Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə6/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   2   3   4   5   6   7   8   9   ...   145

________Milli Kitabxana________

17

elm  və təhsil  sahəsində Azərbaycanın  mədəniyyət  siyasətinin



məqsədlərinə, ali təhsilli kadr hazırlığı problemlərinə və qeyri-

hökumət  təşkilatlarının  yeni  mədəniyyət  siyasətinin  formalaş-

dırılmasına yardımlarına aydınlıq gətirilmişdir.

– Azərbaycan  dövlətinin  mədəniyyət  siyasəti  sahəsindəki

nailiyyətləri  və uğura  doğru  perspektivlərinə elmi-tənqidi  qiy-

mət  verilmiş,  mədəniyyət  industriyaları  və milli-mənəvi  irsin

qorunması  ilə bağlı  fəaliyyətlər  nəzərdən  keçirilmiş,  gənclər

siyasətinin  mədəni  və mənəvi  aspektlərinə baxılmış,  turizmin

inkişaf  perspektivləri  və mədəni-asudə vaxt  problemləri  elmi

cəhətdən dəyərləndirilmişdir.

Aparılmış  araşdırmalar  keçid  dövründə müstəqil  Azərbay-

can  Respublikasının  mədəniyyətində baş  verən  proseslər  haq-

qında  ümumi  anlayış  formalaşdırmağa  imkan  yaradır.  Bütün

bunlar mədəniyyətimizin nailiyyətlərini obyektiv qiymətləndir-

məyə və gələcək  üçün  onun  inkişaf  yollarını  proqnozlaşdır-

mağa kömək edəcəkdir.

Tədqiqat  işinin  obyektini  Azərbaycan  mədəniyyətinin

tarixi-kulturoloji  problemləri  kontekstində dövlətimizin  mədə-

niyyət siyasətinin nəzəri və əməli məsələləri təşkil edir. Dünya

və Azərbaycan  kulturoloqlarının  mədəniyyət  siyasəti  ilə bağlı

monoqrafik araşdırmaları, dissertasiyalar və problematik məqa-

lələr tədqiqata cəlb edilmişdir. Bu məqsədlə azərbaycanlı araş-

dırıcılarla  yanaşı,  Rusiya  və Türkiyə alimlərinin  mövzu  ilə

bağlı  tədqiqatlarından  geniş  istifadə edilmiş,  mədəniyyət  siya-

sətinə dair  qəbul  edilmiş  proqramlardan,  rəsmi  statistik  məlu-

matlardan,  Mədəniyyət  və

Turizm  Nazirliyinin  “Milli

Məruzə”sindən,  habelə YUNESKO-nun  tövsiyələrindən  və

Avropa  Şurası  ekspertlərinin  hesabatlarından  tədqiqat  obyekti

kimi faydalanılmışdır.

Araşdırmanın  nəzəri  və

metodoloji

əsasını  tarixilik,

varislik, məntiqilik və sistemlilik prinspləri təşkil edir.  Müəllif

müasir  mədəniyyətimizdə baş  verən  hadisələrin  şərhi  ilə pro-

seslərə obyektiv qiymət verməyə çalışmış, keyfiyyət, kəmiyyət,




________Milli Kitabxana________

18

struktur  təhlilin,  o  cümlədən,  müqayisəli  və konkret-təhlilin



metodlarından  istifadə etmişdir.  Müəllif  tədqiqatda  konkret

tarixi  fakt  və təhlillərə əsaslanmışdır.  Tarixi  hadisə və proses-

lərin  işıqlandırılmasında  xronoloji  ardıcıllığın  saxlanılmasına

xüsusi  diqqət  yetirilmiş,  bütün  mənbələrə tənqidi  yanaşma

metodundan istifadə edilmişdir. Hadisə və proseslərin təhlili ilə

yanaşı səbəb-nəticə əlaqələri də nəzərdən qaçırılmamışdır.

Tədqiqat  işi  çoxsaylı  və çoxşaxəli  qaynaqlar əsasında  ya-

zılmışdır. Tədqiqatda mədəniyyətə dair qanunlardan və qanun-

vericilik  aktlarından,  proqram,  çıxış  və hesabatlardan,  dövri

mətbuatdan,  monoqrafiyalardan,  dərs  vəsaitlərindən,  elmi  mə-

qalələrdən,  elmi  konfrans  materiallarından,  kulturoloji  fikrin

elmi-nəzəri  qənaətləri  və təcrübəsindən  faydalanılmış,  mövzu

ilə bağlı tədqiqat müəlliflərinin fikir və mülahizələrindən, ana-

loji araşdırmaların təcrübə və nəticələrindən istifadə edilmişdir.

Araşdırma  zamanı əldə olunan  başlıca  elmi  qənaət  və

nəticələr  müasir  dövrdə Azərbaycanda  mədəniyyət  siyasətinin

təməl  prinsiplərinin  açıqlanması  və uğurla  həyata  keçirilməsi,

habelə bu  məqsədlə mənəvi  dəyərlərin  inkişaf  amillərinin

müəyyənləşdirilməsi 

baxımından 

elmi-nəzəri

əhəmiyyət

daşıyır.  Monoqrafiya  təhlil  istiqamətləri,  nəzəri  yanaşma  və

araşdırma üsulları baхımından sonrakı dövrün tədqiqatları üçün

elmi-nəzəri və praktik əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır

ki,  monoqrafiya  təkcə kulturoloqlar  üçün  deyil,  həmçinin

mədəniyyətin  müхtəlif  problemlərini  araşdıran  tədqiqatçılar

üçün də əhəmiyyət daşımaqdadır.




________Milli Kitabxana________

19

MƏDƏNİYYƏT SİYASƏTİNİN MAHİYYƏTİ VƏ



PROBLEMLƏRİ

XXI əsrə sürətli  inkişaf  yolunda  olan  müstəqil  bir  dövlət

kimi  qədəm  qoymuş  Azərbaycan  Respublikası  qazandığı

istiqlalı  qoruyub  saxlamaq,  demokratik  dövlət  qurmaq,  fikir

plüralizmi  və azad  bazar  iqtisadiyyatına  malik  olan  vətəndaş

cəmiyyəti  yaratmaq  uğrunda  inamla  mübarizə aparmaqdadır.

Müasir  şəraitdə Azərbaycan  dövlətinin  mədəniyyət  siyasətinin

təməl  prinsiplərinin,  bu  siyasətin  tarixi,  ictimai-siyasi,  sosial-

mədəni, elmi və kulturoloji əsaslarının araşdırılmasına keçməz-

dən əvvəl,  təbii  ki,  həm  mədəniyyət  siyasəti,  həm  də,  ümu-

miyyətlə,  mədəniyyət  anlayışının  mahiyyətinə açıqlıq  gətiril-

məsinə və mədəniyyət  siyasətinin  həyata  keçirilməsi  prose-

sində mənəvi  dəyərlərin  çəkisinin  müəyyənləşdirilməsinə

ehtiyac duyulur.

Çünki XXI əsr bütün dünya dövlətləri və millətləri arasında

iqtisadi,  siyasi,  mədəni əlaqələrin  artması,  son  nəticədə

qloballaşma  ilə xarakterizə olunmaqla  yanaşı,  eyni  zamanda

ayrı-ayrı  xalqların  etnik-mənəvi  köklərinə yenidən  dönüşü  ilə

də xarakterikdir.  İndi  Planetin  bütün  irili-xırdalı  dövlət  və

millətləri  könüllü  və ya  könülsüz,  ixtiyari  və ya  qeyri-ixtiyari

son  nəticədə böyük  qloballaşmaya  aparıb  çıxaran  nəhəng

inteqrasiya  magistralına  qoşulmaqdadır.  Qloballaşma  kontek-

stində etnik-milli  mövcudluğun  siyasi,  iqtisadi,  kulturəl,

mənəvi  suverenliyi  ilə bağlı  milli  konsepsiya  və konseptual

ideyalar  yekcins  deyil.  Bu  prosesi  sosial-siyasi,  mədəni-mə-

nəvi,  iqtisadi-güzəran,  elmi-intellektual  müstəvilərdə vahid

qlobal harmoniya hesab edənlər də var, kainatın daha çox vahid

bir mərkəzdən idarə olunan bürokratik-texnoloji ərazi vahidinə

çevrilmə prosesi  olduğunu  iddia  edənlər  də. Ən  müxtəlif

mövqe  və

münasibətlər  xarakterindən  asılı  olmayaraq

qloballaşmaya  aparan  nəhəng  inteqrasiya  magistralı  bütün

planeti  sorub  aparmaqdadır.  Mümkün  olan ən  optimal  variant



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə