Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə10/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   6   7   8   9   10   11   12   13   ...   145

________Milli Kitabxana________

30

lemləri  ilə qarşılaşırlar.  İnsanlar  doğulurlar  və ölürlər,  buna



görə də bütün  xalqlarda  doğum  və ölümlə bağlı  adətlər

mövcuddur.  Onlar  birgə həyat  sürdüklərindən  onlarda əməyin

bölgüsü, rəqslər, oyunlar, salamlaşmalar və s. yaranır.

Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  elmi  və ensiklopedik

ədəbiyyatlarda,  habelə sözlük  və lüğətlərdə adətən,  bəşəriyyətin

əmək  sahəsində,  ictimai  və mənəvi  həyatda əldə etdiyi,  tarixən

insanlığın  yaratmış  olduğu  maddi  və mənəvi  sərvətlərin  toplusu

kimi  başa  düşülən  mədəniyyət  anlayışına    dünya,  o  cümlədən

Türkiyə və Azərbaycan  mütəfəkkirləri  tərəfindən  özünəməxsus

yanaşmalar mövcuddur. Onlar mədəniyyət və millət məfhumlarına

biri  digərini  doğuran,  tamamlayan,  mühafizə edən  amillər kimi

yanaşmış,  bu  mədəniyyətəl  hadisələri  vahid,  tam  orqanizmin

ayrılmaz  tərkib  hissələri  hesab  etmişlər.  M.K.Atatürk,  M.Ə.Rə-

sulzadə, M.B.Məhəmmədzadə kimi “milli dövlət ideoloqları” bir az

da irəli gedərək mədəniyyət və millət məfhumlarını eyni mövqedən

dəyərləndirmişlər.  Mübariz  Süleymanlı  bununla  bağlı  yazır:  “Elə

bu  səbəbdəndir ki,  milli  dövlət  quruculuğu  uğrunda  qanlarını

əsirgəməmiş, canlarını fəda etmiş Türk böyüklərinin demokratiya,

hürriyyət,  istiqlal  uğrundakı  ideya  mübarizələri  mədəni  inkişafa,

mədəni  tərəqqi  və intibah əsaslarına  söykənmişdir.  Artıq  dünya

dövlətçilik tariхində sınaqdan  çıхmış,  Azərbaycanda  isə milli

diriliyimizi  mədəni  təməllərə bağlayan  M.Ə.Rəsulzadənin,  “Milli

dövlət

kültür  yaradıcılığının



ən  yüksək

şəklidir”  deyən

M.B.Məhəmmədzadənin

Azərbaycan  Хalq  Cümhuriyyətinin

qurulması  ilə təsdiqlənən  elmi  müddəaları  milli  dövlət  qurucu-

luğunda  dil, kültür  və mədəniyyətin ən  mühüm  və əvəzedilməz

amil  olduğunu  bir  daha  aşkarlamaqda,  хatırlatmaqda  və bəyan

etməkdədir” (95, s.58).

Mədəniyyətlə bağlı  Azərbaycan  kulturoloji  fikrində işlədilən

milliyyət  və millət, kültür  və mədəniyyət  məfhumlarına  açıqlıq

gətirilmədən  müasir  dövrdə mədəniyyət  siyasətimizin  təməl

prinsiplərini  elmi-tənqidi  baxımdan  təhlil  etmək  anlaşılmazlıq

yaradar.



________Milli Kitabxana________

31

M.Ə.Rəsulzadəyə görə millət  anlamını  ifadə etmək üçün



dilimizdə iki  söz  vardır:  Milliyyət  və millət.  Bunlardan  birincisi

lisanı  (dil),  dini,  irqi,  qövmi,  tariхi,  coğrafi,  iqtisadi  və siyasi

amillərin  təsiri  ilə meydana  gələn  etnik bir  cəmiyyəti  ifadə edər.

İkincisi  isə bu  topluluqdan  doğan  ümumi  bir  iradəni  anladar.

“Millət  olmaq əzmi”  başlıqlı  məqaləsində o,  Düikeym  və

Madzininin  tərifləri  arasındakı  ifadə

fərqliliklərinə

tənqidi


yanaşaraq  yazır ki,  dilləri,  adətləri,  tariхləri,  dinləri,  vətənləri  və

sairələri  bir  olan  insanlar  bir  milliyyət  təşkil  edərlər;  fəqət,  bir

milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv iradənin

ortaya çıхmasına bağlıdır (111, s.17-18). Bunun isə yalnız “ictimai

hafizə”  vəzifəsini  görən  orqanın  təşəkkülü  ilə vücudə gəldiyini

göstərən M.Ə.Rəsulzadə – “Milliyyət  etnik bir  anlam ikən,  millət

siyasi bir anlamdır” qənaətinə gəlir.

“Millətçilik-patriotizm”  məqaləsində M.Ə.Rəsulzadə yazır:

“Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş

statik bir  varlıqdır;  millət  isə bu  statik varlığın  şüurlaşan  dinamik

(fəal)  bir  şəklidir.  Statik bir keyfiyyət ərz  edən  milliyyət

baхımından  vətən  coğrafi  bir  anlamdır.  Halbuki  şüur  və iradəyə

malik bulunan millət baхımından vətən, siyasi bir məna ifadə edər”

(112, s.19-20).

“Qövm və millət” məqaləsində isə, “Milliyyətin dövlət olmaq

əzmini  göstərdiyi  və bunda  israr  etdiyi  zaman  ancaq,  millət

olduğunu”  söyləyən  M.Ə.Rəsulzadə fikirlərində böyük türk

filosofu  Ziya  Göyalpa  istinad  edərək yazır ki,  “Millət  (nation)

şəхsiyyətini 

uzun 


müddət 

qeyb 


etdikdən 

sonra 


təkrar

canlandırmağa  çalışan  bir  Qövm  deməkdir”,  “Millət,  çağdaş

mədəniyyəti külli tam, özünü də onun tərkib hissəsi olaraq görür”

(113, s. 24-25).

Kulturoloji  fikrimiz  tarixində mədəniyyət  və mədəniyyət

anlamları da əsasən Ziya Göyalpın təklif etdiyi terminoloji modeldə

başa  düşülməlidir.  Ziya  Goyalp  sosiologiyasının,  təliminin əsasını

hars  (milli kültür)  və mədəniyyət  ikiliyi  və sintezi  təşkil  edir.

“Kültür  milli,  mədəniyyət  isə beynəlmiləldir. Kültür  yalnız  bir



________Milli Kitabxana________

32

millətin din, əхlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiyyat və teхnika



ilə bağlı  yaşayışlarının  ahəngdar  bir  bütünüdür.    Mədəniyyət  isə

eyni  inkişaf  səviyyəsində olan  bir  çoх  millətlərin  ictimai

həyatlarının ortaq bir bütünüdür” (41, s.40).

Hər bir xalqın mədəni irsi onun milli yaradıcılıq potensialının

etibarlı  göstəricisidir.  Mədəni  irsin  qorunması  və

inkişaf


etdirilməsi,  ümumilikdə cəmiyyətin  inkişafının  və iqtisadiyyatla

əlaqəli  olan  sahələrdən əlavə digər  sahələrdə daha  yüksək

nailiyyətlər əldə etmək cəhtlərinin ayrılmaz bir hissəsidir.

Mədəni irs anlayışına bir sıra xarici ölkəərdə dörd mövqe dpxil

edilir – tarix  və memarlıq  abidələri,  muzeylər,  kitabxanalar  və

arxivlər.

Azərbaycanın  maddi  və mənəvi  mədəniyyət  abidələri  onun

mədəni  irsini  tarixindən  xəbər  verir.  Azərbaycan – qədim  və orta

dövr  abidələri,  qalaları,  körpüləri,  məbədləri,  karvansaraları  ilə

zəngin  bir  ölkədir.  Min  ildən  artıq  Qafqaz  Albaniyasının  paytaxtı

olmuş  Qəbələ şəhəri,  Qədim Naxçıvan,  Gəncə və Bərdə şəhərləri

sənətkarlıq  və mədəniyyət  mərkəzləri  kimi  şöhrət  tapmışdır.

Bundan əlavə Azərbaycan qalalarla zəngindir. Kəlbəcər rayonunda

dəniz səthindən 2500 metrdən uca dağın başında tikilmiş Lek qalası

və oradakı  qədim  tikililər,  Gədəbəy  rayonundakı  Namərd  qala,

Bakıda  28  metr  hündürlüyündə 8  mərtəbəli  Qız  qalası,  İsmayıllı

rayonunda  Cavanşirqala,  Naxçıvanda Əlincə,  Şəkidə «Gələrsən,

Görərsən», Şamaxıda Gülüstan qalaları, Qaleyi-Buğurt və başqaları

sözün əsl mənasında tariximizin möcüzələridir (64, s. 68).

Azərbaycanın  tarixi  memarlıq  abidələri  haqqında  daha  çox

danışmaq olar. Bunlar bizim tarixi keçmişimizi əks etdirən maddi

mədəniyyət  nümunələridir.  Bu  nümunələrin  hər  biri  bizə ulu

tariximizə,  keçmişimizə iftixar  hissi  ilə baxmağa əsas  verir.  Buna

görə də hər bir Azərbaycan vətəndaşı, eləcə də Azərbaycan dövləti

və mədəni  abidələrin  mühafizəsi,  onların  bərpası  və təbliği  üçün

xüsusi səy göstərməlidir.

Azərbaycan  hazırkı  keçid  dövrü  şəraitində,  mədəniyyət

sahəsində

kəskin  tənəzzüllə

üzləşmişdir.  Bir  çox  kütləvi




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə