Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə29/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   25   26   27   28   29   30   31   32   ...   145

________Milli Kitabxana________

89

mühüm  etnodil  prosseslərini  düzgün  tənzim  edən  bu  sənəd



Azərbaycan  dilinin  mədəni,  sosial  və siyasi əhəmiyyətinin

yüksəlməsinə praktik yardım göstərəcəkdir.

“KİV  haqqında”  qanunun  2000-ci  ildə qəbul  edilməsinə

baxmayaraq,  KİV  fəaliyyətinin  qanunvericilik  bazasının  dur-

madan  yaxşılaşdırılmasına  və ümumavropa  məkanına  inteq-

rasiya  olunmağa  səy  göstərilməsi  bu  qanuna  yenidən  baxıl-

masının  başlıca  səbəblərindəndir.  2001-ci  ilin  dekabrında

Azərbaycan  Respublikasının  Prezidenti  “KİV-ə dövlət  qayğısı

sahəsində

əlavə


tədbirlər  haqqında”  fərman  imzaladı.

Fərmanda  qəzet  kağızının  ixracına  qoyulan  rüsumların  ləğv

edilməsi,  KİV-nin  inkişafı  üçün  uzunmuddətli  və güzəştli

kreditlər  ayrılması  məsələlərilə bağlı  imkanların  yaxşılaşdırıl-

ması,  müstəqil  televiziya  və radio  şirkətlərinin  veriliş əhatə-

sinin  genişləndirilməsilə bağlı  tədbirlər  görülməsi,  xarici  tele-

viziya şirkətlərinin Azərbaycan ərazisində verilişlərinin qanun-

vericiliyə uyğun olaraq tənzimlənməsi, qəzet yayımına və özəl

televiziya  və radio  şirkətlərinin  verilişlərinə qoyulan  vergi

hədlərinin yenidən nəzərdən keçirilməsi, özəl qəzetlərin dövlət

nəşriyyatlarında maneəsiz çap olunmasının təmin edilməsi kimi

tədbirlər nəzərdə tutulur.

Eləcə də “Teatr  və teatr  fəaliyyəti  haqqında”,  “Yaradıcılıq

birlikləri və yaradıcı işçilər haqqında”, “Milli qoruqlar və milli

parklar  haqqında”,  “Folklor  ifadələrinin  qeyri-qanuni  istifadə-

dən və onların qorunub saxlanmasına ziyan vuran digər fəaliy-

yətlərdən qorunması haqqında” qanunlar qəbul edilmişdir (75).

Müəlliflik  hüququ  qanunvericiliyinə gəldikdə isə,  Azər-

baycan  Respublikasının  sivilizasiyalı  cəmiyyətlərin ən  yüksək

ölçülərinə cavab verən “Müəlliflik hüququ və əlaqəli hüquqlar”

haqqında  yeni  qanunu  1996-cı  il  oktyabrın  8-də qüvvəyə

minmiş  və Azərbaycan  tarixində müəlliflik  hüququ  sahəsində

ilk  qanun  kimi,  respublika  rəhbərliyi  tərəfindən  elan  edilən

hüququ  dövlət  quruculuğu  prinsiplərini  təsdiq  etmişdir.  Bu

qanunun ən  diqqətəlayiq  cəhəti  ondadır  ki,  o, əsər  yaradıcıları



________Milli Kitabxana________

90

ilə onun  istifadəçiləri  arasında  qeyri-bərabər münasibətlər



prinsipi əsasında  yaradılan  və daha  haqlı  olaraq  “əsərlərdən

istifadə hüququ”  adlandırıla  biləcək  “Sovet  müəlliflik  hüqu-

qu”nun postulatlarını tamamilə ləğv etmişdir.

Azərbaycanda  dövlət  və müəlliflik  hüququ  sistemi dünya

standartları  səviyyəsində

qurulmuşdur.  Bu  da  bir  sıra

zərurətlərdən  irəli  gəlmişdir.  Belə ki,  Azərbaycan  qədim  və

zəngin  mədəniyyət  ölkəsidir,  görkəmli  alimləri,  yazıçıları  və

bəstəkarları ilə bütün dünyada məşhurdur. Mənəvi mədəniyyət

ənənələri,  yaradıcılıq  nailiyyətlərinin himayə olunması  və

stimullaşdırılması  müasir  Azərbaycanda  qayğı  ilə qorunub

saxlanmaqda  və çoxaldılmaqdadır.  Məhz  bu  səbəbdən  gənc

Azərbaycan  dövləti  respublika  rəhbərliyinin  düşünülmüş  və

uzaqgörən  siyasəti  sayəsində intellektual  mülkiyyətə böyük

diqqət  yetirir.  Azərbaycan  Respublikasının  yeni  Konstitusiya-

sının bu hüquqların əhəmiyyətini qeyd edən 30-cu maddəsində

deyilir  ki,  “hər  kəsin  intellektual  mülkiyyət  hüququ  vardır.

Müəlliflik hüququ qanunla qorunur”.

“Müəlliflik  hüququ  və əlaqəli  hüquqlar  haqqında”  qanun

mədəniyyət  sahəsində dövlət  siyasətinin əsas  istiqamətlərini

möhkəmləndirir  və özündə aşağıdakıları  ehtiva  edir:  elm,

ədəbiyyat  və incəsənət əsərlərinin  yaradılması  ilə bağlı

yaradıcılıq  fəaliyyətinin  təşviq  edilməsi  və stimullaşdırılması

millətin  mənəvi  dəyərlərinin  çoxaldılması;  qabaqcıl



beynəlxalq  təcrübə əsasında  müəllif  hüquqlarının  müəyyən

edilməsi  və qorunmasını  təmin  edən  qanunvericilik  bazasının

yaradılması; müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində

dövlət 


idarəsinin 

təşkili; 

beynəlxalq

əlaqələri 

inkişaf

etdirməklə,  digər  ölkələrin ərazisində milli  hüquq  sahiblərinin



müəlliflik hüquqlarının qorunması.

Hüquqların  qorunması  sahəsində qanunvericilik  və norma-

tiv-hüquq  bazasına  gəldikdə isə,  1996-cı  ildə “Müəlliflik

hüquqları  və əlaqəli  hüquqlar  haqqında”  qanun  qəbul  etməklə

Azərbaycan  postsovet  məkanında  bu  sahədə qanunvericilik



________Milli Kitabxana________

91

bazası  yaradan  ilk  ölkələrdən  biri  olmuşdur.  Beynəlxalq



ekspertlərin  də etiraf  etdiklərinə görə bu  qanun  demokratik,

sivilizasiyalı  cəmiyyətlərin  meyarlarına  uyğundur.  “Müəlliflik

hüquqları  və əlaqəli  hüquqlar  haqqında”  qanun  müəlliflər

(hüquq sahibləri), əsərlər və istifadəçilər arasında münasibətləri

tənzimləyir, müəlliflik hüququnun milli qanunvericilik bazasını

təmin edir.

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Heydər

Əliyevin  1996-cı  il  tarixli  sərəncamına əsasən  bu  qanunun

tətbiqi və müəlliflik hüququ sferasının idarə olunması qaydaları

müəyyən edilmiş, müəlliflik hüququ qanunvericiliyinin icrasına

dair ən mühüm tədbirlərin həyata keçirilməsi təmin olunmuş və

milli  dövlət  orqanının – Azərbaycan  Respublikasının  Müəllif

Hüquqları Agentliyinin səlahiyyətləri müəyyən edilmişdir.

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  38  saylı  2

may  1997-ci  il  tarixli  Qərarına  uyğun  olaraq  və sonrakı

hökumət qərarları əsasında müxtəlif əsər növləri üzrə minimal

tarif  hədləri  təmin  edilmiş,  müəlliflik  hüququ  müqavilələrinin

nümunəvi  formaları  təsdiq  olunmuş, əsərlərin  könüllü  qeydiy-

yatdan  keçirilməsi  və onların  qeydiyyatına  dair  şəhadətna-

mələrin  verilməsi  qaydaları və müəlliflik  hüququ  qanunve-

riciliyinin  tətbiqində mühüm  rol  oynayan  digər  məsələlər

nizama  salınmışdır.  Bununla  bərabər,  Müəllif  Hüququ

Agentliyi  tərəfindən, Ədliyyə Nazirliyi  ilə razılaşdırılmaqla,

qanunun icrasının təmin olunmasına köməklik göstərən bir sıra

normativ-hüquqi aktlar və xidməti təlimatlar təsdiq edilmişdir.

Müəlliflik  hüququna  dair  ayrı-ayrı  müddəalar  “Sahibkarlıq

fəaliyyəti  haqqında”,  “Mədəniyyət  haqqında”,  “Kinematoqra-

fiya  haqqında”,  “Memarlıq  fəaliyyəti  haqqında”,  “Şəhərsalma

haqqında”, “Reklam haqqında”, “Nəşriyyat işi haqqında” və s.

kimi  bir  sıra  mühüm  qanunlarda  öz əksini  tapmışdır.  Bütöv-

lükdə,  intellektual  mülkiyyət  haqqında  Azərbaycan  Respub-

likasının  qanunvericiliyi,  bütün  inkişaf  etmiş  ölkələrdə olduğu

kimi  kompleks  xarakter  daşıyır  və dövlət,  inzibati,  maliyyə,



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə