Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə24/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   20   21   22   23   24   25   26   27   ...   145

________Milli Kitabxana________

74

və nizamlanmayan  müstəqil  biznes  sahəsidir  (kinomatoqrafiya



istisna  edilməklə).  Hal-hazırda  Mədəniyyət  Nazirliyi  Açıq

Cəmiyyət  İnstitutu  ilə birlikdə “Azərbaycanda  mədəniyyət

institutları: müasir vəziyyət və inkişaf perspektivləri” layihəsini

həyata keçirir. Layihədə ilk dəfə olaraq həmin bazarın sərhəd-

lərinin  müəyyən  edilməsinə,  müəllif  hüquqlarına  riayət  olun-

ması  probleminin  öyrənilməsinə,  bu  sahədə sosioloji  tədqiqat-

lar  aparılmasına  cəhd  edilir.  Artıq  layihənin  həyata  keçirilmə-

sinin  ilkin  mərhələsində aydın  olmuşdur  ki,  bir  çox  rəqəmlər

üzə çıxarılmır və xüsusi sahibkarlar tərəfindən səylə gizlədilir.

Lakin  çox  da  dərin  araşdırmalar  aparmadan  belə audio,  video

və kompüter  məhsulları  bazarında  müəlliflik  hüquq  və vergi

qanunvericiliyinə riayət  edilməsilə bağlı  ciddi  problemlər

olduğu aydın şəkildə üzə çıxır. Mədəniyyət industriyalarının və

onların  istehsal  etdiyi  kütləvi  mədəniyyətin  rolunu  qiymətlən-

dirməmək dövlət siyasəti üçün bağışlanmaz səhv olardı. Leqal

biznes üçün şərait yaradılması, vergi qanunvericiliyinin təkmil-

ləşdirilməsi, konsultativ və texniki yardım – məhz bu vasitələr

dövlətə bu qeyri-qanuni  doğulmuş “enfant terrible” ilə ümumi

dil tapmaqda və onu legitimləşdirməkdə kömək edə bilər.

Xidmət təklif edən sahələrdə – rəsm qalereyalarının, suve-

nir  mağazalarının,  dizayn  bürolarının  və s.  açılmasında  özəl

sektorun inkişafı getdikcə güclənir. Bundan əlavə, hətta mədəni

irsin mühafizəsi kimi ənənəvi dövlət sahəsi də özəl muzeylərin

timsalında özünə “rəqiblər” qazanmağa başlamışdır.

Mədəni  həyatın  demokratikləşməsi  vətəndaş  cəmiyyətinin

formalaşmasına  səbəb  olur,  özəl  təşəbbüslərin  üzə çıxması  və

fərdi  layihələrin  həyata  keçirilməsi  üçün  geniş  imkanlar  açır.

Yeni  qanunvericiliyin  açdığı  imkanlar  mədəniyyət  və onunla

kəsişən sahələrdə çalışan  xeyli  sayda  qeyri-hökumət  təşkila-

tının yaranmasına gətirib çıxardı. Ədliyyə Nazirliyində rəsmən

qeydə alınmış  belə təşkilatların  sayı  80-ə çatır.  Onların əhatə

etdikləri istiqamət spektri olduqca genişdir. Lakin bu heç də o

demək  deyil  ki,  bu  təşkilatların  80-i  də aktiv  və məhsuldar



________Milli Kitabxana________

75

fəaliyyət  göstərir.  Onlardan  bəziləri,  “qrant  çaxnaşması”  ilə



doğulanlar,  nə qədər  sürətlə peyda  olsalar  da, əsl  fəaliyyətə

başlamamış  yox  olurlar.  Eyni  zamanda,  son  illərdə stabilliyə

nail olan, ölkədə geniş populyarlıq qazanan, bir çox beynəlxalq

təşkilatlarla

əlaqə

yaradan  qeyri-hökumət  təşkilatları  da



mövcuddur.  Onların  arasında  Soros  Fondunun  Açıq  Cəmiyyət

İnstitutu  və İSAR  xüsusilə seçilir,  bu  təşkilatların  fəaliyyəti

üçüncü  sektorun  dəstəklənməsinə və inkişaf  etdirilməsinə

yönəlmişdir.  Təəssüflər  olsun  ki,  büdcədən maliyyələşdirmə

imkanlarının  məhdudluğu  hazırkı  mərhələdə QHT  sistemini

dövlət  səviyyəsində himayə etmək  mümkün  deyildir.  Lakin

Mədəniyyət  və Turizm  Nazirliyi  belə əlaqələrin  genişləndiril-

məsini  və bu  təşkilatların  birgə layihələrə cəlb  edilməsini

özünün prioritet vəzifələrdən hesab edir.

Azərbaycan  mədəniyyətinin  rəngarəngliyi  məsələsinə

gəldikdə qeyd  olunmalıdır  ki,  müasir  Azərbaycanın  digər,  heç

də az  mühüm  olmayan  bir  gerçəkliyi  də əhalisinin  çoxmillətli

və yarıkonfessional olmasıdır. Təkcə Bakı şəhərində iyirmidən

çox – rus,  Ukrayna,  kürd,  lak,  ləzgi,  slavyan,  tat,  tatar,  gürcü,

inqloy,  talış,  avar,  axıska  türkləri,  Avropa  yəhudiləri,  dağ

yəhudiləri,  gürcü  yəhudiləri,  alman,  yunan  və s.  xalqların

müxtəlif mədəniyyət cəmiyyəti fəaliyyət göstərir.

Bütün ölkə miqyasında  belə cəmiyyətlərin  sayı  xeyli

yüksəkdir; praktik olaraq, onlar etnik azlıqların sıx yaşadıqları

bütün  rayonlarda  mövcuddur.  Milli  siyasətin əsas  müddəaları

Azərbaycan  Konstitusiyasında  təsbit  edilmişdir  və onlar  etnik,

irqi,  dini  mənsubiyyətindən  asılı  olmayaraq,  respublikanın

bütün  vətəndaşlarının  hüquq  bərabərliyini  təmin  edir.  Bundan

əlavə,  bir  çox əsrlər  boyu  Azərbaycan  üçün  xarakterik  olan

tarixi,  iqtisadi  və mədəni  xüsusiyyətlər  sayəsində ölkə əhali-

sinin  psixoloji  statusu  dözümlülük,  başqa  etnosların  və milli

azlıqların mədəniyyətinə hörmət şəraitində formalaşmışdır. Üç

dindən – zərdüştlük,  xristianlıq  və islam  dinlərindən  keçdiyi

mərhələləri  öz  şüurunda  qoruyub  saxlayan  Azərbaycan



________Milli Kitabxana________

76

xalqının genetik yaddaşı da, onun həm ölkə daxilində, həm də



beynəlxalq  arenada  tarazlaşdırılmış,  üzvi  mədəniyyətlərarası

ünsiyyət  qura  bilməsi  üçün  heç  də az əhəmiyyətə malik  amil

olmamışdır.  Hal-hazırda  Mədəniyyət  və Turizm  Nazirliyi

ATƏT-in  və Norveç  Səfirliyinin  dəstəyilə “Azərbaycanda

mədəniyyət  plüralizmi”  layihəsini  həyata  keçirir;  layihədə

ölkənin bütün etno-mədəniyyət rəngarəngliyinin əks etdirilməsi

planlaşdırılır.  Müxtəlif  milli  azlıqların  mədəniyyət  cəmiyyət-

lərini  onun  realizasiyasına  cəlb  etməklə,  Mədəniyyət  Nazirliyi

özünün ən  mühüm  strateji  vəzifələrindən  birini – mədəniyyət-

lərarası  dialoqu  inkişaf  etdirmək  və dəstəkləmək  vəzifəsini

həyata keçirir.

Mədəniyyət  siyasətinin  dövlət  prioritetlərinə gəldikdə isə,

ilk  növbədə deyilməlidir  ki,  1997–2001-ci  illərdə Azərbaycan

xalqının  mədəni  və

təbii  irsinin  mühafizəsi,  qorunub

saxlanması,  bu  irs əşyalarının  oğurlanması  və qaçaqmalçılıq

yolu  ilə

daşınmasına  qarşı  mübarizənin  gücləndirilməsi

sahəsində geniş  Proqram  qəbul  edilmişdir.  Həmin  Proqram

çərçivəsində respublikada əsas  beynəlxalq  Konvensiyalar

radifikasiya  edilmiş,  bir  sıra  qanunlar  qəbul  olunmuşdur  (75,

s.5). 2001-ci ilin sonlarında isə Mədəniyyət və turizm Nazirliyi

yaxın  5  il  üçün  “Azərbaycan  mədəniyyətinin  dövlət  inkişaf

proqramı”nı işləyib hazırlamışdı. Proqram Azərbaycanın dövlət

mədəniyyət  siyasətinin  strateji  məqsədlərinə nail  olunmasına

yönəldilmişdir və əsas prioritetlər kimi aşağıdakıları irəli sürür:

– mədəni və tarixi irsin mühafizəsi;

– yaradıcılığın dəstəklənməsi;

– mədəni sahənin hüquqi, elmi, informativ inkişafı;

– kadr hazırlığı və gənc istedadların dəstəklənməsi;

– milli kinematoqrafiyanın dirçəlişi və inkişafı;

– mədəniyyət  turizmi  infrastrukturunun  yaradılması  və

inkişafı;

– kitab nəşrinin inkişafı (139).




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə