Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə31/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   27   28   29   30   31   32   33   34   ...   116

92
www.aliyevheritage.org
ilə hərbi əməkdaşlıq əlaqələrinin inkişafı, Şimali Atlantika İtt ifaqına üzv olan 
dövlətlərin qüvvələri ilə daha optimal qarşılıqlı təsirdə olacaq uzunmüddətli 
qüvvələrin yaradılması da proqrama daxildir.
SNT proqramı qarşısında duran əsas məsələ Avropa miqyasında siyasi və 
hərbi əməkdaşlığın genişləndirilməsi və fəallaşdırılması, sabitliyin artırılması, 
sülhə təhlükənin azaldılması, həmçinin praktiki əməkdaşlıq və Şimali Atlan-
tika İtt ifaqının demokratik prinsiplərinə tərəfdarlıq ruhunun yaradılması yolu 
ilə münasibətlərin möhkəmləndirilməsidir.
SNT proqramında irəli sürülmüş bir sıra məqsədlərin praktik şəkildə  həyata 
keçirilməsini nəzərdə tutan bu prosesdə MDB ölkələrindən yalnız Azərbaycan, Ukray-
na və Moldova iştirak edir. Hər il Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri 
SNT çərçivəsində keçirilən 500-ə yaxın təlim və seminarda iştirak edirlər. Ekspertlərin 
fi krincə, SNT çərçivəsində keçirilən təlimlərdə iştirak Azərbaycan Silahlı Qüvvələri 
zabitlərinin bilik və vərdişlərinin artırılmasına yardım edir, ümumilikdə isə ölkənin 
NATO standartlarına inteqrasiyası üçün zəmin yaradır.
Hazırda Azərbaycan Müdafi ə Nazirliyinin Təlim - Tədris Mərkəzinin 
nəzdində "Sülh Naminə Tərəfdaşlıq" mərkəzi fəaliyyət göstərir. Zabitlərimiz 
burada keçirilən təlim və seminarlarda NATO standartlarına uyğun hazırlaş-
dırılır. 
Sülh Naminə Tərəfdaşlığın özünəməxsus alət və mexanizmləri mövcuddur 
ki, bunlara Avro-Atlantik Tərəfdaşlığın İşçi Planı (WP), Fərdi Tərəfdaşlıq Planı 
(IPP), Planlaşdırma və Təhlil Prosesi (PARP), Üzvlüyün Fəaliyyət Planı (MAP) 
və Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (IPAP) daxildir.
Avro-Atlantik Tərəfdaşlığın İşçi Planı tədbirlərin təfsilatı, Beynəlxalq Qərərgah 
və Hərbi Komandanlıq tərəfi ndən irəli sürülmüş tədbirlərdən ibarətdir. Bura-
ya müxtəlif təlimlər, kurslar, seminarlar, işçi görüşləri və s. tədbirlər aiddir. 
Fərdi Tərəfdaşlıqlıq Planı isə AATİP-in tədbirlər siyahısından seçilərək hər bir 
tərəfdaş ilə birgə hazırlanmış iki illik Tərəfdaş Proqramıdır. SNT çərçivəsində 
fərdi fəaliyyət seçimi hər bir dövlətin  şəxsi istək və bacarıqlarına  əsaslanır. 
Seçilmiş sahələr  İtt ifaqa NATO və  hər bir tərəfdaş dövlət arasında birgə 
razılaşdırılan Fərdi Tərəfdaşlıq Proqramı üçün əsas mənbə rolunu oynayan 
Təqdimat Sənədinə daxil edilir.
Planlaşdırma və  Təhlil Prosesi NATO-nun Müdafi əni Planlaşdırma Pros-
esini  əks etdirməyə yönəlmiş könüllü mexanizmdir ki, burada Azərbaycan 
da daxil olmaqla 16 dövlət iştirak edir. Bu prosesə Silahlı Qüvvələrin NATO 
standartlarına uyğunlaşdırılmasına dair hər ölkənin öz üzərinə götürdüyü 
müxtəlif növ öhdəliklər daxildir.
Üzvlüyün Fəaliyyət Planı isə NATO-ya üzv olmaq istəyən ölkələr üçün üzvlüyə 
hazırlaşmağa yardım proqramıdır. Bu plan beş hissədən- siyasi, iqtisadi məsələlər, 
hərbi məsələlər resurslar, təhlükəsizlik məsələləri və hüquqi məsələlərdən ibarətdir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


93
www.aliyevheritage.org
Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (IPAP) dövlətlərin islahat ehtiyaclarını 
qaldırmaq məqsədilə yaradılan yeni ikitərəfl i mexanizmdir. İtt ifaq müdafi ə, 
siyasət və qurum islahatları sahəsində mühüm islahatlar keçirmək istəyən 
tərəfdaş dövlətlərə öz məsləhət və yardımını təklif edir.
Avroatlantik tərəfdaşlıq bir çox tərəfdaş dövlətlərdə müdafi ə islahatlarını 
dəstəkləmək və onlara stimul verməklə  həmçinin demokratik dəyişikliklərə 
yardım edir. O, müasir , eff ektiv və demokratik cəhətdən etibarlı Silahlı Qüvvələr 
və digər müdafi ə institutları yaratmağa kömək edir və  tərəfdaş dövlətlərə 
islahatların sosial və maddi nəticələrinə nəzarət etməyə yardım edir.
Ümumiyyətlə Azərbaycan SNT və Avro-atlantik Şurası çərçivəsində bir çox 
digər sahələrdə də əməkdaşlıq edir:
Təhlükəsizlik sahəsində əməkdaşlıq. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat 
Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. 
Buraya NATO ilə  kəşfi yyat və anaitik məlumatların bölüşməsi və terrorçuluğa 
qarşı milli təlim imkanları  və  sərhədlərin və infra strukturun təhlükəsizliyinin 
gücləndirilməsi sahəsində mütt əfi q ölkələrlə əməkdaşlıq daxildir. 
Müdafi ə  və  təhlükəsizlik sektorunda islahatlar sahəsində  əməkdaşlıq. 
Müdafi ə  və  təhlükəsizlik sahəsində islahatların aparılması Azərbaycanın 
inkişafı, o cümlədən, onun avro-atlantik standartlara çatmaq və avro-atlan-
tik əməkdaşlığı genişləndirmək məqsədi üçün mühüm əhəmiyyət kəsb edir. 
Bu sahədə NATO və onun fərdi mütt əfi q  ölkələri kifayət qədər təcrübəyə 
malikdirlər ki, bundan da Azərbaycan yararlana bilər. 
Mülki Fövqəladə Planlaşdırma sahəsində əməkdaşlıq. NATO ilə əməkdaşlıq 
fəaliyyəti çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafi ə 
və fəlakət hallarının idarə olunması imkanlarını inkişaf etdirir. Azəraycanın xüsusi 
axtarış - xilasetmə taqımı bir sıra təlimlərdə iştirak etmişdir. 
Elm və ətraf mühit sahəsində əməkdaşlıq.  Sülh və Təhlükəsizlik üçün Elm (STE) 
proqramı çərçivəsində Azərbaycan 30 əməkdaşlıq layihəsinin həyata keçirilməsi 
üçün qrant almışdır. Göstərilən layihələrin sırasına sərhədyanı rayonlarda suyun 
keyfi yyətinin yaxşılaşdırılması  və içməli su təchizatının terror əməllərindən 
mühafi zə olunması üzrə əməkdaşlıq daxildir. STE proqramı çərçivəsində həmçinin, 
ətraf mühitin mühafi zəsinə həsr edilmiş layihələr əhatə edilir. 
İctimai məlumatlandırma sahəsində  əməkdaşlıq.  Digər  əsas  əməkdaşlıq 
sahəsi NATO və Azərbaycanla bu təşkilatın  əməkdaşlığının faydası barədə 
məlumata çıxışın təmin olunması  və ictimai məlumatlandırma səviyyəsinin 
artırılmasından ibarətdir. 2003-cü ildən etibarən NATO Bakıdakı yay 
məktəbinin maliyyələşdirilməsində  iştirak edir. İldən-ilə proqramların  əhatə 
dairəsi genişlənir və nəticədə 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq 
məktəbi yaradılıb. 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə