Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə15/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   11   12   13   14   15   16   17   18   ...   145

________Milli Kitabxana________

46

(58,s 60-61)



Mədəniyyət siyasəti xalqın intellektual potensialının, mənə-

vi  sağlamlığı  və rifahını  yüksəltməyə xidmət  edən  siyasətdir.

O, həm də millətin mənəvi, sosial-iqtisadi inkişafının möhkəm-

lənməsini təmin edir. Mədəniyyət siyasətinin vəzifəsi maddi və

mənəvi  sərvətlərin  istehsalı,  qorunması  və inkişaf  etdirilməsi,

eyni  zamanda  gələcək  nəsillərə ötürülməsi  üçün  şəraitin

yaradılmasıdır.  Cəmiyyətdə insanların  qeyri-bərabər  mədəni

inkişafını və mədəni deletantlığı aradan qaldırmaq üçün inkişaf

etmiş ölkələrdə mədəniyyət siyasəti koordinasiya və tənzimlən-

mə yolu  ilə elmi  surətdə təşkil  edilir  və idarəetmə əsasında

həyata  keçirilir.  Belə olan  halda  cəmiyyətin  müxtəlif  sosial

qruplarının və xalqın marağını əks etdirən balanslı mədəni inki-

şafa nail olmaq olar.

Mədəniyyət  siyasəti  hüquqi  təminata  arxalanmalı  və

hadisələri qabaqlamağı  bacarmalıdır.  İnkişaf etmiş demokratik

ölkələrdə mədəniyyət  siyasətinə xalqın  sosial  vəziyyətinin  və

rifahının  yüksəlməsi  kimi  baxılır.  Çünki  bu  siyasətin əsas

məqsədi 


insan 

həyatının 

qorunub 

saxlanması 

yaxşılaşdırılmasına xidmət etməkdir.



Professor  Fuad  Məmmədov  öz  tədqiqatlarında  bir-biri  ilə

sıx əlaqədə olub qarşılıqlı təsirdə olan ayrı-ayrı sahələrin mədə-

niyyət  modelini  təklif  edir.  Buraya  təhsil  və tərbiyə,  elm  və

texnologiya, ədəbiyyat  və incəsənət,  din,  etika,  informasiya,




________Milli Kitabxana________

47

mətbuat və turizm, hüquq, təşkilat və idarəetmə, həyat tərzi, dil



və mədəni  irs  səhiyyə,  ekologiya  və həyat  fəaliyyətini  təmin

edən  digər  sistemlər  daxildir.    Həm  də mədəniyyətin  bütöv

sistem kimi inkişafının bazis əsası hərəkətverici qüvvəsi, insa-

nın  intellektual  fəaliyyəti  və humanizm  olan  “mənəvi  isteh-

sal”dır.  Azərbaycanda  yeni  mədəniyyət  siyasətinin  zərurili-

yinin,  rolunun  və əhəmiyyətinin  məntiqi  dərk  etmək  üçün  bir

neçə sxematik şəkil göstərilir və aşağıdakı kimi təsvir edilir.

Son və ali məqsəd mənvi kamilliyə və yüksək rifaha nail



olmaqdır.  Bundan  ötəri  mədəniyyət  siyasəti  cəmiyyətin  və döv-

lətin  hərtərəfli  inkişafı  üçün əlverişli  şəraitin  yaradılmasına  nail

olmalıdır,

Müasir  mədəni  inşafla  yanaşı  şər  qüvvələr  və dağıntılar



da  mövcuddur.  Bu  halda  mədəniyyətlə antimədəniyyət  arasında

balansın  mədəniyyətin  xeyirinə dəyişdirilməsinə nail  olmaq

lazımdır.



________Milli Kitabxana________

48



Sosial-coğrafi  ölçülərdə

mədəni  qeyri-bərabərliliyin

aradan qaldırılması və müxtəlif xalqların mədəniyyətləri arasında

mədəni inkişafın harmoniyasinı təşkil etmək.

Mədəniyyət siyasəti bütöv bir sosial sistem kimi ideoloji



texnoloji  və təşkilati  səviyyələrdə inkişafın əsaslandırılmış  idarə

edilməsini nəzərdə tutur

Mədəniyyət bir sosial fenomen kimi düzgün başa düşmək



üçün  onun  dar  (adiləşmiş)  kontekstual  və elmi  anlayışlari

arasındakı fərqi bilmək lazımdır.

Müasir şəraitdə mədəniyyəti bütöv bir sosial sistem kimi



aydın  təsəvvür  etmək  olar.  Bu  zaman  biz  “mənəvi  istehsalın”

iqtisadi  inkişafın əsas  vasitəsi  olduğunu  görürük.  Bu  da  ictimai

rifahın  artmasının  açarı  olan  kulturoloji  qanunauyğunluğun  dərk

edilməsidir.  Dövlətin  iqtisadi  istehsalının  səmərəliliyi  elmin  və

elmi  texnalogiyaların  nailiyyətlərinin  təhsil  və tərbiyə sisteminin

səmərəliliyi ilə düz mütənasibdir.

Mədəniyyəti  yaradan  və daşıyan  insan  olduğuna  görə,



mədəni insan düsturunu da bilmək lazımdır. O, insanın özünü tək-

milləşdirmək  və onu əhatə edən  dünyanı  mütərəqqi  dəyişməkdə

imkanlarını açıqlayır.

Nəhayət  insan,  cəmiyyət  və dövlətin  sosial-mədəni



inkişafının əsas istiqamətləri, şərtləri və prioritetləri düzgün təyin

etmək  üçün  mədəni  inkişafın əsas  amil  və qanunlarını,  habelə

kulturologiya metodologiyasını bilmək lazımdır (128, s.191-198).

Bizcə mədəniyyət  anlayışı  geniş  anlamda  dərk  olunmalıdır.

Belə olan  halda  yuxarıda  qeyd  edilmiş  mədəni  insan  düsturu

ortalığa çıxır. Mədəni insan hər şeyə qadirdir. Təəssüf ki, bir çox

hallarda  mədəniyyət  anlayışı  dar  mənada  qəbul  edilir, ədəbiyyat

və incəsənət kimi başa düşülür. Əlbəttə bu çox səhv düşüncədir.




________Milli Kitabxana________

49

(58, s9)



Ziya Göyalpın bu barədəki fikirləri daha maraqlıdır: “Milli

mədəniyyət – hars  ilə mədəniyyət  arasında  həm  bir  birləşmə

yeri,  həm  də ayrılıqlar  vardır.  Mədəniyyət  ilə mədəniyyət

arasında  birləşmə yeri  ikisinin  də bütün  toplumsal – ictimai

həyatları  içlərinə almasından  ibarətdir.  Toplumsal  ictimai

həyatlar  bunlardır:  Din, əxlaq,  hüquq,  ağıl,  estetika,  iqtisadiy-

yat, dil və texnika ilə bağlı həyatlar. Bu səkkiz növ toplumsal –

ictimai  həyatın  toplamına  cəminə “mədəniyyət”  adı  verildiyi

kimi, mədəniyyət də deyilir. Bax, mədəniyyət ilə mədəniyyətin

birləşdiyi yer və bənzərliyi bundan ibarətdir.

Mədəniyyət  siyasəti  mədəniyyətin  bəşəriyyətin  inkişa-

fındakı  rolunu  şərh  edən  və bu  istiqamətdə ardıcıl,  sistemli

fəaliyyət göstərən  bir sahədir. Məhz buna görə də inkişaf etmiş

demokratik  ölkələrdə

mədəniyyət  siyasəti  keçən

əsrin


ortalarından  diqqət  mərkəzindədir.  Mədəniyyət  siyasətinin

inkişafı  dünyada sülhün,  firan  həyat  tərzinin  və rifahın    rəmzi

kimi dərk olunmaqdadır.

Ümumilikdə götürüldükdə,  mədəniyyət  anlayışı  ilə bağlı

elmi ədəbiyyatda,  lüğət  və sözlüklərdə olan  mövcud  təriflərdə

“mədəniyyət” məfhumu əsasən belə izah edilir ki, bu fenomen

varlığın  və şüurun  bütün  sahələrində bəşəriyyətin  predmetləş-

dirmə (sərvətlər,  normalar,  işarə sistemləri  yaradılması  və s.)

predmetsizləşdirmə



(mədəni 

irsin 


mənimsənilməsi)


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə