıq  tələb  edir.  Problem

ondadır ki, böyük şəhərlərdə demokratik dəyişiklilər açıq-aşkar

hiss  edilsə də,  kənd  yerləri  və regionlarında  həmin  prosseslər

kifayət  qədər  intensiv  getmir,  mədəniyyətə ayrılan  büdcə

vəsaitləri  isə heç  də həmişə məqsədyönlü  istifadə olunmur.

Belə bir  vəziyyətdə keçid  dövrü  üçün  elə idarəetmə modelləri

axtarıb  tapmaq  lazımdır  ki,  ümumdövlət  səviyyəsində güclü

inzibatçılıq  hər  bir konkret  hala  çevik  yanaşa,  büdcə plan-

laşdırması isə məqsədli və fərdi layihələrə uyğunlaşdıra bilsin.

Desentralizasiya  prossesi  formal  olaraq  mədəniyyət  fəaliy-

yəti  praktikasında  hər  gün  baş  verir.  Belə ki,  mərkəzi  və yerli

hakimiyyət  orqanları  arasındakı büdcə maliyyələşməsi  orta

hesabla 20 – 80% nisbətində müəyyən edilir. Lakin bu 80%-in

real  bölüşdürülməsi,  onlardan  istifadənin  adekvatlığı,  nəhayət,

onların realizasiyasına nəzarət heç də yaxşı halda deyildir.

Təəssüflər  olsun  ki,  hər  şeydən əvvəl  məhz  yerli  mə-

dəniyyət  obyektlərinin  vəziyyəti  qənaətbəxş  deyil.  Vəsaitlərin

dağınıqlığı  və mədəniyyət  prosseslərinə səriştəsiz  rəhbərlik

bunda heç də az rol oynamır.

Mədəniyyət fəaliyyətinin demonopolizasiyası prossesi eyni

vaxtda  iki  istiqamətdə – yuxarıdan  və aşağıdan  inkişaf  edir.

Belə ki,  məsələn,  4  oktyabr  1997-ci  il  tarixli  prezident  fərma-

nına uyğun olaraq ölkədə lisenziyalaşdırma sistemi tətbiq olun-

mağa  başladı  ki,  bu  da  müstəqil  şəkildə,  dövlətdən  asılı

olmadan  konsert-əyləncə tədbirlərini  keçirmək  hüququ  verdi;

qeyri-rentabelli  mədəniyyət  obyektləri  özəlləşdirildi.  2002-ci

ildən  isə konsert-əyləncə proqramlarının  təşkili  üçün  tələb

edilən lisenziya sistemi də ləğv olundu.

Digər  tərəfdən,  mədəniyyət  indüstriyaları – kitab  nəşri,

mətbuat,  audiovizual  və

fonoqram  məhsulları,

əyləncə


indüstriyası  və yeni  texnologiyalar  bazarı  sürətlə inkişaf  edir.

Praktik  olaraq,  bu  gün  bu  bazar  milli  mədəniyyət  siyasətinə

inteqrasiya olunmayan, dövlət tərəfindən maliyyələşdirilməyən



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə