Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə11/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   7   8   9   10   11   12   13   14   ...   145

________Milli Kitabxana________

33

mədəniyyət mərkəzlərinin (muzeylər, kitabxanalar, parklar, teatr və



konsert  zalları) əsaslı  bərpasına  və modernləşdirilməsinə ehtiyac

duyulur. İncəsənət sahəsində tənəzzülün və mədəni irsin itməsinin

cəmiyyətə təsiri istənilən halda iqtisadi inkişaf üzrə qarşıya qoyulan

məqsədlərlə heç  cür  müqayisə edilə bilməz.  Bu  baxımdan

hökümət,  yoxsulluğun  azaldılması  məqsədləri  çərçivəsində

incəsənət  sahəsində tənəzzül  meyllərinin  qarşısını  alınmasına  və

mədəniyyətin  inkişaf  etdirilməsinə yönəldilmiş əsas  tədbirlər

işləyib hazırlamalıdır.

Hökumət  yoxsulluğun  azaldılması  ilə bağlı  məqsədlərə öz

təsirini  iki əsas  istiqamətdə göstərməlidir.  Mədəni  irsə və

mədəniyyətin  gələcək  inkişafına  qayğının  artırılması.  Hazırda

mədəniyət sahəsində çalışan işçilərin əmək haqqları çox və dövlət

mədəniyyət  müəssisələrində çalışan  işçilərin əmək  haqqlarının

artırılması  yolu  ilə mədəniyyət  işçilərinin  yaşayış  səviyyəsinin

yaxşılaşdırılması təmin olunmalıdır.

Dünyanın  bir  çox  ölkələrində bir  qayda  olaraq  mədəni  irsin

qorunması,  saxlanması  və fundamental  inkişafı  dövlət  siyasətinin

tərkib hisəsi kimi, onun maliyyə vəsaitləri hesabına həyata keçirilir.

Buna  baxmayaraq  mədəniyyətlə bağlı əlavə fəaliyyət  sahələrinə

özəl  sektorun  cəlb  olunması  da  həvəsləndirilə bilər.  Buraya

müxtəlif təlim proqramları – bədii gecələrin, incəsənət tədbirlərinin

və mədəniyyət  mərkəzlərinə ekskursiyaların  təşkil  olunması,

nəqliyyət,  informasiya  texnologiyası  və nəşriyyat,  eləcə də

pərakəndə satış sahələri aiddir. Bundan əlavə bəzi mədəniyyət özəl

sektora  idarəetməyə verilə bilər.  Bütün  bünlar  hökümtin  inkişaf

strategiyasına  tam  uyğun  olaraq,  gəlir əldəetmə imkanlarının

yaradılmasına birbaşa təsir göstərəcəkdir.

Böyük  türk  sosioloqu  Ziya  Göyalp  “mədəniyyətlə”  “kültür”

anlayışlarını bir-birindən fərqləndirməyə çalışmışdır. Onun fikrincə

kültürlə mədəniyyət  arasında məzmunca  həm  bmrləşmə,  həm  də

ayrılma  vardır.  Bunlarn  hər  ikisi  toplum  şəklində olduqları  üçün

aralarında bir bənzərlk möcuddur. Ziya Göyal kültürü mahiyyətcə

milli, mədəniyyəti isə beynəlmiləl hesab edirdi. O, yazır ki, kültür



________Milli Kitabxana________

34

milli olduğu halda, mədəniyyət uluslararasıdır, beynlmiləldir. Kül-



tür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiy-

yat və texnika ilə bağlı yaşayışlarını uyumlu – ahəngdar bir bütünü-

dür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlə-

rin tomlunmsal-içtimai həyatlarının ortaq birbütünüdür (41, s. 160).

Böyük sosioloqun mədəniyyət haqqındakı mülahizələrində

kültür və yetkinlik ifadələri işlədilir. Kültür ilə yenilik arasında

fərqlərdən birisi, kültürün “demokratik”, yeniliyin isə “aristok-



________Milli Kitabxana________

35

ratik” olmasıdır. Kültür xalqın gələnəklərində – ənənələrindən,



alaşqanlıqlarından,  şifahi  və yazılı ədəbiyyatlarından,  dilindən

və musiqisindən,  dinindən, əxlaqından,  bədii  və iqtisadi  məh-

sullarından  ibarətdir.  Bu  gözəlliklərin  sərvətlərin  xəzinəsi  və

muzeyi  xalq  olduğu  üçün  kültür  demokratikdir.  Yetkinlik  isə

yalnız yüksək təhsil görmüş, yüksək bir tərbiyə ilə yetişmiş hə-

qiqi ziyalılara aiddir. Yetkinliyin əsası yaxşı bir tərbiyə görmək

ağıla  söykənən  biliklərin  (dərk  edilə bilinənləri)  incəsənəti,

ədəbiyyatı,  fəlsəfəni,  elmi  və heç  bir  fanatizmə yol  vermədən

dini süni olmayan, səmimi bir məhəbbətlə sevməkdən ibarətdir.

Aydın  olur  ki,  yetkinlik  xüsusi  br  tərbiyə ilə təşəkkül  tapmış

duyum, düşünmə, (təfəkkür) və yaşayış tərzidir (41, s. 84).

Milli  kültür  xalqın  mənəviyyatını – mənəvi  dəyərlərini

təşkil edirsə, mədəniyyyət ziyalılıq, yetkinlik kimi başa düşülür

Ziya  Göyalp  xalqa  doğru  ifadəsini  iki  məqsəd  üçün  işlədirdi:

birinci  xaqdan  milli  kültür  tərbiyəsi  almaq  üçün  xalqa  doğru

getmək,  ikinci xalqa  mədəniyyət  aparmaq  üçün  xalqa  doğru

getmək. Çünki xalq milli kültürün canlı bir muzeyidir.

Ziya  Göyalp  milliliyin  daşıyıcısı,  müəyyənləşdiricisi  olan

xalq sərvətlərini, şifahi və yazılı ədəbiyyatı, dini, əxlaqı, musi-

qini,  bir  sözlə mənəvi  dəyərləri xammal  kimi  təsvir  edir,  bu

xammalları isə alimlər, tədqiqatçılar, sənətşünaslar mükəmməl

şəkildə emal etməli, işləməlidirlər. Onu da qeyd etmək lazımdır

ki, “kültür” sözü əslində latıncadakı “kultura” dan yaranıb. Bu

“kultura”nın  bir  anlamı  isə “becərmə, becərilmə”  torpağın

emalıdır.

Böyük sosioloqun daha bir mülahizəsinə görə kültür milli,

mədəniyyət  isə beynəlmiləldir.  Kültürlə mədəniyyət  arasında

həm  birləşmə,  həm  də ayrılma  vardır.  Lakin  mədəniyyət  həm

bilgilərlə, düşüncə ilə bağlı olduğu halda, kültür duyğularımız-

la  bağladır.  Duyğularımızla  bağlı  olan  mənəvi  aləmimiz –

kültür  obyektiv varlıqdır. Dil, din, əxlaq, estetika kimi duyğu-

sal  elementlər  baxımından  ortaq  olan,  yəni  eyni  tərbiyəni

görmüş  fərdlərdən  ibarət  olan  zümrə millət  adlanır.  Milli



________Milli Kitabxana________

36

mənəvi  dəyərlərimiz  dedikdə məhz  duyğularımızla  bağlı  olan



kültürümüz – dilimiz, dinimiz, əxlaqımız nəzərdə tutulur. Ziya

Göyalpın  fikirlərinə əsaslanaraq  belə nəticəyə gəlmək  olur  ki,

mədəniyyət  bilgilərlə,  düşünüşlə bağlıdır.  Hər  hansı  bir  fərd

duyğulardan  azad  deyil.  Çünki  insanlardakı  ruh  (psixologiya)

duyğular  və fikirlərdən  ibarətdir.  Yəni,  psixologiya  alimlərinə

görə duyğu  həyatımızın əsasıdır,  düşüncə həyatımız  ona

aşılanmışdır.  Deməli,  ruhumuzun  normal  halda  ola  bilməsi

üçün  fikirlərimizin,  düşüncə və bilgilərimizin  duyğularımıza

tamamilə uyğun olması lazımdır.  Öz düşüncələrinin,  fikirləri-

nin duyğularına – mənəvi aləmə uyğun gəlməyən insanı təsəv-

vür etmək çətindir.

Ona  görə də biz əgər  mədəniyyəti  bilgilərlə,  duşunuşlə

bağlı qəbul etsək, onda görərik ki, o, duyğularımızla bağlı olan

kültürümüzün (mənəvi dəyərlərimizin) inikşafına xidmət etmə-

lidir.

Milli  mənəvi  dəyərlər  hər  hansı  millətin  tarix  boyu əldə



etdyi nailliytləridir. Yeni dünyaya gəlmiş hər hansı br insn hələ

beşikdə ikən eşitdiyi laylalar ilə ana dilinin təsiri altında qalır.

Buna  görədir  ki, ən  sevdiyimiz  dil  ana  dilimizdir.  Ruhumuzu

təşkil  edən  bütün  dini-əxlaqi,  bədii-etetik  duyğularımız  da  bu

dil  vasitəsilə anlamışıq. Əslində ruhumuzun  sosial  duyğuları

dinə, əxlaq  və estetikaya – ədəbiyyata  aid  duyğulardan  ibarət-

dir.  İnsan ən  səmimi, ən  dərin  duyğularını  ilk  tərbiyə zamanı

alır.  Hər bir normal insan hansı millətin tərbiyəsini alıbsa,  an-

caq  onun  ülküsü- idealı  uğründa  çalışa  bilər.  Böyük  İskəndər

“Mənim  gerçək  atam  Filipp  deyil,  Aristoteldir.  Çünki  birinci

maddiliyimin – maddi  quruluşumun,  ikinci  mənəviyyatımın –

mənəvi  quruluşumun  meydana  gəlməsinə səbəb  olmuşdur” –

deyirdi.

Bu  baxımdan  mədəniyyətimizin  inkişafı  mənəvi  dəyərlə-

rimizin  inkişafından  asılıdır.  Mənəvi  dəyərlər  xalqı  ruhən

yaşadan, ona ideya, istiqamət, stimul verən bir dəyərdir. Bu də-

yər hətta içtimai hadisələrə səbəb ola biləcək qüvvəyə malikdir.



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə