Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə36/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   32   33   34   35   36   37   38   39   ...   116

105
www.aliyevheritage.org
BMT Təhlükəsizlik Şurasının qətnamələri 
Qətnamə № 822 
30 Aprel 1993-cü il
 
 Təhlükəsizlik Şurası,   
Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik  Şurasının Sədri tərəfindən edilən 
1993-cü il 29 yanvar və 6 aprel tarixli bəyanatlarına əsaslanaraq, 
Baş Katibin 14 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq,   
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin 
pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, 
Silahlı  hərbi  əməliyyatların genişlənməsini və xüsusilə, yerli erməni qüvvələrinin 
Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd 
edərək, 
Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat 
olaraq, 
Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə  Kəlbəcər 
rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək, 
Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir 
daha təsdiq edərək, 
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını  və  ərazi  əldə etmək məqsədilə 
gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, 
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh 
prosesini dəstəklədiyini bəyan edərək və silahlı hərbi əməliyyatların genişlənməsinin bu 
proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq
1. Möhkəm atəşkəsin  əldə edilməsi məqsədilə bütün hərbi  əməliyyatların və  
düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin 
Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından 
dərhal çıxarılmasını tələb edir; 
2. Münaqişənin Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Müşavirəsinin Minsk 
qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları 
dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən 
çəkinməyə çağırır; 
3. Mülki əhalinin  əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə 
məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin 
maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


106
www.aliyevheritage.org
prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir
4. Baş Katibdən Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Müşavirəsinin fəaliyyətdə 
olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, 
xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı, 
və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir; 
5. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 
  
3205 saylı iclasda yekdilliklə qəbul edilmişdir. 
Qətnamə № 853 
29 iyul 1993-cü il 
 
Təhlükəsizlik Şurası,   
30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək, 
Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun 
Sədrinin 27 iyul 1993-cü il tarixində dərc olunmuş məruzəsini nəzərdən keçirərək, 
Ermənistan Respublikası  və Azərbaycan Respublikası arasında münasibətlərin 
pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək, 
Maraqlı tərəfl ərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz 
tədbirlər planını qəbul etməsini alqışlayaraq, 
Hərbi əməliyyatların genişlənməsini və xüsusilə Azərbaycan Respublikasının Ağdam 
rayonunun işğal edilməsini həyəcanla qeyd edərək, 
Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsilə 
əlaqədar narahat olaraq
Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və 
regionda fövqəladə humanitar vəziyyətlə  əlaqədar yenidən ciddi narahatçılığını ifadə 
edərək, 
Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi 
bütövlüyünü bir daha təsdiq edərək, 
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını  və  ərazi  əldə etmək məqsədilə 
gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, 
Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş 
rayonlarının işğalını pisləyir; 
Bundan başqa regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə 
1. 
hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir
Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı 
2. 
qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


107
www.aliyevheritage.org
edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir; 
Maraqlı tərəfl əri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət 
3. 
etməyə çağırır; 
Yuxarıdakı 3 və 4-cü maddələr kontekstində regionda iqtisadi, nəqliyyat və enerji 
4. 
əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırışlarını yenidən təsdiq edir; 
822 saylı (1993) qətnamənin həyata keçirilməsi səyləri də daxil olmaqla, ATƏM-
5. 
in Minsk qrupunun münaqişənin sülh yolu ilə  həllinə nail olmaq üzrə davam edən 
səylərini bəyənir və hərbi əməliyyatların genişlənməsinin bu cəhdlər üçün doğurmuş 
dağıdıcı nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir; 
Yerləşdirilməsi cədvəli ilə ATƏM-in müşahidə missiyasının hazırlanmasını, 
6. 
həmçinin Müşavirənin regionda iştirakının təmin edilməsi təklifi nin  Müşavirə 
çərçivəsində nəzərdən keçirilməsini alqışlayır; 
Maraqlı tərəfl əri münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən 
7. 
çəkinməyə və ATƏM-in Minsk qrupu çərçivəsində, həmçinin birbaşa əlaqələr vasitəsilə 
məsələnin qəti həllinin  əldə edilməsi məqsədilə onlar arasında danışıqları davam 
etdirməyə təkidlə çağırır; 
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfi ndən 
8. 
822 saylı (1993) qətnamənin və hazırki qətnamənin müddəalarına riayət edilməsi və 
bu tərəfi n ATƏM-in Minsk qrupunun təklifl ərini qəbul etməsi məqsədilə Ermənistan 
Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır; 
Dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə 
9. 
apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə 
çağırır; 
Mülki  əhalinin artan əzablarını yüngülləşdirmək məqsədilə, regionda, xüsusilə 
10. 
münaqişəyə  məruz qalmış bütün rayonlarda, humanitar yardımın göstərilməsi üzrə 
beynəlxalq fəaliyyətin maneəsiz təmin edilməsinə bir də çağırır və bütün tərəfl ərin 
beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını 
bir daha təsdiq edir; 
Baş Katibdən və müvafi q beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili 
11. 
humanitar yardım göstərməyi və qaçqın düşmüş  şəxslərin öz evlərinə qayıtmalarına 
kömək göstərməyi xahiş edir; 
Baş Katibdən ATƏM-in fəaliyyətdə olan Sədri, həmçinin Minsk qrupunun 
12. 
Sədri ilə məsləhətləşmədə vəziyyət barədə Şuraya məruzələr təqdim etməsinin davam 
etdirilməsini xahiş edir; 
Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 
13. 
3259 saylı iclasda yekdilliklə qəbul edilmişdir. 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə