Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə34/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   30   31   32   33   34   35   36   37   ...   116

99
www.aliyevheritage.org
beynəlxalq regional təşkilat. 1997-ci ildə məşvərətçi forum kimi əsası qoyulub. 
Üzv ölkələrin 6-7 iyun 2001-ci il Yalta samiti zamanı təşkilatın nizamnaməsi 
qəbul olunub. 1999-cu ildə GUAMA üzv olan Özbəkistan 2005-ci ildə qurum-
dan çıxdığını bəyan edib. 2006-cı ilin mayında GUAM-ın növbəti Kiyev sam-
miti zamanı təşkilat GUAM - Demokratiya və İqtisadi İnkişaf Təşkilatı adını 
alıb. Son dövrlərdə  təşkilatın üzv dövlətlərinin üzləşdikləri  əsas problemlər 
- təcavüzkar separatizm və terrorizmlə bağlı müzakirələri aparılıb. 
Bakı-Tbilisi-Ceyhan — Azərbaycan neft inin  Avropa  bazarlarına nəqli 
kəməri. Uzunluğu 1773 kilometrdir. Azərbaycandan (449 km), Gürcüstandan 
(235 km) və Türkiyədən (1059 km) keçir. Layihənin dəyəri 4 milyard dollara 
yaxındır. 
Ermənistan — 1991-1993-cü illərdə Azərbaycan  ərazisinin 20 faizini işğal 
etmiş həmsərhəd dövlət. 
Brüssel — Belçikanın paytaxtı, NATO-nun iqamətgahının yerləşdiyi şəhər. 
Denver bəyanatı — 23 iyun 1997-ci ildə ATƏT-in Minsk qrupuna həmsədrlik 
edən üç böyük dövlətin - ABŞ-ın, Rusiyanın, Fransanın prezidentləri Bill Klin-
tonun, Boris Yeltsinin və Jak Şirakın Ermənistan-Azərbaycan münaqişəsini 
sülh yolu ilə həll olunması barədə Denverdə imzaladıqları bəyanat. 
Lüksemburq — Avropada dövlət. Rəsmi adı Böyük Lüksemburq 
hersoqluğudur.  
Kosovo — Şərqi Avropada bölgə və eyni zamanda yarıtanınmış ölkə. Bir sıra 
dövlət, o cümlədən Azərbaycan, Kosovonun müstəqilliyini tanımamışdırlar. 
Müstəqilliyə iddia edən alban çoxluğu Kosovo Respublikası adında bir dövlətin 
tanınmasına cəhd edir. Serbiya hökuməti isə bölgənin Serbiyanın daxilində 
olan Kosovo və Metoxiya muxtar vilayəti sayır. Hal-hazırda 192 ölkədən yalnız 
53-ü Kosovonun müstəqilliyini tanıyıb. 
Şəxsiyyətlər:
 
Boris Yeltsin — Rusiya Federasiyasının ilk prezidenti (1991-1999). 
Jak Şirak — Fransanın görkəmli siyasi və dövlət xadimi. 1974-1976 və 1977-
1986-cı illərdə Fransanın Baş naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri 
olub. 1995-2007-ci illərdə Fransa Respublikasının Prezidenti olub. 
Bill Klinton — ABŞ-ın 41-ci prezidenti (1993-2001). 
Manfred Vörner — NATO- nun 1988-1994-cü illərdə Almaniyadan olan baş 
katibi. 
Xavyer Solana — NATO- nun 1995-1999-cu illərdə  İspaniyadan olan baş 
katibi. 
Corc Robertson — NATO-nun 1999-2003-cu illərdə Böyük Britaniyadan olan 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


100
www.aliyevheritage.org
baş katibi.   
Yaap de Xoop Sxeff er — NATO- nun 2004-cü ildən Hollandiyadan olan baş 
katibi. 
Levon Ter-Petrosyan — Ermənistan Respublikasının 1991-1998-ci illərdə pr-
ezidenti. 
Robert Koçaryan — Ermənistan Respublikasının 1998-2008-ci illərdə prezi-
denti. 
Vladimir Putin — Rusiya Federasiyasının 2000-2008-ci illərdə prezidenti, 
hazırda isə baş naziridir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


101
www.aliyevheritage.org
II. REGİONAL MƏSƏLƏLƏR 
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM fəaliyyətinin fəallaşması 
1. Münaqişənin davam etməsi və bunun nəticəsində baş verən insan faciəsindən 
təəssüfl əndiklərini ifadə edərək, iştirakçı dövlətlər ATƏM-in Minsk qrupu ilə 
əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın 
12-də razılaşdırılmış atəşkəsi münaqişə tərəfl ərinin təsdiqlədiklərini alqışladılar. On-
lar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafi q qətnamələrinə sadiq 
qaldıqlarını  təsdiqlədilər və ATƏM-in münaqişənin sülh yolu ilə nizamlanmasına 
yönəlmiş  səylərinə  Təhlükəsizlik  Şurasının göstərdiyi siyasi dəstəyi alqışladılar. Bu 
məqsədlə onlar münaqişə tərəfl ərini birbaşa əlaqələr daxil olmaqla məsələnin mətləbinə 
dair daha intensiv danışıqlara çağırdılar. Bu mənada onlar ATƏM-in səyləri və köməyini 
ikiqat gücləndirəcəklərinə söz verdilər. Onlar ATƏM-in Minsk qrupunun vasitəçilik 
səylərini qəti şəkildə bəyəndilər və Rusiya Federasiyasının həlledici yardımını və Minsk 
qrupunun digər fərdi üzvlərinin səylərini yüksək qiymətləndirdilər. Onlar bu səyləri 
ATƏM çərçivəsində əlaqələndirərək bir araya gətirmək qərarına gəldilər. 
2. Bu məqsədlə onlar danışıqlar üçün vahid və razılaşdırılmış baza yaratmaq, 
həmçinin bütün vasitəçilik və danışıqlar fəaliyyətinin tam şəkildə əlaqələndirilməsini 
təmin etmək məqsədilə, Fəaliyyətdə olan Sədrə, iştirakçı dövlətlərlə məsləhətləşmələr 
əsasında və mümkün qədər tez hərəkət etməklə, Minsk qrupunun həmsədrlərini təyin 
etməyi tapşırdılar. Həmsədrlər bütün danışıqlar səylərində ATƏM prinsiplərini və 
razılaşdırılmış mandatı əsas tutaraq, Minsk qrupunun görüşlərində birlikdə həmsədrlik 
və Fəaliyyətdə olan Sədrə birlikdə məruzə edəcəklər. Onlar işlərinin gedişi barəsində 
Daimi Şuraya müntəzəm olaraq məlumat verəcəklər. 
3. Bu səylər çərçivəsində ilk addım kimi, onlar mövcud atəşkəsin davam etdirilməsinə 
kömək etmək məqsədilə Rusiya Federasiyasının və Minsk qrupunun digər fərdi üzvlərinin 
dəstəyilə  və onlarla əməkdaşlıq  şəraitində  təcili tədbirlərin görülməsini, və  əvvəllər 
vasitəçilik fəaliyyəti zamanı əldə olunmuş irəliləyişə əsaslanaraq, həyata keçirilməsi büt-
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi 
Budapeşt Zirvə görüşünün yekun Bəyannaməsi 
6 dekabr 1994-cü il
ƏLAVƏ SƏNƏDLƏR
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə