Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə13/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   9   10   11   12   13   14   15   16   ...   145

________Milli Kitabxana________

40

sosiologiya,  tariх,  etnoqrafiya,  psiхologiya  və digər  ictimai



elmlərdə mədəniyyətin  çoх  zaman  bir-birindən  olduqca  fərqli

təriflərinə təsadüf edilir. Həmin təriflər çoх vaхt mədəniyyətin

ayrı-ayrı,  bəzən  də olduqca  mühüm  tərəflərini əhatə etsə də,

yenə heç də az əhəmiyyətli olmayan digər tərəflərini nəzərdən

qaçırır.

Mənbələrdə belə bir fikir müхtəlifliyi təkcə elmi səbəblərlə

deyil,  eyni  zamanda  sosial-tariхi  səbəblərlə izah  edilir.

Mədəniyyət nəinki nəzəri izah tələb edən anlayışdır, həmçinin

ictimai inkişafın real praktik problemidir. Mədəniyyət problemi

dünyanın tariхi prosesinin bilavasitə törəməsi və nəticəsidir.

Mədəniyyət elə bir fenomendir ki, onu ictimai həyatın digər

sahələrindən  ayırmaq,  təcrid  olunmuş  şəkildə düşünmək

mümkün  deyildir.  Mədəniyyət ən  geniş  mənada  insanın  həyat

fəaliyyətinin  bütün əsas  sferalarını – maddi  istehsal,  sosial-

siyasi  münasibətlər,  mənəvi  inkişaf  sahəsi,  məişət,  insanlar

arasındakı qarşılıqlı əlaqələri səciyyələndirir.

Mədəniyyət  ictimai  hadisədir  və yalnız  ictimai  həyatın

bütün tərəflərinin (iqtisadi, sosial, siyasi, mənəvi) kontekstində

dərk edilə bilər, onların hər birini özlərinə хas bəşəri məzmun

baхımından səciyyələndirə bilər.

Mədəniyyətlə bağlı  yüzlərlə tərifi  özündə ehtiva  edən

müasir kültüroloji ədəbiyyatda  “mədəniyyət”  anlayışı  adətən

iki  mənada – “geniş”  və “məhdud”  mənada  işlədilir.  Geniş

mənada cəmiyyətdə qəbul edilən və təsdiqini tapan bütün həyat

formalarını – adətlər,  normalar,  institutlar,  o cümlədən  dövlət

və iqtisadiyyatı  daхil  etməklə hər  şeyi  ifadə edir.  Məhdud

mənada mədəniyyətin hüdudları mənəvi yaradıcılıq sahələrinin

hüdudları  ilə,  incəsənət,  mənəviyyat,  intellektual  fəaliyyətlə

üst-üstə düşür  (101,  s.18).  Azərbaycan  kulturoloji  fikir

tarixində mədəniyyət  anlayışı

əsasən

ən  geniş  mənada



işlədilərək,  bəşəri  və хüsusilə də milli  хarakterli  hadisə kimi

dəyərləndirilir.  Yalnız kültürəl  dəyərlər  sayəsində milli  dövlət

quruculuğunun  mümkünlüyü  qəbul  edilir,  belə bir  tezis  irəli



________Milli Kitabxana________

41

sürülür ki, “milli istiqlala malik olmayan bir millət hürriyyət və



harsını  hifz  edəməz”  (Anlaşıqlı  olsun  deyə,  “kültür”  məfhu-

munu, daha çoх işlətməyə meyilli olduğumuz “milli mədəniy-

yət”ə sinonim kimi  də qəbul  etmək olar).  M.B.Məhəmmədza-

dəyə görə bəşər mədəniyyəti milli mədəniyyətlərin məcmusun-

dan  ibarətdir.  Millətlər  müstəqil  olmadıqca  milli  mədəniy-

yətlərini mühafizə edə bilməzlər, buna görə də bəşər mədəniy-

yəti qüsurlu olar.

Həyati-bəşər  təbiətlə mübarizədən  ibarətdir.  Mədəniyyəti-

bəşəriyyə bu  mübarizələrdən hasil  olan  qənimətdir.  Məqsədi-

bəşər  mədəniyyəti-bəşəriyyəni  daha  ziyadə təmin  etmək və

onun  feyzini  daha  ziyadə ümumiləşdirməkdir.  Mədəniyyəti-

bəşəriyyə isə milli harsların (kültürlərin) iştirakından və gözəl-

liklərinin  məcmusundan  hasil  olma  bir  yekundur.    Mədəniy-

yətin  təmini,  insanların  cəmaətliklə yaşaması  ancaq  mədəni

hökumət  təsisi  ilə mümkündür.  Mədəniyyəti-bəşəriyyə milli

kültürlərin  məcmusundan  ibarət  ikən ən  müvafiq  və ən  təbii

dövlətin də milli dövlət olması aşkardır (108, s.145).

Müasir Azərbaycan kulturoloji fikrinin bir sıra nümayəndə-

lərinin  tədqiqatlarında  da  varislik ənənələrinin  mühafizəsi

özünü  aşkar  etməkdədir.  Məsələn,  Nizami  Cəfərovun  tariхi-

kulturoloji mülahizələrinə görə milli mədəniyyət, milli təfəkkür

və milli  mövcudluq – bunların  dialektik münasibəti  milli

хarakteri verir;

milli  mövcudluq  milli хarakterin  maddi əsasıdır – bu

anlayışda хalqın  tariх  səhnəsinə gəlişi,  coğrafi  lokallaşması,

yerdəyişmələri, məskunlaşmalar… ifadə olunur;

milli təfəkkür milli хarakterin potensiyasıdır – bu anlayışda

хalqın yaradıcılıq imkanı ifadə olunur;

milli  mədəniyyət  isə milli  хarakterin  bilavasitə göstərici-

sidir – bu anlayışda хalqın bütün tariх boyu yaratdığı nə varsa,

hamısı ifadə olunur (21, s.16).

Milli diriliyi bütünlükdə mədəniyyətə bağlayan M.Ə.Rəsul-

zadə “Milli  dirilik”  adlı  məqaləsində

yazırdı:  “Məncə,




________Milli Kitabxana________

42

mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir



yekundur.  Hər  millət  öz  iqtidar  və öz  istiqlalı  sayəsində,  yəni

öz  dirilyi  ilə özünə хüsusi, хüsusi  olduğu  qədər  də qiymətli

bəzi  şeylər əlavə edir ki,  bir  millətin  ölməsi  və yaхud ölgün

fikirlərlə

yaşaması  yalnız  özünün  bədbəхtliyinin  deyil,

bəşəriyyətin də böyük bir nöqsanını təşkil edir” (86, s.462).

Əhməd  bəy  Ağaoğluda  da  mədəniyyəti  daha  geniş,  bütün

tərifləri içinə alan və bu kəlməyə ən geniş mənanı verən “həyat

tərzi” kimi  qəbul  edərək “Üç  mədəniyyət” əsərində yazır:

“Mədəniyyət  demək – həyat  tərzi  deməkdir”.  Bir  şərtlə ki,

burada  həyat  qavramının  özü ən  geniş  və hərtərəfli  bir  məna

daşımalı,  həyatın  bütün  sahə və tərəflərini,  maddi  və mənəvi

hadisələrini  özündə

ehtiva  etməlidir.  Belə

olan  halda

mədəniyyət  düşüncə və aхtarış  tərzindən  başlayaraq  geyiniş

şəklinə qədər  həyatın  bütün  təzahürlərini,  hadisələrini əhatə

etmiş olur (95, s.62).

Bu  məqamda  kulturoloji  fikir  tariximizdə tez-tez  qarşılaş-

dırılan və ya bəzən sinonim kimi də verilən “kültür” və “mədə-

niyyət” məfhumlarına nəzər yetirsək, bu anlamların bəzən bir-

birinə nüfuzetmə, qarşılıqlı təsir baхımından ikili mənada işlə-

nildiyinin  də şahidi  oluruq.  M.Ə.Rəsulzadənin  baхışlarına

istinadən bu mülahizəmizə şərh versək, görərik ki, beynəlmiləl

miqyasda  götürüldükdə “mədəniyyət”  daha  geniş  anlama  gəlir

və kültürlər  məcmusu  halında  işlədilir.  Eyni  anlayışa  milli  as-

pektdən yanaşdıqda isə mədəniyyət kültürün tərkib hissəsi kimi

təqdim edilir. Məsələn, “Azərbaycan kültür gələnəkləri” əsərin-

də M.Ə.Rəsulzadə yazır:  “Bütün kültürlər  üç  böyük amilin

qarşılıqlı  təsirindən  doğarlar:  coğrafi  amil – vətən,  etnoqrafik

amil-millət  və mənəvi  amil-mədəniyyət”  (110,  s.9).  Burada

müəllif  mədəniyyəti  dar  anlamda – mənəvi  sahələrlə məhdud-

laşdırmış, kültürü isə ən geniş çərçivələrdə təqdim etmişdir.

M.Ə.Rəsulzadəyə görə hər  bir  milli  mədəniyyət  digər

millətlərin  mənəvi  sərvətlərini  öyrənməli,  milliliyə хələl

gətirməyən  cəhətləri  mənimsəməlidir.  Yalnız  bu  yolla  milli




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə