Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə28/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   24   25   26   27   28   29   30   31   ...   145

________Milli Kitabxana________

86

aparılmış  mədəni  dəyərlər  haqqında”  (1995)  konvensiyalara,



həmçinin YUNESKO-nun və onun nəzdində fəaliyyət göstərən

beynəlxalq  təşkilatların  (İKOM,  İKOMOS  və İKKROM)  və

mədəni  dəyərlərin  mühafizəsi  məsələləri  ilə geniş  şəkildə

məşğul  olan  digər  beynəlxalq  qurumların  layihə və tövsiyələ-

rinə uyğun olaraq həll edilmişdir.

Ölkənin  1919-cu  ildən  formalaşmaqda  olan  muzey  nun

qorunmasını  və keyfiyyətcə zənginləşməsini  gücləndirmək,

muzeylərimizin  fəaliyyətini  xeyli  yaxşılaşdırmaq  (bu  gün

ölkədə 231  muzey  var),  yenilərini,  o  cümlədən  özəl  muzeylər

yaratmaq  üçün  xüsusi  qanun  qəbul  edilmişdir.  “Muzeylər

haqqında” qanun dövlətlə muzeylər arasında qarşılıqlı əlaqələri

tənzimləyən,  onların  vəzifə və funksiyalarını,  imtiyaz  və

səlahiyyətlərini  müəyyən  edən,  muzeylərin  qaydalarını  və

hüquqlarını  dəqiq  ifadə edən,  muzey  fondunun  qorunmasına,

saxlanmasına,  inkişaf  etdirilməsinə və zənginləşdirilməsinə

yardım  edən  və muzey  işçilərinin  sosial  müdafiəsini  güclən-

dirən təsirli bir sənəddir.

Müstəqilliyin  ilk  illərində şəhərsalma  sahəsində meydana

çıxan  və şəhər  və yaşayış  məntəqələrinin  bədii-estetik,  lıq

simasını  xeyli  korlanmasına  səbəb  olan  mənfi  tendensiyalar

“Memarlıq  fəaliyyəti  haqqında”  və “Şəhərsalmanın əsasları

haqqında”  qanunların  qəbul  edilməsini  zəruri  etdi.  Hər  iki

qanun  tikintidəki  özbaşınalıq  ucbatından  ölkədə milli  lığın  və

şəhərsalma  praktikasının  düçar  olduğu  tənəzzülü  mağa,

memarlıqla  tikintinin  ahəngdar,  qarşılıqlı  vəhdətini  bərpa

etməyə, uzun əsrlər boyu formalaşan memarlıq mədəniyyətini,

şəhərlərimizin  təkrarolunmaz  kaloritini  qorumağa  və onları

ləyaqətli  səviyyədə gələcək nəsillərə çatdırmağa  yönəldil-

mişdir.  Azərbaycan  memarlığının  spesifik  özəlliklərini  qoru-

maq və inkişaf etdirmək naminə xarici vətəndaşlara və hüquqi

şəxslərə yalnız  Azərbaycan  vətəndaşları  və ya  hüquqi  şəxsləri

ilə birgə,  qanuna  müvafiq  qaydada  memarlıq layihəsi  həyata

keçirməyə icazə verilir.  Təkrarlığın  və gözyorucu  oxşarlığın



________Milli Kitabxana________

87

qarşısını almaq məqsədilə hər bir memarlıq layihəsindən yalnız



bir  dəfə istifadə edilməsi  nəzərdə tutulur.  “Şəhərsalmanın

əsasları  haqqında”  qanun əhalinin  optimal  yerləşdirilməsi

sisteminin  yaradılmasını  müəyyən  edir, ərazilərdə,  şəhərlərdə

və digər yaşayış məntəqələrində tikinti və abadlıq üçün normal

şəraitin  təmin  edilməsinə,  sosial,  nəqliyyat  və mühəndis

infrastrukturunun  inkişafına,  təbiətdən  səmərəli  istifadə

olunmasına  imkan  yaradır,  şəhərsalma  fəaliyyətinin  səlahiy-

yətlərini dəqiqləşdirir, həmçinin tarix, mədəniyyət abidələrinin

qorunması  və ətraf  mühiti  mühafizəsi  sahəsində münasibətləri

nizamlayır.  Hər  iki  qanun  hüquqi  planda  ölkənin  memarlıq

simasının  proporsional,  ardıcıl  və ahəngdar  inkişafına,  habelə

mürəkkəb  şəhər  təsərrüfatı  prosseslərinin  düzgün  və məqsəd-

yönlü idarə edilməsinə yardım göstərir.

Vahid  sistem  kimi  nəşriyyat-poliqrafiya  fəaliyyəti  sahə-

sindəki  çatışmazlıqlar  və həmin  sahənin  bütün ən  vacib

problemlərini  tənzimləyən  müvafiq  qanunun  yoxluğu  nəzərə

alınaraq,  “Nəşriyyat  işi  haqqında”  qanun  qəbul  edilmişdir.

Qanun pozulmuş nəşriyyat-poliqrafiya siklini bərpa etməyə və

onun  dirçəlişini  təmin  etməyə yönəldilmişdir.  Qanunda  dövlət

siyasətinin əsas  prinsipləri və nəşriyyat  işi  sahəsində dövlətin

vəzifələri  ifadə olunmuş,  nəşriyyat-poliqrafiya  fəaliyyətinin

təşkil  olunması  və həyata  keçirilməsinin  optimal  üsulları

müəyyən edilmiş, həmin sahədə subyektlər arasındakı münasi-

bətləri tənzimləyən prinsiplər dəqiqləşdirilmişdir. Ölkədəki iq-

tisadi  reallıqları  nəzərə alan,  praktik,  tətbiqi  xarakter  daşıyan

belə bir sənədin qəbul edilməsi Azərbaycanda nəşriyyat-poliq-

rafiya işinin perspektivlərinə böyük ümidlə baxmağa əsas verir.

“Kinematoqrafiya  haqqında”  qanunda  bu  sahəyə dövlət

himayəsinin əsas  formaları  açıqlanır.  Qanunda  milli  film  və

kinoepopeyaların  ilkin  materiallarının  qorunması  kimi  prob-

lemlər  öz  həllini  tapır,  milli  filmlərin  istehsalı,  yayımı  və

beynəlxalq  festivallarda  iştirakının  dövlət  tərəfindən  maliy-

yələşdirilməsinin  qayda  və şərtləri  müəyyən  edilir.  Hüquqi



________Milli Kitabxana________

88

planda  kino  yaradıcılığı  fəaliyyətini  və kinematoqrafiya



təşkilatlarının işini tənzimləyən məsələlər həll edilir.

“Azərbaycan  dilindən  istifadə və onun  qorunması  haqqın-

da”  son  dərəcə vacib  olan  qanunu,  xüsusilə qeyd  etmək

lazımdır.  Həmin  qanunun  aktuallığı  bununla  bağlıdır  ki,

Azərbaycan  Dövlət  Respublikasının  Konstitusiyasında  (1995)

Azərbaycan dilinin dövlət dili elan edilməsinə və buna müvafiq

olaraq,  həyatımızın  bütün  sferalarında  ondan  geniş  istifadə

olunması  üçün  hər  cür  şərait  yaradılmasına  baxmayaraq,  bu

sahədə xüsusi  qanun  qəbul  olunmasını  zəruri  edən  bir  çox

mühüm səbəblər mövcuddur. Xüsusilə də, dünyanın inteqrasiya

olunduğu,  qloballaşma  prosseslərinə məruz  qaldığı  bir  dövrdə

Azərbaycan  dili digər  dillərin  dağıdıcı  təzyiqi  ilə üzləşir.

“Müasirləşdirmə”  adıyla  Azərbaycan  dilini  süni  şəkildə yad

dillərlə qarışdırma  onun  zibillənməsinə,  ona  xas  normaların

dəyişməsinə, sintaksis və intonasiyanın təhrifinə gətirib çıxarır.

Bu  cür “inkişaf  yolu”  Azərbaycan dilinin əsrlər  boyu təşəkkül

tapmış  tipologiyasının,  onun  qrammatik  qurluşunun  pozulma-

sına,  habelə fonetik  normaların  xeyli  dəyişməsinə,  lüğət

tərkibinin  itkisinə səbəb  olur.  Bundan əlavə,  latın  qrafikalı

Azərbaycan əlifbasına  keçidlə bağlı  da  xeyli  çətinliklər

mövcuddur.  Bu  və bir  çox  digər  qüsurların  qarşısını  almaq

məqsədilə Azərbaycan  Respublikasının  Prezidenti  Heydər

Əliyevin  “Dövlət  dilinin  tətbiqinin  təkmilləşdirilməsi  haqqın-

da” 21 iyun 2001-ci il tarixli fərmanı dərc olunmuş, onun 4 iyul

2001-ci  il  tarixli  digər  bir  fərmanı  ilə dil  üzrə dövlət

komissiyası  yaradılmışdır;  bu  komissiyanın  funksiyasına

bundan əvvəl  dərc  olunmuş  fərmanın  həyata  keçirilməsinə

nəzarət  etmək  daxildir.  Bu  fərmanlarla  bağlı  yuxarıda  adı

çəkilən  qanuna  müəyyən  dəyişikliklər  və əlavələr  edildikdən

sonra,  təkcə dövlət  dilinin  hüquqlarını  təsdiq  etməklə qalma-

yıb,  eyni  zamanda  tarixən  Azərbaycan  Respublikasının ərazi-

sində yaşayan  bütün  etnik  qrupların  dillərinin  də hüquqlarını

müdafiə edən  və beləliklə də hüquqi  baxımdan ölkədəki



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə