Nardaran qəsəbəsi



Yüklə 26,2 Kb.
səhifə2/4
tarix30.12.2023
ölçüsü26,2 Kb.
#165090
1   2   3   4
Nardaran qəsəbəsi

Nardaran piri
Sovet hakimiyyəti illərində, başqa ziyarətgahlar kimi, Nardaran pirinin qapısını da birdəfəlik bağlamaq istəyiblər. Bibiheybət piri sovet quruluşunun ən müdhiş çağlarında dağıdılmışdı. Yəqin ki, eyni aqibət Nardaran pirini də gözləyirmiş. Amma nardaranlılar buna imkan vermirlər. Onda başqa vasitələrə əl atılır. Pirin qapısını daşlarla hörürlər. Nardaran əhli gecələr gəlib daşları sökərək ziyarətgahın yolunu açır. Bu hadisə dəfələrlə təkrar olunub. Vəziyyətdən çıxış yolunu axtaran Nardaran ziyalıları axır ki, hökumət adamlarını aldatmaq üçün çıxış yolu tapırlar. Kəndin kolxoz sədri, kənd sovetinin sədri məsələ qaldırırlar: “Nardaran piri möhkəm bünövrəyə malik tikilidir, niyə sökürsünüz? Buranı anbar edib içində buğda saxlamaq olar”. Tədbir baş tutur və Nardaran piri bu yolla xilas edilir. 1951-ci ildən anbara çevrilən tikilidə buğda saxlayırlar. 1956-cı ildən ziyarətgahdan daha anbar kimi istifadə edilmir, əhali yığışıb buranı təmizləyir. Nardaran pirini uçurub-dağıda bilməsələr də tarixi barəsində kitabəni aparıblar. Kənd ağsaqqalları danışırlar ki, o dövrdə Azərbaycanda bərpaçıların çoxu milliyyətcə erməni olub. Onlar qədimliyinə görə daş kitabələrin üzərindəki yazıları pozublar. Rəhimə xanımın qəbrinin üzərindəki kitabələrdən bəziləri də məhv edilib.Nardaran camaatı böyük sevgi, dərin inamla qoruyub-saxladığı Nardaran pirində tikinti-bərpa işlərinə başlamaq arzusunu bir də 1994-cü ildə həyata keçirmək fürsəti qazanır. Kənd ağsaqqalları ilə məsləhətləşilir. Yenidən inşa ediləcək pirin maketini hazırlamaq bacarıqlı memar Nemət Əsədulla oğluna həvalə olunur. Nemət Əsədulla oğlu yeni tikilinin maketini hazırlayır. Kənd ağsaqqallarının xeyir-duası ilə 1994-cü il avqustun 10-da – Peyğəmbərin (s) mövludu günü tikintinin bünövrəsi qoyulur. Köhnə tikili qədim abidə kimi qorunur. Nardaran pirinin müxtəlif yerlərində olan üç quyu da saxlanılır. Deyirlər ki, bu quyulardan vaxtı ilə Rəhimə xanım istifadə edərmiş. Quyulardan biri 17 metr dərinliyə malikdir. Onun çox şəfalı suyu var. Bəziləri onu Məkkədə olan müqəddəs Zəmzəm suyunun tamını verdiyini deyirlər. Quyunun bir hikməti də var: ondan nə qədər su götürürsən-götür, elə əvvəlki kimi qalır, suyu nə artır, nə də azalır.

Nardaran qəsri — Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.
Qəsr qülləsinin fasadında yerləşdirilmiş iki kitabə tikilinin 1301-ci ildə memar Mahmud ibn Səd tərəfindən inşa edilməsi haqqında məlumat verir. Bu memar eyni zamanda Bakı buxtasındakı Bibiheybət məscidi və İçərişəhərdəki 1300-cü ildə inşa edilmiş və kitabəsində memarın adı da qeyd olunmuş Molla Əhməd məscidinin də plan və inşa işlərini həyata keçirmişdir.
Nardaran qəsri planda kvadrat formalı həyətə malik qala divarları və həyətin mərkəzinə yerləşən silindrik qüllədən ibarətdir. Qəsrin inşasında yerli daşlardan istifadə edilmişdir.rin həyətində «Ürək daşı» adlandırılan bir ziyarətgah da var.

Yüklə 26,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə