Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə21/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   17   18   19   20   21   22   23   24   ...   145

________Milli Kitabxana________

65

yətin  ümumdünya  inkişaf  onililyinin  keçiriləcəyini  elan  etdi.



Mədəniyyəti  daha  geniş  inkişaf  strategiyalarına,  habelə sə-

mərəli  praktiki  fəailiyyət  proqramlarına  daxil  etmək  üçün

mədəniyyətin  inkişaf  onilliyi  ilə yanaşı,  yaxın  keçimşdə BMT

və YUNESKO-da  mədəniyyət  və inkişaf  üzrə ümumdünya

komissiyası  yaradılmış,  sivilizasiyaların  sülh  və

dialoq


mədəniyyəti onilliyi elan edilmişdi (18, s.27).

Müasir  şəraitdə dövlətin  həll  etdiyi  vəzifələr  daha  mürək-

kəb və daha çoxsahəlidir. Onun ölkənin daxili həyatına, o cüm-

lədən, mədəniyyətin inkişafına istiqamətverici təsirinin miqyası

artmışdır.  Maddi  və mənəvi  istehsalın  üzvi  birliyinin  təmin

edilməsi,  mədəniyyətin  və kütləvi  informasiya  vasitələrinin

maddi-texniki  bazasının  daim  möhkəmləndirilməsi, geniş  xalq

kütlələrinin  tarixi  yaradıcılığa  daha  çox  cəlb  edilməsi,  iki

mədəniyyət sisteminin kəskinləşən ideoloji ziddiyyətləri, digər

xalqlarla  mədəni əməkdaşlığın  genişlənməsi – bütün  bunlar

dövlətin  mədəniyyətin  inkişafındakı  rolunun  artmasını  şərt-

ləndirir.

Mənəvi  mədəniyyət  sahəsində dövlətin  nəzəri,  təşkilati  və

əməli  fəaliyyəti,  elm  və mədəniyyətin  nailiyyətlərindən  bütün

insanların  istifadə imkanlarının  təmininə,  cəmiyyətitn  hər  bir

üzvünün hərtərəfli, harmonik inkişafı üçün şərait yaradılmasına

yönəldilmişdir. Mədəniyyət sahəsində dövlət siyasəti aşağıdakı

əsas məsələlərin həllinin təmin edilməsinə yönəldilir: Mədəniy-

yətin  inkişafının əsas  istiqamətlərinin  müəyyənləşdirilməsi;

Mədəni  fəaliyyətin  nəzəri əsaslarının  inkişaf  etdirilməsi,

mədəni  quruculuğun  idarə olunmasının  forma  və metodlarının

təkmilləşdirilməsi; Ziyalı kadrların formalaşması və milli ideo-

logiyanın tərbiyəsi, yaradıcılıq ittifaqlarının işinə yardım göstə-

rilməsi;  Geniş  xalq  kütlələrinin  ölkəmizin  və dünya  mədəniy-

yətinin  sərvətlərindən  faydalanması  üçün  şərait  yaradılması;

Kütlələrin  mədəni  quruculuğa  cəlb  edilməsi,  bacarıqların  və

istedadların  inkişafı  üçün

əlverişli  ictimai  atmosferin

yaradılması; Mədəniyyətin maddi bazasının inkişaf etdirilməsi.



________Milli Kitabxana________

66

Bütün  bu  prinsiplər  bir  daha  sübut  edir  ki,  dövlətin



mədəniyyət  siyasətinin  inkişaf  etdirilməsi  mühüm  yer  tutur.

Çünki, cəmiyyət özünü mədəniyyətdə ifadə və dərk edir. Siyasi

mədəniyyət  siyasi  proses  subyektlərini  bilavasitə öz  fəaliyyə-

tində göstərən,  varislik əsasında  cəmiyyətin  siyasi  həyatının

təzələnməsini  təmin  edən,  tarixən  təşəkkül  tapmış  dayanıqlı

sərvətlərin, istiqamətlərin davranış modelləri sistemidir. Siyasi

mədəniyyət vətəndaşların və hakimiyyətin qarşılıqlı münasibət-

ələrini  tənzimləyən,  mənəvi-siyasi  dəyərlərin  davranış  qay-

dalarını,  adət  və ənənələrin  məcmusunu  ifadə edir.  Siyasi

mədəniyyət  sahəsi  siyasi  həyatdır,  hakimiyyət  və idarəetmə

problemlərinə, insanların siyasətdə iştirakına, həmçinin siyasət

və hüquq,  siyasət  və iqtisadiyyat,  siyasət  və mənəviyyatın

qarşılıqlı təsiri məsələlərinə toxunur.

Dövlət mədəniyyətə və incəsənətə, xalqın adından və onun

mənafeyindən  çıxış  edərək  rəhbərlik  edir.  Müstəqil  dövlətin

elmi  və bədii  yaradıcılıq  inkişafının  düzgün  istiqamətləndirl-

məsi  barədə,  onun  yeni  cəmiyyəti  quran  xalqın  həyatı  ilə

əlaqəsinin  möhkəmləndirilməsi  barədə göstərdiyi  qayğıda

həmin sahəyə dövlət rəhbərliyinin yüksək, humanist mahiyyəti

öz ifadəsini tapır.

Mədəniyyət  sahəsində rəhbərliyin  dövlət  prinsipləri,  elmi

və bədii yaradıcılığın təbiətinin, mədəniyyətin obyektiv fəaliy-

yət qanunlarının, onun müəyyən konkret-tarixi situasiyada təsir

mexanizminin  idrakına əsaslanır.  Bu  prinsiplər  mədəniyyətin

ictimai  həytanın  müxtəlif  sahələri  ilə əlaqələrinin  bütün

məcmuyuna, tarixi sahələri ilə əlaqələrinin bütün məcmuyuna,

tarixi münasibətlə və onu nəzərə almaqla xarakterizə edilir.

Dövlət  mədəniyyət  sisteminin  başlıca  vəzifəsi  milli  mədə-

niyyət sərvətlərinin, dünya mədəniyyəti nümunələrinin etibarlı

şəkildə toplanıb  qorunaraq  gələcək  nəsillərə çatdırılmasından,

onların əhali  arasında  geniş  təbliğindən,  Azərbaycan  xalqının

adət  və ənənələrinə bağlı,  milli,  mənəvi  və mədəni,  bəşəri

dəyərlərə yiyələnən,  müstəqil  və yaradıcı  düşünən  vətəndaşlar



________Milli Kitabxana________

67

yetişdirilməsinə fəal  yardım  etməkdən  ibarətdir (77,  18  aprel



1998-ci il, № 86 ).

Azərbaycanda Mədəniyyət  siyasətinin  təminatı aşağıdakı

istiqamətlərdə həyata  keçirilir: Qanunvericilik  təminatı; Müəl-

liflik hüququ; Mədəniyyətin maliyyələşməsi; Mədəniyyət sahə-

sində təhsil, treninqlər və tədqiqatlar; Beynəlxalq münasibətlər;

Əhalinin  mədəni  həyatda  iştirakı; Mədəni  və təbii  irs;

Muzeylər; Kitabxanalar; Ənənəvi  incəsənət; İfaçılıq  sənəti –

yaradıcılığın dəstəklənməsi; Mədəniyyət industriyaları; Avropa

ekspertlərindən  ibarət  müstəqil  qrupun  məruzəsi (Mədəniyyət

və sabit  inkişaf; Azərbaycanda  mədəniyyət  strategiyalarının

inkişafı;

Nəticə


beynəlxalq

əməkdaşlıq  məsələləri;

Mədəniyyət  və özünəməxsusluq:  milli,  regional  və azlıqlar

səviyyəsində perspektivlər və cari vəziyyət); Mədəniyyət Sahə-

sində Qanunvericilik və Mədəniyyət Siyasətinin İnkişafi (139).

Tarixi  kontekstdən  baxıldıqda  məlum  olur  ki,  dövlətin

mədəniyyət  siyasəti,  müəyyən  obyektiv  amillərin  mövcudluğu

halında  təşəkkül  tapır;  bu  amillər  bilavasitə ona  təsir  göstər-

məklə qalmayıb, həm də bir növü onun təcəssümünün zaman-

məkan  kontinuumunu  təşkil  edir.  Buna  görə də hər  hansı bir

konkret ölkənin mədəniyyət siyasəti haqda təsəvvür əldə etmək

üçün  ilk  növbədə onun  tarixi,  təbii-coğrafi  şəraiti  ilə,  eləcə də

həmin  ölkədə ictimai  və fərdi  həyat  sahələrində ümumi

vəziyyətlə tanış  olmaq  lazımdır.  Bu  səbəbdən  də hər  bir  ölkə-

nin (təbii ehtiyatlardan tutmuş sosial və beynəlxalq xarakteris-

tikalara  qədər),  onun  mədəniyyət  siyasətinin  obyektiv  şərtlə-

rinin  məcmusunu  təşkil  edən  cəhətlərin  öyrənilməsinə zərurət

vardır. Bu cəhətlərə qısaca olaraq Azərbaycan Respublikasının

nümunəsində diqqət yetirək.

Məlumdur ki, XX əsr ərzində Azərbaycanda əhali artımı və

urbanizasiya  sahəsində

böyük  prosseslər  baş  vermişdir.

Əhalinin sayı azı dörd dəfə – 1897-ci ildə 1 806 700 nəfərdən

2000-ci  ildə 8  016  200  nəfərədək  artmışdır.  Siyasi  struktura

gəlincə


isə

Azərbaycan  demokratik,  hüquqi,  dünyəvi




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə